Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
69

bazarların müxtəlifliyi prinsipinin gözlənilməsi.   
 
2. 
Dövlətin  elmi-texniki  siyasəti    Dövlətin  elmi-
texniki  siyasəti  M S  vacib  tərkib  hissəsidir.  ET  siyasətin 
məqsədi  –  ölkənin  elmi-texniki  potensialının  inkişafına  nail 
olmaq, elmin iqtisadi inkişafa töhfəsini artırmaq, dünya yüksək 
texnologiyalar 
bazarlarında 
ölkənin 
mövqelərini 
möhkəmlətməkdir.    
YUNESKO-nun  təsnifatına  görə  elmi-texniki  fəaliyyət  3 
ə
sas tərkib hissədən ibarətdir:  
1) Elmi-texniki və təcrübi-konstruktor işləri. Elmi-texniki 
və  təcrübi-konstruktor  işləri  fundamental  tədqiqatları,  tətbiqi 
tədqiqatları  və  yeniliklərin  işlənib  hazırlanması  və  həyata 
keçirilməsi proseslərini özündə cəmləşdirir.       
2)Elmi-texniki  təhsil  və  kadr  hazırlığı  ixtisaslaşdırılmış 
ali  təhsilin  bütün  səviyyələrini  əhatə  edir:  bakalavr,  magistr, 
doktor  dərəcələrini  almaq  üçün  hazırlığı,  digər  alim  və 
mühəndislərin təhsil almaq sistemini nəzərdə tutur;   
3)Elmi-texniki  xidmətlər.  Bura  ETTK   bağlı  texniki 
biliklərin yaradılması, yayılması və istifadəsi ilə bağlı fəaliyyət 
daxildir: 
- Elmi-texniki sahədə informasiya fəaliyyəti; 
- Muzey, zoo- və botanik bağlar; 
- Elmi-texniki ədəbiyyatın tərcüməsi, nəşri; 
- Geoloji, topoqrafik, meteoroloji və s.; 
-  Faydalı qazıntıların kəşfiyyatı; 
- Sosial-iqtisadi proseslərə dair göstəricilərin toplanması; 
- Sınaq, standartlaşma, metrologiya, keyfiyyətə nəzarət; 
- Konkret  layihələrin  hazırlanması  və  həyata  keçirilməsi 
üçün məsləhət; 
- Patent-lisenziya fəaliyyəti.     
ET siyasəti sahəsində dövlətin əsas vəzifələri: 
- elm  və  texnikanın  inkişaf  prioritetlərinin  müəyyən 
edilməsi; 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
70
- intellektual mülkiyyətin müdafiəsi; 
- dövlətin  məqsədli  layihə  və  proqramlarının  işlənib 
hazırlanması və reallaşması; 
- elmi  müəssisələr  sisteminin  formalaşması  və  onların 
fəaliyyətinin koordinasiyası; 
- elm və istehsal arasında inteqrasiya. 
Dövlətin  ET  siyasətində  tənzimlənmə  obyekti  kimi  yeni 
biliklər  və  onların  yeni  texnika  və  texnologiyada  təcəssüm 
olunması çıxış edir.  
Elmi-texniki  siyasətin  metodlarına  tədqiqatların  birbaşa 
və  dolayı  maliyyələşdirilməsi,  elmi-texniki  infrastrukturun 
formalaşması,  elm  və  təhsil  sahəsində  təşkilatı  qarşılıqlı 
fəaliyyətin  strukturunun  formalaşması  və  ETTK   sahəsində 
mülkiyyət hüququnun müdafiəsi kimi tədbirlər daxildir.  
Dövlətin ET siyasəti 2 istiqamətdə həyata keçirilə bilər: 
1. 
ET  inkişafın  bütün  sahələrinə  və  tədqiqat 
proqramlarına cəmiyyət üçün əhəmiyyətindən asılı olaraq daim 
dövlət dəstəyi göstərilir; 
2. 
ET  inkişafın  selektiv  dəstəklənməsi,  yəni  elm  və 
texnikanın  müəyyən  seçilmiş  sahəsinin  stimullaşdırılmasını 
təmin edən qeyri-müntəzəm və güclü dəstəyin göstərilməsi. 
Elm və texnikanın dövlət dəstəyi formaları: 
1. 
Tədqiqatların 
bilavasitə 
maliyyələşdirilməsi, 
məsələn qrantların ayrılması, avadanlığın alınması.    
2. 
Məqsədli 
proqramların 
maliyyələşdirilməsi, 
məsələn,  ETTK   koordinasiya  çərçivəsində  iri  iqtisadi,  hərbi, 
elmi və d. vəzifələrin həyata keçirilməsi. 
3. 
Layihə  maliyyələşdirilməsi  müxtəlif  (elmi,  texniki, 
iqtisadi,  hərbi,  ictimai  və  s.  )  vəzifələrin  həlli  üçün  maddi-
texniki  obyektlərin  yaradılmasının  maliyyələşdirilməsini 
nəzərdə tutur. Layihə maliyyələşdirilməsi obyektləri kimi təbii 
elmlərin  tədqiqi  sahəsində  fəaliyyət  göstərən  qurğular, 
rəsədxana, Peyk, reaktor, beynəlxalq kosmik stansiya və s. çıxış 
edir bilər. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
71
3. nnovasiya  infrastrukturu  ( )  dedikdə  yeni  bilik, 
müxtəlif  yenilikləri  yeni  əmtəə  və  xidmətlərə  çevirən,  bazar 
şə
raitində onların yayılması və istehlakını təşkil və təmin edən, 
bir-biri  ilə  əlaqəli  innovasiya  fəaliyyəti  obyektlərin  məcmusu 
başa  düşülür.    elmi  yeniliklərin  nəticələri  və  bazar,  dövlət, 
sahibkarlıq  fəaliyyəti  arasında  əlaqə  yaradır.  Milli  innovasiya 
sisteminin infrastruktur əsasını innovasiya-texnoloji mərkəzlər, 
texnoparklar,  elmi-tədqiqat  və  təcrübi-konstruktor  işlərinə 
dəstək  fondları,  ilkin  və  vençur  maliyyələşdirmə  fondları, 
mütəxəssislərin  hazırlanması  mərkəzləri,  elmi-inkubatorlar, 
innovasiya  fəaliyyətinin  informasiya  təminatı  kimi  qurumlar 
təşkil 
edir. 
 
birinci 
növbədə 
xüsusi, 
bazara 
istiqamətləndirilmiş 
texnopark, 
texnopolis, 
innovasiya-
texnoloji  mərkəzlərin  və  kiçik  innovasiya  və  vençur 
müəssisələrin  olmasını  nəzərdə  tutur.  Bu  müəssisələrin  əsas 
məqsədi  –  innovasiya    və  ETTK   fəaliyyətinin  nəticələrinin 
kommersiyalaşdırılmasıdır,  başqa  sözlə  desək,  maddi  istehsal 
sahəsinə yeridilməsidir.    
 4 tərkib hissəyə ayırmaq olar: 
1. 
Hüquqi infrastruktur: 
-  ntellektual  fəaliyyət  obyektləri  və  intellektual  hüququ 
qoruyan qanunlar; 
- ETTK   stimullaşdıran,  onun  nəticələrinin  tətbiq 
sahəsinə çatdırılmasını tənzimləyən hüquqi aktlar; 
- Sahibkarlığın  dəstəklənməsinə  yönələn  qanunverici 
aktların mövcudluğu; 
- Kiçik və orta biznesin hüquqi təminatı. 
2. 
nformasiya 
infrastrukturu 
yeniliklərin 
patentləşməsi,  marketinq  tədqiqatların  aparılmasında  tələb 
olunan  informasiya  ilə  təmin  olunmasına  yönəlib  və  məlumat, 
patent, təhlil, texniki və reklam xarakterli olur. 
3. 
xtisaslandırılmış  innovasiya  mərkəzləri  –  biznes-
inkubatorları,  texnopark,  innovasiya  mərkəzləri,  sahibkarlığın 
dəstəklənməsi mərkəzləri və s.  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
72
4. 
Maliyyə institutları – banklar, investisiya fondları, 
fərdi investorlar, vençur fondlar və s.   
   Kiçik 
biznes 
inkubatoru 
müxtəlif 
mülkiyyət 
formalarından  yaradılan  və  müəyyən  şərtlərlə  fəaliyyətə 
başlayan  kiçik  müəssisələrə  inkişaf  edib  maliyyə  müstəqilliyi 
ə
ldə  edənədək    kömək  məqsədi  ilə  ofis  və  istehsalat 
müəssisələrinin  verilməsini  təşkil  edən  şirkətdir.  nkubatorun 
ə
sas  vəzifəsi  –  kiçik  biznes  subyektlərinin  inkişafı  və 
dəstəklənməsi 
üçün 
ə
lverişli 
təşkilatı-iqtisadi 
şə
raitin 
yaradılmasıdır.  
nnovasiya mərkəzi ( M) kiçik biznesin ixtisaslaşdırılmış 
inkubatoru  kimi  fəaliyyət  göstərirlər  və  burada  kiçik 
müəssisələrdə  yeni  texnologiyaların  işlənib  hazırlanması  və 
istifadəsi  üçün  şərait  yaradılır  ki,  gələcəkdə  onlar  müstəqil 
istehsal  təşkil  etsinlər.  nnovasiya  mərkəzləri  kiçik  biznesin 
informasiya  təminatını  həyata  keçirir,  tərəf  müqabili,  investor 
və  kreditorların  axtarışı  ilə  məşğul  olurlar,  marketinq 
tədqiqatlar  və  konsaltinq  xidmətləri  göstərirlər.  Bundan  başqa, 
M kiçik müəssisələrə maliyyə dəstəyi göstərir.    
Texnoparklar  elm  və  sənayenin  inteqrasiya  formasıdır  - 
ə
razi  elmi-sənaye  komplekslərinə  aiddir.  Texnopark  deyərkən, 
elmi-texniki  sahədə  fəaliyyət  göstərən  sahibkarlığın  inkişafına 
şə
rait  yaradan,  o  cümlədən  maddi-texniki  və  informasiya 
bazasını  yaradan    innovasiya  infrastrukturu  subyekti  nəzərdə 
tutulur.  Texnopark  bütün  innovasiya  prosesi  boyu  –  yeniliyin 
axtarışından  başlayaraq,  əmtəənin  nümunəsinin  hazırlanıb 
bazarda satışına qədər prosesin həyata keçməsinə şərait yaradır. 
Beləliklə,  texnoparklar  vasitəsi  ilə  elmi-tədqiqatların  nəticələri 
istehsala və istehlakçılara çatdırılması prosesi kompleks şəkildə 
sürətləndirilir.    
Texnoparkların  təsnifatı.  Texnoparkların  inkişafında  2 
mərhələ mövcud olmuşdur. Birincisi – XX-ci  əsrin 60-cı illəri 
ABŞ-da  ilk  texnoparkların  yaranması  və  Qərbi  Avropa 
ölkələrinə  onların  yayılması.  kincisi  –  XX  əsrin  80-ci  illərdə 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə