Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
    Bu səhifədəki naviqasiya:
  • Testl

Dövlətin investisiya-innovasiya siyasəti 
 
53
asılılığının artması səbəbindən milli qiymətli kağızlar bazarının 
qeyri-sabitliyi də artır. Bunu böhranların qlobal şəkildə olması 
təsdiqləyir.  Eyni  zamanda  milli  bazarlarda  investisiyalar 
uğrunda  rəqabət  artır.  Ənənəvi  olaraq  aparıcı  ölkələr  ABŞ, 
Avropa birliyi və Yaponiya arasında olan rəqabətə artıq inkişaf 
edən  ölkələr  də  qatılır.  Eyni  zamanda,  inkişaf  edən  ölkələrə 
investisiya  qoymaq  üçün  inkişaf  etmiş  ölkələr  arasında  da 
rəqabət güclüdür.    
nkişaf  edən  ölkələrin  hökuməti  tərəfindən  investisiya 
potensialının  artırılması  strategiyasında  bir  neçə  vəzifəni  həll 
etmək tələb olunur: 
1.  nkişaf  etmiş  ölkələrlə  müqayisədə  daha  yüksək 
iqtisadi artın templərini təmin etmək; 
2.  iqtisadi  strukturun  modernləşdirilməsi  –  emal  və 
yüksək  texnologiyalı  sahələrin  və  maliyyə  sistemi,  xidmət 
sahəsini inkişaf etdirmək; 
3.  sosial problemlərinin həll, əhalinin həyat səviyyəsinin 
artırılmasını təmin etmək;  
4.  milli  iqtisadiyyatın  inkişaf  səviyyəsi  və  coğrafi 
mövqeyinə yaxın ölkələrlə müqayisədə daha cəlbedici olmasını 
təmin  etmək.  Bu  istiqamətin  reallaşması  ölkənin  imicinin 
yaxşılaşdırılmasına  yönələn  informasiya  siyasəti  aparmasını, 
yüksək  gəlir  normasını  təmin  edən  və  investisiya  qoyuluşu  ilə 
bağlı  risklərin azaldılmasını təmin edən makroiqtisadi siyasətin 
həyata keçirilməsini nəzərdə tutur.         
nvestisiya  resurslarımın  cəlb  edilməsi  uğrunda  rəqabət 
üstünlüklərini  təmin  edən  amilləri  siyasi,  makroiqtisadi, 
mikroiqtisadi və infrastruktur amillərə ayırmaq olar.    
 Siyasi amillərə: 
- dövlət qurumunun sabit olması,  
- investorların hüquqi və səmərəli müdafiəsini təmin edən 
təkmil qanunverici bazanın mövcudluğu,   
- gözlənilən, milli iqtisadiyyata uzun müddətli birbaşa və 
portfel investisiyaların cəlb edilməsinə yönələn iqtisadi siyasət, 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
54
-  qiymətli  kağızlar  bazarının  səmərəli  və  ardıcıl 
tənzimlənməsini 
həyata 
keçirən 
dövlət 
orqanlarının 
mövcudluğu və onların informasiya baxımından daxili və xarici 
investorlar üçün açıq olması.    
 Makroiqtisadi  amillər  iqtisadiyyatın  ümumi  durumunu, 
artım  templərini  və  yaxın  gələcəyə  dəyişilməsi  ehtimalını, 
iqtisadi  tsiklın  mərhələsini  xarakterizə  edir.  Bu  amillərə 
inflyasiya  və  işsizlik  səviyyəsi,  adam  başına  düşən  orta  gəlir 
səviyyəsi,  milli  valyutanın  sabitliyi,  dövlət  büdcəsi  və  tədiyyə 
balansının  vəziyyəti,  uçot  dərəcəsinin  norması,  vergilərin 
səviyyəsi,  iqtisadiyyatın  struktur  proporsiyaları  (ÜDM-də 
sənaye,  kənd  təsərrüfatı  və  digər  sahələrin  payı)  və  onun 
dəyişilməsi  meyliləri  daxildir.  Bunlardan  başqa  makroiqtisadi 
amillərə  fond  bazarının  inkişaf  səviyyəsi,  qiymətli  kağızlar 
bazarlarının  və  onun  ayrı-ayrı  seqmentlərinin  ÜDM  həcminə 
nisbətən  kapitallaşması  səviyyəsi,  birbaşa  və  portfel 
investisiyaların ümumi investisiyaların həcmində payı, maliyyə 
dairəsinin, o cümlədən kommersiya və investisiya banklarının, 
broker kompaniya və birjaların inkişaf səviyyəsi aiddir.            
 Mikroiqtisadi amillərə milli bazarda fəaliyyət göstərən iri 
müəssisələrin  maliyyə  vəziyyəti,  idarə  etmə  səviyyəsi,  istehsal 
və  marketinq  siyasəti,  inkişaf  səviyyəsi,  bu  müəssisələrin 
qiymətli kağızlarının milli bazarda hərəkəti göstəriciləri aiddir. 
bu  göstəricilər  korporativ  qiymətli  kağızlar  seqmentinə  aid 
edilir.  Mikroiqtisadi  göstəriciləri  xarakterizə  edən  göstəricilərə 
aktivlər  və  kapitalın  gəlirlik  səviyyəsi,  səhmlərin  qiymətinin, 
ondan  alınan  gəlirə  nisbəti,  keyfiyyət  göstəriciləri  ( nternetdə 
saytın  olması,  səhmdarlarla  əlaqələr  təmin  olunması,  şirkətin 
keyfiyyətlə tərtib olunan illik hesabatı) daxil edilir.   
nfrastruktur  amilləri  milli  qiymətli  kağızlar  bazarının 
cəlbediciliyinə təsir edən göstəricilərdir. Bura qiymətli kağızlar 
bazarının  iştirakçılarının  səviyyəsi  və  fəaliyyət  istiqamətləri, 
QK əməliyyatlar prosesində onların münasibətləri daxildir.       
Suallar: 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
55
1.   Xarici 
investisiyaların 
iqtisadiyyatda 
rolunu 
ə
saslandırın. 
2.   Əsas  beynəlxalq  maliyyə  qurumları  haqqında 
məlumat verin. 
3.    slam  banklarının  digər  bankların  fəaliyyətindən 
prinsipial fərqi nədədir? 
4.   Azad  iqtisadi  zonaların  hansı  xüsusiyyətləri  və 
növlərini bilirsiniz? 
5.    nvestisiya  resurslarımın  cəlb  edilməsi  uğrunda 
rəqabət üstünlüklərini təmin edən amilləri necə təsnifləşdirmək 
olar?   
Testlər: 
Test 1. Xarici investisiyaların növlərinə nə aid deyil? 
a) 
birbaşa və portfel investisiya 
b) 
qeyri-maddi aktivlərə investisiya 
c) 
büdcədən subsidiyalar 
d) 
insan kapitalına investisiyalar; 
e) 
vençur investisiyalar. 
Test  2.  Beynəlxalq  maliyyə  təşkilatlarının  əsas  fəaliyyət 
dairəsinə adı çəkilənlərdən hansılar aiddir: 
a) 
dünya  iqtisadiyyatının  inkişafının  amil  və 
meylilərinin təhlili; 
b) 
investisiya  fəaliyyəti  və  dövlət  layihələrinin 
kreditləşməsi; 
c) 
beynəlxalq 
yardım 
proqramlarının 
maliyyələşdirilməsi; 
d) 
beynəlxalq  valyuta  və  fond  birjasında 
ə
məliyyatlarının həyata keçirilməsi; 
e) 
bütün cavablar düzdür.   
Test  3.  nkişaf  edən  ölkələrin  investisiya  potensialının 
artırılması strategiyasına adı çəkilənlərdən hansı aid deyil?  
a) 
milli iqtisadiyyatın inkişaf səviyyəsi və coğrafi 
mövqeyinə yaxın ölkələrlə müqayisədə daha cəlbedici olmasını 
təmin etmək;  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
56
b) 
inkişaf  etmiş  ölkələrlə  müqayisədə  daha 
yüksək iqtisadi artın templərini təmin etmək;  
c) təbii resursların qorunması strategiyası;  
d) iqtisadi strukturun modernləşdirilməsi;  
e) sosial problemlərinin həll 
Test 4 A Z hansı növü  elmi-texniki tərəqqi ilə daha çox 
ə
laqəlidir? 
a) 
Azad ticarət və gömrük zonaları; 
b) 
Sənaye zonaları; 
c) 
Bank və sığorta əməliyyatları üçün güzəştli rejim 
zonaları; 
d) 
Yeni  texnologiyaların  işlənib  hazırlanması  və 
tətbiqi ilə əlaqədar texnoloji zonalar (texnopolislər);  
e) 
Kompleks  azad  zonalar  –  xüsusi  şəhər  və 
rayonlar 
Test  5.  nvestisiya  resurslarımın  cəlb  edilməsinə  təsir 
edən amillərinin ən dolğun siyahısını qeyd edin: 
a) siyasi, makroiqtisadi, mikroiqtisadi və infrastruktur; 
b)  makroiqtisadi, mikroiqtisadi, regional və infrastruktur; 
c)  siyasi, makroiqtisadi, mikroiqtisadi;   
d) siyasi, makroiqtisadi, mikroiqtisadi və ekoloji; 
e) makroiqtisadi, mikroiqtisadi, sosial və infrastruktur 
 
 
 
Mövzu 5.  nvestisiya və innovasiyalı inkişaf modelləri   
                            
                                        Plan: 
 
1. 
qtisadi modellər haqqında ümumi anlayış 
2. 
nvestisiya inkişaf modelləri   
3. 
nnovasiya inkişaf modelləri   
                            
                                 Əsas anlayışlar 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə