Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
45
Test  2.    Ölkənin  investisiya  iqlimi  adə  çəkilənlər 
amillərin hansılarından asılıdır? 
a) 
ə
halinin  sahibkarlığın  inkişafına  münasibətindən 
və gəlirlərinin diferensiasiyasından  
b) 
investisiya potensialı və investisiya risklərindən. 
c) 
siyasi  sabitliyi  təmin  olunması  və  ekoloji 
vəziyyətdən 
d) 
məşğulluq və inflyasiya səviyyəsindən 
e) 
bütün cavablar düzdür.  
Test  3.  Əlverişli  investisiya  iqliminin  yaradılması  üçün 
dövlət siyasətinin əsas istiqamətləri hansılardır? 
a) 
aktiv xarici-iqtisadi siyasətin aparmaq 
b) 
siyasi  sabitliyin  və  regionların  sosial-iqtisadi 
inkişafının təmin etmək 
c) 
kapital yığımını təmin etmək və riskləri azaltmaq. 
d) 
Bütün cavablar düzdür 
e) 
Düz cavab yoxdur.  
Test 
4. 
Adı 
çəkilənlərdən 
hansı 
investisiya 
cəlbediciliyinin yüksək olmasını göstərir? 
a) 
yüksək  potensial  –  mülayim  (qəbul  oluna 
biləcək) risk 
b) 
maksimal potensial – minimal risk 
c) 
yüksək potensial –  yüksək risk 
d) 
orta potensial - minimal risk 
e) 
orta  potensial  -  mülayim  (qəbul  oluna  biləcək) 
risk 
Test  5.  Əlverişli  investisiya  mühitinin  formalaşması 
mexanizminə nə daxildir? 
a) 
vergi güzəştləri və vergi krediti 
b) 
pul-kredit vasitələri, 
c) 
 dövlət satın almaları   
d) 
antiinhisar siyasəti. 
e) 
bütün cavablar düzdür  
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
46
          Mövzu 4. Xarici investisiyaların tənzimlənməsi.   
                                         
                                        Plan: 
1.
 
Xarici investisiyaların mahiyyəti və növləri. 
2.
 
Beynəlxalq maliyyə institutlarının dünya 
investisiya prosesində rolu.   
3.
 
Xarici investorların dövlət tənzimlənməsi   
                                  Əsas anlayışlar: 
Xarici investisiya, Beynəlxalq maliyyə institutları, 
Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və 
nkişaf Bankı, Avropa Yenidənqurma və  nkişaf Bankı,  slam 
nkişaf Bankı, Azad iqtisadi zonalar. 
 
1. 
Xarici investisiyaların mahiyyəti və növləri. 
 
Xarici 
investisiyalar 
iqtisadiyyata 
qoyulan 
investisiyaların 
vacib 
mənbələrindən 
biridir. 
Xarici 
investisiyalar  əsasən  pul,  maddi-texniki  vasitələr,  intellektual 
mülkiyyət formasında reallaşa bilər. Ölkəyə cəlb olunan xarici 
kapitalın məbləği onun investisiya cəlb ediciliyi, siyasi sabitliyi 
və iqtisadiyyatın perspektiv inkişafı indikatoru kimi çıxış edir.  
Xarici investisiyaların növləri aşağıdakılardır: 
- birbaşa investisiya; 
- portfel investisiyalar; 
- qeyri-maddi aktivlərə investisiya; 
- insan kapitalına investisiyalar; 
- vençur investisiyalar. 
Birbaşa  xarici  investisiyalar  –  bilavasitə  iqtisadiyyatın 
hansı sa sahəsinə yönəlir və inkişaf etməkdə olan ölkələr üçün 
çox önəmlidir.  nkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə 
xarici  investisiyaların  cəlb  edilməsi  xüsusi  mülkiyyətin 
qorunmasına əlavə zəmanət verir, bu ölkələrə müasir texnika və 
texnologiya,  sahibkarlıq  ənənələri,  işgüzar  etika  və  davranışı 
idxal  olunur  ki,  bu  da  ölkəni  zənginləşdirir.  Birbaşa  xarici 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
47
investisiyaların  ölkəyə  cəlb  edilməsi  onun  qanunvericilik, 
institusional  və  maliyyə  sahəsində  sivil  və  demokratik 
istiqamətdə sabit inkişaf etməsini göstərir.  
Xarici  portfel  investisiyalar  strateji  və  möhtəkir  ola 
bilərlər.  Strateji  portfel  investisiyalar  (səhm  və  pay)  iqtisadi 
inkişaf  üçün  daha  əlverişlidir.    Portfel  investisiyalar  ölkənin 
fond bazarının inkişafına təsir edirlər.  
 
2.
 
Beynəlxalq  maliyyə  institutlarının  dünya 
investisiya prosesində rolu.   
 
Beynəlxalq  maliyyə  institutları  –  maliyyə  sahəsində 
beynəlxalq,  ölkələr  arası  razılaşmalar  əsasında  yaranan 
təşkilatlardır.  Bu  sazişlərin  iştirakçıları  kimi  dövlət  və  qeyri-
dövlət 
institutları 
çıxış 
edirlər. 
Beynəlxalq 
iqtisadi 
münasibətlərin  tənzimlənməsi  məqsədi  ilə  ölkələr  arası 
təşkilatın  yaradılması  ideyası  1929-1933-ci  illərdə  iqtisadi 
böhranın  təsiri  altında  yaranmışdır.  Beynəlxalq  maliyyə 
təşkilatları 
iştirakçı 
ölkələrin 
maliyyə 
resurslarının 
birləşdirilməsi  yolu  ilə  yaradılır  və  dünya  iqtisadiyyatı,  o 
cümlədən,  beynəlxalq  iqtisadi  münasibətlər  sahəsində  yaranan 
problemlərinin 
həllinə 
yönəlir. 
Beynəlxalq 
maliyyə 
təşkilatlarının  məqsədləri  -  əməkdaşlığın  inkişafı,  mürəkkəb 
vəziyyətlərinin  sabitləşməsi,  dünya  iqtisadiyyatında  olan 
ziddiyyətlərin  aradan  qaldırılmasıdır.  Bu  baxımdan  beynəlxalq 
maliyyə təşkilatlarının əsas fəaliyyət dairələri aşağıdakilardır: 
- dünya  iqtisadiyyatının  inkişafının  amil  və  meylilərinin 
təhlili; 
- investisiya fəaliyyəti; 
- dövlət layihələrinin kreditləşməsi; 
- beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsi; 
- beynəlxalq  valyuta  və  fond  birjasında  əməliyyatlarının 
həyata keçirilməsi; 
- elmi tədqiqatların maliyyələşdirilməsi; 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
48
- xeyriyyəçilik fəaliyyəti.   
Ə
sas  beynəlxalq  maliyyə  təşkilatları  kimi  Beynəlxalq 
valyuta  fondu,  Beynəlxalq  yenidənqurma  və  inkişaf  bankı, 
Beynəlxalq  maliyyə  korporasiyası,  Beynəlxalq  inkişaf 
assosiasiyası,  Beynəlxalq  hesablaşmalar  bankı,  Avropa 
yenidənqurma  və  inkişaf  bankı,  Avropa  investisiya  bankı, 
Asiya inkişaf bankı, Afrika inkişaf bankı, Ərəb valyuta fondu, 
slam inkişaf bankı və s. fəaliyyət göstərirlər.       
Beynəlxalq  Valyuta  Fondu  (BVF)  Bretton-Vud  sazişinə 
ə
sasan 1945 ildə yaradılıb və hazırda dünya valyuta sisteminin 
sabitləşməsində,  inkişafda  olan  və  keçid  dövrü  yaşayan 
ölkələrinə  investisiya  cəlb  olunmasında  böyük  rol  oynayır. 
BVF  səhmdar  cəmiyyət  kimi  təşkil  olunub.  BVF  üzvlərinin 
səsləri  onların  üzvlük  haqqına  mütənasibdir.  nkişaf  etmiş 
ölkələrin    (24  ölkə)  səsləri  BVF  60%  təşkil  edir,  o  cümlədən 
ABŞ  payına  18%  düşür.  BVF  üzvlərinin  kvotalarının  25% 
konvertasiya  olunan,  75%  isə  milli  valyutada  ödənilir.  BVF 
ə
sas vəzifələri bunlardır:  
- beynəlxalq  ticarətin  tarazlaşdırılmış  artımına  şərait 
yaratmaq; 
- ölkədə  böhranlı  vəziyyətlərin  aradan  qaldırılması 
məqsədi  ilə  BVF-in  iştirakçılarına  3-5  illik  kreditlərin 
verilməsi; 
- valyuta məhdudiyyətlərin aradan qaldırılması; 
- ölkələr arası valyuta tənzimlənməsi; 
- tövsiyələrin işlənib hazırlanması; 
- bank sisteminin sabitləşdirilməsində iştirak.  
BVF  tərəfindən  kreditlərin  verilməsində  məhdudiyyətlər 
ölkənin  kvotası  və  onun  sabitləşməsi  proqramlarına  tələblərlə 
müəyyən  olunur.  Qeyd  etmək  lazımdır  ki,  BVF  tərəfindən  bir 
çox  ölkələrdə  baş  verən  böhranların  qarşısını  almaq  mümkün 
olmamışdır.  Bu  səbəbdən  müstəqil  ekspertlər  tərəfindən  BVF 
tənqid olunub. Belə ki, onlar tərəfindən qeyd olunur ki: 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə