Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
29
-  öz  vəsaitlərindən  məqsədyönlü  istifadəyə  nəzarətin 
həyata keçirilməsi; 
- müqaviləyə əsasən və AR-sı qanunvericiliyinə müvafiq 
olaraq, kapital qoyuluşlarının birgə həyata keçirilməsi məqsədi 
ilə, şəxsi və cəlb edilən vəsaitlərin digər investorların vəsaitləri 
ilə birləşdirilməsi; 
-  müqavilə  ilə  nəzərdə  tutulan  digər  hüquqlarının  həyata 
keçirilməsi. 
nvestisiya  fəaliyyəti  subyektləri  arasında  münasibətlər 
müqavilə,  dövlət  kontraktı,  qanunvericilik  və  normativ  aktlar 
ə
sasında həyata keçirilirlər. 
Dövlət  qanunvericiliyə  əsasən,  mülkiyyət  formalarından 
asılı  olmayaraq, bütün investisiya  fəaliyyəti subyektlərinə,  inves-
tisiya fəaliyyətinin həyata keçirilməsində hüquqların bərabərliyini 
təmin  edir.  Dövlət  investisiya  layihələrinin  müzakirəsində 
aşkarlığı və kapital qoyuluşlarının qorunmasını təmin edir.  
 Layihəni  həyata  keçirtməyə  başlayandan  sonra  inves-
torun  üzərinə  düşən  məcmu  vergi  yükünün  artması  zamanı, 
layihəni həyata keçirtmə müddəti dövründə investora qarşı yeni 
hüquqi aktlar tərtib olunmurlar. 
 Bir qayda olaraq, hökumət aşağıdakı səlahiyyətləri həya-
ta keçirir: 
-  ölkə  ərazisində  prioritet  investisiya  layihəsinin  inves-
torunun üzərinə düşən vergi yükünün əlverişsiz dəyişmələrinin 
qiymətləndirilməsi meyarlarını təyin edir; 
- investisiya layihəsinin maliyyələşdirilməsinin başlanma 
gününü  təyin  edən  qaydanı  təsdiqləyir,  o  cümlədən,  xarici 
investorların iştirakı ilə; 
-  prioritet  investisiya  layihələrinin  qeydiyyat  qaydalarını 
təsdiq edir; 
-  investorların  öz  üzərinə  götürdüyü  öhdəliklərin  yerinə 
yetirilməsinə nəzarəti həyata keçirir. 
nvestor öz öhdəliklərini yerinə yetirmədiyi halda, o, ona 
təqdim edilən imtiyazlardan məhrum edilir. Həmin imtiyazların 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
30
təqdim  edilməsi  nəticəsində  ödənilməyən  pul  vəsaitlərinin 
məbləği qanunda nəzərdə tutulan qaydada qaytarılmalıdır.  
 3.3   kapital qoyuluşlarının dövlət tənzimlənməsi.     
Kapital  qoyuluşlarında  dövlətin  bilavasitə  iştirakı  aşağı-
dakı növ və formalarda həyata keçirilir: 
- ölkənin büdcəsi vəsaitlərinin hesabına, xarici subyekt və 
dövlətlərlə birgə   həyata keçirilən investisiya layihələrinin se-
çilməsi, tərtibi, təsdiqi və maliyyələşdirilməsi; 
-  milli  layihələrin  və  meqalayihələrin  seçilməsi,  tərtibi, 
maliyyələşdirilməsi və birgə maliyyələşdirilməsi; 
-  infrastruktur  inkişafının  investisiyası,  o  cümlədən, 
sahibkarlıq fəaliyyəti, milli və regional layihələr; 
-  regional  səviyyəli  layihələrin  ekspertizası  və  siyahı-
larının formalaşması; 
-  dövlət  büdcəsi,  eləcə  də,  ölkənin  subyektlərinin  büdcə 
vəsaitləri hesabına, investisiya layihələri üzrə, rəqabət əsasında, 
dövlət təminatının verilməsi; 
-  büdcə  vəsaitlərinin  müsabiqə,  qaytarılma  və  ödənişli 
ə
saslarla yerləşdirilməsi; 
-  ölkə  qanunvericiliyinə  əsasən,  investisiya  layihələrinin 
ekspertizasının keçirilməsi; 
-  köhnəlmiş  texnologiya  və  avadanlıqların  çatdırılma-
sından qorunma; 
-  standartların  işlənib-hazırlanması  və  təsdiqi,  və  onlara 
riayət etməyə nəzarətin həyata keçirilməsi; 
- məqsədli investisiya istiqraz səhmlərinin buraxılışı; 
- intellektual mülkiyyət və elmi nəticələr də daxil olmaq-
la, qeyri-səmərəli istifadə edilən dövlət mülkiyyətini investisiya 
prosesinə cəlb etmək; 
- qanunvericiliyə müvafiq olaraq, hərrac  və müsabiqələrin 
nəticələrinə görə xarici investorlara konsessiyaların verilməsi. 
Kapital  qoyuluşlarının  dövlət  tənzimlənməsi,  qanunveri-
ciliyə müvafiq olaraq, digər forma və metodlar vasitəsilə də hə-
yata keçirilə bilər. 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
31
 
3.4  Dövlət  kapital  qoyuluşları  üzrə  qərarların  qəbulu 
qaydaları. 
Dövlət  kapital  qoyuluşları  üzrə  qərarları  hakimiyyət  or-
qanları qəbul edir. Dövlət kapital qoyuluşlarının maliyyə xərc-
ləri aşağıdakı qaydada planlaşdırılır: 
-  dövlət  büdcəsində,  əgər  xərclər  dövlət  məqsədli  proqram 
və layihələrin reallaşmasına çəkilən xərclərin bir hissəsidirsə; 
-  AR-nın  subyektlərinin  büdcələrində,  əgər  məsrəflər  – 
regional məqsədli proqram və layihələrin reallaşmasına çəkilən 
xərclərin bir hissəsidirsə. 
Dövlət  büdcəsi  vəsaitləri  hesabına  maliyyələşdirilən 
investisiya  layihələrinin  işlənib  hazırlanması,  baxılması  və 
təsdiq  edilməsi  qanunla  nəzərdə  tutulmuş  qaydada  aparılır. 
Dövlət  büdcəsi  vəsaitləri  hesabına  maliyyələşdirilən  investisiya 
layihələrinin siyahıları dövlət investisiya proqramlarını təşkil edir. 
 Dövlət  büdcəsi  vəsaitləri  hesabına  layihələrin  maliyyə-
ləşmə  qaydaları  AR-nın  hökuməti  tərəfindən  müəyyən  edilir. 
AR subyektlərinin büdcə vəsaitləri hesabına investisiya layihə-
lərinin maliyyələşdirilməsi qaydaları isə, AR-nın müvafiq sub-
yektlərinin  icra  hakimiyyəti  orqanları  tərəfindən  müəyyən 
edilir.  AR-nın  subyektlərinin  büdcə  vəsaitləri  hesabına  maliy-
yələşdirilən  investisiya  layihələrinin  siyahıları  regional  inves-
tisiya proqramlarını təşkil edir. 
Müvafiq  investisiya  layihələrinin  reallaşdırılması  zamanı 
AR-nın  dövlət  büdcəsi  və  AR  subyektlərinin  büdcə  vəsaitləri 
hesabına  dövlət  ehtiyacları  üçün  tikinti  podrat  işlərinə  sifa-
rişlərin  yerləşdirilməsi,  qanunvericiliklə  tənzimlənən  qaydada, 
müsabiqələrin  keçirilməsi  vasitəsilə,  dövlət  sifarişçiləri 
tərəfindən həyata keçirilir. 
 
Suallar: 
1.  nvestisiya  siyasətinin  əsas  istiqamətləri,  məqsədləri  və 
prinsiplərini müəyyən edin. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
32
2.  Dövlətin  innovasiya  siyasətinin  əsas  istiqamətləri 
hansılardı? 
3.  Dövlətin  innovasiyaların  tənzimlənməsi  sahəsində  əsas 
funksiyaları hansılardı? 
4.  nnovasiya potensialına hansı tərkib hissələri daxildir?   
5.  nvestisiya  siyasətinə  dövlətin  iştirakının  neçə  forması 
mövcuddur? 
Testlər: 
Test  1.  nvestisiya  qoyuluşu  prosesinin  dövlət  tənzimlən-
məsi aşağıdakı vasitələrlə həyata keçirilmir: 
a) 
v
ergi dərəcəsinin və güzəştlərinin fərqləndirildiyi vergi sistemi 
tətbiqi; 
b) 
a
yrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün büdcə 
borclarının, subsidiyaların və subvensiyaların verilməsi; 
c) 
k
redit, qiymət və amortizasiya siyasətlərinin aparılması; 
d) 
a
ntiinhisar tədbirlərinin həyata keçirilməsi; 
e) 
t
arif siyasətinin tədbirləri.  
Test 2.
  nvestisiya fəaliyyətinin obyektləri nə ola bilməz? 
a)  istənilən qadağa qoyulmayan əmlak; 
b)  əsas fondlar; 
c)  dövriyyə vəsaiti; 
d)  qiymətli kağızlar və məqsədli pul əmanətləri; 
e)  qanunla qadağa olunmuş əmlak   
Test 3.
 Azərbaycan dövləti ölkə ərazisində hansı 
investisiyaların qorunmasına təminat verir?  
a) dövlət investisiyalarının 
b) xarici investisiyalarının  
c) daxili investisiyaların 
d) bütün investisiyaların 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə