Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
61
siyasətində bu vasitələrin istifadə modelləri mövcuddur. Onları 
iqtisadi ədəbiyyatda üç müxtəlif model kimi göstərirlər.      
Birinci  modeldə  əsas  vasitə  kimi  xüsusi  investisiyaların 
vergilər  vasitəsi  ilə  stimullaşdırılması  nəzərdə  tutulur.  kinci 
modeldə 
xüsusi 
layihələrin 
dövlət 
tərəfindən 
maliyyələşdirilməsi  nəzərdə  tutulur.  Üçüncü  modeldə  xüsusi  
investorların  fəaliyyəti  razılaşdırılır  və  nöqsanlar  koordinasiya 
və  korrektə  olunur.  Bu  modeldə  dövlət  tələb  olunan 
infrastrukturu  yaradır  və  insan  kapitalına  investisiyaları 
həvəsləndirir.  Təbii  ki,  adı  çəkilən  modellərdə  daha  geniş 
vasitələrdən  istifadə  olunur,  lakin  onların  arasında  əsas  kimi 
stimullaşdırıcı vasitələr götürülür.      
Şə
rti  olaraq  birinci  modeli  “Amerikan”,  ikincisini 
“Yapon”,  üçüncüsünü  isə  “Tayvan”  modeli  adlandırmaq  olar. 
Belə  təsnifat  da  bazar  iqtisadiyyatı  ölkələrinin  təcrübəsini 
sistemləşdirmək  məqsədi  ilə  edilib.  Bu  modellərin  hər  biri 
müvəffəqiyyətli olduğuna görə onların keçid ölkələrində tətbiqi 
məqsəd uyğun ola bilər.      
Hal-hazırda amerikan modeli Amerikadan başqa bir çox 
ölkələrdə  tətbiq  olunur  və  burada  aparıcı  rol  vergi  vasitələrinə 
ayrılır. Vergi mexanizmi ilə bərabər ölkədə qiymətlərin və faiz 
dərəcəsinin  sabitləşməsinə  yönəlmiş    liberal  makroiqtisadi 
siyasət  aparılır.  Bu  siyasət  çərçivəsində  banklar  aparıcı  rol 
oynamır,  investisiya  resurslarının  paylanmasının  səmərəliyinin 
nəzarət  mexanizmi  fond  birjasının  üzərinə  düşür.  Bu  modelin 
fəaliyyəti üçün inkişaf etmiş qiymətli kağızlar birjasının olması 
ə
sas  şərtlərdən  biridir.  Dövlət  iqtisadi  inkişafın  mövcud 
vəziyyəti  və  gələcəyə  proqnozu  haqqında  keyfiyyətli 
informasiya  yaymaqla  mövcud  problemlərin  həlli  üçün  şərait 
yaradır.  Dövlət  infrastruktura  tələb  olunan  qədər  investisiya 
yönəldir,  istisna  hallarında  infrastruktur  layihələrə  yönələn 
investisiyalar  ümumi  iqtisadi  strategiyanın  elementi  ola  bilər, 
buna misal kimi Ruzveltin “yeni kursunu”  göstərmək olar.  Bu 
modeldə  zəruri  şəraitdə  investisiya  resurslarının  səmərəli 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
62
paylanması  təmin  olunur.  Bu  modelin  nöqsanı  isə  yığımın 
yaranması və artırılması üçün stimulların olmamasındadır.   
Yapon  modeli  –  dövlət  və  xüsusi  investisiyaların  aktiv 
ə
məkdaşlığı  əsasında  qurulmuşdur.  Dövlət  bank  sisteminə 
nəzarət edir, əhalinin əmanətlərinin mobilizasiyasını təşkil edib 
bu 
vəsaiti 
korporasiyalara 
istifadə 
üçün 
yönəldilir. 
Korporasiyalar  isə  öz  növbəsində  üzərilərinə  götürdükləri 
öhdəlikləri  mütləq  yerinə  yetirilməlidirlər. 
nfrastruktura 
yönələn  investisiyalar  konkret  xüsusi  firmaların  tələbləri  ilə 
koordinasiya  olunur.  Yapon  modelinin  reallaşması  üçün  güclü 
xüsusi  sektor  və  səmərəli  idarə  etmə  aparatına  malik  dövlət 
olmalıdır.  Modelin  üstün  cəhəti  –  səmərəli  investisiyalar  üçün 
ə
həmiyyətli 
vəsaitin 
cəmləşməsi 
imkanıdır. 
Modelin 
çatışmayan  cəhəti  isə  investisiyaların  planlaşdırılması 
prosesinin 
siyasiləşdirilməsi, 
pul-kredit 
parametrlərin 
xoşagəlməz dəyişilməsi və siyasi qüvvələrin korrupsiyasıdır.    
Tayvan  modelində  –  amerikan  və  yapon  modelinin 
vasitələrindən kombinə edərkən istifadə edilir. Bu modelin əsas 
cəhəti  –  dövlət  tərəfindən  xüsusi  investisiya  qərarlarının 
koordinasiya  mexanizminin  yaradılmasıdır.  Bu  modeldə 
nəzərdə  tutulur  ki,  ixraca  işləyən  firmalar  bazarı  və  potensial 
investorları  yaxşı  tanıyırlar.  Onların  ətrafında  yaranan 
təchizatçılar  şəbəkəsinə  daxil  olan  firmalar  isə  öz  planlarını 
aparıcı  firma  ilə  razılaşdırırlar.  Dövlətin  əsas  vəzifəsi  –  bu 
qrupu  dəstəkləməkdir  və  layihə-konstruktor  büroları,  texniki 
xidmət  və  elmi  laboratoriyaları  maliyyələşdirməklə  bazarın 
bütün  iştirakçıları  üçün  yeni  texnologiyalara  yiyələnmək,  yeni 
məhsulun işlənib hazırlanmasında bərabər iştirak etmək imkanı 
yaratmaqdır.  Bundan  istehsalı  ixraca  yönəldən  kompaniyalar 
üstünlük  qazanır  və  güzəştli  kredit  əldə  edə  bilirlər.  Modelin 
zəif  tərəfi  –  Ümumdünya  Ticarət  Təşkilatının  (ÜTT)  yeni 
qaydalarına cavab verməkdir.    
Qeyd  etmək  lazımdır  ki,  ölkədə  mövcud  institusional 
bazanı nəzərə almadan hər hansı bir modeli olduğu kimi tətbiq 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
63
etmək  düzgün  olmaz.  Bəzi  hallarda  yalnız  investisiyaların 
stimullaşdırılması  heç  də  müvəffəqiyyəti  təmin  etmir. 
nvestisiyaların  iqtisadiyyat  üçün  səmərəli  olması  ilk  növbədə 
ə
lverişli  investisiya  mühitinin,  tələb  olunan  infrastrukturunun 
yaradılmasına  əsaslanır.  Yalnız    bazar  mexanizmi  və  milli 
iqtisadiyyatın güclü tərəfinə arxalanan investisiya uğurlu hesab 
oluna bilər.      
2.  nnovasiya modelləri.  
Birinci  model  –  innovasiya  mühitinin  yaradılmasını 
nəzərdə  tutur.  Məsələn,  ABŞ-da  Silikon  Dərəsi  (Kaliforniya 
ş
tatı)  bu  modelə  aiddir.  Bu  model  innovasiya  mühitinin 
formalaşıb  və  gələcəkdə  innovasiya  və  texnoloji  inkişaf 
mənbəyinə  çevrilməsi  üçün  4  elementin  mövcudluğu  ilə 
şə
rtlənir: 
- iri  elmi-tədqiqat  və  təcrübə  mərkəzləri  tərəfindən 
təqdim olunan elm; 
- iri xüsusi kapital; 
- müasir  texnika  ilə  təchiz  olunan  çox  profilli 
müəssisələr; 
- yüksək peşəkarlığa malik mühəndis və fəhlə heyəti.        
 Bu  4  amil  vasitəsi  ilə  texnoloji  inkişaf  prosesi  həyata 
keçirilir. Bu prosesin fərqli cəhəti – adı çəkilən amillərin kiçik 
ə
razidə  cəmləşməsidir.  Məsələn,  Silikon  Dərənin  ərazisində, 
yəni 30 kv.km sahədə informasiya texnologiyaları sahəsində 8 
min  müəssisə  və  220  min  yüksək  peşəkarlığa  malik  mühəndis 
və fəhlə çalışır.  
  kinci  model  –  TMK  tərəfindən  həyata  keçirilən 
modeldir. Burada TMK özündə bütün amilləri cəmləşdirir – iri 
kapital,  müasir  istehsal  səviyyəli  müəssisələr,  yüksək  peşəkar 
heyət. Bəzi hallarda TMK özünün ET mərkəzləri mövcud olur, 
bəzi  halda  isə  iri  universitet  mərkəzlərində  tədqiqatlar    TMK-
lar  tərəfindən  maliyyələşir.  Beləliklə  TMK  daxilində  texnoloji 
prosesə  tələb  olunan  bütün  elementlər  generasiya  olunur  və 
TMK maraqlarına müvafiq həyata keçirilir.    
Dövlətin investisiya-innovasiya siyasəti 
 
64
 Üçüncü  model  –  dövlət  proteksionizmi  əsasında 
(himayədarlıq  siyasəti)  qapalı  milli  bazar  şəraitində  həyata 
keçirilirdi.  Bu  modeldə  dövlət  texnoloji  innovasiyaları 
dəstəkləyir.  Məsələn,  Yaponiya  və  Cənubi  Koreya  ilk 
mərhələdə amerikan və avropa texnologiyaların təkrarlayırdılar, 
sonra  isə  innovasiya  sahəsində  təcrübə  toplayandan  sora  öz 
yüksək texnologiyalı məhsulunun istehsalına keçidilər. Əgər ilk 
mərhələdə  dövlət  innovasiyalı  məhsulu  istehsal  edən  şirkətləri 
ölkə  daxilində  dəstəkləyirdisə,  sonra  bu  məhsulların  dünya 
bazarlarına çıxması üçün şərait yaradırdı.         
 Dördüncü  modeldə  texnoloji  inkişaf  açıq  bazar 
şə
raitində,  dünya  bazarları  ilə  daimi  və  bilavasitə  qarşılıqlı 
ə
laqə  şəraitində  həyata  keçirilir.  Məsələn,  Fransa  hökuməti 
milli şirkətlərini informasiya bazarlarında beynəlxalq rəqabətdə 
dəstəkləyir.  Dövlət  dəstəyinə  baxmayaraq,  fransız  şirkətlərinə 
texnoloji  inkişafın  dünya  səviyyəsində  rəqabət  qabiliyyətinin 
təmin olunması olduqca çətindir.           
 Beşinci model – “hərbi” modeldir ki, onun əsas məqsədi 
texnoloji  inkişaf  vasitəsi  ilə  hərbi  sahədə  üstünlük 
qazanmaqdır.  nkişafında  hərbi  modelin  seçən  ölkələr  2 
problemlə qarşılaşır:  
- birincisi  –  mənəvi  problemdir,  yəni  elm  və  texniki 
nailiyyətlərin ölüm vasitələri kimi istifadə edilməsidir; 
- ikincisi  –  bu  sahədə  yaradılan  yeniliklər  məxfi 
saxlandığına  görə  digər  sahələrdə  istifadəsi  məhduddur. 
nformasiya  texnologiyaları  sərbəst  informasiya  mübadiləsini, 
kapitalın  aktiv  hərəkətini,  yeni  vəsaitin  cəlb  olunmasını  tələb 
edir.  Bu  da  hərbi  yeniliklərin  məxfi  olmasına  ziddir.  Hərbi 
modelin  elementləri  amerikan  texnoloji  inkişafın  daha  çox 
məxsusdur.  Ancaq  XX-ci  əsrin  80-ci  illərində  iri  hərbi 
proqramların  azaldılmasına  başlandı  və  sənaye,  maliyyə 
ş
irkətlərinin 
xüsusi 
kapitalının 
innovasiya 
layihələrin 
yönəlməsinə üstünlük verildi.      


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə