Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
25
iqtisadi şəraitə müvafiq olaraq birbaşa və dolayı təsir edə bilər. 
qtisadiyyatın  enmə  mərhələsində  dövlət  Keynsin  nəzəriyyə-
sinin tövsiyələrindən istifadə edə bilər.       
Dövlət  innovasiya  siyasətinin  maliyyə-kredit  mexanizmi 
vasitəsi  ilə  həyata  keçirir.  nnovasiya  siyasətini  reallaşdırmaq 
üçün maliyyə-kredit mexanizmi vasitəsi ilə:   
- innovasiyaların maliyyələşdirilməsi və kredit risklərinin 
azaldılması məqsədi ilə maliyyə-kredit təşkilatları üçün əlveriş-
li şərait yaradılır; 
-  yüksək  iqtisadi  səmərəliyi  olan  innovasiyalır  tətbiq 
olunur; 
- vençur investisiyalar inkişaf etdirilir;  
-  yüksək texnologiyalarla bağlı istiqamətlər, innovasiyalı 
layihələri,  elmi-tədqiqat  və  təcrübi-konstruktor  işləri  maliy-
yələşdirilir;     
-  elm  tutumlu  sahələrə  vəsait  qoyan  investorlar  dəstək-
lənir və stimullaşdırılır; 
-  elm  tutumlu  avadanlıq  sahəsində  lizinq  xidmətləri 
inkişaf etdirilir; 
-  ixtira-patent  fəaliyyəti  maliyyələşdirilir,  intellektual 
mülkiyyətin müdafiəsi təmin olunur;  
-  innovasiya  yönümlü  məhsul  istehsal  edən  müəssisələrə 
surətli amortizasiya normasının tətbiq edilir;  
-  innovasiyalı  layihələrin  müsabiqə  əsasında  seçilməsi 
sistemi təkmilləşdirilir; 
-  nisbətən  kiçik,  tez  gəlir  gətirən  investisiya  layihələrə 
üstünlük verilməsi təmin edilir. 
nvestisiyaların  yeniliklərə  yönəldilməsi  üçün  aşağıdakı-
ların edilməsi zəruridir: 
- innovasiyaların  inkişafı  və  həyata  keçirilməsi  üçün 
ə
lverişli şərait yaratmaq; 
- innovasiyalı  fəaliyyət  nəticəsində  yaranan  məhsulunun 
dövlət sifarişinin vasitəsi ilə reallaşdırmaq; 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
26
- xarici iqtisadi fəaliyyətdə və beynəlxalq bazarlarda milli 
innovasiyalı məhsulların  hərəkətini dəstəkləmək; 
- elmi-texniki  fəaliyyətin  nəticələrinə  və  innovasiyalı 
fəaliyyətə tələb haqqında məlumatın toplanması və yayılmasını 
dəstəkləmək;  
- innovasiyalı fəaliyyəti həyata keçirən kadrların hazırlan-
ması,  onların  peşəkarlığının  artırılmasını  dövlət  tərəfindən 
dəstəkləmək.  
Dövlətin innovasiyaların tənzimlənməsi sahəsində əsas 
funksiyaları: 
-  nnovasiya  sahəsində  elmi  araşdırmalar  üçün  vəsaitin 
akkumulyasiyası. Bu vəsaitin həm dövlət büdcəsi, həmdə xüsu-
si  fondlar  vasitəsi  ilə  toplanıb  innovasiya  sahəsinə  yönəldil-
məsi; 
-  nnovasiya 
fəaliyyətinin 
koordinasiyası. 
Dövlət 
innovasiya  proseslərinin  strateji  istiqamətini  müəyyən  edir, 
vahid  texnoloji  məkan  formalaşdırır  və  fəaliyyət  göstərən 
institutların kooperasiyasını təmin edir; 
-  nnovasiyaların  stimullaşdırılması  tədbirlərində  rəqabətin 
qorunması ya dəstəklənməsi, innovasiya fəaliyyəti ilə məşğul olan 
subyektlərə güzəştlərin tətbiqi, risklərin sığortalanması;  
-  nnovasiya proseslərinin hüquqi bazasının yaradılması; 
-  nnovasiyaların kadr təminatı; 
- Elmi-innovasiya infrastrukturunun yaradılması; 
-  nnovasiya 
proseslərinin 
institusional 
bazasının 
yaradılması; 
-  nnovasiyaların sosial və ekoloji sahələrə 
istiqamətləndirilməsi; 
-  nnovasiya fəaliyyətinin statusunun yüksəldilməsi; 
-  nnovasiya proseslərinin regional tənzimlənməsi; 
-  nnovasiya proseslərinin beynəlxalq tənzimlənməsi 
aiddir. 
3. 
Dövlətin 
investisiya-innovasiya 
siyasətinin 
forma və metodları 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
27
3.1 Dövlətin investisiya-innovasiya siyasəti və onun əsas 
tərkib  hissəsi  –  investisiya  siyasətinə  dövlətin  iştirakının  3 
forması mövcuddur: 
- büdcə  vasitəsi  hesabına  dövlətin  investisiya  prosesində 
bilavasitə iştirakı; 
- investisiya  fəaliyyəti  üçün  əlverişli  şəraitin  yaradılması 
– dövlətin dolayı təsiri; 
- investisiya resurslarının amortizasiyası və formalaşması.   
  Dövlətin  investisiya-innovasiya  siyasəti  3  prinsipə 
müvafiq olmalıdır: 
1.  o  bazar  xarakterli  olmalıdır.  Hətta  dövlət  investisiya-
ları qaytarılmalı, ödənişli və müddətli olmalı, müsabiqə əsasın-
da yerləşdirilməlidir; 
2.  səmərəli  və  ardıcıl  olmalıdır  –  struktur  dəyişiklərin 
təsir göstərən sistem ziddiyyətli olmamalıdır;  
3.  kompleksli olmalıdır. 
 Dövlətin  investisiya  siyasətinin  metodlarına  özəlləşdir-
mə,  sahibkarlıq  fəaliyyəti  üçün  əlverişli  şəraitin  yaradılması, 
birbaşa və dolayı büdcə maliyyələşdirilməsi, xarici investisiya-
ların forma və şəraitinin tənzimlənməsi, investisiya mübahisələ-
rinin tənzimlənməsi və d.  
Dövlətin  investisiya  siyasəti  metodlarını  aktiv  və  passiv 
metodlar  kimi  qruplaşdırmaq  olar.  Aktiv  tədbirlərə  vergi  və 
kredit  güzəştləri,  dövlət  zəmanəti  aiddir.  Passiv  metodlara 
sahibkarlığın  inkişafı  üçün  şəraitin  yaradılması  aiddir:  müəs-
sisələrin  yaradılmasında  kömək,  infrastrukturun  yaradılması, 
tədqiqat  və  innovasiyaların  dəstəklənməsi,  ekoloji  vəziyyətin 
yaxşılaşdırılması, vençur kapitalın və xarici iqtisadi fəaliyyətin 
dəstəklənməsi  və  d.  Dövlətin  investisiya  siyasəti  ümumi  və 
xüsusi vasitələrin köməyi ilə həyata keçirilir. Maliyyə vasitələri 
kimi  dövlətin  birbaşa  və  bələdiyyə  maliyyələşdirilməsi,  dövlət 
və  bələdiyyə  sifarişi  və  digər  maliyyə  vasitələri  (vergi  güzəşt-
ləri,  kreditlər,  investisiya  qoyuluşların  sığortalanması,  dövlət 
lizinqi və dövlət zəmanəti) istifadə edilir. Pul-kredit siyasətinin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
28
vasitəsi  ilə,  yəni  faiz  dərəcəsinin  azaldılması  ilə  investisiyada 
gəlirlilik  səviyyəsinin  artırılması  həyata  keçirilir.  Hüquqi 
baxımdan  investisiya  siyasətində  sahibkarlara  hüquq  və  vergi 
sahəsində məsləhət verilməsi nəzərdə tutulur. Bunlardan başqa, 
investisiya  layihələrinin  dövlət  tərəfindən  ekspertizası,  dövlət 
zəmanəti  və  təminatı  kimi  vasitələr  istifadə  olunur.  nfrastruk-
tur baxımından investisiya siyasətində investisiya layihələrinin 
informasiya  dəstəyi,  bazar  haqqında  vaxtında  və  keyfiyyətli 
informasiyanın təqdim edilməsi, satış bazarlarının genişləndiril-
məsi üçün sahibkarlara dəstək, tələb olunan istehsal infrastruk-
turunun  yaradılması  kimi  tədbirlər  nəzərdə  tutulur.  nvestisiya 
siyasəti  çərçivəsində  dövlət  və  xüsusi  sektor  arasında 
ə
məkdaşlıq  mexanizminin  inkişafı,  birgə  müəssisələrin,  xüsusi 
iqtisadi zonaların yaradılması nəzərdə tutulur.    
 
     
3.2  nvestisiya fəaliyyəti subyektlərinə dövlət təminatı və 
onların hüquqlarının qorunması. 
Dövlət  qanunvericiliyinə  müvafiq  olaraq,  investorlar 
aşağıdakı bərabər hüquqlara malikdirlər: 
-  dövlət  qanunvericiliyi  ilə  təyin  olunmuş  çıxarışlar 
istisna  olmaqla,  kapital  qoyuluşları  formasında  investisiya 
fəaliyyətinin həyata keçirilməsinə; 
- kapital qoyuluşlarının həcm və istiqamətlərinin müstəqil 
müəyyən edilməsi, və eləcə də, digər subyektlərlə müqavilələ-
rin bağlanması; 
-  kapital  qoyuluşları  obyektlərinə  və  həyata  keçmiş 
kapital  qoyuluşları  nəticələrinə  sahib  olmaq,  istifadə  etmək  və 
sərəncam vermək; 
- müqavilə və ya dövlət kontraktı ilə, qanunvericiliklə nə-
zərdə tutulmuş qaydada, kapital qoyuluşlarını həyata keçirmək 
və onların nəticələrindən istifadə etməklə, öz hüquqlarını fiziki 
və  hüquqi  şəxslərə,  dövlət  orqanları  və  yerli  özünüidarəetmə 
orqanlarına ötürmək; 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə