Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
13
birbaşa,  əsasən  də,  inzibati  üsullardan  istifadə  edilməsidir. 
Burada  müxtəlif  dövlət  strukturları  tərəfindən  investisiya  re-
sursları akkumulyasiya olunur, mərkəzləşdirilmiş qaydada uzun 
müddətli  proqnozlaşdırılma  aparılır  və  investisiya  prosesləri 
daha sərt reqlamentləşdirilir.  
Qeyd etmək lazımdır ki, investisiya prosesinin sırf liberal 
və  ya  mərkəzləşdirilmiş  inkişafı  reallıqda  mövcud  deyil. 
Reallıqda  investisiya  siyasətində  həm  liberal,  həm  də 
mərkəzləşdirilmiş  siyasətin  elementlərindən  istifadə  olunur. 
qtisadi  vəziyyətdən  asılı  olaraq,  siyasətin  bu  iki  elementinin 
mütənasibi dəyişir. Məsələn, iqtisadiyyatda canlanma müşahidə 
olunursa, mərkəzləşdirilmiş sistemin elementlərinin istifadəsinə 
ehtiyac  olmur.  Əks  halda,  xüsusən  də  böhran  zamanı 
investisiya fəaliyyətini stimullaşdırmaq tələb olunur.    
Dövlətin  investisiya  siyasəti  maliyyə  sistemi  vasitəsi  ilə 
həyata  keçirilir.  Ölkənin  maliyyə  sistemi  iqtisadiyyatın,  döv-
lətin,  cəmiyyətin  fəaliyyətini  və  maliyyələşdirilməsini  təmin 
edən  maliyyə  münasibətləri,  maliyyə  institutları  və  fondları 
məcmusundan ibarətdir. Maliyyə sistemi akkumulyasiya, bölgü 
və nəzarət funksiyasını həyata keçirir. Maliyyə sisteminə dövlət 
büdcəsi, bələdiyyə büdcələri, büdcədən kənar fondlar, dövlətin 
kredit  sistemi,  sığorta  sistemi,  müxtəlif  mülkiyyət  növləri, 
müəssisələrin öz maliyyə resursları, əhali və sahibkarların şəxsi 
vəsaiti  daxildir.  Ölkənin  maliyyə  sistemi  4  tərkib  hissədən 
ibarətdir:  
- dövlət maliyyə sistemi; 
- müəssisə, təşkilat və fərdi sahibkarların vəsaitləri; 
- bank sisteminin maliyyə vəsaitləri;  
- əhalinin maliyyə vəsaiti.  
 
 
 
 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
14
Dövlətin investisiya-innovasiya siyasətinin 
səviyyələri   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1 
 
Dövlə
 
Maliyyə institutları: 
banklar, investisiya 
fondları, qiymətli 
kağızlar bazarı 
 
ri biznes: SC, 
Xoldinqlər, MSQ 
 
Kiçik investorlar: 
ə
manətçilər, kiçik 
və orta sahibkarlar 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
15
Dövlət maliyyə sisteminə dövlət büdcəsi, büdcədən kənar 
fondlar, dövlət krediti, sığorta fondları, fond bazarları daxildir. 
Müəssisə və təşkilatların maliyyə vəsaitinə dövlət, qarışıq, kol-
lektiv,  bələdiyyə,  fərdi,  səhmdar,  ictimai  müəssisələr  daxildir. 
Bank  sisteminin  vəsaitlərinə  qızıl-valyuta  ehtiyatları,  pul  və-
saiti,  kreditlər,  depozitlər,  qiymətli  kağızlar  aiddir.  Ev  təsərrü-
fatlarının maliyyə vəsaiti əhalinin pulları, banka qoyulan vəsait, 
qiymətli  kağızlar  və  digər  maliyyə  aktivlərin  qoyulan  vəsait, 
qiymətli metallara, pensiya və digər fondlara qoyulan vəsaitlər 
aiddir.  
Maliyyə  sisteminin  tərkib  hissələri  bir-biri  ilə  qarşılıqlı 
ə
laqədədirlər.  Belə ki, dövlət büdcəsi vasitəsi ilə fiskal siyasət 
həyata keçirilir – vergi və büdcə xərclərinin istifadəsini vasitəsi 
ilə  sosial məqsədlər və işgüzar aktivlik tənzimlənir.  Bu siyasət 
vergi  və  dövlət  xərclərinin  tənzimlənməsi  vasitəsi  ilə  həyata 
keçirilir,  o  stimullaşdırıcı  və  məhdudlaşdırıcı  olur.  Tənəzzül 
zamanı  stimullaşdırıcı  fiskal  siyasətindən  istifadə  edirlər.  Bu 
siyasət aşağıda adı çəkilən vasitələrdən istifadəni nəzərdə tutur: 
- dövlət xərclərinin artırılması; 
- vergilərin azaldılması; 
- eyni zamanda həm vergilərin azaldılması, həm dövlət 
xərclərinin artırılması. 
Məhdudlaşdırıcı  siyasət  zamanı  fiskal  mexanizminin  əks 
tədbirləri həyata keçirilir:  
- dövlət xərcləri azaldılır; 
- vergilər artırılır; 
- eyni  zamanda  həm    vergilər  artırılır  və  dövlət  xərcləri 
azaldılır. 
Vergilər investisiyaların stimullaşdırılmasını təmin etmə-
si üçün onlar adı çəkilən tələblər cavab verməlidir: 
- birbaşa  və  dolayı  vergilərin  optimal  nisbəti  təmin 
olunmalıdır; 
- eyni obyektdən verginin bir növü bir dəfə alınmalıdır; 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
16
- vergi  normasının  uzun  müddət  sabit  olmalı  və  asan 
hesablanmalıdır. 
Ümumən  stimullaşdırıcı  fiskal  siyasət  büdcə  kəsirinin 
yaranması  və  artmasına  gətirir,  lakin  istehsalın  azalmasının 
qarşısını  alır.  nflyasiya  zamanı  məhdudlaşdırıcı  fiskal  siyasət 
aparılır.  Bu siyasət aşağıdakı tərkib hissələrdən ibarətdir: 
- dövlət xərclərinin azaldılması; 
- vergilərin artırılması; 
- eyni zamanda həm vergilərin artırılması, həm dövlət 
xərclərinin azaldılması. 
Suallar: 
1.
  nvestisiya-innovasiya siyasətinin dövlətin 
iqtisadiyyatında rolu və yerini müəyyən edin. 
2.
  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 
“investisiya” nə aiddir?  nvestisiyaları necə təsnifləşdirmək 
olar?  
3.
  nnovasiya fəaliyyəti dedikdə nə başa düşürsünüz? 
nnovasiyaları necə təsnifləşdirmək olar? 
4.
  Dövlətin maliyyə sistemi neçə tərkib hissədən ibarətdir? 
5.
  Stimullaşdırıcı və məhdudlaşdırıcı fiskal siyasət 
investisiya durumuna necə təsir edir?    
Testlər: 
Test  1.  Adı  çəkilənlərdən  hansılar  investisiya  vəsaitinə 
aiddir? 
a)  pul,  məqsədli  bank  yatırımları,  daşınan  və  daşınmaz 
ə
mlak,  
b)  kreditlər, paylar, səhm,   qiymətli kağızlar; 
c)  elmi-praktiki və digər intellektual dəyərlər;  
d)  patentləşdirilmiş  texniki,  texnoloji,  kommersiya  və 
digər biliklərin (“nou-hau”) 
e)  bütün cavablar düzdür.  
Test  2.  Tipindən  asılı  olaraq  investisiyalar  necə 
təsnifləşdirilir? 
a)  uzun, orta və qısa müddətli 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə