Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
9
isə  qeyd  olunur  ki,  ölkə  daxilində  və  xaricdə  uzun  müddətli 
kapital qoyuluşu – investisiya adlanır.  
 Azərbaycan  Respublikasının  “ nvestisiya  fəaliyyəti  haq-
qında”  Qanununa  müvafiq  olaraq,  investisiyalar  -  gəlir  götür-
mək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növlərinə qoyu-
lan  maliyyə  vəsaitləri,  maddi  və  intellektual  dəyərlərdir.  Bu 
qanuna  görə,  investisiya  vasitələrinə  pul,  məqsədli  bank  yatı-
rımları, kreditlər, paylar, səhmlər, qiymətli kağızlar; daşınan və 
daşınmaz əmlak, elmi-praktiki və digər intellektual dəyərlər; bu 
və ya digər istehsal növü təşkili üçün lazım olan texniki sənəd 
şə
klində  tərtib  edilmiş,  patentləşdirilmiş  texniki,  texnoloji, 
kommersiya  və  digər  biliklərin  (“nou-hau”)  məcmusu;  torpaq, 
su  və  digər  ehtiyatlardan  bina,  tikililər,  avadanlıqdan  istifadə 
hüququ  və  digər  dəyərlər  aiddir.  nvestisiya  prosesi  deyərkən 
milli  kapitalın  artırılmasına  yönələn  çox  şaxəli  fəaliyyət  başa 
düşülür.  Bu  zaman  dövlət,  hüquqi    və  fiziki  şəxslər  tərəfindən 
həyata keçirilən kapital qoyuluşu investisiya fəaliyyəti adlanır. 
nvestisiya  fəaliyyətinin  obyektləri  kimi  yeni  yaradılan  və 
modifikasiya olunan əsas fondlar, dövriyyə vəsaiti, torpaq və s. 
çıxış edirlər. 
nvestisiya  sferası  –  məhsulu  investisiya  şəkilində  çıxış 
edən iqtisadiyyatın sahələrinin məcmusudur və bura adı çəkilən 
sahələr daxildir: 
- əsaslı tikinti sahəsi; 
- innovasiya sahəsi; 
- maliyyə kapitalının dövri etdiyi sahə; 
- subyektlərin mülkiyyət hüququnu müəyyən edən sahə. 
nvestisiya  fəaliyyətinin  subyektləri  kimi  investorlar 
(sifarişçilər),  podratçılar,  banklar,  investisiya  kompaniyaları, 
ölkə və xarici ölkə vətəndaşları çıxış edə bilərlər.  
  nvestisiya  fəaliyyətinin  formaları  kimi  dövlət  investi-
siyaları, vətəndaşların investisiyaları, qeyri-dövlət müəssisələri-
nin investisiyaları, xarici və birgə investisiyalar çıxış edə bilər.     
Dövlətin investisiya-innovasiya siyasəti 
 
10
Tipindən asılı olaraq real, maliyyə və intellektual investi-
siyalar fərqləndirilir. Real investisiyalar maddi və qeyri-maddi 
olur.  Maddi  investisiyalar  kimi  bina,  avadanlıq,  qurğulara, 
maddi-əşya  ehtiyatlarına  qoyulan  vəsait  nəzərdə  tutulur. 
Maliyyə  investisiyaları  deyərkən  isə  qiymətli  kağızlar  (səhm, 
istiqraz  və  d.),  məqsədli  bank  qoyuluşları,  depozitlər  və  s. 
nəzərdə tutulur.  ntellektual investisiyalar – cəmiyyətin yaradıcı 
potensialına,  intellektual  mülkiyyətə  -  müəllif,  ixtira  və  patent 
hüququna  əsaslanan  investisiyalardır.    nvestisiya  prosesində 
iştirak xarakterinə görə birbaşa, dolayı və portfel investisiyalar 
fərqləndirilir. Birbaşa investisiyalar dedikdə investor tərəfindən 
investisiya obyektinə bilavasitə qoyulan vəsait nəzərdə tutulur. 
Dolayı  investisiyalar  –  vasitəçi  köməyi  ilə  həyata  keçirilən 
investisiya  qoyuluşudur,  məsələn,  investisiya  fondları  vasitəsi 
ilə.  Portfel  investisiyaları  –  qiymətli  kağızlara  qoyulan  kapital 
nəzərdə tutulur.      
 
3.
  nnovasiya anlayışı, onun mahiyyəti və təsnifatı. 
 
nnovasiya fəaliyyəti deyərkən istehsal, kommersiya, ida-
rə etmə və sosial proseslərin səmərəliyini artıran elmi tədqiqat-
ların  və  təcrübi-konstruktor  işlərinin  (ETTK )  nəticələrinin 
praktiki  tətbiqi  nəzərdə  tutulur.  nnovasiya  prosesi  nəticəsində 
yeni  və  ya  təkmilləşmiş  məhsul,  xidmət  təklif  olunur.  Eyni 
zamanda  innovasiya  texnoloji  prosesləri,  idarə  və  təşkil  etmə 
proseslərində tətbiq oluna bilər. 
Beləliklə,  innovasiya  fəaliyyəti  cəmiyyətin  intellektual 
fəaliyyətinin təkmilləşdirilməsinə yönələn nəticədir.  
Yaranma  səbəblərinə  görə  innovasiya  strateji  və  reaktiv 
ola  bilər.  Strateji  innovasiyalar  yeniliyin  tətbiqi  nəticəsində 
rəqabət üstünlüyünü təmin etmiş olur və onu tətbiq edən firma 
və  ya  dövlət  elmi-texniki  renta  qazanır.  Reaktiv  innovasiyalar 
strateji innovasiyanı tətbiq edən rəqiblərinə çatmaq məqsədi ilə 
həyata keçirilir.   


Dövlətin investisiya-innovasiya siyasəti 
 
11
Tətbiq xarakterinə görə innovasiyalar: 
- yeni əmtəə, xidmətlərin istehsalı və istifadəsinə yönələn; 
- yeni texnologiyalara və istehsalın təşkilində yeniliklərin 
tətbiqinə yönələn; 
- müəssisələrin  yeni  bazarlara  çıxması  və  bazarda  yeni 
üsulların tətbiqi; 
- yeni sosial strukturların yaranması və fəaliyyəti ilə bağlı 
innovasiyalara bölünür.  
nnovasiyalar  istehsal,  iqtisadiyyat,  hüquq,  sosial,  elm, 
mədəniyyət, təhsil və digər sahələri əhatə edə bilərlər.  
Yeniliyin səviyyəsinə görə innovasiyalar 3 növ olur: 
- bazis  innovasiyalar  –  yeni  nəsil  material,  avadanlıq, 
prinsipcə yeni texnika və texnologiyaların yaranmasına yönələn 
investisiyalar; 
- yaxşılaşdırılan,  təkmilləşdirilən  innovasiyalar  –  yeni 
nəsil texnika və texnologiyaların yayılması və təkmilləşdirilmə-
si,  istehsal  olunan  malların  və  göstərilən  xidmətlərin  yaxşılaş-
dırılmasına yönələn investisiyalar; 
- yanlış  innovasiyalar  –  səmərə  verməyən  və  ya  mənfi 
effekt verən köhnəlmiş texnika və texnologiyanın yaxşılaşdırıl-
masına yönələn investisiyalar. 
nnovasiyalarla  əlaqəli  tətbiq  olunan  investisiyalar,  bir 
qayda  olaraq,  böyük  risklə  əlaqəlidirlər.  Amerikan  alimi  Tvis-
sin fikrincə innovasiyalı layihələrin cox az hissəsi (10% yaxın) 
müvəffəqiyətli  ola  bilər,  əksər  hallarda  qoyulan  investisiyalar 
itirilir.  nnovasiyalı  layihə  müvəffəqiyyətli  olduğu  halda, 
qoyulan investisiyadan alınan gəlir bir neçə dəfə artıq ola bilər.        
4.  Dövlətin investisiya-innovasiya siyasətinin  
xüsusiyyətləri. 
nvestisiya  siyasəti  vasitəsi  ilə  dövlət  maliyyə  və  pul-
kredit  mexanizmindən  istifadə  edərək  ictimai  istehsalın 
artımına  və  tənasübünə  təsir  göstərir.  Əgər  investisiya  siyasəti 
innovasiya  xarakterlidirsə  buna  investisiya-innovasiya  siyasəti 
deyilir.     
Dövlətin investisiya-innovasiya siyasəti 
 
12
Bu  siyasətin  əsasını  təşkil  edən  və  əsas  məqsəd  olan 
investisiya-innovasiya  fəaliyyətinin  aktivliyinin  artırılmasında 
dövlət  aparıcı  rol  oynayır.  Dövlətin  investisiya-innovasiya 
siyasəti iqtisadi proseslərə dövlət müdaxiləsinin vergi, maliyyə-
kredit, amortizasiya, lisenziya, qiymət və xarici investisiyaların 
cəlb edilməsi və digər mexanizmlərinin tətbiq səviyyəsindən və 
sahədə  həyata  keçirilən  siyasətlə  əlaqəlidir.  Bundan  başqa, 
investisiya-innovasiya  siyasəti  hüquqi  və  inzibati  idarəetmə 
sistemi ilə sıx əlaqəlidir.      
Hüquqi  bazasından  asılı  olaraq  formallaşdırılmış  və 
qeyri-formallaşdırılmış investisiya siyasəti mövcuddur. Formal-
laşdırılmış  investisiya  siyasəti  investisiya  prosesinin  əsas 
parametrlərini  tənzimləyən  tamamlanmış  hüquqi  bazası  olan 
siyasətdir.  nvestisiya  prosesinin  parametrləri  deyəndə,  bura 
vergi,  qiymət,  gəlir,  gömrük-  tarif  sistemi,  avadanlığın  amor-
tizasiya  müddəti  və  üsulları,  əsas  fondların  uçot  üsulu  və  s. 
nəzərdə tutulur. Bir qayda olaraq, formallaşdırılmış investisiya 
siyasətində  dövlətin  kapital  qoyuluşu  səviyyəsi  yüksək  olur. 
Qeyri-formallaşdırılmış investisiya siyasətində dövlətin kapital 
qoyuluşu səviyyəsi az, xüsusi kapital qoyuluşların səviyyəsi isə 
yüksək olur.  Bundan başqa, qeyri-formallaşdırılmış investisiya 
siyasətində  investisiya  prosesinin  hüquqi  bazası  sistemləşdiril-
məyib.  
darə  edilmə  tipinə  görə  liberal  və  mərkəzləşdirilmiş 
investisiya siyasəti fərqlənir. Liberal tip investisiya siyasətində 
iqtisadi idarəetmə metodları istifadə olunur, investisiya sistemi 
isə  şaquli  xarakter  daşıyır  və  aşağıdakı  kimibelə  ifadə  edilə 
bilər: dövlət - maliyyə institutları - iri biznes – xırda investorlar. 
Liberal tip investisiya siyasətində bir çox investisiya mənbələri 
və  inkişaf  etmiş  maliyyə  infrastruktura  mövcuddur.  Burada 
dövlətin  rolu  investor  və  investisiya  obyekti  arasında  “oyun 
qaydalarını”  müəyyən  etməkdən  ibarətdir.  Belə  siyasət  nəticə-
sində iqtisadiyyat özü özünü tənzimləyir və nisbətən azad inki-
ş
af edir. Mərkəzləşdirilmiş investisiya siyasətinin əsas cəhəti – 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə