Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
21
       nvestisiya siyasətinin əsas istiqamətlərinə aiddir: 
- hər konkret dövr üçün məqsədə uyqun investisiyaların 
həcmi və strukturunun müəyyən edilməsi; 
- prioritetlərin seçilməsi; 
- investisiya qoyuluşlarının səmərəliliyinin artırılması.    
-  
nvestisiya siyasətinin əsas məqsədləri kimi aşağıdakılar 
sayılır: 
 
- ölkə iqtisadiyyatının struktur yenidənqurulmasını təmin 
etmək; 
- sahibkarlıq  fəaliyyəti  üçün  və  xüsusi  investisiyaları 
stimullaşdırmaq; 
- yeni iş yerlərini yaratmaq; 
- müxtəlif  mənbələrdən,  o  cümlədən,  xaricdən  investi-
siyaları cəlb etmək; 
- investisiya  məqsədi  ilə  əhalinin  pul  vəsaitini  akkumul-
yasiya edən qeyri-dövlət strukturlarının yaradılmaq; 
- ipoteka kreditinin inkişafı üçün şəraitin yaradılmaq; 
- investisiya  fəaliyyətində  lizinq  xidmətlərini  inkişaf 
etdirmək; 
- kiçik biznesi dəstəkləmək; 
- investisiya prosesinin həyata keçirilməsi üçün güzəştlər 
sistemini təkmilləşdirmək; 
- vençur  investisiyaların  formalaşması  və  inkişafı  üçün 
şə
raitin yaradılmaq. 
 
1.Dövlətin innovasiya siyasətinin mahiyyəti və funksiyaları 
 
qtisadiyyatın  səmərəli  inkişafı  üçün  ənənəvi  inkişaf 
modelindən  innovasiyalı  modelə  keçidi  təmin  etmək  vacibdir. 
Yalnız innovasiyalı inkişaf modeli xammalın ixracında ixtisas-
laşdırılmış  iqtisadiyyatdan  postindustrial  iqtisadiyyata,  elm 
tutumlu  sahələrin  inkişafına  keçidi  təmin  edə  bilər  və  ölkə 
qloballaşan  dünyada  özünə  daha  layiqli  yer  tuta  bilər.  Müasir 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
22
dövrdə yalnız innovasiya tipli inkişafa nail olan ölkələr iqtisadi 
və hərbi-siyasi təhlükəsizliyini təmin edə bilər, əhalisinin həyat 
səviyyəsinin müasir sivilizasiya uyğun olmasına şərait yaradar. 
Xarici bazarda sərt rəqabətə davam gətirmək üçün innovasiyalı 
inkişaf ölkənin beynəlxalq münasibətlər subyekti kimi fəaliyyə-
tinin  əsas  şərtlərindən  biridir.  nnovasiyaların  tək  sayını  artır-
maq kifayət deyil, onlar bütün iqtisadi proseslərin tərkib hissə-
sinə çevrilməlidir və informasiya, maliyyə, sosial və d. proses-
lərdə  istifadə  olunmalıdırlar.  Beləliklə,  innovasiyalar  tək 
texnika-texnoloji  proseslərdə  yox,  hətta  təşkilatı,  idarə  etmə, 
maliyyə, təhsil, ekoloji və digər sahələrdə də tətbiq olunmalıdır. 
nnovasiyalı inkişaf elmi tədqiqatların aktivləşdirilməsini tələb 
edir.  nnovasiya anlayışının yeganə elmi və hüquqi tərifi olma-
dığına  görə  bəzi  hallarda  innovasiya  fəaliyyətinin  meyarlarını 
müəyyən etmək və  bu fəaliyyəti stimullaşdırmaq çətin olur.       
Azərbaycan üçün digər postsovet ölkələri kimi təkcə elmi 
tədqiqatların intensivləşdirilməsi deyil, həm də bu tədqiqatların 
tətbiqi  mexanizminin  işlənib  hazırlanması,  müxtəlif  kommer-
siya layihələrinin həyata keçirilməsi önəmlidir. Postsovet ölkə-
lərinin  çoxunda  fundamental  elmlərin  yaxşı  inkişaf  etməsinə 
baxmayaraq,  onların  nəticələri  hərbi-kosmik  sahə  istisna  ol-
maqla  iqtisadiyytda  az  tətbiq  olunurdu.  Bu  səbəbdən  ölkədə 
istehsal olunan məhsullar inkişaf etmiş ölkələrdə istehsal olun-
muş  əmtəələrdən  geri  qalırdılar,  istehlakçıların  dəyişən  tələb-
lərini ödəyə bilmirdilər.            
nnovasiya yönümlü  investisiyaların əsas istiqamətləri. 
nnovasiyaların  işlənib  hazırlanması  və  tətbiqinin  əsas 
məqsədi  rəqabət  strategiyasında  üstünlüyün  əldə  olunmasıdır. 
nnovasiyalı  fəaliyyət  nəticəsində  innovasiya  potensialı  yara-
dılır.  nnovasiya potensialına aşağıda adı çəkilənlər daxildir: 
- yeni  məhsulun  yaradılması,  yəni  onun  istehsalı  və  ya 
təkmilləşdirilməsi. Bunun üçün maliyyə, texnoloji, elmi-texniki 
imkanları, texnoloji prosesin müxtəlif mərhələlərində olması və 
mütəxəssislərin vacibdir;  


Dövlətin investisiya-innovasiya siyasəti 
 
23
- yeni,  rəqiblərin  məhsulundan  keyfiyyətcə  üstün,  isteh-
lakçıların  dəyişən  tələblərinə  cavab  verən  məhsulların  işlənib 
hazırlanmasını,  istehsalını  və  satışının  təşkil  etmək  imkanı 
olmalıdır.  
Başqa  sözlə,  innovasiya  potensialı  innovasiya  prosesinin 
həyata  keçirilməsi  üçün  tələb  olunan  amillərin  və  şəraitin 
məcmusudur.    
Dünya təcrübəsi göstərir ki, investisiyaların innovasiyaya 
yönəlməsi  iqtisadiyyatın  sürətli  inkişafına,  həyat  səviyyəsinin 
artırılmasına  gətirir.  Eyni  zamanda  innovasiyalı  sahələrin 
inkişafı  bəzi  hallarda  itkilərlə  müşahidə  olunur.  Məsələn,  fun-
damental elmə qoyulan vəsait geri qaytarılmaya da bilər. Hazır-
da  nanotexnologiyalara  qoyulan  vəsait  gözlənilən  səmərə  ver-
məyib. Bu səbəbdən innovasiya yönümlü investisiyaların səmə-
rəliyi  mütləq  nəzərə  alınmalıdır.  Bundan  başqa,  investisiyaları 
innovasiyaya qoyarkən ölkə iqtisadiyyatının xüsusiyyəti də nə-
zərə alınmalıdır. Məsələn, resurs təminatı məhdud olan ölkələr-
də  resursa  qənaət  edən,  əmək  resursu  çox  olan  ölkədə  əmək-
tutumlu, əmək resursu məhdud olan ölkələrdə isə əksinə əməyə 
qənaət edən sahələrə investisiyalar yönəlməlidir.  Bəzi ölkələr-
də  resurs  təminatında  regionlar  üzrə  böyük  fərqlərin  mövcud-
luğu ölkə daxilində innovasiya yönümlü investisiyaların istiqa-
mətləndirilməsində  fərqlər  yaradır.  Beləliklə,  ölkə  iqtisadiyya-
tının regional, sahə və struktur xüsusiyyətlərinə müvafiq əmək, 
material, fonda qənaət edən investisiyaları seçmək tələb olunur. 
Məsələn,  əmək resursları ilə yaxşı təmin olunmuş Azərbaycan 
üçün əmək tutumlu sahələrə investisiya yönəltmək önəmlidirsə, 
Rusiya  üçün  əksinə  əməyə  qənaət  edən  sahələrin  inkişafına 
üstünlük  vermək  məqsədə  uyqun  olardı,  Yaponiyada  material-
lara qənaət edən sahələrin inkişafı prioritetdirsə,  cənub ölkələ-
rində  suya  qənaət  edən  sahələrin  inkişafı  önəmlidir.  Qeyd  et-
mək lazımdır ki, müasir dövrə bir çox ölkə üçün enerjiyə qənaət 
edən sahələrə investisiya yönəltmək zəruridir. 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
24
Bəzi  hallarda  iqtisadi  səmərəlilik  baxımından  bir  ölkə 
daxilində  müxtəlif  regionlarda  investisiyaların  müxtəlif  növlə-
rini,  məsələn,  bir  regionda  əməyə,  digərində  isə  materiala  qə-
naət edən investisiyalar tətbiq etmək tələb olunur.        
 Ölkə  iqtisadiyyatının  səmərəliliyinin  artırmaq  üçün  in-
vestisiyaları  innovasiyalı  inkişafı  təmin  etməlidirlər.  Qlobal-
laşan  iqtisadi  münasibətlər  şəraitində  belə  model  əsasında 
səmərəsiz iqtisadi strukturdan rəqabət qabiliyyətini təmin edən 
yüksək  elm  tutumlu  postindustrial  iqtisadi  quruluşa  keçmək 
mümkündür.  nnovasiyalı inkişaf tipi ölkənin iqtisadi və hərbi-
siyasi  təhlükəsizliyinin  təmin  edə  bilər.  Mikrosəviyyədə  inno-
vasiyaların  tətbiqi  müəssisə  üçün  kəskin  rəqabət  şəraitində 
üstünlük verir, makrosəviyyədə isə ölkənin rəqabət qabiliyyəti-
nin  artmasına,  beynəlxalq  aləmdə  onun  nüfuzunun  möhkəm-
lənməsinə şərait yaradır.    
Müasir  dövrdə  ənənəvi  innovasiyaların  sırf  iqtisadi 
səmərəsindən başqa meyarları da önəmlidir. Bura elmi-texniki, 
sosial-mədəni,  praktiki  tətbiq  və  kommersiya  meyarı  daxildir. 
Bu  meyarlar  bazar  tərəfindən  bu  yeniliyin  qəbul  olunması, 
müəyyən sosial tələblərə cavab verməsini əks etdirir. 
   nnovasiya  siyasətinin  həyata  keçirilməsi  ölkənin  da-
vamlı inkişafı, istehsal və elmin vəhdəti  üçün zəruridir. Dövlət 
bütövlükdə  innovasiya  siyasətini  bir  neçə  istiqamətdə  reallaş-
dırılır:  
- elmin  inkişafını,  onun  maliyyələşdirilməsi,  kadr 
hazırlığı təmin edir; 
-  biznesin  innovasiya  aktivliyinin  artırılması  üçün 
proqramların işlənib hazırlanmasını təmin edir; 
- yeniliklərin  sifarişçisi  olaraq,  dövlət  elmin  inkişafına 
kömək edir; 
- yeniliklərə  ilkin  tələbi  dəstəklənməsi  ilə  dövlət 
gələcəkdə istehlak tələbinin artmasını təmin edir.  
Eyni  zamanda  dövlət  innovasiyaları  stimullaşdıraraq, 
fundamental elm və istehsal arasında sıx əlaqə  yaradır. Dövlət 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə