Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
    Bu səhifədəki naviqasiya:
  • Testl

Dövlətin investisiya-innovasiya siyasəti 
 
41
Amil-risk 
yanaşması 
investor 
üçün 
investisiya 
cəlbediciliyini  risk  nisbətdə  qiymətləndirmək  imkanı  verir.  Bu 
yanaşmada  bir-birinə  zidd  göstəricilər  –  investisiya  potensialı 
və investisiya riskləri tutuşdurulur. 
nvestisiya  potensialı    -  müəyyən  ərazinin  investisiya 
qəbul  etmək  imkanından  ərazidə      investisiya  obyektləri  və 
sahələrin  mövcudluğundan  və  onların  iqtisadi  vəziyyətindən 
asılıdır.  nvestisiya  potensialının  həcmi  resurs-xammal,  əmək, 
istehsal,  innovasiya,  institusional,  infrastruktur,  maliyyə  və 
istehlak potensialları ilə müəyyən olunur.   
3. 
Ə
lverişli 
investisiya 
mühitinin 
formalaşma 
mexanizmi.  nvestisiya  aktivliyini  təmin  etmək  məqsədi  ilə 
ə
lverişli  investisiya  iqliminin  yaradılmasını  nəzərdə  tutur  və 
bura aşağıda adı çəkilən tədbirlər daxil olunur:  
- vergi sisteminin təkmilləşdirilməsi; 
-  amortizasiyanın  hesablanması  və  amortizasiya 
ayırmalarından istifadə mexanizminin təkmilləşdirilməsi; 
-  investisiya  fəaliyyəti  subyektləri  üçün  xüsusi  vergi 
rejimlərinin təyin edilməsi; 
 - investorların maraqlarının qorunması; 
- investisiya fəaliyyəti subyektlərinə torpaq və digər təbii 
resurslardan imtiyazlı istifadə şərtlərinin verilməsi; 

ə
halinin 
vəsaitlərindən, 
investisiya 
və 
digər 
büdcədənkənar  maliyyə  vəsaitləri  kimi,  mənzil  tikintisi  və 
sosial-mədəni təyinatlı obyektlərin tikintisində istifadə; 
-  reytinqlərin  daimi  həyata  keçirilməsini  və  investisiya 
fəaliyyəti  subyektlərinin  reytinq  qiymətləndirilməsinin  nəşrini 
aparan analitik-informasiya mərkəzləri şəbəkəsinin yaradılması 
və inkişafı; 
- anti-inhisar tədbirlərin qəbul edilməsi; 
-  kreditləşmənin  həyata  keçirilməsi  zamanı  girovlardan 
istifadə imkanlarının genişlənməsi; 
- maliyyə lizinqinin inkişafı; 
- inflyasiyanın azaldılması; 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
42
-  inflyasiya  templərinə  müvafiq  olaraq,  əsas  fondların 
yenidən qiymətləndirilməsinin aparılması; 
-  investisiya  fəaliyyəti  subyektlərinin  şəxsi  investisiya 
fondlarının formalaşmasını stimullaşdırmaq.   
Ə
lverişli  investisiya  mühitinin  formalaşması  mexanizmi, 
bir tərəfdən, dövlətin investisiya siyasətindən, digər tərəfdən isə 
investisiya obyektləri olan müəssisələrin fəaliyyəti nəticəsindən 
asılıdır.  Bazar  şəraitində  xüsusi  şirkətlər  investisiya  sahəsində 
qərarları  sərbəst  qəbul  edirlər.  Dövlət  isə  bazar  şəraitində 
səmərəli olmayan sahələrə təsir edir.  
Məsələn,  (1)  vergi  sistemi  vasitəsi  ilə  investisiya 
prosesləri  arasında  əlaqə  yaradır,  vergi  güzəştləri  vasitəsi  ilə 
investorları stimullaşdırır. Vergi güzəştləri mexanizmi qoyulan 
kapitala nisbətən alınan gəlirdən verginin tutulmamağını təmin 
edir.  Bu  normalar  sahələr  üzrə  fərqlənir  və  qabaqcıl  sahələrdə 
maksimal  səviyyədə  olur.  Beləliklə,  investisiyaların  strukturu 
proqressiv  olduqca  vergi  azalır.  Bu  iqtisadi  mexanizm  vasitəsi 
ilə investisiya prosesinin məsrəfləri azaldılır, qoyulan kapitalın 
gəlirlik  səviyyəsi  artırılır.  Eyni  zamanda  vergilərin  azalması 
hesabına kapital qoyuluşlarının mənbələri də artır. Belə sistem 
investorları aktiv olmağa stimullaşdırır, investisiya fəaliyyətinə 
qoşulmayan müəssisələrin isə gəlirdən tutulan vergiləri yüksək 
olduğuna görə onların rəqabət qabiliyyəti aşağı düşür.  
(2)  nvestisiyaya  vergi  krediti  mexanizmi  vasitəsi  ilə  də 
dövlət  qabaqcıl  texnologiyaları  tətbiq  edən  müəssisələri 
dəstəkləyir. 
Vergi 
kreditindən 
istifadə 
etmək 
üçün 
müəssisələrin məsrəflərində yeni texnologiyaların payının sahə 
üzrə orta göstəricidən çox olması əsas şərtdir. Belə göstəriciləri 
olan firmalar xüsusi kreditdən istifadə etmək hüququ qazanır və 
bu kredit vasitəsi ilə vergini ödəyirlər. Vergi kreditinin faizi az, 
müddəti isə uzun olduğuna görə o, müəssisə üçün əlverişli olur. 
Vergi  krediti  banklar  üçün  əlverişli  olsun  deyə  onlar  dövlət 
sığortası,  güzəştli  vergi  və  s.  vasitələrlə  həvəsləndirilir. 
Qabaqcıl texnologiyaları tətbiq edən müəssisələr üçün güzəştli 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
43
vergilərdən  başqa  sürətləndirilmiş  amortizasiya  norması  da 
tətbiq olunur. Sürətləndirilmiş amortizasiya nəticəsində xərclər 
artır,  vergiyə  cəlb  olunan  məbləğ  isə  azalır.  Beləliklə, 
müəssisələr  üçün  sürətləndirilmiş  amortizasiya  rejimi  əlverişli 
olur  və  onlar  əsas  kapitalın  yenilənməsinə  vəsait  yönəltmə 
maraqlı  olurlar.  Sürətləndirilmiş  amortizasiyanın  tətbiqi 
nəticəsində  əmtəə  bazarlarının  həcmi  və  investisiyalara  tələb 
artır, milli iqtisadiyyatın dayanaqlı inkişafı üçün şərait yaradılır.  
(3)  Adı  çəkilən  fiskal  tədbirlərlə  yanaşı  investisiya 
mühitini  yaxşılaşdırmaq  məqsədi  ilə  dövlət  pul-kredit 
vasitələrindən  də  istifadə  edə  bilər.  Məsələn,  Mərkəzi  Bank 
faiz  dərəcəsinin  azaldılması  vasitəsi  ilə  kreditlərin  ucuzlaşdırır 
və sahibkarlar üçün əlverişli olmasını təmin edir.          
(4)  Yığımın  artmasını  təmin  etmək  üçün  və  onların 
investisiya  resurslarına  çevrilməsi  məqsədi  ilə  dövlə
satınalmaları da tətbiq oluna bilər. Dövlət satınalmaları daxili 
bazarın həcmini genişləndirir, bu da öz növbəsində sahibkarlara 
istehsalı  genişləndirmək  üçün  zəmin  yaradır.  Dövlət 
sifarişlərinin  müsabiqə  əsasında  yerləşdirilməsi  ən  səmərəli  və 
qabaqcıl  istehsalın  yayılmasına  şərait  yaradır.  Beləliklə, 
investisiyaların  stimullaşdırılmasından  başqa  onların  ən 
səmərəli istifadə istiqamətinin inkişafı təmin olunur.  nvestisiya 
fəaliyyətinin  stimullaşdırılması  təkcə  gəlirlərin  artması  ilə 
kifayətlənmir,  dövlət  onlarla  bağlı  yarana  biləcək  itkilərin 
azaldılması sahəsində fəaliyyət göstərir, ehtimal olunan riskləri 
azaltmağa  və ya aradan qaldırılmasına çalışır.    
(5) Dövlətin antiihisar siyasəti bazarın istənilən sahəsinə 
daxil olma risklərini azaldır, antiinflyasiya siyasəti isə kapitalın 
dəyərinin  azalması  riskini  müəyyən  dərəcədə  yumşaldır. 
Təsərrüfat  hüququnu  təkmilləşdirərkən  dövlət  sahibkarları 
biznesdə  tərəf  müqabillərinin  qeyri-qanuni  addımlarından 
müdafiə  edir,  tələb  olunursa  baş  vermiş  itki  və  ziyana  görə 
kompensasiyanı  ödəməyə  məcbur  edir.  Bu  da  kommersiya 
risklərinin azaldılmasının bir formasıdır.  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
44
Xarici  investisiyalara  gəldikdə  onlar  tərəfindən  qoyulan 
investisiyalara dövlət zəmanət verir və riski öz üzərinə götürür. 
Müasir  dövrdə  iri  kapital  qoyuluşu  tələb  edən  elm  tutumlu 
istehsalın  mahiyyəti  artır.  Qoyulan  kapitalın  qayıtma  müddəti 
uzun  olması  və  nəticələrin  qeyri-müəyyən  olması  bu  sahədə 
fəaliyyət  göstərən  sahibkarlar  üçün  kommersiya  risklərinin 
yüksək  olması  problemini  yaradır.  Nəticədə,  yüksək 
kommersiya  riskinin  mövcudluğu  bu  sahələrə  kapital 
qoyuluşunu  azaldır.  Dövlət  perspektiv  elm  tutumlu  sahələrin 
inkişafını dəstəkləmək və kommersiya risklərini azaltmaq üçün 
özü  belə  layihələrin  iştirakçısı  və  ya  investor  kimi  çıxış  edə 
bilər.      
 
Suallar:  
1.  nvestisiya  iqliminə  təsir  edən  əsas  iqtisadi  amilləri  necə 
təsnifləşdirmək olar? 
2. 
Regional qeyri-kommersiya  risklərinə təsir  edən 
amilləri necə qruplaşdırmaq olar? 
3. 
Dövlət  bazar  şəraitində  səmərəli  olmayan 
sahələrə hansı mexanizmlər vasitəsi ilə təsir edir? 
4. 
nvestisiya  aktivliyi  əsasən  hansı  amillərdən 
asılıdır? 
5. 
nvestisiya  iqlimin  əlverişli  və  ya  əlverişsiz 
olmasını necə xarakterizə olunur?  
 
Testlər: 
Test  1.  Adı  çəkilənlərdən  hansılar  investisiya  iqliminə 
təsir edən makroiqtisadi amillərə aiddirlər? 
a) 
UDM dinamikası və inflyasiyanın səviyyəsi. 
b) 
Qanun vericilik bazasının keyfiyyəti və sabitliyi 
c) 
Vergi yükünün səviyyəsi 
d) 
Reklam, sərgi və təqdimatın təşkili, 
e) 
nvestorların marağının müdafiəsi  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə