Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

89 
10  dəqiqədə  sonra  bütün  sınaq  şüşələri  su  hamamından  və 
buzdan çıxarılaraq ştativdə yerləşdirilir. Hər bir sınaq şüşəsındəki 
qarışıq  iki  bərabər  hissəyə  ayrılır  (eyni  №-li  sınaq  şüşəsinə).  Bir 
hissə  ilə  nişastaya,  digər  hissə  ilə  qlükozaya  qarşı  reaksiya 
qoyulur. 
Nişastaya  qarşı  reaksiya  -  sınaq  şüşəsinə  2-3  damcı  Lyuqol 
məhlulu  əlavə  edilir.  Göy  rəngin  alınması  nişastanın  olmasını, 
yəni оnun parçalanmadığını göstərir. 
Qlükozaya  qarşı  Trommer  reaksiyası  –  sınaq  şüşəsinə  onun 
içərisindəki  qarışığın  yarısı  qədər  10%-li  NaOH  məhlulu  tökülür 
və  həmin  sınaq  şüşəsinə  5  damcı  1%-li  mis  sulfat  məhlulu  əlavə 
edilir. Qarışıq spirt lampasında qızdırılır. Sarı narıncı rəngin alın-
ması həmin sınaq şüşəsində qlükozanın olmasını göstərir (şəkərin 
iştiraki ilə mis bir oksid əmələ gəlir). 
 
 
Lаbоrаtоriyа iĢi 39.  
Ġtdə müxtəlif yemlərə və yabancı  maddələrə 
 qarĢı ağız suyu ifrazı. 
İtlərdə  ağız  suyu  ifrazi  fasiləlidir.  Ağız  boşluğuna  yem  və 
digər  qıcıqlandırıcı  maddələr  daxil  olduqda  ifraz  olunur.  İfraz 
olunan  ağız  suyunun  tərkibi  və  miqdarı  qəbul  edilən  yemin 
xarakterindən  asılıdır.  Suxarıya  və  ət  tozuna  nisbətən  yumşaq 
çörəyə,  çiy  ətə  аz  miqdar  ağız  suyu  ifraz  olunur.  İtin  ağız 
boşluğuna,  qum,  turşu,  qələvi  və  başqa  qeyri  qida  maddələri 
düşdükdə ağız suyu ifrazı qüvvətlənir. 
ĠĢ üçün lazımdır: Qulaqyanı vəzi  fistulalı it, ağız suyu top-
lamaq üçün qıf, yem üçün qab, Mendeleyev  yapışqanı, spirt lam-
pası,  tənzif,  salfet,  iti  təsbit  etmək  üçün  dəzgah,  yem  və  yabancı 
qıcıqlar:  40  qram  ət,  10  qram  ət  tozu,  20  qram  çörək,  10  qram 
suxarı  tozu,  10  qram  islanmış  suxarı  tozu,  20  ml  0,5%-li  xlorid 
turşusu məhlulu, 10 ml su, 10 qram çay qumu. Yemlər əvvəlcədən 
hazırlanır və hər biri ayrılıqda qaba qoyulur. 


90 
ĠĢin gediĢi: 12 saat ac salanmış it dəzgaha çıxarılır. Ağız suyu 
toplamaq  üçün  Mendeleyev  yapışqanı  qulaqdibi  vəzin  xaricə 
çıxarılmış axarı üzərinə yapışdırılır. 
 
It növbə ilə müxtəlif yemlərlə yemləndirilir. 
Ət - 40 qram 
Ət tozu - 10 qr 
Çörək- 20 qr 
Suxarı tozu -10 qr 
Isladılmlış suxarı tozu- 10 qr 
Su-10 ml 
Yabancı qıcıqlandırıcılar: 
Çay qumu- 10 qr 
0,5 %-li HCI məhlulu -10 ml 
Hər  bir  yemlə  it  bir  dəqiqə  müddətində  yemləndirilir.  Ağız 
suyunun  sekresiyası  2  dəqiqə  müddətində  müşahidə  edilir.  İtin 
ağzı  açılır  və  10  qram  çay  qumu  tökülür.  Sonra  10  ml  0,5%-li 
xlorid turşusu məhlulu tökülür. Hər dəfə ağız suyunun sekresiyası 
yenə 2 dəqiqə müddətində müşahidə edilir. 
Ağız suyunun sekresiyasının həcmi metal qıfdan düşən dam-
cıların sayına görə təyin olunur. Tərübənin nəticəsi dəftərdə qeyd 
olunur və analiz edilir. 
 
 
MÖVZU: MƏDƏ VƏ BAĞIRSAQLARDA HƏZM. 
Mədə  şirəsi  rəngsiz,  turş  reaksiyalı,  şəffaf  mayedir.  Mədə 
şirəsinin tərkibində аşаğıdаkı fermentlər vаrdır:  
1.
 
Pensin  
2.
 
Ximozin 
3.
 
 Jelatinaza 
4.
 
 katepsin 
5.
 
 Lipaza. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Mədə şirəsinin tərkibi və xassəsi 
2. Xlorid turşusunun mədə və bağırsaq həzmində rolu 


91 
3. Mədəaltı vəzin şirəsinin tərkibi və xassəsi 
4. Ödün tərkibi və həzmdə əhəmiyyəti 
5. Mədə şirəsinin sekresiyasının fazaları və onun tənzimi 
6. Mədə möhtəviyyatının bağırsağa keçməsinin mexanizmi 
7. Qusma, onun mexanizmi və əhəmiyyəti 
8. Mədəaltı vəzin şirəsinin sekresiyasının tənzimi 
9. Mədəaltı vəzin şirəsinin həzmdə rolu 
10. Bağırsaq şirəsinin alınması üsulları 
11. Bаğırsаq şirəsinin fеrmеntləri 
12. Mədəаltı vəzin şirəsinin fеrmеntləri 
13. Işgənbədə həzm prоsеsi 
14. Аtlаrdа mədə həzmi 
15. Dоnuzdа mədə həzmi 
16. Аclığın və dоymаnın mеxаnizmi 
17. Mədənin mоtоr fəаliyyəti və оnun tənzimi 
18. Quşlаrdа həzmin xüsusiyyətləri 
Mədə (qaster) - həzm kanalının genişlənmiş hissəsi olub, qa-
rın  boşluğunda  yem  borusu  ilə  bağırsaqların  arasında  yerləşir. 
Kameralarının  sayına  görə  mədə  bir  kameralı  və  çox  kameralı 
olur. Ət yeyən heyanlarda, donuzdа, atda mədə bir kameralıdır. 
Gövşəyən heyanlarda mədə çox kameralıdır: 
1.
 
Işgənbə 
2.
 
Torcuq 
3.
 
 Kitabça 
4.
 
 Şirdan.  
Dəvədə mədə üç kameralıdır, onlarda kitabça olmur. 
Birinci  üç  kamera  mədə  önləri  adlanır.  Axırıncı  şöbə,  yəni 
şirdan əsil mədə hesab olunur. 
Mədə  həzminin  ümumi  qanunauyğunluqları  itlərin  üzərində 
xroniki təcrübələr ilə öyrənilmişdir. Mədənin sekretor funksiyasını 
eksperimental  olaraq,  birinci  dəfə  rus  cərrahı  V.A.Basov  və 
italyan  alimi  Blondlo  1842-ci  ildə  öyrənmişlər  (şəkil  28).  Onlar 
itin mədəsinə fistula qoymuşlar və bu üsul ilə mədə şirəsi almışlar, 
ancaq alınmış mədə şirəsi ağız suyu və qida ilə qarışıq olmuşdur. 


92 
İ.P.Pavlov qastroezofaqotomiya üsulu ilə itdən təmiz mədə şirəsi 
almışdır (şəkil 29). 
Ümumi mədədən təcrid olunmuş mədəcik üsulu ilə də təmiz 
mədə  şirəsi  alınmışdır.  Təcrid  olunmuş  mədəcik  əsas  mədənin 
sekretor  fəaliyyətini  tamamilə  özündə  əks  etdirir.  Qeyd  olunmuş 
üsullardan başqa mədə həzmini öyrənmək üçün rentgenoskopiya, 
radiotelometrik,  endoskopiya,  elektroqastroqrafiya  üsullarından 
geniş istifadə olunur. 
Həzmin fiziologiyası sahəsində apardığı elmi tədqiqatlara (20 
illik) görə İ.P.Pavlova Nobel mükafatı verilmişdir. 
Hazırda  həzmin  fiziologiyasını  öyrənmək  üçün  ağrısız 
üsullardan çox istifadə olunur. Bu üsullar insanların sağlamlığına 
zərər  yetirmədən,  geniş  tətbiq  edilir  (zondlama  üsulu  və  s.). 
İnsanda mədə qarın boşluğunun sol tərəfində yerləşir, tutumu 1,5-
3 litrdir. İnsanlarda mədə tək kameralıdır (şəkil 25). 
 
Şəkil 25.Insаndа mədənin quruluşu. 
 
Tək kameralı mədədə və gövşəyən heyvanların şirdanında üç 
zona vardır.  Kardial  zona  (mədə  girəcəyi),  fundal  zona (mədənin 
dibi),  pilorik  zona  (mədənin  çıxacağı  -  bağırsağa  keçən  hissə). 
Mədənin selikli qişasında üç tip hüceyrələrdən ibarət olan vəzilər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə