Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

134 
 
Burada tənəffüs əmsalı 0,91-ə (TƏ
 
  
 
 
 
   
    
    
   
    
) bərabər olacaqdır. 
 
6  №-li  cədvəldə  0,91  tənəffüs  əmsalı  üçün  1  l  oksigenin 
kalori  ekvivalenti  tapılır.  Bu  ekvivalent  4,936  böyük  kaloriyə 
bərabərdir. Bu rəqəm qəbul edilmiş oksigenin miqdarına vurmaqla 
heyvanın 1 dəqiqədə göstərilən təcrübə şəraitində sərf etdiyi enerji 
tapılır. 
4,936 x 2,37 = 11,8 böyük kalori 
Alınmış rəqəmi 1440 (bir sutkada olan dəqiqələrin miqdarına) 
vurmaqla bir sutka ərzində sərf olunan enerji təyin edilir. 
 
11,8 x 1440 = 16992 böyük kalori 
 
 
ĠFRAZAT 
MÖVZU: SĠDĠYĠN ƏMƏLƏ GƏLMƏSĠ VƏ ĠXRACI 
Normada sidiyin tərkibində zülal olmur, ona görə ki, zülallar 
kapillyarların  divarından  keçə  bilmir,  sidikdə  zülalın  olması 
albuminuriya,  qanın  olması  hematuriya  adlanır.  Sidik 
böyrəklərin mürəkkəb işi nəticəsində iki fazada əmələ gəlir: 
1. Filtirasiya (süzülmə) fazası 
2. Reabsorbsiya (geri sorulma) fazası. 
Birinci fazada  əmələ  gələn sidik  ilk sidik  adlanır.  İkinci  fa-
zada əmələ gələn isə son sidik adlanır. Böyrəklərdən əlavə ifrazat 
orqanlarına ağciyərlər, tər vəziləri və bağırsaqlar aiddir. Maddələr 
mübadiləsi  fasiləsiz  olduğu  üçün  ifrazat  prosesi  də  fasiləsizdir. 
Orqanizmin  daxili  mühitinin  sabitliyini  ifrazat  orqanları  təmin 
edir.  


135 
Sidiyn  müаyinəsi  ifrаzаt  оrqаnlаrının  funksiоnаl  vəziyyətini 
təyin  еtmək  üçün  ən  yаxşı  üsuldur.  Sidiyin  tərkibi  аşаğıdаkı 
cədvəldə (cədvəl 13) göstərilmişdir.  
Məşğələyə hazırlaşmaq üçün suallar:  
1.İfrazat  prosesinin  orqanizmin  həyat  fəaliyyəti  üçün  əhəmiy-
yəti. 
2. Sidiyin əmələ gəlməsi və onun fazaları. 
3. Sidiyin tərkibi. 
4. Böyrəklərin işinə təsir göstərən faktorlar. 
5.
 
Sidiyin əmələ gəlməsinin və ixracinin tənzimi. 
6.
 
Homeostaz və onun canlı orqanizm üçün əhəmiyyəti. 
 
 
Lаbоrаtоriyа iĢi 54.  
Ġtdə diurezin öyrənilməsi. 
ĠĢ  üçün  lazımdır:  it,  narkotik  maddə,  yarmaq  üçün  alətlər, 
sap, 10 və 100 ml-lik şpris, vena üçün konyul, sidik axarları üçün 
2  ədəd  konyul,  induksion  tağalaq,  akkumulyator,  40%-li  sidik 
cövhəri məhlulu, 5%-li metal abısı (fizioloji məhlulda hazırlanır). 
ĠĢin  gediĢi.  İt  narkoz  edilərək  stolda  təsbit  olunur.  Qarın 
boşluğu  kəsilib  açılır  və  sidik  аxаrlаrı  kəsilərək  onlara  böyrəklər 
istiqamətində  şüşə  konyul  yeridilir  və  sapla  bağlanır.  Hər  bir 
konyulun açıq ucuna rezin boru taxılır. 
Təcrübə zamanı rezin borular vasitəsilə sidik stəkana toplanır. 
Vidaci  vena  tapılır,  kəsilir,  ona  ucunda  rezin  boru  olan  konyul 
salınır və bağlanır. 
Təcrübə  it  üzərində  aşağıdakı  ardıcıllıqla  aparılır.  Məhlullar 
15-20 dəqiqə fasilə ilə kanyuldan vidaci venaya yeridilir: 150-200 
ml  fizioloji  məhlul,  10  ml  10%-li  natrium  xlor  məhlulu,  5  ml 
40%-li sidik cövhəri məhlulu və 5 ml metil abısı məhlulu. 
Hər dəfə qeyd olunan məhlullar yeridildikdən sonra 5 dəqiqə 
müddətində sağ və sol sidik axarlarından ixrac olunan sidik dam-
cılarının  miqdarı  sayılır.  Sidik  damcılarının  miqdarı  hər  bir 
dəqiqədə ayrıca hesablanır. 


136 
Metil  abısı  yeridilən  zaman  onun  nə  qədər  vaxtdan  sonra 
kanyulda görünməsi qeyd olunur. 
Hər  bir  məhlul  yeridilməzdən  əvvəl  8  dəqiqə  müddətində 
sidik axarlarından ixrac olunan sidik damcılarının miqdarı sayılır, 
yəni diurezin normal səviyyəsi müəyyən edilir. 
Sonra itdə oturaq siniri tapılır, sapa götürülür və mərkəzi ucu 
sapda qalmaq şərti ilə kəsilir. 
Vidaci  venaya  50  ml  40%-li  sidik  cövhəri  məhlulu  yeridilir. 
Diurez  artan  zaman  induksiya  cərəyanı  ilə  sinirin  mərkəzi  ucu 
qıcıqlanır və ixrac olunan sidik damcılarının miqdarı hesablanır və 
nəticə çıxarılır. 
Sidik  üzvləri  sisteminə  böyrəklər,  sidik  axarları,  sidik  kisəsi 
və sidik çıxaran kanal daxildir (şəkil 40, 41). Böyrəklərdən keçən 
hər 10-litr qandan 1-litr ilk sidik əmələ gəlir. 
Hər  bir  elm  onun  metodlarının  nailiyyətləridən  asılı  olaraq 
inkişaf edir. Böyrəklərin struktur və funksional vahidi nefrondur. 
Sidiyin əmələ gəlməsi üçün əsas proseslər nefronda gedir. Sidikdə 
zülalın  olması-albuminuriya,  qanın  olması-hemoturiya,  qlükoza-
nın olması- qlükozuriya adlanır. 
Cədvəl 13.  
Sidiyin tərkibi. 
Tərkibi 
Plazmada 
%-lə 
Sidikdə %-
lə 
Qeyd olunmuş maddələr qana 
nisbətən sidikdə neçə dəfə çoxdur 
Su 
90-93 
90-95 
eynidir 
zülal 
7 9 


Şəkər 
0,1 


Sidik cövhəri 
0,03 

70 
Sidik turşusu 
0,002 
0,05 
25 
Na 
0,32 
0,35 
eynidir 

0,02 
0,15 

Mg 
0,001 
0,04 
40 
Ca 
0,0025 
0,006 
2,4 
Cl 
0,37 
0,6 
1,6 
PO

0,009 
0,27 
30 
SO

0,002 
0,18 
90 
 


137 
 
Şəkil 40. Sidik üzvləri sistеmi 
 
Sidiyin əmələ gəlməsi prosesinə - diurez deyilir. Sidiyin xa-
ric olunmasının azalması-anuriya adlanır. Buna səbəb böyrəklərin 
qan ilə təmin edilməsinin azalması və ya tam kəsilməsi (aorta və 
böyrək arterİyasında tromb  əmələ  gələn zaman)  sidik axarlarının 
tutlması, böyrəklərin funksiyasının zəifləməsidir. 
 
 
Şəkil 41. Insаn böyrəyinin quruluşu. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə