Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə20/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

fında  dolanır.  Ana  fərdin  yaxınlığındakı  gölməçədə  üç  ardıcıl 
alliqator nəslinin qeydə alınması halları məlumdur.
Yumurtadan  çıxma  kifayət  qədər  mürəkkəb  prosesdir. 
Müxtəlif  növ  reptililərdə  körpələr  yumurta  dişinə  və  qabığı 
yumşaldan  xüsusi  maddəyə  malik  olur,  amma,  bütün  bunlara 
baxmayaraq  yumurtadan  çıxma  bir  neçə  saat,  iri  ilanlarda  isə 
bir  neçə  gün  çəkə  bilər.  Ssinklər  (uzunayaq  kərtənkələlər)  yu­
murta qabığını atmaqda balalarına özləri kömək edirlər.
Partenogenez
Bəzi kərtənkələ növlərinin erkəkləri olmur və balalar maya­
lanmamış  yumurtadan  doğulur.  Çoxalmanın  bu  növü  parte­
nogenez  adlanır,  tik  dəfə  İsveç  təbiətşünası  Ş.  Bonne  (1720- 
1793)  tərəfindən  elmə  açıqlanmış  bu  hal  həşərat  (mənənə,  arı), 
xərçəngkimilər,  rotatorilər  və  ibtidailər  arasında  yayılmışdır. 
Bir  sıra  kərtənkələlər  var  ki,  dişilərinin  sayı  erkəkləri  üstələyir 
və bu halda partenogenez cinsi çoxalma ilə növbələnir.
Yarımbarmaq  gekkonlar  {Hemidactylus  garnotii)  da  par- 
tenogenetik  çoxalma  ilə  xarakterizə  olunur  və  müəyyən  yaşa­
ma sahələrində,  məsələn Hindistanda yalnız dişi  fərdlərlə təm­
sil olunur.
Cnemidophorus  cinsindən  (Teiidae  fəs.)  olan  Şimali  Ame­
rika  kərtənkələ  növlərinin  bəziləri  erkəklərin  iştirakı  olmadan 
çoxalır.  Bu  hal  müxtəlif qayalıq  kərtənkələlərində də müəyyən 
edilmişdir.  Azərbaycanda  yayılan  2  növ  kərtənkələ  həmin  qə­
bildəndir:  Rostəmbəyov  kərtənkələsi  və  Ermənistan  qayalıq 
kərtənkələsi.
İlk  dəfə  bu  və  digər  qayalıq  kərtənkələlərində  partenoge- 
netik çoxalma  l.S.Darevskiy (1967)  tərəfindən aşkarlanmışdır. 
Tədqiqatlar  bu  növlərdə  meristik  və  bəzi  bioloji  əlamətlərin 
ümumi qanunauyğunluqlara tabe olduğunu müəyyən etmişdir. 
Belə ki,  hündürlükdən  asılı  olaraq  dişilərin  bədən  uzunluğu  və
73
downloaded from KitabYurdu.org


qoyulan  yumurtaların  sayı  dəyişir.  Məsələn,  yüksək  dağlıq 
ərazili  Kəlbəcər  rayonundan olan  dişilər  Gədəbəydən olan  di­
şilərdən  həm  uzunluğuna,  həm  yumurtalarının  sayma  görə 
üstündür.  Birincilər  həm  də  yumurtalarının  erkən yetişməsi  ilə 
xarakterizə olunur.
Kərtənkələlərdə  partenogenez  adətən  periferik  populya- 
siyalarda, yəni arealın sərhədində müşahidə olunur.  Belə halda 
dişilərdən  ibarət  eynicinsli  populyasiyanın  varlığı  əlverişli 
üstünlüyə  gətirməklə,  məhdud  yem  ehtiyatının  daha  effektiv, 
yalnız bala verən fərdlərə sərf olunmasına imkan verir.
74
downloaded from KitabYurdu.org


İFRAZAT SİSTEMİ  VƏ 
SÜ-DÜZ  MÜBADİLƏSİ
Bütün  amniotlarda  olduğu  kimi  reptililərin  ifrazat  orqanı 
çanaq  böyrəklərdir.  Çanaq  böyrəyin  strukturu  mürəkkəbləş­
mişdir:  nefronların  sayı  5  minədək  artmışdır.  Yalnız dəniz tıs­
bağalarında  və  timsahlarda  su  mühiti  ilə  bağlı  formalar  kimi 
inkişaf etmiş  damarlı  yumaqlar  vardır.  Pulcuqlularda  damarlı 
yumaqlar  zəif inkişaf etdiyindən,  sidiyin  ifrazı  əsasən  nefron- 
larm qıvrım kanalları hesabına həyata keçirilir.
Azot  mübadiləsinin  əsas  məhsulu  əksər  reptililərdə  sidik 
turşusudur.  Zəif  zəhərli  olduğundan,  onun  bədəndən  ifrazı 
üçün az miqdarda su tələb olunur.
Rüşeym və yumurta  pərdələri olduğundan  reptililərdə  «qa- 
palı»  yumurta  formalaşmışdır.  Rüşeymin  inkişafı  dövründə, 
toplanan sidik  turşusu özünü zəhərləmək  baxımından  təhlükə­
sizdir.
Su  həyat  tərzi  keçirən  formalarda  azot  mübadiləsinin  son 
məhsulu,  qatılığı  yüksək  olduqda  zəhərli  təsirə  malik  olan 
ammonyakdır.  Ammonyak  daha  az  zəhərli  maddə  olan  sidik 
cövhərinə  asanlıqla  çevrilir.  Ammonyak  və  sidik cövhəri suda 
həll  olunur və  böyük  miqdarda  su  ilə orqanizmdən  ifraz olur. 
Su  reptililəri  bu  baxımdan  problemsizdirlər.  Quru  həyat  tərzi 
keçirənlər isə suya qənaət etməli olur.  Quru  tısbağaları,  ilan və 
kərtənkələlərdə  azot  mübadiləsinin  son  məhsulu  fekali  ilə  -  
yarım  həll  olmuş  maddə  şəklində  ifraz olunur.  Quru  reptililə- 
rində  orqanizmdən  ifraz  olunan  məhsul  suda  zəif həll  olunan 
sidik  turşusu  -   kiçik  kristallar  halında  olur  (ağ  sidik).  Sidik 
turşusunun  ekskresiyası  zamanı,  sidik  cövhəri  ilə  müqayisədə 
200 dəfə az miqdarda su israf olunur.
Suyun  və  natrium  duzlarının  reabsorbiyası  böyrək  kanal­
larında baş verir.
Reptililərin  dərisi  həmçinin  bir  sıra  dəyişikliklərə  məruz
75
downloaded from KitabYurdu.org


qalmışdır.  Rütubətin  bədən  səthindən  buxarlanması  azalmış­
dır,  çünki onların  bədəni  tamamilə pulcuqlarla örtülüdür.  Dig­
ər  quru  heyvanlarında  olduğu  kimi,  onların  da  orqanizmdəki 
suyu qənaətlə istifadə etmək ehtiyacı yaranır.
Bəzi reptili növlərində su qarın boşluğunda yerləşən xüsusi 
kisəşəkilli  törəmələrdə  toplanır.  Səhrada  yaşayan  iquanalarda 
(Sauromalus cinsi) bədənin yanlarında dəri altında xüsusi limfa 
kisələri  vardır  ki,  onlar  əsasən  yağış  zamanı  toplanan,  az-az 
istifadə  olunan və tərkibi sudan  ibarət həlməşikşəkilli  maye ilə 
dolu olur.
Avstraliya  kərtənkələsi (Moloch horridus)  ilin  quru  fəsillə­
rində  nadir  olan  yağış  zamanı  qeyri-adi  şəkildə  su  ehtiyatı 
yığır.  Onun  dərisi  çox  hiqroskopik  olub,  filtrasiya  edici  kağız 
kimi  suyu  hopdurur,  ilk  5  dəqiqə  ərzində  su  ilə  təmasda  olan 
kərtənkələnin çəkisi ilkin ağırlığından 30% çox artır.
Nəhəng  qurşaqquyruğun  dərisi  (Cordylus  giganteus)  föv­
qəladə  hiqroskopiyaya  malik  olub,  suyu  asanlıqla  canına  çə­
kir.  Nadir  və  qısamüddətli  yay  yağışları  zamanı  rütubəti  top­
lamaq üçün belə uyğunlaşma böyük əhəmiyyət kəsb edir.
Dəniz iquanaları yalnız Qalapaqoss arxipelaqında yaşayır. 
Onlar  yosunla  qidalanır.  Duzla  zəngin  dəniz  yosunları  ilə 
müntəzəm  qidalanma  bu  reptililərdə  burun  vəzlərində,  fun­
ksiyası  ilə  əlaqəli  olan  və  duzu  ifraz  edən,  xüsusi  mexanizmin 
yaranmasına gətirib  çıxarır.  Qanda həll olmuş duz vəz tərəfin­
dən udularaq ara-bir burundan damcılar şəklində ifraz olunur. 
Bu hala dəniz tısbağalarında da rast gəlinir.
76
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə