Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə22/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

lində  burularaq  dişləri  ilə  tikanlı  quyruğundan  möhkəm yapı­
şır.  Bu  poza  çox  effektlidir,  çünki  onların  başı  və  beli  zireh 
kimi möhkəm sümük lövhələrlə mühafizə olunur.
Şimali  Amerika  növü  -   Gerrhonotus  multicarinatus  k o ra­
mallar  (Anguidae)  fasiləsindən  olan  timsah kərtənkələlər cinsi­
nə (Herront)  aiddir.  İlan  bu  kərtənkələyə  hücum etdiyi  təqdir­
də o,  arxa ayaqlarından birini cəld  ağzına alıb,  bədənini ilanın 
hətta  geniş  açılmış  ağzına  belə  sığışmayan  çox  enli  və  qapalı 
halqa  formasına  salır.  Bədənini  yumaq  halına  salmaq  əksər 
kərtənkələ və ilanlara xasdır.
Bizquyruğun ( Uromastix cinsi) müdafiə tərzi daha maraq­
lıdır.  İlanlar  onların  qatı  düşmənidir.  Kərtənkələ  sürünən  ila­
nın  səsini  eşidincə,  yuvasında  gizlənir,  lakin  1/3  hissəsi  kənar­
da  qalan  quyruğunun  ucu  ilə  cəld  titrəyişli  hərəkətlərlə  ilana 
təsirli zərbələr endirir. Düşmən geri çəkilir.
Əksər varanların  heybətli silahı onların güclü quyruğudur. 
Təhlükə  yarandıqda  benqal  ( Varanus  benqaliensis)  və  nil  va­
ranları ( V.  niloticus) bəzən özünü ölülüyə vuraraq  uzun müddət 
hərəkətsiz qalır,  əlverişli məqam yarandıqda ayağa qalxıb cəld 
qaçışla  canını  qurtarır.  Ziyansız  ilanlardan  olan  donuzburun 
ilan da digər üsullar kara gəlmədikdə bu minvalla qorunur.  O, 
arxası  üstdə  çevrilərək,  ağzını  geniş  açıb  özünü  məhv  olmuş 
kimi  aparır.  Düşməni  bu  yolla  aldatmaq  bəzi  quş  və  məməli 
növlərində də qeydə alınıb.
Amma  varanlar  bir  çox  hallarda  hücuma  da  keçir.  Bu 
halda  onlar  bədənlərini  şişirdərək  möhkəm  fısıldayır  və  açıq 
ağızla  düşmənin  üzərinə  tullanır.  Çox  ağrılı  dişləmələrlə  yana­
şı, onlar yaraya təhlükəli infeksiyalar salır.
Nəhəng  varan  ( Varanus  komodoensis)  adalarda  rast  gə­
linməyən  pələng,  bəbir,  canavar  və  digər  yırtıcıların  rolunu 
oynayır.  O  öz qənimətini  aktiv  şəkildə  təqib etmir,  sadəcə  pu­
saraq  qənimət  özü  tamam  yaxınlaşanda  onu  tutur.  Varan  öz 
qənimətinə ilan kimi asta və sakitcə yaxınlaşır.  Varanı dərisinə
80
downloaded from KitabYurdu.org


görə ovlayan  insanlar,  onların əsl düşmənləridir.  Bəzi hallarda 
yaşlı varanlar cavan fərdləri təqib edir və yeyir.
Müxtəlif  ilanlar  düşmənlərdən  fərqli  tərzdə  müdafiə  olu­
nur.  Məsələn,  cırtdan  ilan  və  ya  kalamaria  ilanının  (Calama
- 
riä)
 
küt  uclu  quyruğu  həm  formasına,  həm  də  rənginə  görə 
başına  çox  oxşayır.  Təhlükə  hiss  etdikdə  o,  quyruğun  ucunu 
yuxarı qaldıraraq  mühafizəyə  hazırlaşan ilan  başını  xatırladır. 
Eynilə bu  tərzdə  qorunma  bəzi  suilanları  və rezin  yatağanlara 
da  xasdır.  Boidae
 
fasiləsindən  olan  rezin  ilan  (Charina bottae) 
yırtıcı təhlükəsi ilə üzləşdikdə başını hərəkətsiz halda yerə sıxa­
raq,  küt  quyruğunu  yuxarı qaldırıb oynadır,  sanki ətrafa  «nə- 
zər salır».  Oxşar  müdafiə  tərzinə silindr ilanında (Cylindrophic 
rutus)
 
da rast gəlinir.
Yalançıayaq  ilanlar  (Boidae)  fasiləsindən  Kuba  yer  ya­
tağanı  (Tropidophis semicinctus)
 
təhlükə  anı  əksər  yatağanlara 
xas  tərzdə  qıvrılaraq  möhkəm  şara  dönməklə  yanaşı  gözləri 
qızarır və ağzından hətta qan damcıları axır.
Qırmızı  yelmar  (Hierophis  schmidti  Nikollsky)  respublika 
herpetofaunasının  ən  iri  və  təcavüzkar  nümayəndəsidir. 
Düşmən  yaxınlaşdıqda  bu  ilan  heç  də  qaçmaqla  gizlənməyə 
cəhd  etmir,  spiralvarı  burularaq,  zəhərli  ilanlar  kimi  fısılda- 
maqla  rəqibinin üstünə  tullanır.  Eyni  zamanda o,  1,5-2 m  mə­
safəyə  tullanaraq  rəqibin  sifətinə  zərbə  endirməkdən  də  çə­
kinmir.  Bu  ilanın  təhrik  edilmədiyi  halda  belə yaxınlıqdan  ke­
çən insana hücum etdiyi məlumdur.
Yumurtayeyən  ilanlar  (Dasypellis)  həyəcanlandıqda  bə­
dənlərini  yastıladaraq,  səkkiz  şəklində  burulur  və  daraqlı 
pulcuqlarını bir-birinə sürtməklə məxsusi titrəyişli səs çıxarır.
iri gözlü təlxə -  Ptyas mucosus
 
(Colubridae
 
fəs.) iri ölçülərə 
(3,5  m-ədək)  malik olsa  da,  təcavüzkar deyil və insandan  uzaq 
qaçan  canlıdır.  Lakin  onun  geri  çəkilmək  imkanına  mane  ol­
duqda, o qətiyyətlə müdafiə olunur: yumağa dönüb cəhdlə onu 
təqib  edənin  üzünə  tullanaraq,  başı  ilə  zərbələr  endirməyə  və
81
downloaded from KitabYurdu.org


dişləri  ilə yapışmağa çalışır.  Eyni  zamanda boğuq pişik  qışqır­
tısını xatırladan səslər çıxarır.
Amerikadan  olan  Sistrurus  və  Grotalis cinsinin  nümayən­
dələri  quyruqlarının  sonunda  xüsusi çıxıntıya  -  zınqırova  ma­
likdirlər.  Bu  titrəyişli  çıxıntıya  görə  onları  zınqırovlu  ilan  ad­
landırırlar.  Belə zınqırov  hər tüləmədən sonra əmələ gələn dəri 
örtükdən  ibarətdir.  Yalnız  doğulan  kimi  baş  verən  tüləmədən 
sonra,  dəri  tamamilə  atılır.  Sonra  quyruğun  ucu  soğanaq  şək­
lində  qalınlaşır  və  qopmuş  dəri  cildi  ilanın  bədənindən  çıxdı­
qda,  onun  bir  hissəsi  örtük  şəklində  quyruğun  sonunda  ilişib 
qalır.  Hər tüləmədən sonra bu örtüyə təzə hissələr birləşir.  İlan 
hürkdükdə  və  qıcıqlandırıldıqda  halqa  şəklini  alıb,  cəld  hərə­
kətlə  zınqırovunu  yellədir.  Zınqırovun  səsi  kifayət qədər  bərk 
olub,  30 m məsafəyədək yayılır. Zınqırov əlavə müdafiə vasitə­
sidir.
Cənubi  Asiyada  yayılan  Vipera  russeli gürzə  növünün  bu­
run  dəlikləri  çox  iridir.  Həcmli  ağ  ciyərlərlə  yanaşı  iri  burun 
dəlikləri  həm nəfəs alma və həm də nəfəs vermə aktında  təhlü­
kə xəbərdarlığı olan güclü fısıltı səsləri çıxarır.
Bu və ya digər orqanizmlər tərəfindən həyata keçirilən  bir 
çox  funksiyaları,  həyat  uğrunda  mübarizə  adlandırmaq  olar. 
Mübarizə yalnız şəxsi həyat uğrunda deyil, həm də varislərin -  
öz nəslinin  uğrunda  aparılır  ki,  bu  da  nəticədə  təbiətdə  növün 
qorunmasına  təsir  edir.  Heyvanların  həyat  naminə  verdikləri 
qurbanları  qiymətləndirmək  üçün  biz  bu  bəhsi  daha  bariz  mi­
sallarla açmağa çalışdıq.
Mimikriya
Digər  canlılarda  olduğu  kimi,  reptililərdə  də  yaşadığı 
mühitdə  sağ  qalmağa  yönəlmiş  müxtəlif  çalarlarla  özünü  giz­
lətmənin  bir  çox  üsulları  yaranmışdır.  Rəngin  mühafizəedici, 
kontrastlı,  himayəedici,  xəbərdaredici,  uyğunlaşmış  və  ayrıl-
82
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə