Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə30/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

todun  fərqi  ondadır ki,  dəqiq ölçülmüş  nümunə  meydançasın­
da  bütün  heyvanlar tutularaq sayılır və  alınan  nəticələr uyğun 
düzəlişlərlə  tədqiq  edilən  bütün  əraziyə  aid  edilir.  Əgər  bir  po- 
pulyasiya  bir  neçə  müxtəlif  biotopu  tutursa,  onda  belə  mey­
dançalar bir neçə yerdə qurulmalıdır.
Həmçinin  halqalama  metodu  məlumdur  ki,  (Dinesman, 
Koletski,  1952; Jarkova,  1973b) bu da yetkin erkəklərin  sayını 
müəyyən edir. Onların sayı təkrar tutulma və halqalanma yolu 
ilə təyin edilir.
Fərdlərin  sayının  «növün  sahəsi»  (meydançası)  metodu 
(Laptev,  1930)  ilə  hesablanması  heyvanların  yüksək  aktivliyi 
dövründə verilən formulla aparılır
v-t -w
Burada P -  növün sıxlığını, n -  rast gəlinən fərdlərin sayını, v -  
sayğıçının  sürəti,  t  -   hesablanmanın  müddəti,  w  -   müşahidə 
görüntüsünün eni.
«npbiTKaa  HuıepHiıa»  (1976)  monoqrafiyasında,  məhz  bu 
növün  hesablanması  üçün  tətbiq  edilən  metod  təsvir  edilir. 
«....Məsələn,  müşahidəçilər dəmiryolunun  torpaq  örtüyü  boyu 
bir  istiqamətdə hərəkət edirlər.  Tutulmuş fərdlərin sayı  55-dir; 
hər  tutulan  bir  kərtənkələyə  orta  hesabla  2  qaçan  fərd  düşür. 
Müşahidə zolağının  uzunluğu  350  m,  eni  5,5  m  olmuşdur.  Be­
ləliklə  1925 m2 sahədə  55+110 (qaçanlar)  =165  fərd kərtənkələ 
müəyyən  edilmişdir.  Həmin  biotop  üçün  orta  sıxlıq  8,6 
ekz./lOOO  m2  təşkil  edir.  Aydındır  ki,  fərdlərin  bir  qismi  göz­
dən  qaçır,  digərləri  müşahidə  anı  öz  sığınacağında  gizlənir, 
müəyyən  hissəsi  isə  həmin  biotopdan  kənarda  olur.  Bütün 
bunlar  ərazidə  kərtənkələlərn  dəqiq  hesabını  aparmağı  çətin­
ləşdirir, alınan rəqəmlər isə real vəziyyəti aşağı qiymətləndirir.
Əlbəttə,  birdəfəlik  təyin  edilmiş  rəqəm  həqiqi  sayı  dəqiq
107
downloaded from KitabYurdu.org


əks etdirmir.  Bu mənada  təcrid olunmuş populyasiyalarda sıx­
lığı  müəyyən  etmək  daha  asandır,  lakin  bunu etmək  üçün  po- 
pulyasiyalar  arasında  sərhəd  çəkməyi  bacarmaq  lazımdır  ki, 
buna  hər  zaman  nail  olmaq  çətindir,  çünki  bu  halda  təcrid 
olunmanın uzunluğu və dərinliyini bilmək lazımdır.
Antropogen  fəaliyyətin  biotopun  xassələrini  dəyişmədiyi, 
pozmadığı  yerlərdə  belə  biotoplara  bağlı  populyasiyada  say 
kifayət qədər yüksək olur.
Qafqazda  və  Azərbaycanda yaşayan qayalıq  kərtənkələlə­
ri üçün daim yüksək göstərici xarakterdir.  t.S.Darevskiy (1967) 
həmçinin populyasiyada sıxlığın adətən həmcins olmadığını da 
qeyd  edir,  yəni  marşrutun  bir  hissəsində qayalıq  kərtənkələsi­
nin  populyasiyasında  sayı  qaya səthinin  1  m2-nə  bir  neçə  fərd 
düşdüyü  halda,  digərlərində  olmur.  Müşahidələr  göstərir  ki, 
oxşar  qeyri-bərabərlik  əsasən  biotopun  mikroiqlimi  və  yararlı 
sığınacaqların  olması  ilə  əlaqəlidir.  Kərtənkələlərin  sayı  su 
hövzəsi  yaxınlığında  və  çatlarla  zəngin  olan  qayalıqda  nəzərə 
çarpacaq qədər artır.
Dağlıq Qarabağda Azərbaycan kərtənkələsinin (Darevskia 
raddei)  sayğısı  maksimal  aktivlik  dövründə  (10.00-11.30)  əhə­
miyyətli  göstəricilər  nümayiş  etdirmişdir:  meşə  biotopunda  1 
km-ə  70, qayalıqda -  80  və çay sahili  boyu- 40  fərd qeydə alı­
nıb. Qayalıq kərtənkələsinin ayrı-ayrı formalarının əhəmiyyətli 
azalması,  özünü  arealın  periferiyasında  da  büruzə  verir  və  bu 
hal  xüsusilə  dağlarda  yayılmanın  yuxarı  sərhədində  daha  çox 
nəzərə çarpır.
Azərbaycanda  Kür  kərtənkələsinin  (Darevskia  portschin- 
skii)  təcrid  olunmuş  populyasiyası  ilk  dəfə  1971-ci  ildə,  əsas 
arealın  (Gürcüstan)  sərhədindən  xeyli  aralıda,  respublikanın 
cənub-qərbində,  Laçın rayonunun Murovdağ silsiləsində qeydə 
alınmışdır.  Bir  kilometrlik  transekt  sahəsində  10-13  fərd  sayıl­
mışdır.  Gürcüstanda,  bu  kərtənkələ  üçün  daha  optimal  şəraitli 
yerlərdə, həmin uzunluqlu marşrutda 40-55 fərd rast gəlinir.
108
downloaded from KitabYurdu.org


Qayalıq  kərtənkələsinin  bütün  partenogenetik  növlərində 
say  adətən  yüksək  olur  ki,  bu  da  yalnız  dişilərdən  ibarət  po- 
pulyasiyada çoxalma sürətinin ikiqat artması ilə izah olunur.
Azərbaycanda  yayılan  ilanların  nadir  növləri -  naxışlı  təl- 
xə  (Elaphe  dione),  dördzolaqlı  təlxə  (E.  sauromaters),  Cənub 
Qafqaz  təlxəsi  (E.  hohenackeri),  eskulap  təlxə (E.  longissima), 
İran  təlxəsi  (E.  persica),  qonur  ilan  (Coronella  austriaca),  çöl 
gürzəsi  ( Vipera renardi),  Radde  gürzəsi ( Vipera raddei).  Uzun­
luğu  2-3  km olan  transektdə  1-2  Zaqafqaziya təlxəsi  sayılmış­
dır;  1,5  ay ərzində  çöl  tədqiqatı dövründə yalnız  1  dəfə  naxışlı 
təlxə qeydə alınmışdır. Gündüz ekskursiyası ərzində Laçın ray­
onunda  -   2,  Şahbuz  rayonunda  (Naxçıvan  MR)  -   1-2  qonur 
ilan tapılmışdır.
Çöl  gürzəsi  də  azsaylı  növ  olub,  Naxçıvan  MR-in  subalp 
çəmənliyində  3  ha  ərazidə  cəmi  2  fərd,  Kəlbəcər rayonunda  5 
km-lik transektdə -  4 fərd qeydə alınmışdır. Əgər bu məlumat­
ları  ədəbiyyatla  müqayisə  etsək  optimal  şəraitdə  onların  sayı­
nın yüksək  olduğunu  görərik.  Məsələn,  Qazaxıstanda yovşanlı 
yarımsəhranın  əksər sahələrində  1  ha ərazidə  12-18  ilan,  Azov 
dənizinin  Taqanroq  körfəzinə  yaxın  quru  ərazidə  1  km  mar­
şrutda  160 çöl gürzəsi sayılmışdır.
Adi  gürzənin  cinsi  nisbəti  1:1-dir,  lakin  yazda  çoxalma 
dövründə  erkəklər  aktiv  olduğundan,  dişilərlə  müqayisədə  3 
dəfə  çox  müşahidə  olunur.  Əksinə  iyun-iyul  aylarında  yaxşı 
qızmış açıqlığa çıxmağa  cəhd  edən  «hamilə»  dişilər  2 dəfə çox 
rast gəlinir.
Mərkəzi  və  Cənubi  Braziliyada  ilan  növlərinin  müxtəlifliyi 
diqqətəlayiqdir.  Lakin  burada rast gəlinən ən çoxsaylı  növ olan 
zəhərli  ilan  -   jararakadır  (Bothrops  jararaca).  Ədəbiyyatda 
(Bannikov  və d.,  1984)  son  60  ildə San-Paulo  şəhərinin  Butan- 
tan  ilan pitomnikinə ilan tutanlar tərəfindən 300 min. jararaka- 
mn  təhvil verildiyi göstərilir.  Baxmayaraq ki, hər il 4-6 min  fərd 
pitomnikə təhvil verilir, onların sayı demək olar ki, azalmır.
109
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə