Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

ZOOCOĞRAFİYAYA  NƏZƏR
Amfibilərdə  olduğu  kimi,  müasir  reptililərin  də  sayı,  tak­
sonomik  və  ekoloji  müxtəlifliyi,  ölçüləri  və  tutduğu  ərazilərin 
müxtəlifliyi arasında müəyyən korrelyasiya müşahidə edilir.
Müasir dövrədək qorunan  və  1  növlə təmsil olunan  qədim 
dimdikbaşlılar  hər  cəhətdən  ciddi  məhdudiyyətlərə  məruz 
qalmışlar.
3  fəsilə  və  25  növə  malik  müasir  timsahlar  tropik  ərazi  və 
mülayim qurşağın daha isti zonalarına uyğunlaşmışlar.
Müasir  tısbağaların  sayı  250-yə  çatır.  Onlar  bütün  tropik 
qurşaqda  geniş,  mülayim  qurşaqda  isə  geniş  olmaqla  yanaşı 
qeyri müntəzəm paylanmışlar.
Müasir  reptililər  arasında  ən  çox  saylı  olmaqla  yanaşı, 
həm də ən geniş yayılanları ilan və kərtənkələlərdir.
Saylarınm  dəqiqləşdirilməsi  göstərdi  ki,  kərtənkələlər 
4300,  ilanlar  isə  3000  növlə  təmsil  olunurlar.  Kərtənkələlər 
kimi  ilanlar da  kocmopolit olub,  müxtəlif iqlim  qurşaqlarında 
və  yaşama  yerlərində  rast  gəlinir.  Onlar  müasir  reptililərin 
dominant  qrupudur,  ilanlar  arasında  isə  ən  çox  sayda  növə 
malik  Colubridae  fasiləsidir.  Geniş  yayılmalarına  baxmayaraq 
kərtənkələ və ilanların müxtəlif yerlərdə sayı fərqlidir. Avropa, 
Afrika,  Yeni  Qvineya  və  Avstraliyada  ilanlarla  müqayisədə 
kərtənkələlər üstünlük  təşkil  edir.  Cənubi  və  Şərqi Asiyada  isə 
ilanlar növlərinin sayma görə daha çoxdur.
Şimali  Amerikada  bütövlükdə  hər  iki  qrup  növlərinin 
sayma  görə  bərabər  paylanıb,  lakin  Şimali  Amerikanın  qər­
bində  kərtənkələlər,  şərqində  isə  ilanlar  üstünlük  təşkil  edir. 
Cənubi  Amerikada  ilanların  növ  tərkibi  materikin  əsas,  yəni, 
tropik  hissəsində,  kərtənkələlərin  növ  müxtəlifliyi  isə  mülayim 
zonada  daha  çoxsaylıdır.  Materik  mənşəli  bəzi  adalar  istisna 
olmaqla  (yeni  əmələ  gələnlər),  bir  qayda  olaraq  kərtənkələlər 
adalarda ilanlara nisbətən daha çox saylı olur.
ııo
downloaded from KitabYurdu.org


Ən ucqar şimalda qeydə alman kərtənkələ -  Lacerta vivipa- 
ra  Şimal  polyar  qütbü  keçərək  70°  ş.e.  dairəsinə  çatır;  Şimalı 
Avropada  qurunun  sərhədinədək,  Şərqi  Sibirdə  isə  polyar 
qütbədək  qeydə  alınıb.  Növbəti  yeri  tutan  adi  gürzə  -  Vipera 
berus da Avropada  Şimal  polyar  qütbü  keçir  (61°  ş.e.  dairəsin­
dən şimala doğru).  Şimalda yayılan növlərdən üçüncü yeri tutan 
reptili  adi  su ilanıdır -   Natrix natrix,  o  da  Skandinaviyada  65° 
ş.e.  dairəsinə  çatır.  4-cü  yeri  diribaladoğan  kərtənkələ  Anguis 
fragilis,  İsveçdə  təxminən  64,5°  ş.e.  dairəsinədək  yayılıb.  İsveç­
də  təxminən  63°  ş.e.  dairəsinədək  yayılan  diribaladoğan  qonur 
ilan  -   Coronella  austriaca -  beşinci,  Rusiyanın  62,5°  ş.e.  dairə­
sinədək  yayılan  Lacerta  agilis  -   cəld  kərtənkələ  isə  6-cı  yerdə 
durur.
Amerikanın  ən  şimal  sürünənləri  -   Thamnophis  cinsindən 
olan  (Natrix cinsinə  yaxın  qohumdur)  diribaladoğan  ilanlar  -  
materikin  kənar  sərhədlərində,  Britaniya  Kolumbiyasında  56° 
ş.e.  dairəsinədək yayılıb.  Materikin  şərqində ən  şimalda  qeydə 
alman  yenə  də  diribaladoğan  kərtənkələ  (Eumeces fasciatus) 
növüdür.
Cənuba doğru əksər ilan və kərtənkələlər Afrikanın cənub 
qurtaracağınadək  çatırlar.  Bəzi  kərtənkələlər  və  Elapidae  fasi­
ləsindən  3  növ  ilan  Tasmaniyaya  qədər  yayılıb.  Gekkonlar, 
ssinklər, amma  ilanlar yox  (bəzi dəniz ilanları  istisna olmaqla) 
Cənub  adası  da  daxil  olmaqla,  Yeni  Zelandiyaya  gedib  çıxır­
lar. İguanidae fasiləsindən  olan  3  kiçik kərtənkələ növü Ameri­
kada  «Odlu  torpağa»  qədər  çatır.  «Məsaməli  gürzə»  (Trimer- 
surus  anımodytoides)  Cənubi  Argentinanın  Santa-Krus  əyalə­
tinin ən cənub nöqtəsinədək yayılmışdır.
Reptililərin  əsas  yayılma  sərhədləri  əsasən  ilan  və  kərtən­
kələlərə  görə  müəyyən  edilsə də,  digər  qrupların  da  paylanma
Reptilərin yayılma sərhədləri (hüdudları)
111
downloaded from KitabYurdu.org


sərhədlərini  qeyd  etmək  lazımdır.  Yeni  Zelandiyada  Spheno- 
don reptillilərin  yayılma sərhədlərinin cənubuna yaxın yerləşir. 
Bu qədim canlılar müasir reptililər üçün «son hədd» hesab edi­
lən  iqlimdə  qorunub qalmışlar.  Timsahlar (son  zamanlara  qə­
dər  rast  gəlinən  -   Crocodilus)  tropik  zonadan  şimala  -   Qərbi 
Asiyada  Suriyayadək,  Çində  Yantszı  çayı  boyunca (Alligator) 
və  Şimali  Amerikanın  şərq  hissəsində  Karolin  adalarınadək 
(Alliqator)  rast  gəlinir.  Afrikada  və  Cənubi  Amerikada  onlar 
tropik zonadan  bir qədər cənuba keçir.  Tısbağalardan  avropa 
bataqlıq  və  çay  tısbağası  Emys  orbicıdaris  (Emydinae)  Avro­
pada  57,5°  ş.e.dairəsinədək  yayılmışlar,  lakin  qalan  avropa 
tısbağalarından heç biri 50°-yə gedib çıxmır.
Trionyx  cinsi  (Trionychidae  fasiləsi)  Şərqi  Asiyada  təxmi­
nən  48°-dək  yayılmışdır,  lakin 40°-dən  şimala  asiya tısbağala­
rından daha heç  bir növ rast gəlinmir, Asiyanın daxili və şimal 
rayonlarında  isə  tısbağa  ümumiyyətlə  yoxdur.  Amerikanın  ən 
şimal  tısbağası  Chrysemys  (Emydinae  yarımfəsiləsi)  Britaniya 
Kolumbiyasında  və  Manitoba  ştatında  51°,  «Verxniy»  gölün­
dən şimala 49° və ya 50° və bəzən Şimali Amerikanın şərq sahi­
lindən 48°-dək gedib çatır.  Cənuba doğru tısbağalar Afrikanın 
qurtaracağınadək,  Cənubi  Avstraliyaya,  amma  Tasmaniyaya 
yox  (bəzi  dəniz  tısbağalarından  başqa)  və  Cənubi  Amerikada 
şimali Argentinayadək gedib çıxır.
Reptililərin  sayı  onların  yayılma  hüdudlarının  sərhədin­
dən  azalmağa  başlayır.  Avropanın  şimal  rayonlarında amfibi- 
lərlə  müqayisədə  onların  sayının  azalma  intensivliyi  artır:  Cə­
nubi Avropada  37 cins,  89 növ reptili və  14 cins və 39  növ am- 
fıbi qeydə alınıb;  Şimali Avropada -  yalnız 5 cins, 6 növ reptili 
və  6  cins,  11  növ  amfibi  müşahidə  edilib.  Cənubi  Amerikada 
reptili  faunasının  tropiklərdən  cənuba  doğru  kasadlaşması  iz­
lənir.  Bu  hal  Argentinada  ilanların  yayılmasında  özünü  əks 
etdirir,  belə  ki,  növlərin  sayı  tropik  zonada  Misones  yaxın-
112
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə