Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə28/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

şəkkil  yaş  qrupu  ayırd  edilir:  birinci  qrup  bədən  ölçüsü  44-63 
mm  olan  fərdləri  (birillik  fərdlər  qrupu),  ikinci  -   64-83  mm 
bədən  uzunluğuna  malik  (əsasən  ikiillikləri),  üçüncü  -  bədəni­
nin  uzunluğu  84-103  mm-ə  çatan  fərdləri  (burada  çoxalmada 
ilk dəfə iştirak edən fərdlər dominantlıq edir) özündə cəmləşdi­
rir.  Böyük  yaş  qrupunu  bədəninin  uzunluğu  104-123  mm  və 
124-143  mm-ə  çatan  fərdlər  təşkil  edir.  Bədəninin  uzunluğu 
104-123 mm olan fərdlərdən ibarət qrup nisbətən çoxsaylıdır.
Cədvəl 3
Şahbuz rayonunda Şneyder kərtənkələsinin (Eumeces schneideri) 
cinslərinin nisbəti və fərdlərin ölçüsü
Populyasiyadan seçilmiş  17 fərddə cinslərin nisbəti iyunda 
1:2:0,2 (erkək, dişi, cavan) olmuşdur.
Erkək
Dişi
Cavan
Bədənin
uzunluğu,
mm-lə
sayı
Bədənin
uzunluğu,
mm-lə
sayı
Bədənin
uzunluğu,
mm-lə
sayı
140
1
123-130
2
49-51
3
149
1
132-137
3
83
1
150-152
2
-
-
-
-
170
1
140-145
3
-
-
Azərbaycanda  Ştraux  kərtənkələciyi  (Eremias  strauchi
yalnız  Naxçıvan  MR-də  və  Zəngilan  rayonunda  yayılmışdır 
(respublikanın  cənub-şərqində  də  tapılması  haqqında  məlu­
matlar var).
Ştraux  kərtənkələciyinin  Naxçıvan  MR-in  Uzun-oba  kən­
dindən  seçilən  nümunələrinin,  Q.Petersin  (Peters,  1969)  məlu­
matları  da  nəzərə  alınmaqla  analizi  göstərir  ki,  bədəninin 
uzunluğu  45-48  mm  olan  fərdlər  birilliklərə  aiddirlər.  Yazın 
sonu-yayın əvvəllərində onlar populyasiyada 30,3% təşkil edir­
lər.  Mayın  əvvəlində  bədəninin  uzunluğu  50-53  mm-ə  çatmış 
göstərilən  qrupa  aid  dişilər  yumurtalıqlarında  8-10  iri  ovositə
ıoı
downloaded from KitabYurdu.org


malik  idilər.  Bu,  yumurtadan  çıxdıqdan  sonra  növbəti  yazda 
həmin  fərdlərin artıq yetkinliyə çatmasını sübut edir.  Bu qrup­
dan  olan  fərdlər  iyun  və  iyulda  60-67  mm  ölçüsünə  çatıb, 
böyük  yaş  qrupuna  daxil  olurlar;  sonuncu  qrup  reproduksiya 
dövrü  müddətində  dominantlıq  edərək,  populyasiyada  69% 
təşkil  edir.  Yazın  sonu-yayın  əvvəllərində  erkək  və  dişilərin 
nisbəti  1:1  olmuşdur.
Yalnız  Naxçıvan  MR-də  yaşayan  Cənub  Qafqaz  kərtən- 
kələciyi  {Eremias pleskei)  Ştraux  kərtənkələciyinə  nisbətən  ki­
çikdir.  Yuxarıda  adı  çəkilən  müəllifin  yaş  bölgüsünə  istinad 
edərək,  bədəninin  ölçüsü  40-48  mm  olan  fərdləri  bir  dəfə  qış- 
layanlara  aid  etmişik;  Bizim  nümunədə  (n=31)  onlar  təqribən 
38%  təşkil  etmişdir.  Bədəninin  uzunluğu  51  mm  olan  birillik 
fərdlər  15,4%,  55-58  mm  olan  ikiyaşlılar  -   30,7%  təşkil  etmiş­
dir.  Kərtənkələciklərin bu növü istisevər olub qış yuxusuna  tez 
gedirlər  ki,  bu da  şübhəsiz  ki,  birinci yazda yumurtadan  çıxan 
cavanların sağ qalmasına müsbət təsir göstərir.
Cədvəl 4
Naxçıvan MR-dən olan Zaqafqaziya kərtənkələciyinin 
populyasiyasında cinslərin nisbəti (%-lə)
Ay
Yetkinliyə çatmayan
Yetkin
Bütün
populyasiya 
üzrə (%)
dişi (%)
erkək (%)
dişi (%)
erkək (%)
iyun
77,7
25
50
50
27
iyul
100
-
40
50
48
İlk dəfə çoxalmada  iştirak edən erkək və dişilərin  minimal 
ölçüsü uyğun olaraq, 45 və 49 mm-dir.
Azərbaycan  qayalıq  kərtənkələsi  (Darevskiya  raddei)  çox­
saylıdır  və  respublikanın  qərbində,  cənub  və  cənub-şərqində, 
eləcə  də  Naxçıvan  MR-də  yayılmışdır.  Aşağıdakı  cədvəldə 
Zuvanddakı  populyasiyasmın  cinsi  və  yaş  strukturu  verilmiş­
dir.
102
downloaded from KitabYurdu.org


Cədvəl 5
Azərbaycan kərtənkələsinin Zuvand populyasiyasının 
yaş və cinsi tərkibi
Yaş
Bədən ölçüsü (mm-lə)
erkək
dişi
cavan
Bir dəfə qışladıqdan sonrakı cavanlar
-
-
34-37
iki dəfə qışlayanlar
-
51-56
45-48
3 dəfə qışkayanlar
57-59
57-62
-
Böyük yaş qrupu
60-67
63-69
-
Cavan  fərdlər  qrupuna:  a-bir  dəfə  qışlayanlar;  b-iki  dəfə 
qışlayanlar  daxildir.  Sonuncular  uzunluğu  iyulda  49  mm-ə 
çatmaqla, yetkin fərdlər qrupuna daxil olurlar.
iyunun  sonu  -   iyulun  əvvəllərində  yetkin  erkəklərin  sayı 
düşmənləri  tərəfindən  tələf  edildiyinə  görə  39%-ə  qədər  enir; 
populyasiyada 28% dişi,  33% cavan fərdlərin payına düşür.
I.S.Darevskiy (1967) krım yarımnövünün Lacerta saxicola 
lindxolmi  (hal-hazırda  Darevskia  lindxolmi  adlandırılır)  po- 
pulyasiyasını  öyrənən  A.M.Sergeyevin  məlumatlarına  istinad 
edərək  yazır  ki,  yumurtadan  təzə  çıxmış  körpələrin  uzunluğu 
təxminən  25  mm,  gələn  yazda  31  mm,  yayın  sonlarına  doğru 
48  mm-ə qədər və növbəti  (ikinci) ilin yazında -  51  mm-ə çatır 
və ömrünün ikinci yayının sonlarına doğru  yetkin qrupa  keçir. 
Z.P.Xonyakina  göstərir  ki,  Lacerta saxicola caucasica-nın  (in­
di  Darevskia caucasica  adlandırılır)  körpələrinin  ölçüləri  22-27 
mm  təşkil  edir,  avqustda  onların  bir  hissəsi  31  mm-ə,  bir  ya­
şında 39-45 mm-ə, iki yaşında isə 51  mm-ə çatır.
Belə  ki,  ömrün  birinci  ili  ərzində  postembrional  inkişafın 
yuxarıda  göstərilən  formaları  bir-birilərinə  demək  olar  ki, 
uyğundur.
Partenogenetik  qayalıq  kərtənkələsinin  Gədəbəy  ray­
onundakı  populyasiyasında  fərdləri  bədən  uzunluğuna  və  bu­
na uyğun olaraq (təqribən) yaşma görə 4 qrupa bölmək olar.
103
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə