da məlumdur. Adı su ilanı yüzlərlə, hətta minədək fərdi yumaq
halda yığışır; gürzə və qalxansifətin bir yerdə onlarla fərdinin
qışlaması müşahidə edilib; Türkmənistanda qızılı mabuyanın
böyük toplusu qeydə alınıb. Respublikamızda yayılan cılız ko
ramal (Arıgius fraqilis) 10-15 fərd olmaqla birgə qışlayır.
Reptililərin qışladığı sığınacaqlar çox fərqlidir. Bataqlıq
tısbağaları su hövzələrinin dibində qışlayır, aralıqdəniz tıs
bağası - yuvalarda, və ya çox dərin olmayan çalalarda qış-
layır. Adətən erkən fevral-martda ayılırlar. Ən tez qış yuxusu
na Orta asiya tısbağası (Testudo horsfieldi) gedir. Artıq iyunda
efemer bitki örtüyü yandığına görə yetkin tısbağalar yuxula-
mağa tələsir. Payızda bəzi tısbağalar yuxudan ayılaraq payız
göyərtiləri ilə ehtiyatlarını möhkəmləndirirlər. Yayın sonu, ya
zın əvvəli yumurtadan çıxan tısbağalar yerin səthinə qalxmır,
qışı torpaqda keçirir.
Hatteriyaların qış yuxusu möhkəm olmur. Günəşli gün
lərdə onları yuvalarının ağzında müşahidə etmək olar.
Qabıqdəyişmə. Bütün reptililərdə qabıqdəyişmə dövründə
pulcuğun üst buynuz təbəqəsi atılır və yenisi ilə əvəz olunur.
Kərtənkələlərin qabıqdəyişməsi, ilanlardan fərqlidir. Onlar
dəriüstlüyünü birdən atmır, hissə-hissə, bəzən hətta pulcuqları
bir-bir atır. Məsələn, lentşəkilli gekkon (Coleonyx variegatus)
çənələri vasitəsilə dəri parçalarını qopardıb udmaqla dərisini
dəyişməyə kömək edir. Pəncəsində isə hər barmaqdan ayrı-
ayrı dərini siyirib atır, sanki əlcəklərini soyunur.
Lakin istisna hallar da vardır. Avstraliyada yaşayan adi
pulcuqayaqlı (Pygopus lepidopodus) və qısaquyruq qabıqdəy-
işmə dövrü ilan kimi qabıqdan çıxaraq köhnə dərini bütövlüklə
atır.
İlanlarda ayrılmış epidermis qatı əvvəlcə sifətin ön tərə
fində qopur, sonra isə corab kimi bədəndən çıxır. Qabıqdəyi-
şən ilan fəal hərəkət edərək, başını torpağa sürtür, yarıqlardan
keçərək üzərindəki köhnə dəridən azad olur.
94
downloaded from KitabYurdu.org
Kor ilanların qabıqdəyişməsi özünəməxsusdur. Laylanmış
epiteli əksər ilanlarda olduğu kimi başdan deyil, quyruqdan
sürüşüb çıxır. Epiteli bədəndən uzun borular şəklində qopur və
qabıq cildi tərs üzünə çevrilmir.
Bəzi növ ilanlar qabıqdəyişmə dövrü suya gedir. Anakon-
da (Eunectes murinus) su altında qabığım dəyişir. Herpeton
adlı şirin si ilanı isə nadir hallarda dərisini dəyişir.
Adi gürzənin qabıq dəyişməsi fərqlidir. Yeni dünyaya
gəlmiş fərdlər doğulduqları ərazini tərk etmirlər. Doğuldu
qdan bir neçə saat və ya gün sonra artıq ilk qabıqdəyişmə baş
verir. Kiçik gürzələr qabıqdan çıxan kimi dağılaraq yem axta
rışına yollanırlar, hərçənd ki, onlar hələ bir neçə həftə qida
lanmaya bilər (belə halda yumurta sarısı ehtiyatını istifadə
edirlər). Sonralar cavan fərdlərin qabıqdəyişməsi, ilanın halın
dan asılı olaraq ayda 1-2 dəfə baş verir. Qabıqdəyışmədən əv
vəl, təxminən 1 həftə öncə, ilanın rəngi solur, gözlərində bula-
nıqlıq əmələ gəlir. Sağlam və güclü ilanlar tez - 1,5-2 saat, zəif
və xəstə fərdlər isə 2 həftə ərzində qabığını dəyişir. Qabıqdəy-
işmə dövrü ilanlar çox ehtiyatlı olub, öz sığınacaqlarında giz
lənir, qidalanmır və az hərəkətli olurlar. Çöl (bozqır) gürzəsi
temperatur həddi 15° -dən aşağı, nisbi rütubət isə 35%-dən
aşağı olmamaq şərti ilə ildə 3 dəfə qabıq dəyişir. Sağlam ilan
lar köhnə qabıqdan 15 dəqiqəyə çıxır, xəstə və zəifləmiş fərd-
lərdə bu proses uzanır və əksər hallarda onlar məhv olurlar.
2 Amerika cinsinə (Sistrururs və Crotalus) mənsub olan
növlərdə quyruq xüsusi törəmə - zınqırov ilə nəhayətlənir. O
sanki biri digərinə geydirilmiş bir neçə sərt dəri seqmentdən
ibarət olur. Hər növbəti qabıqdəyişmə zamanı yeni seqment
formalaşır. Hürkmüş və ya qıcıqlandırılmış ilan quyruğunun
ucunu qaldıraraq, onu titrədir. Bu halda zınqırovun seqment
ləri bərk cingiltili səs çıxardığından, həmin ilanları da «zınqı-
rovlu» ilan adlandırırlar. Belə zınqırov ilan üçün həm də
müdafiə vasitəsidir.
95
downloaded from KitabYurdu.org
Tısbağalar da öz örtüklərini dəyişir. Bəzi növlərdə zireh
üzərindəki buynuz lövhələr düşür, digərlərində qalınlaşır, lakin
zaman keçdikcə köhnəlsə də, kənarlarında artan illik halqala
rın izi sezilir.
Yerdəyişms. Yerdəyişmə dedikdə reptililərin nisbətən kiçik
ərazidə adi hərəkəti nəzərdə tutulur. Bu yerdəyişmələr yem ax
tarışı, çoxalma dövrü digər cinsdən olan fərdlərin axtarışı,
yayılma və s. hadisələrlə əlaqəli olur. Yerdəyişmənin uzunluğu
geniş hüdudlarda dəyişə bilər. Bu, biotopun xarakteri, bəzən
yem bolluğu və onun paylanması, düşmənlərin mövcudluğu ilə
də bağlı ola bilər. Müşahidələr göstərir ki, dişilərdən fərqli ola
raq erkəklər daha hərəkətli olub, məsafəli köçmələr edir (ca
van fərdlər də özünü eyni tərzdə aparır).
Qışlamadan sonra yay yaşama sahələrini tutub, ilanlar
bəzi rayonlarda yüzlərlə metr, hətta 2-5 km uzağa yerini dəyi
şir. Bu qisim miqrasiyalar zamanı gürzələr enli çay və göllər
dən üzüb keçirlər. Gürzələrin köçü dağ rayonlarında da məlum
hadisədir, belə ki, ilin müxtəlif fəsillərində və fərqli illərdə əra
zilərin yem ehtiyatı dəyişdikdə ilanlar yamaclarla bir neçə km
məsafəni qət edir.
Respublikada geniş yayılan gürzə (Macrovipera lebetina) il
ərzində əhəmiyyətli məsafədə yerdəyişmə edir. Dağ yamacla
rında yaşayan ilanlar üçün fəsli yerdəyişmələr xarakterdir. Yay
istiləri yaxınlaşdıqca, gürzələr suya yaxın yerlərə - dərələrin
aşağı hissələrinə enirlər. Qızmar yay günlərində gürzələr həvəs
lə suda çimir və çoxlu miqdarda su içirlər.
Miqrasiya. Miqrasiya dedikdə heyvanların müddətli və ki
fayət qədər uzaq məsafəyə yerdəyişməsi nəzərdə tutulur. M i
qrasiyalar quraqlıqdan, mövsümdən asılı olaraq yemin dəyiş
məsindən, yuxuya getmə, çoxalma və s. ilə əlaqədar ola bilər.
Miqrasiyalar zamanı quru sürünənləri istiqaməti hava mühiti
nə uyğunlaşan görmə orqanı vasitəsilə müəyyən edirlər. Bu
reptililər forma və vəziyyətini saxlayan ətrafdakı müxtəlif ob-
96
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |