Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə27/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

yektlərə  görə  istiqaməti  müəyyən  edirlər.  Bəs  su  sürünənləri 
suda  istiqaməti  necə  müəyyənləşdirirlər?  Fəlakətli  dəniz  şərai­
tində oriyentir tapmaq çətin olsa da dəniz tısbağaları və ilanla­
rı  uzaq  «səyahətlərə»  çıxırlar.  Bütün  dəniz  tısbağaları  miqra­
siya  edir  və  dövrü  miqrasiyaların  bir  qismi  yuvalama  yerləri 
(yumurta  qoyma)  ilə  yemlənmə  (naqul)  sahələri  arasında  baş 
verir.  Bəzi  dəniz  tısbağaları  daha  əlverişli  yerlərə  yığılmaq  və 
ya  yumurta  qoymaq  üçün  sevimli  sahillərindən  bir  neçə  km 
uzaq səyahətlərə çıxmaq məcburiyyətində olur.
Zeytuni tısbağaların (Lepidochelys olivaceä) 2 coğrafi -  at­
lantik  və  sakit  okean  forması  məlumdur.  Sakit  okeanda  zey­
tuni  tısbağa Yaponiya  və  Kaliforniyadan  tutmuş Çili və Avst­
raliyaya  qədər  məskunlaşır.  Bu  tısbağa  sahil sularına üstünlük 
verir,  onurğasızlar və su  bitkiləri  ilə qidalanır.  Çoxalma  dövrü 
zeytuni tısbağalar dəstəsi  Hind  okeanına miqrasiya edərək  av­
qustdan yanvar aymadək orada qalırlar. Onların çoxalma yer­
lərinə  belə  miqrasiyası  «arribada»,  yəni  «varid  olma»  (gəlib 
çatma)  adlanır.  Bu  hadisənin  tarixi  ildən-ilə  dəyişir,  lakin  qə­
ribəsi  odur  ki,  bütün  tısbağalar  necəsə  «təyin  olunmuş»  günü 
müəyyən edir və eyni vaxtda lazım olan yerə gəlib çatır.
Yaşıl  tısbağa  (Chelonia  mydas)  açıq  dənizdə  yüzlərlə  km 
məsafəyə miqrasiya edərək,  bu müddət ərzində dəqiq  marşrut­
la  hərəkət  edir.  Əksərən  bir  neçə  min  km  məsafəni  qət  etdik­
dən  sonra,  çoxalmaq  üçün  sahilə -  dəqiq  təyin  edilmiş  əraziyə 
qayıdırlar.
Hesab  edirlər  ki,  dəniz  tısbağaları  istiqaməti  qoxu  orqanı 
hesabına  müəyyən  edirlər.  Onlar  su  dibinin  iyini,  ləpədöyənin 
sərhədində  torpağın  rütubətliyini,  hər  zaman  iyini  aldıqları 
qum təpələrinin əsasmdakı quru qumu seçə bilirlər.
Yaşıl  tısbağalar 2600 km qət edərək çoxalmaq üçün  Brazi­
liyadan  cənubi Atlantika  adalarına  miqrasiya edirlər.  Naviqa­
siya  mexanizmi  özündə  həm  günəşə  görə  istiqamətlənməni, 
həm də adanın spesifik iylərini duymaq qabiliyyətini qovuşdu-
97
downloaded from KitabYurdu.org


rurlar.
Bəzi  dəniz  ilanlarının  da  okeanda  müəyyən  yerə  toplan­
masının  çoxalma  ilə  əlaqələndirilər.  Müşahidələr  göstərir  ki, 
dəniz ilanları  110  km  məsafədə  miqrasiya edirlər.  Görünür  bu 
yumurtaqoyan  növlərə  aiddir.  Diribaladoğanlarm  yuva  qur­
maq üçün bir yerə yığılmasına ehtiyac yoxdur.
98
downloaded from KitabYurdu.org


POPÜLYflSİYflNIN  STRÜKTÜRÜ
Populyasiya  termini  elmi  ədəbiyyatda  bir  neçə  müxtəlif 
mənalarda  istifadə  edilir.  Lakin  çox  vaxt  «populyasiya»  ter­
mini  dar mənada işlədilərək,  müəyyən ərazidə məskunlaşan və 
çarpazlaşa  bilən  eyni  növün  fərdlərinin  cəmi  kimi  lokal  po- 
pulyasiyaya tətbiq edilir.
Təbiətdə  növün  yerini  və  müəyyən  biogeosenozda  rolunu 
aydınlaşdırmaq  üçün  populyasiyasımn  strukturunu,  xüsusilə 
də  cinsi  və  yaş  tərkibini,  populyasiyanın  məkanda  paylanma­
sının xarakterini və s.  bilmək vacibdir.
Fərdlərin  cinsə  görə  nisbəti,  xüsusilə  də  çoxalmada  iştirak 
edə  bilən  dişilərin  payının  populyasiyanın  sayının  artmasında 
böyük  əhəmiyyəti var.  Adətən cinslərin  nisbəti  1:1  olur.  Lakin 
bəzən  bu  nisbətin  pozulması  hallarına  da  təsadüf  edilir.  İlin 
ayrı-ayrı  fəsillərində  də  cinslərin  nisbətində  müəyyən  qədər 
fərq  olur.  Naxçıvan  MR-da  aparılan  müşahidələr  göstərir  ki, 
fəallıq  dövründə  aralıqdəniz  tısbağasının (Testudo graeca)  po- 
pulyasiyasmda  cinslərin  nisbəti  həm  aylara,  həm  də  fəsillərə 
görə dəyişilir.
Mayda hər iki cinsin fərdlərinə təqribən  1:1  nisbətində rast 
gəlinmişdir,  tyunda  öyrənilən  20  fərddən  6-sı  erkək,  14-ü  dişi 
olmuşdur.  İyulda  bu  nisbət  dəyişmir,  populyasiyada  əvvəlki 
kimi  dişilər  üstünlük  təşkil  edir,  avqustda  isə  erkəklər  tez-tez 
görünməyə başlayır və cinslərin nisbəti yenidən bərabərləşir.
Aşağıdakı cədvəldə Xəzər tısbağası (Mauremys caspicä) və 
yovşanlıq  girdəbaş  kərtənkələsinin  (Phrynocephalus  heliosco- 
pus) ölçü-yaş tərkibi analiz edilir (cədvəl  1).
Göründüyü kimi, populyasiyadan seçilmiş 49 fərddən  16-sı 
yetkin,  33-ü  yetkinliyə  çatmayan  fərdlər  olmuşdur.  Yetkin 
fərdlər  qrupunda  sayca  dişilər  üstünlük  təşkil  edir.  Populya­
siyada sayca cavan fərdlər dominantlıq edir.
99
downloaded from KitabYurdu.org


Cədvəl  1
Şahbuz rayonundan olan xəzər tısbağasının ölçü-yaş tərkibi
Yaş (il)
Karapaksın ö çüləri (mm-lə)
Yetkin
Yeykinliyə çatmayan
Sc
sayı
? ?
sayı
sayı
? ?
sayı
1-2
-
-
-
68
1
64-84
2
3-
-
-
-
-
88-98
5
91-108
7
4-
-
-
-
-
-
-
113-128 2
7-
-
-
-
-
135-148
8 136-146 8
11-
150-160 6
154-164 3
-
-
-
Yaşlı fərdlər
-
1 179-197 6
-
-
-
-
Cəmi
-
7
-
9
-
14
-
19
Cədvəl 2
Nehrəni çölündən olan yovşanlıq girdəbaş kərtənkələsinin 
yay dövründə ölçü-yaş tərkibi və cinslərinin nisbəti
Bədənin uzunluğu, 
mm-lə
42
-4
3
43
-4
4
44
-4
5
45
-4
6
46
-4
7
47
-4
8
48
-4
9
49
-5
0
50
-5
2
52
-5
5
Sayı,  Ş/61
1/
/1
1/1 /1
1/4 3/2 /2 2/3 1/5 7/
Yay  fəslində  (iyun-iyul)  populyasiya  4  yaş  qrupuna  aid 
fərdlərdən  ibarətdir:  bədəninin  uzunluğu  42-47  mm  olan  ca­
vanlar bir dəfə; 47-50 mm olanlar -  2 dəfə;  51-52 mm olanlar 3 
dəfə  qışlayan qrupu  təşkil  edirlər.  Yuxarı yaş  həddində dişilə­
rin sayı erkəklərin sayından üstün olur.
Verilmiş materiala görə,  yayda əldə edilmiş  fərdlər arasın­
da  dişilərin  sayının  çox  olması  yəqin  ki,  reproduksiya  dövrü 
bitdikdən  sonra  onların  daha  intensiv  qidalanması  və  bu  sə­
bəbdən də üzdə çox qalması ilə izah oluna bilər.
Qafqaz  kələzinin  populyasiyaları  bəzi  iquana  növlərində 
olduğu kimi dişilərin üstünlük təşkil etməsi  ilə xarakterizə olu­
nur.  Yazın  sonları-yaym  əvvəllərində  populyasiyada  5  mütə-
ıoo
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə