Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə35/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   37

ayrılması təklifi  Azərbaycanın  Qırmızı  kitabına  tövsiyə olaraq 
salınmışdır.
ABŞ-da qorunan  ərazilər  2,9%,  Çində  -   1,6%,  Hindistan­
da  -   1,4%,  Rusiyada  -   0,6%-dir.  Azərbaycanda  13  dövlət  qo­
ruğu,  17  yasaqlıq  və  8  Milli  park  yaradılmışdır.  Qoruq  və ya­
saqlıqlar  əraziyə  görə  elə  yerləşir  ki,  onlar  bir-birini  tamam­
layır.  Xüsusi  qorunan  herpetoloji  ərazilər  yoxdur,  lakin  bu  və 
ya  digər  qoruğun  ərazisində  yaşayan  reptililər  mühafizə  olu­
nur.  Bu  mənada  tarixi  abidələrimizi  qorumaq  məqsədilə  1966- 
cı  ildə  yaradılmış  Qobustan  qoruğu  böyük  maraq  doğurur. 
Qobustan qoruğunda  həmçinin  flora  və  faunanın  arid-qayalıq 
kompleksləri  də  qorunur.  Respublika  herpetofaunasımn  70%- 
nə bu qoruqda rast gəlinir.  Azərbaycanın Qırmız Kitabına da­
xil  edilmiş  8  növdən  3-ü qoruqlarda  mühafizə edilir:  Şirvan  və 
Türyançay  qoruqlarında  aralıqdənizi  tısbağası,  Hirkan  Milli 
parkında  -   eskulap  təlxə,  Ordubadda  -   Kiçik  Asiya  gürzəsi. 
Herpetofaunanın  zəngin  olduğu  tropik  ölkələrdə  qoruq,  milli 
park və faunistik rezervatların da sayı çoxdur.  Məsələn,  Brazi­
liyada ümumi sahəsi  30 mln.  hektar olan qorunan ərazi vardır. 
Meksikada  mövcud  olan  50  milli  park  1  mln.  hektardan  çox 
sahəni  əhatə  edir.  İndoneziyada  260  qorunan  ərazinin  əhatə 
etdiyi  sahə  8  mln.  hektarı  keçir.  Sevindirici  haldır ki,  bu  siya­
hını hələ davam etmək mümkündür.
lUCN-nin (BTMİ -   Beynəlxalq  Təbiəti  Mühafizə  ittifaqı) 
sayəsində Ramsarda  (tran)  qəbul edilən  «su-bataqlıq  əraziləri­
nin mühafizəsinə dair konvensiya» su quşlarını qorumaqla ya­
naşı,  reptililərin  də  su  və  sahil  formaları  üçün  əhəmiyyət  kəsb 
edir.
Qoruq  və  faunistik  rezervatlar  ilk  növbədə  sürünənlərin 
bəzi ada növlərini də qorumaq üçün yaradılıb.  Buna misal Ye­
ni  Zelandiya  yaxınlığında  yerləşən  adalarda  hatteriyanm  qo­
runduğu  əraziləri  göstərmək  olar.  Komado,  Rinja  və  Padar 
adalarında mövcud  milli parklarda  nəhəng varan,  bəzi  kərtən-
■ 24
downloaded from KitabYurdu.org


kələ və ilanlar  qorunur.  Kanar  adalarında  nəsli  kəsilmək  təh­
lükəsi  olan  Kanar  kərtənkələsi  (Qallotia  simonyi)  üçün  məq­
sədli rezervat yaradılmışdır.  Mavrikiyadan  şimal-şərqdə  yerlə­
şən  Raund  adasında  herpetoloji  qoruq  təşkil  edilmişdir.  Ek­
vadorda «Qalapaqoss  adaları»  Milli  parkında  mühafizə edilən 
endemik  növlər  arasında  fil  tısbağası  (Chelonoides  elephanto- 
pus) da var.
Orta Asiyanın  Repetek və Badxız qoruqlarında  kərtənkələ 
və ilanların psammofıl  və arid formaları mühafizə edilir.  ABŞ- 
ın  cənub-qərb  hissəsində  yerləşən  Sonora  səhrasında  Orqan- 
Payp-Kaktes  adı  ilə  yaranan  rezervat  məxsusi  olaraq  kaktus­
ların  və  onların  birliyində  yaşayan  6  növ  zınqırovlu  ilanın 
mühafizəsinə xidmət edir.
ABŞ-ın  Florida  yarımadasının  cənubunda  Everqleyds 
Milli  parkında  timsahlar  və  Missisipi  alliqatorları qorunurdu. 
Alliqatorların  sayı  mühafizə  nəticəsində  o  qədər  artır  ki,  o, 
BTMİ-nin  (tUCN)  qırmızı  siyahısından  çıxarılır  və  hətta 
məhdud  sayda  ovlanmasma  icazə  verilir.  Hindistanda  timsah­
ların  mühafizəsi  və yenidən  törəməsi  üçün  11  xüsusi  qoruq ya­
radılmışdır.  Bu  canlıların  mühafizəsinə  xidmət  edən  daha  bir 
neçə faydalı tədbirləri sadalamaq olar.
1966-cı  ildə  tUCN-nin  amfıbi  və  reptililərə  aid  Qırmızı 
Siyahısı  yaradıldı.  1982-ci  ildə  bu  kitabın  I  cildi  genişləndiril­
miş  şəkildə  tısbağa,  timsah  və  hatteriyaya  həsr  olunur,  digər 
nəşrlər isə ilan və kərtənkələlərdən bəhs edir.
Ümumilikdə,  1987-ci  ilin  məlumatına  əsasən  BTMİ  -nin 
Qırmızı  Siyahısına  nadir  və  nəsli  kəsilməkdə  olan  143  növ  və 
yarımnöv reptili daxil edilmişdir.
Bizim  ölkənin  faunasından  Qırmızı  Siyahıya  daxil  edilən 
növlərin  mühafizə  kateqoriyaları  siyahıda  aşağıdakı  şəkildə 
təmsil olunub:
125
downloaded from KitabYurdu.org


Cədvəl  10
BTMİ-nin  Qırmızı  Kitabına  aid  və Vəhşi  fauna, flora  növlərinin  ticarəti­
nin  məhdudlaşdırılması  haqqında  konvensiyanın  (CtTES)  siyahısına  əlavə 
edilən  Azərbaycanda  yayılan  reptililərə  dair  1987-ci  il  yanvarın  1-nə  olan 
məlumat
Növlər və yarımnövlər
Qırmızı kitabın 
kateqoriyaları
ClTES konvensiyasına 
əlavənin siyahısı
T e stu d o  g ra eca
həssas
II
V ip era  r a d d e i
nadir
-
Qirmız kitaba daxil edilmiş və tövsiyə edilən  növlər
Aralıqdənizi tısbağası 
T e stu d o  g ra e c a
II
Xarabalıq kələzi 
T ra p e lu s ru d era tu s
I
Yox olmaq təhlükəsində 
olan növ
Zaqafqaziya girdəbaşı 
P h ry n o c e p h a lu s 
h e lio sc o p u s p ersicu s
I
Zolaqlı çılpaqgöz 
A b le p h a ru s b iv itta tu s
II
Çernov çılpaqgözü 
A b le p h a r u s  ch ern ovi
III
Qızılı mabuya 
M a b u y a  a u ra ta
III
Eskulap təlxə 
E la p h e  lo tıq issim a
II
Zaqafqaziya təlxəsi 
E la p h e  h o h en a sk eri
II
Qarabaş rinxokalamus
R h yn c h o c a la m u s
m e la n o c e p h a lu s
I
Dördzolaq təlxə 
E la p h e  q u a tu o rlin e a ta
III
Qonur ilan 
C o ro n e lla  a u stria c a
II
Çöl gürzəsi 
V ip era   ursini
I
Kiçik Asiya gürzəsi 
V ip era  r a d d e i
II
lUCN-nin mühafizə kateqoriyaları (modifikasiya edilmiş) 
I -  yox olma təhlükəsi altında olan növlər
126
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə