Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   37

lığında 55-dən Santa-Krusda  1  növə enir.
Reptililərin  adalarda  yayılma  hüdudlarına  gəldikdə  isə, 
kərtənkələlər  üçün  ümumiyyətlə  belə  sərhədlər  yoxdur:  iqlim 
cəhətdən  əlverişli  olan  bütün  adalarda  (materiklərə  yaxınlaş­
maq  imkanı  çərçivəsində)  onların  sayı  çoxdur,  hətta  Hind 
okeanında  Maskaren  və  Seyşel  kimi  uzaq  adalarda  belə  rast 
gəlinirlər.  Onlar  həmçinin  Sakit  okeanın qərb hissəsindəki,  ən 
uzağı Tonqa adası da daxil olmaqla, Yeni Kaledoniya və Yeni 
Zelandiyada,  Sakit  okeanın  şərqindəki  adalarda  qeydə  alınır. 
Bermud və  Kanar adaları,  Madeyr və  Atlantik  okeanda  Yaşıl 
Burun  adasında  kərtənkələlərin  sayı daha  azdır və sözsüz,  on­
ların  hamısı  mənşəcə yerli  növlərdir.  Bu  hüdudlardan  kənarda 
belə,  daha  uzaq  adalarda  -   Sakit  okeanın  tropik  ərazisində, 
bir  neçə  gekkon  və  ssink  növü  qeydə  alınıb  və  çox  güman  ki, 
bu ərazilərə onları insanlar gətirmişlər.
Reptililərin  bəzi  fəsilə  və  cinsləri  çox  geniş  yayılmışlar. 
Quru  tısbağalarından  Testudinidae  fasiləsi  Avstraliyadan  baş­
qa  yaşamağa  yararlı  olan  bütün  materiklərə  yayılıb.  Testudo 
cinsi  Afrikanın  böyük  hissəsində,  Avrasiyanın  isti  hissələrində 
rast  gəlinir.  Nisbətən  daha  geniş  yayılmış  Trionyx  -   şirin  su 
tısbağaları  (Trionychidae  fasiləsindən  olan  yumşaqdərili  tıs­
bağalar)  Afrikada,  Cənubi  və  Şərqi Asiyada  və Şimali  Ameri­
kanın  şərq  hissəsində  qeydə  alınıb.  Timsahların  əsas  cinsi  -  
Crocodilus  demək  olar  ki,  tropikipolitdirlər.  Kərtənkələlər 
arasında ən  geniş yayılan  fəsilə gekkon və  ssinklər də tropiko- 
polit  olub,  bəzi  mülayim-isti  ölkələrə  də  gedirlər.  Ən  geniş 
yayılmış  kərtənkələ  cinsi  Lygosoma  olub  Avrasiyanın  bütün 
isti hissələrində,  Şimali və Mərkəzi Amerikanın şərq hissəsində 
rast  gəlinir,  ilanlar  arasında  Colubridae  fəsiləsi  kosmopolit 
olub yalnız Avstraliyanın  ucqar yerlərinə gedib çıxmır.  Viperi- 
dae  (Gürzələr)  fəsiləsi  Avstraliyanın  düzənlik  hissələri  istisna 
olmaqla  geniş  yayılmışdır.  Typhlopidae  (qurdabənzər  qazıcı 
ilanlar) və Elapidae (kobralar, aspidlər və s.) fasilələri  tropiko-
113
downloaded from KitabYurdu.org


polit  olsalar  da,  bəzi  mülayim-isti  ölkələrə  də  keçirlər. 
Typhlops  cinsinin  nümayəndələri  həmçinin  tropikopolitdirlər, 
Natrix  (Colubridae  fasiləsindən  olan  əsasən  yarım-su  ilanları­
dır) Avstraliya da daxil  olmaqla  Köhnə Dünyanın əksər hissə­
lərində və Şimali Amerikanın bir çox yerlərində yayılmışlar.
Reptililərin regional yayılması
Yer  Kürəsinin  2  şimal  vilayətlərinin  (Avrasiya  və  Şimali 
Amerika,  tropiklərdən  şimala)  herpetofaunası  daha çox  fərqli 
mənfi  cəhətlərilə  xarakterizə  olunur.  Burada  ancaq  holarkti- 
kaya  aid  heç  bir fəsilə yoxdur.  Şimali Amerikanın  cənub-qərb 
hissəsində  məhdudlaşan  Anneiellidae  fasiləsi  şimal  yarımkürə­
sinin  mülayim  qurşağına  uyğunlaşan  yeganə  fəsilədir,  Alliga- 
tor isə yalnız holarktikada yaşayan reptililərin yeganə cinsidir. 
Şimalda  dominantlıq  edən  əksər reptililər,  xüsusilə  də  şirin  su 
tısbağaları,  kələzlər  (Avrasiyada)  və  iquanalar  (Şimali Ameri­
kada),  həmçinin  su  ilanları  və gürzələr  əsasən  tropik  fasilələrə 
aiddir.
Şimal  yarımkürəsinin  mülayim  qurşaq  reptililəri  nisbətən 
azsaylıdırlar.  Onlar  tropik  zona  reptililərindən  çox  da  fərq­
lənmirlər, lakin çox qeyri bərabər paylanmışlar.
Cənub yarımkürəsinin tropik və mülayim zonalarında rep­
tililər çoxsaylıdır və əlaqələri də çox mürəkkəbdir.
Afrikada,  Saxaradan cənuba  Pelomedusidae və  Trionychi- 
dae fasiləsinin tısbağaları və  Testudininae yarımfəsiləsinin quru 
tısbağaları,  Emydinae  yarımfəsiləsinin  1  nümayəndəsi  (güman 
ki, tropik Afrikanın yalnız şimal-qərb hissəsinə daxil olan yeni 
sakinlərdəndir),  kələzlərin  bir  neçə  nümayəndəsi,  əsl  buqələ- 
munların  bir  çoxu,  həmçinin çox  sayda gekkonlar,  ssinklər  və 
Lacertidae,  Cordulidae  fasiləsindən  olan  kərtənkələlər,  Vara- 
nus cinsi  və Amphisbaenidae  fəsiləsi,  iki  fasilənin  (Typhlopidae 
və  Leptotyphlopidae)  qurdabənzər  ilanları,  pitonlar,  qumluq
114
downloaded from KitabYurdu.org


yatağanı  (tropik  Afrikanın  şərq  bölgəsinə  uyğunlaşmış),  su- 
ilanlarının çoxu,  aspidlər  və tipik  gürzə və  timsahlar yayılmış­
lar.
Madaqaskarda  Pelomedusidae  fəsiləsi  və  Testudininae  ya- 
rımfəsiləsindən  olan  tısbağalar  yayılmışlar.  Burada  relikt 
iquana, çox sayda buqələmunlar, gekkonlar,  ssinklər,  Cordyli- 
dae fasiləsindən olan bəzi kərtənkələ növləri var, lakin kələzlər, 
Lacertidae,  Amphisbaenidae  fasilələri  və  Varanus  cinsindən 
olan  kərtənkələlər  yoxdur.  Ərazidə  Typhlopidae  fasiləsindən 
olan  qurdabənzər  ilanlar,  endemik  yarımfəsilə  -   yatağanların 
(yalançıayaqlılar)  nümayəndələri  qeydə  alınsa  da,  pitonlar  və 
su  ilanları,  həmçinin  Elapidae  və  Viperidae  fasilələrinin 
nümayəndələri müşahidə edilmir; Nil timsahı rast gəlinir.
Madaqaskarın  herpetofaunası  öz  əlaqələrinə  görə  əsasən 
Afrika  faunasıdır.  Tropik  Asiyada  (Hind-Malay  vilayəti)  -  
Trionychidae fasiləsindən çox sayda  şirin su və quru  tısbağala­
rı,  kələzlər,  bir növ buqələmun, gekkon  və  ssinklər, Lacertidae 
fasiləsindən  bir neçə növ kərtənkələlər,  Ophisaurus,  Varanus və 
Lanthanotus cinslərinin  nümayəndələri  vardır.  Demək  olar  ki, 
ilanların  bütün  fəsilə  və  yarımfəsilələri  burada  təmsil  olunur­
lar. Timsah və Qaviallar da vardır.
Avstraliya  vilayətində  yayılmış  tısbağalardan  Chelydae, 
Carettochelys  və  Trionychidae  fasilələrinin  nümayəndələri,  zə­
ngin  təmsil  olunan  ssinkləri,  Dibamus  (Yeni  Qvineya)  və  Va­
ranus  cinsi,  Typhlops  cinsindən  olan  ilanları,  bir  sıra  piton 
cinsləri,  kiçik  ağac yatağanları (Yeni  Qvineyada),  Elapidae fa­
siləsinin nümayəndələri (və dəniz ilanları) və timsahlar (tropik­
lərdə)  məlumdur.  Avstraliya  reptililərinin  əsasən  Hind-Malay 
vilayəti ilə bağlıdırlar.
Cənubi  Amerika  herpetofaunasına  Chelydra  (qitə  şimal- 
qərb  hissəsi)  və  Kinesternon  cinsi,  Emydinae  yarımfəsiləsindən 
endemik  olmayan  2  tısbağa  cinsi,  Testudo  cinsi  aiddir.  Çox 
sayda iquana, gekkon və yeganə endemik olmayan ssink,  Teli­
n i
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə