ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu boyuk dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı
materiki artıq kəşf olunmuşdur.
Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatcıların işləri hələlik başa catsa da, səyahətcilərin işləri davam edirdi. Belə
ki, butun materiklərdə hələlik oyrənilməmiş coxlu «ağ ləkələr» qalırdı. Onlar iki qutb dairəsində daha cox idi.
Rusiyanın ozundə olan sosial-iqtisadi vəziyyət olkənin təbii şəraiti və təbii ehtiyatlarının hərtərəfli
oyrənilməsinə diqqəti artırmağı tələb edirdi. Bu məqsədlə təşkil olunan akademiya ekspedisiyaları (1768-1774-cu
illərdə) Rusiyada yeni tipli tədqiqatın aparılmasının əsasını qoydu. Tədqiqatlar geniş əraziləri əhatə edirdi:
P.S.Pallasın marşrutu Volqaboyunu, Xəzər sahillərini, cənubu Uralı, Altayı kəsib kecirdi; İ.Q.Georqi Baykalın ilk
tədqiqini apardı; S.Q.Qmelin Don, Qafqaz, şimali İran vilayətlərini tədqiq etdi.
Pallas ilk dəfə Rusiyanın oroqrafiyasının şəklini verir. Xəzər ətrafında cavan relyefin olduğunu gostərir,
kecmişdə Xəzər-Qara dəniz hovzəsinin bir olması fərziyyəsini irəli surur.
Kanada ərazisinin oyrənilməsi davam etdirilir: A.Makkenzi sonralar onun adı verilən cayla uzu aşağı enərək
Şimal Buzlu okeanına cıxır və eyni zamanda ilk dəfə Qayalı dağlardan kecərək Sakit okeana enir.
Cənubi Amerika təbiətinin həqiqi oyrənilməsi 1799-1804-cu illərdə Aleksandr Humboltun və E.Bonplanın
buraya olan səyahətlərindən sonra başlanmışdır. Onların apardıqları tədqiqatlar Orinoko hovzəsini, ekvatorial
Andları və həmcinin Meksika yaylasını əhatə edirdi. Ozunun coğrafi nəticələrinə gorə bu XVIII əsrin sonu və XIX
əsrin başlanğıcında aparılan tədqiqatların ən gorkəmlisi hesab olunurdu.
İngiltərə hokuməti Daxili Afrikanın oyrənmək ucun şirkətlər təşkil edir. Bu şirkətlər tərəfindən Qərbi
Afrikanın, xususilə Niger cayı hovzəsinin tədqiqi aparılır.
Aparılan butun bu səyahətlərin nəticələri təhlil edilir, umumiləşdirilir və coğrafi ideyaların sonrakı inkişafına
guclu təkan verir.
XVIII əsrin ortalarında Fransada klassik coğrafi materializm cərəyanı meydana gəldi ki, bu cərəyanın da gorkəmli
numayəndəsi fransız filosofu və Boyuk Fransa inqilabının ilhamcısı Şarl de Monteskyo (1689-1755) olmuşdur. Onun
«Qanunların ruhu haqqında» kitabı təbii şəraitin ictimai inkişafa təsirinə həsr edilmişdir. Bu əsrin ayrı-ayrı fəsillərində o,
xalqların həyatına, hətta onların siyasi təşkilinə təbiətin təsiri haqqında məlumat vermişdir. Coğrafi şəraitin muxtəlifliyinin
qanunvericiliyə təsirinə xususilə diqqət yetirən filosof həmin kitabda «İqlimin xususiyyətlərinə qanunların munasibəti
haqqında», «Torpaqların təbiətinə qanunların munasibəti haqqında» adlı xususi fəsillər verməsi hec də təsadufu deyil. O,
təbiətin dəyişdirilməsində insanların rolu haqqında mutərəqqi fikirlər soyləmişdir.
Bu dovrun humanitar elmlərində-fəlsəfədə, siyasi iqtisadda, tarixdə yeni qanunlar kəşf edilir, yeni fikirlər əmələ
gəlirdi. Kant, Hegel, Feyerbax kimi filosoflar, Adam Smit və David Rikardo kimi iqtisadcılar meydana cıxırdı.
Fəlsəfə və siyasi iqtisaddakı yeni fikirlər elmin başqa sahələrinə təsir etdiyi kimi, coğrafiyanın inkişafında da
muəyyən rol oynayırdı; filosoflar və siyasi iqtisadcılar coğrafiyanın nəzəri məsələləri haqqında da coxlu fikirlər
soyləyirdilər.
Umumiyyətlə, bu yeni dovr coğrafiya elmində də hərtərəfli yuksəliş dovru oldu. Təsadufu deyildir ki, XIX əsrin
ortaları klassik dunya coğrafiyasının başlanğıcı hesab edilir. Məhz bu dovrdə A.Humbolt, K.Ritter, İ.Tunen, İ.Kant,
kimi nəhəng, dunya şohrətli coğrafiyacılar meydana gəldi. Onlardan sonrakı dunya coğrafiyasının inkişafı bu klassik
coğrafiyacıların adları ilə bağlıdır. İndiyə qədər də bir cox olkələrdə onların təsiri hiss edilməkdədir.
Boyuk alman filosofu İmmanuil Kant (1724-1804) bir sıra əsərlərində coğrafiyaya da aid qiymətli fikirlər irəli
surmuşdur. Koniqsberq universitetində fiziki coğrafiyadan muhazirələr oxuyan alim coğrafiyanın elmlər sistemində
tutduğu yeri muəyyənləşdirmişdir və gostərmişdir ki, obyektləri (hadisələri) oyrənmək ucun onları iki usulla
qruplaşdırmaq olar: birincisi, harada və nə vaxt meydana gəlmələrindən asılı olmayaraq onların mənşəyinə gorə, yaxud bu
və ya digər məntiqi təsnifat əsasında; ikincisi, onların məkandakı movqeyinə və yerinə (coğrafiya) gorə və ya zamana gorə
(tarix) yaxud fiziki təsnifat əsasında təbiət obyektlərinin məkanındakı movqeyinə gorə oyrənilməsinə əvvəllər də boyuk
əhəmiyyət verilmişdi. Amma Kant coğrafiyada sahə (ərazi) konsepsiyasının, yəni xorologiyanın əsasını qoymuş, təbiətin
sahə cəhətdən oyrənilməsini onun tarixi cəhətdən tədqiqindən ayırmışdı.
Onun coğrafiyaya aid fəlsəfi ideyalarının bir xususiyyəti də o idi ki, Kant təbiəti və insanı bir-birindən təcrid
edilmiş şəkildə oyrənmiş, təbiəti, əhalini və təsərrufatı ayrılıqda təhlil etmişdi. Filosofun coğrafiyaya aid
muhazirələrində alman statistik coğrafiyasının istiqaməti hiss olunurdu, onun apardığı tədqiqatlar isə diyarşunaslıq
xarakteri daşıyırdı.
Beləliklə, XIX əsrin əvvəlinə okeanlarda aparılan kəşflər əsasən başa catdırılır, butun materiklərin (Antarktida
istisna edilməklə) sahil xəttləri muəyyənləşdirilir və xəritəyə kocurulur, quru və su sahələrinin bolgusu
aydınlaşdırılır, dunyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır.
* * *
Coğrafiya tarixi,
Tapdıq Həsənov,
Əbdurrəhim Hacızadə
IV fəsil
MUASİR DOVRUN COĞRAFİYASININ YARANMASI
(XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)
XIX əsr boyu Qərbi Avropa olkələrində və ABŞ-da sənaye inqilabı başa catır, beynəlxalq əmək bolgusu
genişlənir, olkələrarası iqtisadi əlaqələr inkişaf edir. Buna nəqliyyat sahəsində baş verən texniki tərəqqi, buxar