28
Bu gün Çin ictimaiyyəti Azərbaycan Respublikasına böyük maraq göstərir. Belə ki, ÇXR-nın
Sinxua İnformaiya Agentliyinin müxbiri Van Dzuoka 2005-ci il martın 2-də Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevdən müsahibə almış, müsahibə zamanı Azərbaycan-Çin münasibətləri, müxtəlif
sahələrdə ikitərəfli əməkdaşlıq, habelə regional və digər bir sıra mühüm məsələlərə aydınlıq gətirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin mart ayının 17-dən 19-dək Çin
Xalq Respublikasında dövlət səfərində olmuşdur. ÇXR-nin sədri Xu Szintao Prezident İlham Əliyevin
ölkəsinə səfərini Azərbaycan-Çin dövlətlərarası münasibətlərin tarixində çox mühüm hadisə kimi
dəyərləndəndirmişdir. Bu səfər iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərinin
yeni səhifəsini açdı. Belə ki, bu rəsmi səfər çərçivəsində atılan ən mühüm addımlardan biri Azərbaycan
Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyət Nazirliyi arasında 2005-2009-cu illər dövründə mədəniyyət və
incəsənət sahəsində əməkdaşlıq haqqında protokolun imzalanması oldu. Səfər zamanı Çinin Kommersiya
Nazirliyi, Azərbaycanın İqtisadi İnkişaf Nazirlyi və ölkəmizin Çindəki səfirinin təşkilatçılığı ilə keçirilən
forumda respublikamızın 40 və Çinin 400-dək şirkətinin nümayəndələri iştirak etmişlər. Forumda
Azərbaycanda Çin texnologiyaları ilə şüşə-liftdən kabel, kompüterlər, neft sənayesi üçün səyyar qazma
avadanlığı, kənd təsərrüfatında istifadə üçün qablar və qablaşdırma materialları üzrə müəssisələrin
yaradılması, toxuculuq, ayaqqabı sənayəsi, tikinti materiallarınıın buraxılışı sahəsində əməkdaşlığı
genişləndirmək məsələləri müzakirə olunmuşdur.
Həmin səfər proqramı çərçivəsində Prezident İlham Əliyev Çinin ən möhtəşəm abidələri olan Böyük
Çin səddi və dünyanın ən nadir tikintilərindən sayılan memarlıq abidələri ilə tanış oldu. Şanxay şəhərini ziyarət
edən İlham Əliyev məşhur teleqüllə və Şanxay Planlaşdırma Muzeyinə baş çəkmişdir.
Azərbaycan-Çin münasibətləri müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar
çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın həyata keçirilməsi bu proseslərin iqtisadi, siyasi, mədəni
əlaqələrin güclənməsi üçün yaxşı zəmin yaradılır.
Hal-hazırda Azərbaycan – Çin mədəni əməkdaşlığının səmərəli bir dövrü yaşanmaqdadır. İki ölkə
arasında dostluğun yaxınlaşmanın əldə olunması kimi mühüm bir işdə mədəni əməkdaşlığın bütün
imkanlarından kifayət qədər istifadə edilməlidir.
29
2.3.
Azərbaycan -Yaponiya mədəni əlaqələri
Şərqi Asiyanın Azərbaycanla sıx münasibətlər və geniş partnyorluq əlaqələri yaratmış ikinci fəal dövləti
Yaponiyadır. Bu ölkə də Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. 1992-ci ilin
sentyabrından başlayaraq iki ölkə arasında diplomatik əlaqələr qurulurdu. Diplomatik əlaqələr sistemində
mədəni əməkdaşlığın da xüsusi yeri vardır. Yaponiya ilə mədəni əlaqələrin yenidən qurulması, bu əlaqələrin
əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün kifayət qədər tarixi təcrübə var idi. Uzun müddət Yaponiya ilə
gərgin münasibətləri olan SSRİ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə diplomatik münasibətlər yaratdı.
Həmin münasibətlərin müxtəlif sahələr, o cümlədən mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə
imzalandı. Bu bəyannamə Azərbaycan-Yapon mədəni əlaqələrinin dirçəldilməsinə əhəmiyyətli dərəcədə təsir
göstərdi. SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi təşkil olundu. Artıq XX əsrin 60-cı
illərindən başlayaraq Azərbaycan-Yapon mədəni əlaqələrində canlanma hiss olunurdu. Elmi- ədəbi
mübadilələrdə irəliləyişlərə nail olundu. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin xəttiylə Azərbaycana gələn
yapon xalqının qabaqcıl ictimai və mədəniyyət xadimləri Bakı və ölkənin mədəniyyəti ilə yaxından tanış olurdu.
1962-ci ildə Azərbaycana səfər edən «SSRİ-Yaponiya» cəmiyyətinin nümayəndələrindən biri Sitiro
Takanaka öz ölkəsi adından Azərbaycan rəhbərliyinə ölkə ilə tanışlıq üçün geniş imkanlar yaratdığına görə dərin
təşəkkürünü bildirmişdir. Təşəkkür məktubunda Azərbaycanla, onun mədəniyyəti ilə əyani tanış olan
nümayəndə heyəti bu mədəniyyətin zəngin və qədim mədəniyət olduğunu qeyd etmiş və yapon mədəniyyəti ilə
bu mədəniyyət arasında bir doğmalıq olduğunu vurğulamışdır.
Xüsusilə, həmin dövrdə Yaponiya ilə elmi mübadilənin gücləndirilməsinə diqqət yetirən sovet dövləti
Azərbaycan mütəxəssisləri ilə Yapon alimləri arasında yaradıcılıq münasibətlərinin yaradılmasını ön plana
çəkdi. SSRİ-Yaponiya Dostluq Cəsmiyyətinin Sumqayıt şöbəsinin yaradılmasında əsas bir cəhət Sumqayıtın
qabaqcıl-müasir kimya şəhəri olması faktı idi. Yaponiyanın tanınmış professoru, ekspert Suzumu Kobe BMT-
nin Bakıya gələn nümayəndə heyətinin tərkibində idi. BMT-nin bu ekspertləri burayayeni şəhərlərin salınması
layihəsinin işlənilməsi məqsədilə səfər etmişdilər. Onlar, eləcə də yapon mütəxəssiləri Bakı və Sumqayıtın
planlaşdırılması və tikinti layihələri ilə yaxından tanış olmuş, Neft Daşlarında da olmuşdurlar. Yapon professoru
Suzumu Kobe Neft Daşlarında gördüklərindən heyrətə gəlmişdir. Bakıda yapon qrafikasına həsr edilmiş sərgi,
istedadlı yapon müğənnisi Teruko Ononun çıxışları azərbaycanlı tamaşaçıların diqqətini çəkmişdir. Sənətkarlar
arasında yaradıcılıq əlaqələri qarşılıqlı xarakter daşıyırdı. Eyni zamanda Azərbaycan rəssamlarından
T.Sadıqzadə və E.Rzaquliyev Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş və «Gündoğar ölkə» ni əks etdirən
silsilə əsərlər yaratmışlar. Rəsam Toğrul Sadıqzadə Tokio, Osaka, Kioto, Mikko və digər şəhərlərdə olmuş,
Yaponiya yazıçıları, rəssamları, ədibləri ilə yaradıcılıq mübadiləsi aparmışdır. Xirosima xarabalıqlarını öz
gözləri ilə görən rəssam Yaponiyadan böyük təəssüratlarla qayıtmışdır. Sonralar Bakıda rəssamın əsərlərindən
ibarət sərgisində Yaponiya mövzusuna həsr olunmuş 40-dan çox rəsm eskiz, zarisovka, etüd və lövhələri
nümayiş etdirilmişdir. Onun «Xirosima» adlanan rəsm əsərləri silsiləsinə həyəcansız baxmaq mümkün deyildir.
Ümumdünya Sülh Şurasının qızıl medalı ilə təltif olunmuş yapon rəssamı Tosiko Maruki Mosakoda xarici
ölkələrlə Dostluq Evində «xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə» silsilə rəsm ekspozisiyasına
baxdıqdan sonra söylədiyi fikirlər diqqəti cəlb edir: «Mən Azərbaycan xalqının tarixi haqqında bəzi məlumatlar
əldə etmişəm. Azərbaycan rəssamlarının xarici ölkələrə səfərləri, onların bu sərgidəki iştirakı bu sənətkarların
öz yaradıcılıqlarında nə qədər yüksəldiklərini sübut edir. Mən tamamilə əminəm ki, Sovet rəssamları sırasında
Azərbaycan sənətkarları ön sıralardadır.»
6
1964-cü ilin yayında Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş yazıçı və kinorejissor Həsən
Seyidbəyli 15 gün ərzində tanınmış yapon kino sənətkarları ilə yaradıcılıq mübadilələri aparmışdır. Yaponiya
səfərinin məqsədini yapon jurnalistlərinə açıqlayan Həsən Seyidbəyli belə qeyd etmişdir: «Bizim bura gəlməkdə
əsas məqsədimiz Yaponiyanın görkəmli kino xadimləri ilə yaxından tanış olmaq, mədəni əlaqələrimizi
möhkəmlətmək, onların yaradıcılığını öyrənmək və mümkün qədər öz kinomatoqrafiyamız haqqında onlara
məlumat verməkdən ibarətdir. Biz istəyirik ki, hər birimizin beş-on nəfər yaxşı yaponiyalı dostu olsun, bir kino
xadimi kimi onlarla möhkəm əlaqə saxlayaq.»
1
Yazıçı, kinorejissor H.Seyidbəylinin bu fikirlərini Azərbaycan-Yaponiya mədəni əməkdaşlığının əsas
məzmunu kimi dəyərləndirmək olar.
Artıq Yaponiyada Azərbaycan haqqında informasiyaya da böyük tələbat vardı. 1965-ci ildə Yaponiyada
Xəbərlər Mətbuat Agentliyinin nəşr etdirdiyi «Sovet İttifaqı bu gün» jurnalının bir nömrəsi bütünlüklə
Azərbaycan SSR-ə həsr edilmişdir. Buna başlıca səbəb yaponların Bakı, Neft Daşları, Azərbaycan
mədəniyyətinə olan marağı idi.
6
Кулиев Р. Во имя мира и дружбы. Б., 1966, с. 125
1
Коммунист гязети 1964-ъц ил 7 октйабр