Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

 
60 
səsə  uyğun  əĢya  Ģəkillərinin  seçilməsi  ilə  aĢkarlamaq  olar.  (Məsələn: 
«S» səsi ilə baĢlayan əĢyanın Ģəklini göstərib «Ģ» və «f» səsləri ilə olan 
Ģəkilləri seç və s.) 
DanıĢıq  səslərinin  fərqləndirilməsindəki  çətinlikləri  səs  təhlili 
vərdiĢlərinin müayinəsi zamanı aydınlaĢdırmaq mümkündür. 
Nitqin  səs  tərəfinin  müayinəsi  və  onun  nitqin  digər  tərəfləri  ilə 
müqayisə  edilməsi  nəticəsində  loqoped  aĢkarlanmıĢ  çatıĢmamazlığın 
müstəqil  qüsur  və  ya  ümumi  nitq  inkiĢafının  ləngiməsinin 
komponentlərindən  biri  olmasını  dəqiqləĢdirməlidir.  Bundan  konkret 
korreksiya  tədbirlərinin  müəyyənləĢdirilməsi  çox  asılıdır.  Nitq 
qüsurunun  düzgün  korreksiyasını  təĢkil  etmək  üçün  valideynlərlə 
aparılan söhbətlərin çox böyük əhəmiyyəti vardır. Bu söhbətlər zamanı 
düzgün tənəffüs mexanizmi, səs və səs tələfüzünə nəzarət məsələləri də 
sadə Ģəkildə valideynə izah olunmalıdır.  
Damaq  qübbəsinin  və  yumĢaq  damağın  yarıqları  ilə  doğulmuĢ 
uĢaq üçün qığıldama  və nitqin ilkin formalaĢma dövrü xüsusi Ģəraitdə, 
özünəməxsus  Ģəkildə  baĢ  verir.        Körpə  yaxĢı  eĢidir,  müraciət  edilən 
nitqə  sevinir  və  tədricən  baĢa  düĢməyə  baĢlayır.  Lakin  burun  və  ağız 
boĢluqları  arasında  tıxacın  olmaması  ucundan  o,  səs  tələffüzü 
imkanından  məhrum  olur.  Bütün  tələffüz  olunan  səslər  burun  çaları 
qazanır,  saitlərin  çoxu  isə  heç  tələffüz  edilmirlər.  Körpə  normada 
olduğu  kimi  nitqə  təqlid  yolu  ilə  yiyələnə  bilmir.  Bu  hal  cərrahiyyə 
əməliyyatına qədər davam edir.     
Valideynlərin  borcu  belə  uĢaqların  bütün  səs,  söz,  tələffüz 
cəhdlərini həvəsləndirməkdir.  
Qeyd  etmək  lazımdır  ki,  tibbi  müdaxilədən  qabaq  rinolaliyalı 
uĢaqlarla mütləq loqopedik iĢ aparılmalıdır. Bu iĢ aĢağıdakı kimi təĢkil 
edilməlidir. 
1.Diafraqma  tənəffüsü  və  burun,  ağız  nəfəs  verməsinin 
differensiasiyası üzərində iĢ;  
2.Səslərin (sait və samit) qoyuluĢu. 
3.DanıĢıq səslərinin avtomatlaĢdırılması; 
Rinolaliyalı 
uĢağın 
cərrahiyyə 
əməliyyatından 
sonrakı 
artikulyasiya aparatı əməliyyatdan əvvəlkindən onunla fərqlənir ki, ağız 
boĢluğu  cərrah  tərəfindən  yenidən  qurulduğundan  və  o  çapıqlarla 
örtüldüyündən  az  hərəkətli  olur.  Bu  zaman  damaq  süst  aĢağı  sallanıb 
ağız  boĢluğuna  gedən  keçidi  bağlayır,  udlağın  arxa  divarı  damaq 
istiqamətində  hərəkət  etməyib  Passavan  valık  yaratmır.  Nəticədə 
əməliyyatdan sonra aparılan loqopedik iĢ aĢağıdakı kimi planlaĢdırılır: 


 
61 
1.Damaq pərdəsinin fəallaĢdırılması; 
2.Diafraqma  tənəffüsü  və  burun  ağız  nəfəs  verməsinin 
differensiasiyası vərdiĢi yaratmaq; 
3.Səslərin qoyulması (sait və samit səslər); 
4.Nitqdə düzgün tələffüzü avtomatlaĢdırmaq; 
loqopedin  cərrahiyyə  əmədiyyatından  əvvəl  və  sonrakı  iĢindən 
sonra  uĢağa  psixoterapiya  keçirtmək,  eĢitmə  diqqətinin  və  səsin 
modulyasiyasının inkiĢafı üzərində iĢ aparmaq, üz əzələlərinin lazımsız 
hərəkətləri  ilə  (alın  və  burun  pərdələri)  mübarizə  aparmaq  lazımdır. 
Cərrahi əməliyyatdan sonra aparılan spesifik iĢlər aĢağıdakılardır: 
a)yumĢaq damağın masajı; 
b)yumĢaq damağın və udlağın arxa divarının gimnastikası; 
v)artikulyasiya gimnastikası; 
q)səs çalıĢmaları. 
Bu  tapĢırıqların  yerinə  yetirilməsində  əsas  məqsəd  ağızdan 
buraxılan hava axınının gücünün və sürətliliyini yaxınlaĢdırmaq; 
-artikulyasiya əzələlərinin fəaliyyətini artırmaq; 
-damaq-udlaq  yumulmasının  fəaliyyətiinə  nəzarət  etmək  vərdiĢi 
yaratmaqdır.  
YumĢaq  damağın  masajı  çapıqların  sığallanmaqla  açılması 
məqsədini daĢıyır.  
Bunu belə aparmaq olar: sığallama tikiĢ xətti ilə irəli-geri yumĢaq 
və sərt damağın hüdudları boyunca həyata keçirilir. Sığallamanı həm də 
kəsik-kəsik, basmaqla növbələĢdirmək olar. Bundan baĢqa ağızın geniĢ 
açılması  ilə  a  səsinin  tələffüzü  zamanı  yumĢaq  damağın  yüngülcə 
basılması masajından istifadə etmək olar.  
YumĢaq damağın gimnastikası bir neçə çalıĢmalardan ibarətdir: 
1.Suyun  udulması  və  ya  udma  hərəkətlərinin  imitasiyası.  Bu 
zaman uĢağa stəkanda su verib onu içmək təklif edilir. Pipetka vasitəsi 
ilə  suyun  damcılarla  içilməsi  də  istifadə  oluna  bilər.  Suyun  kiçik 
porsiyalarla udulması yumĢaq damağın daha uca qalxmasını oyadır. Bir-
birinin  ardınca  udma  hərəkətlərinin  yerinə  yetirilməsi yumĢaq  damağın 
qalxma müddətini daha da uzadır.  
2.Açıq ağız vəziyyətində əsnəmə; 
3.Kiçik porsiyalarla ilıq su vasitəsilə boğazın yaxalanması. 
4.Öskürmə.  bu  çox  faydalı  çalıĢmadır.  Belə  ki,  öskürək  zamanı 
udlağın arxa divarının əzələlər daha fəal yığılır. Öskürək vaxtı ağız və 
burun  boĢluqları  arasında  tam  yumulma  baĢ  verir.  UĢaq  əlini  çənənin 
altına  qoymaqla  damağın  qalxmasını  hiss  edə  bilər.  UĢağa  bir  nəfəs 


 
62 
vermədə  2-3  və  daha  artıq  sayda  iradi  öskürməni  təkrar  etməyi  məĢq 
edirlər.  Bu  çalıĢmanın  yerinə  yetirilməsi  zamanı  damağın  udlağa  arxa 
divarı  ilə  birləĢməsi  saxlanmalı,  hava  axını  isə  ağız  boĢluğundan 
keçməlidir.  YaxĢı  olar  ki,  ilk  vaxtlar  uĢaqlar  bu  çalıĢmanı-öskürməni 
dili  bayıra  çıxartmaqla  yerinə  yetirsinlər.  Sonra  isə  öskürmə  hərəkəti 
iradi fasilələrlə,  damaqla udlağın  arxa  divarının birləĢməsini  saxlamağı 
tələb etməklə yetirməklə uĢaqlar yumĢaq damağı fəal qaldırmaq və hava 
axınını ağızdan buraxmaq bacarığına yiyələnirlər.  
5.Sait səsləri dəqiq, fəal və fəal yüksək tonla tələffüzü. Bu zaman 
ağız  boĢluğunda  rezonans  artır  və  burun  çaları  azalır.  Əvvəlcə  a,  l 
səslərinin kəsik-kəsik tədəffüzü, sonra isə o, u saitlərinin deyiliĢi məĢq 
edilir.  
Sonra isə tədricən a, e, u, o səslərinin müxtəlif cür sıralanmasının 
dəqiq  tələffüzünə  keçirilir.  Bu  zaman  artikulyasiya  sistemi  tez-tez 
dəyiĢsə  də,  ağız  nəfəsverməsi  saxlanılır.  Bu  vərdiĢ  möhkəmləndikdən 
sonra səslərin rəvan tələffüzünə keçmək olar. Məsələn: a, e, o, u - - - - a, 
u,  o,  e  -  -,  səslərin  tələffüzü  arasındakı  fasilələr  1-3  saniya  artırılsa da, 
burun  boĢluğunun  yolunu  bağlayan  yumĢaq  damağın  çıxması  mütləq 
saxlanmalıdır. 
Yuxarıda  göstərilən  çalıĢmalar  həm  cərrahi  əməliyyatdan  qabaq, 
həm  də  sonra  yaxĢı  nəticələr  verir.  Bu  çalıĢmalar  uzun  müddət 
sistematik aparılmalıdır.  
Düzgün  səsli  nitqin  tərbiyəsi  üçün  tənəffüs  üzərində  iĢ  aparmaq 
çox vacibdir. Məlumdur ki, rinolaliyalı uĢaqlarda nəfəs vermə, həm ağır, 
həm də burun boĢluğundan keçərək çox qısa və qənaətli olmur. Bunun 
aradan qaldırılması üçün aĢağıdakı çalıĢmaları aparmaq lazımdır: 
1.burunla nəfəs alıb burundan buraxmaq; 
2.ağızda nəfəs alıb burundan buraxmaq; 
3.burunla nəfəs alıb ağızdan buraxmaq; 
4.ağızla nəfəs alıb ağızdan buraxmaq; 
Bu  çalıĢmaların  sistemli  keçirilməsi  nəticəsində  uĢaq  hava 
axınının  istiqamətindəki  fərqi  hiss  edib,  onu  düzgün  yönəltməyi 
öyrənəcəkdir.  Ağızla  nəfəsvermə  vərdiĢinə  yiyələndikdən  sonra,  ayrı-
ayrı  səslərin  düzgün  tələffüzünə  daha  tez  nail olmaq  olar.  Əvvəlcə səs 
yaratma  qaydaları  loqopedin  izahı  və  əyani  göstərməsindən  sonra 
baĢlayır və artikulyasiya terminləri xarakteri daĢıyır. BaĢqa sözlə desək, 
loqoped  səsi tələffüz  etmir  və  rinolaliyalı  uĢağın diqqətini  alınmıĢ  səsə 
yönəltmir.  Bu  hər  Ģeydən  əvvəl  uĢaqda  düzgün  olmayan  səs  tələffüzü 
vərdiĢini formalaĢdırmaqdan ötrü edilir.         


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə