Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

 
63 
Səsin adlanması və onun hərfi mənimsənilməsi yalnız həmin səsin 
pıçıltı ilə və düzgün tələffüzündən sonra edilir. 
Səslərin  formalaĢdırılmasını  aĢağıdakı  ardıcıllıqla  aparmaq 
məsləhətdir. 
1.Sait səslər: a, ı, o, u, ö, i, e, ə, ü; 
2.Novlu –kar samitlər: f, x, Ģ, x; 
3.Partlayan kar samitlər: p, t, k, f; 
4.Cingiltili-novlu: v, z, j; 
5.Cingiltili-partlayan: b, d, q, g; 
6.KipləĢən-novlu samitlər: ç, c; 
7.Sonorlar: l, r, t, n; 
Göstərilən ardıcıllıqda müəyyən qanunauyğunluqlar vardır. 
1.YumĢaq 
damaq 
pərdəsinin  ən  yüngül  çatıĢmamazlığı 
nəticəsində  yaranmıĢ  tıntınlıq  sait  səslərin  tələffüzündə  çox  çətinliklə 
aradan qaldırılır.  
2.Novlu  samitlərin  tələffüzü  partlayan  (kipləĢən)  samitlərdən 
fərqli olaraq damaq pərdəsinin az qalxmasını tələb edir. 
3.Verilən  ardıcıllıq  səslərin  artikulyasiya  qaydalarını  tədricən 
mürəkkəbliyini nəzərə almalıdır.  
4.Dilarxası  q,  f,  k,  q,  x  samitlərinin  tələffüzü  xüsusi  diqqət  tələb 
edir,  çünki  rinolaliyalı  uĢaqlar  üçün  dilin  bu  səslərin  tələffüzündəki 
aldığı  vəziyyət  onların  vərdiĢ etdiyi  artikulyasiyaya  uyğun  olduğundan 
bu  səslərin  tələffüzündə  təhrikə  yol  verə  bilərlər.  Hər  bir  samit  səsin 
qoyuluĢundan  sonra  onların  avtomatlaĢdırılması  məsələsi  baĢlamalıdır. 
Bu  mərhələdə  iĢin  ardıcıllığı  belə  aparılmalıdır:  səslərin  düz  hecalarda 
avtomatlaĢdırılması  (ba-bo-bu):  tərs  hecalarda  da  avtomatlaĢdırılması 
(ab-ob-ub): bu hecaların olduğu sözlərin avtomatlaĢdırılması.  
Sait  səslərin  tələffüzü  həm  təcrid,  həm  də  hecalarda 
avtomatlaĢdırılması,  adətən,  əvvəlcə  səssiz,  yalnız  artikulyasiya 
edilməklə  aparılır.  tam,  düzgün,  səsli  tələffüz  cingiltiliyi  samit  və 
sonorlarla bir hecada aparılır. Sözlərdə iĢlənməklə tamamlanır.  
Söz  üzərində  iĢ  ilkin  mərhələdə  hecalara  ayrıqmaqla.  Yalnız 
düzgün tələffüz edən səs tərkibi ilə aparılır. Bu zaman həp bir heca ağız 
önündə  pambığın  üfürülməsi  ilə    nəzarət  edilir.  Sonrakı  mərhələdə  isə 
təkrar  edilməsi,  öyrənilmiĢ  sözlərdəki  ifadələr  qurulur  və  bu  zaman 
intonasiya,  temp  və  səsin  ucalığı  və  astalığı  üzərində  də  iĢ  aparılır. 
Beləliklə də, ifadəli nitq vərdiĢi formalaĢdırılır.        
 
                            


 
64 
 
DİZARTRİYA 
 
Dizartriya – nitqin ən ağır və çətin formasıdır. Dizartriya – latın 
sözüdür.  Nitqin,  tələffüzün  pozulması  deməkdir.  Təcrübədə  bu  söz, 
Ģifahi  nitqin  motor  hərəkəti  pozğunluğu  kimi  baĢa  düĢülür.  Ağır 
formaları  zamanı  nitq  tamamilə  anlaĢılmaz  olur.  Dizartriyanın  ağır 
forması  anartriya  adlanır,  yəni  tələffüz  nitqinin  mümkün  olmaması. 
Nevroloji nöqteyi-nəzərdən dizartriya bulbar, psevdobulbar, qabıqaltı və 
qabıq növlərinə ayırılır. Onlar arasında oxĢarlıq və fərqlər də var. bunlar 
loqopedik iĢdə nəzərə alınmalıdır. 
Dizartriyanın kliniki formaları. Bulbar dizartriya. 
Beynin  zədələnməsi  birtərəfli,  yaxud  ikitərəfli  olur,  periferik 
hərəkət sinirlərin zədələnməsi (üçlü, üz, dil-boğaz, dilaltı). Nitq aparatı 
əzələlərinin (sağ  və sol) iflici (dil, dodaq, boğaz, udlaq).  Bu əzələlərin 
dəyiĢməsi  distrofiyası  onların  anatomiyası  (dil  zəifdir).  Udlaq  və  aĢağı 
çənə  refleksləri  zəifdir,  yaxud  tamamilə  yoxdur.  Müvafiq  qrup 
əzələlərində  ixtiyari  və  qeyri-ixtiyari  hərəkətlərin  pozulması  müĢahidə 
olunur.  
Kliniki  simptomlar.  Səs  zəifdir.  Sait  və  cingiltili  səslər  kar  səs 
kimi tələffüz edilir. Nitq tembri dəyiĢmiĢ saitlərin artikulyasiyası neytral 
sait  səslərə  bənzəyir.  Samitlərin  tələffüzü  sadələĢdirilmiĢdir.  Nəticədə 
nitqdə fıĢıltılı kar səslər üstünlük təĢkil edir.  
Nitq zəifdir, xəstəni tez yorur.  
       Psevdobulbar dizartriya 
                      
Beynin 
zədələnməsi  ikitərəflidir.  Mərkəzi  sinir  sistemi 
zədələnmiĢdir.  Nitq  aparatının  əzələlərinin  spazmatik  iflici.  Əzələ 
atrofiyası  yoxdur.  Dil  gərginləĢir,  arxaya  dartılır.  Udlaq  və  aĢağı  çənə 
refleksləri  güclənmiĢdir.  Ağlama  və  gülmə  halları  tez-tez  müĢahĢidə 
olunur. Ġflic ikitərəflidir, bəzi hallarda sağ, yaxud sol üstünlük təĢkil edə 
bilər. Ġxtiyari hərəkətlər və dilin ucunun zərif hərəkətləri pozulmuĢdur.  
Klinik simptomlar. Səs zəifdir, xırıltılıdır, sait və samit səslər kar 
kimi  tələffüz  edilir.  Kar  samitlərin  cingiltili  kimi  tələffüzü  müĢahidə 
olunur. Burnunda danıĢır. Qalın samitlərin artikulyasiyası pozulmuĢdur. 
Xəstə  öz  defektlərini  eĢidir  və  onları  aradan  qaldırmağa  çalıĢır.  Bu 
cəhdlər  bir  qayda  olaraq  hipertoniyanın  artmasına  səbəb  olur  və 
artikulyasiya patalogiyasının artmasına gətirib çıxarır.  


 
65 
Qabıqaltı dizartriya 
Beynin  qabıqaltı  nüvəsinin  və  onların  sinir  birləĢ-mələrinin 
zədələnməsi.  Əzələlərin  hipertoniya,  hiportoniya  yaxud  distoniya 
Ģəklində fəaliyyətinin pozulması.  
Nitq  aparatındakı  əzələlərin  güclə  hərəkəti  müĢahidə  olunur. 
Tələffüz  pozuntuları  müxtəlif  cür  olur.  Səs  gərginləĢir,  səs  tembri 
dəyiĢir.  Bəzən  pıçıltıya  çevrilir,  xırıltılı  olur.  Saitlərin  artikulyasiyası 
samitlərlə  müqayisədə  daha  çox  pozulur.  Ayrı-ayrı  sözlər  düzgün 
tələffüz  oluna  bilər,  lakin  bir  çox  hallarda  təhrif  olunur  və  anlaĢılmaz 
səslənir. Nitq tempi, ritmi pozulur, xəstə nitqindəki bu qüsurları özü də 
görür.  
UĢaqlar  arasında  psevdobulbar  dizartriya  daha  tez-tez  müĢahidə 
olunur.  Belə  uĢaqlar  hətta  normal  intellektə  malik  olsalar  da  kütləvi 
məktəblərdə deyil, yardımçı tədris müəssisələrində təhsil alır.  
Qeyd  etmək  lazımdır  ki,  nevroloji  nöqteyi  nəzərdən  uĢaq 
psevdobulbar dizartriyası mürəkkəb patogenezinə malikdir. Nitq aparatı 
əzələlərinin iflici ilə yanaĢı, əzələ fəaliyyətinin müxtəlif pozulmaları da 
müĢahidə olunur. Dizartriyanın bu növü adətən erkən körpəlik dövründə 
(əsasən  də  2  yaĢına  qədər)  yaranan  uĢaq  serebral  iflic  sindromuna 
daxildir.  Onun  yaranma  səbəbləri  baĢ  beynin  zədələnməsi,  ĢiĢməsi, 
doğuĢ  zədələnmələri  ola  bilər.  Hərəkət  pozğunluqları  ümumi  səciyyə 
daĢıyır.  Üz  mimikasız,  hərəkətlər  kobud  olur.  Bəzi  uĢaqlarda  bədənin 
sağ hissəsi, bəzilərində isə sol daha zədələnməyə məruz qalır. UĢaq özü-
özünü  idarə  edə  bilmir,  qaçma,  tullanma  hərəkətlərində  kobudluq 
müĢahidə olunur. Qidanı çətin çeynəyir, ağzı sulanır.  
 
                        


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə