Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

 
57 
dilçəyə  qədər  olan  yarıqlardır.  Bəzən  bu  qüsur  zamanı  hətta  dilçəkdə 
paralanmıĢ olur (bəzən isə dilçək heç anadangəlmə olmur).          
Natamam  yarıqlar qısa, yumĢaq damaq, dilçəyin ikiyə bölünməsi 
və ya heç olmaması ilə xarakterizə olunur.  
Açıq  rinolalaiya  zamanı  bəzən  selikli  qıĢa  ilə  örtülmüĢ  sərt 
damağın  sümük  əsasında  da  müəyyən  qüsurların  –  subtinoz  adlanan 
yarıqların  olması  müĢahidə  edilir.  Bu  yarıqlar  sərt  damağın  arxa 
kənarının  yüngülcə  basılması  və  ç  səsinin  hündürdən  kəsik-kəsik 
tələffüzü  zamanı  yarıqdan  yerdə  üçbucaq  Ģəklində  dartılması  zamanı 
aĢkara çıxartmaqdır.  
YumĢaq  damağın  bütün  yarıqları  eyni  zamanda  sərt  damağın 
deformasiyasını  Ģərtləndirir.  Üst  çənə  və  sərt  damaq  yarıqları  sonralar 
uĢağın  normal  diĢlərinin  formalaĢmasına  əngəl  törədir.  Damağın 
yarıqları  zamanı  periferik  nitq  aparatının  tələffüz  və  əsas  Ģöbələrində 
heç  bir  anatomik  pozulma  yaratmadığı  halda,  artikulyasiya  Ģöbəsində 
kobud dəyiĢmələrə səbəb olur.  
Anadangəlmə  damaq  yarıqları  əsas  səsli  nitq  mexanizmində 
(tənəffüs),  səs  yaratma  və  artikulyasiya)  iĢtirak  edən  uzlaĢmıĢ  Ģərti 
hərəkətlərin  bütün  mürəkkəb  kompleksliyini  pozur  və  aĢağıdakı 
vəziyyətə gətirib çıxarır:  
1.Rinolaliya  uĢağın  danıĢıq  zamanı  (kifayət  qədər  yaxĢı  və  tam 
nəfəs almasına baxmayaraq) nəfəs verməsi qısa və təkanvari olur. Burun 
və ağız tələffüzünün differensiasiyası formalaĢmır. 
2.Səslənmə  zamanı  tın-tın  çalarlarından  baĢqa,  həm  də 
modulyasiyanın kasadlığı müĢahidə edilir.  
3.Rinolaliyalı uĢağın ağız boĢluğunda damaq yarıqlarını bağlamaq 
üçün vəziyyət almıĢ, dil kökünün qalxması xüsusilə xarakterikdir. Dilin 
belə vəziyyəti onun bütün kütləsinin, xüsusilə ağız boĢluğunun ortasına 
dartılmıĢ  dil  ucunun  hərəkətini  məhdudlaĢdırr.  Beləliklə,  də 
artikulyasiya  aparatının  ən  mütəhərrik  üzvü  olan  dilin  hərəkəti  kəskin 
surətdə azalır.  
Demək  lazımdır  ki,  dil  əzələləri  ilə  qarĢılıqlı  əlaqədə  olan 
dodaqların  hərəkəti  də  məhdud  olur.  Anadangəlmə  dodaq  və  damaq 
yarıqları  sorma  aktını  çətinləĢdirdiyindən  körpə  çağlarından  onlar 
düzgün  qidalana  bilmir,  zəifləyir  və  müxtəlif  xəstəliklərə  qarĢı  meylli 
olurlar.  Onlar  digər  həmyaĢıdlarından  fərqli  olaraq  daha  çox  yuxarı 
tənəffüs  yollarının  xəstəliklərinə,  bronxit,  pnevmaniya,  raxit  və 
anemiyaya tutulurlar. 


 
58 
Çox zaman rinolaliyalı uĢaqların boğaz-burun yollarında patoloji 
dəyiĢmələr özünü göstərir. Onların burun boĢluğunda olan arakəsmələri, 
burun  pərdələri  deformasiyaya  uğrayır.  Adenoid  və  badamcıqların 
böyüməsi (hipettrofiyası) müĢahidə edilir. Bəzən isə burun boĢluğunda 
iltihabı  prosesləri  burun  və  ağız  boĢluğunun  selikli  qiĢasından  orta 
qulağa  keçir,  nəticədə,  belə  uĢaqlarda  eĢitmənin  də  aĢağı  düĢməsi, 
zəifləməsi kimi daha bir defekt meydana çıxır.  
Rinolaliyalı  uĢaqların  səs  tələffüzünün  müayinəsi  digər  nitq 
qüsurlarından  həm  metod,  həm  də  məzmununa  görə  çox  fərqlidir.  Bu 
müayinə iki aspektdə aparılır: 
Birinci aspekt: - artikulyasiya xarakteri daĢıyıb, danıĢıq səslərinin 
yaranma  xüsusiyyətlərinin  və  artikulyasiya  üzvlərinin  tələffüz 
prosesində fəaliyyətini aydınlaĢdırmaq məqsədini güdür.  
Ġkinci  aspekt:  -  fonoloji  olub,  müxtəlif  fonetik  Ģəraitdə  danıĢıq 
səsləri sisteminin uĢaq tərəfindən necə fərqləndirildiyini aydınlaĢdırmaq 
məqsədini daĢıyır.  
Hər  iki  aspekt  bir-biri  ilə  sıx  əlaqədardır.  Rinolaliyalı  uĢaqlarda 
səs  tələffüzünün  müayinə  etməzdən  qabaq  mütləq  artikulyasiya 
aparatının  quruluĢunu,  onun  anatomik  cəhətdən  çatıĢmamazlıqları 
müəyyən  edilməlidir.  Loqoped  göstərilən  xüsusiyyətlərin  mövcudluğu 
barədə aĢağıdakı Ģəkildə qeyd aparmalıdır:  
-dodaqlar: üst dodağın yarığı, qısalığı, cərrahiyyə əməliyyatından 
sonra çapıqların mövcudluğu; 
-diĢ qüsurları və düzgün olmayan diĢlərin olması;  
-dil böyük, nazik, ağız, dilaltı pərdənin qısa və yoğun olması; 
-sərt damaq: hündür, dar, sumbukoz yarıqların mövcudluğu. 
Demək  lazımdır  ki,  damağın  selikaltı  yarığını  diaqnozlaĢdırmaq 
çətin  olur,  çünki  o,  selikli  qiĢa  ilə  örtülü  olduğundan  onu  aĢkarlamaq 
çətin  olur.  Bu  qüsuru  üzə  çıxartmaq  üçün  sərt  damağın  arxa  hissəsinə 
diqqət  yetirmək  lazımdır.  Bu  hissə  fonasiya  (səslənmə)  zamanı  böyük 
olmayan,    bucağı  irəli  çıxmıĢ  üçbucaq  formasında  dartılır  və  bu  yerdə 
selikli  örtük  nazik  və  solğun  rəngdə  olur.  Sumbukoz  yarıqlarını 
aĢkarlamaq  çətinliyi  olduqda  otolarinqoloqa  müraciət  etmək  olar. 
YumĢaq damaq: qısa, yarıqlı, haçalanmıĢ və ya dilçəyi heç olmaması: 
Qeyd etmək lazımdır ki, damaq yarıqları çənələrin deformasiyası, 
diĢlərin düzgün olmayan inkiĢafı və sıralanması, üst damağın bitiĢməsi, 
burun  pərdələrinin  deformasiyası  inkiĢafı  və  sıralanması,  üst  damağın 
bitiĢməsi,  burun  pərdələrinin  deformasiyası  kimi  qüsurlarla  əlaqəli 
meydana çıxır.  


 
59 
Rinolaliyalı  xəstələri  müəyyən  edərkən  üz,  dil  və  dodaq 
əzələlərinin süst, yumĢaq damaq çıxıntısının və dilçəyin sallaq, həm də 
az hərəkətli olması aĢkarlanır. Bundan baĢqa onlarda udlağın arxa divar 
əzələlərinin  zəif  inkiĢafı,  dil  kökünün  həddindən  artıq  inkiĢaf  etməsi 
fonunda  dil  ucunun  az  mütəhərrikliyi  və  zəifliyi  müĢahidə  olunur. 
Rinolaliyalı  uĢaqlarda  çox  zaman  artukulyasiya  aparatı  üzvlərinin 
deformasiyası da qeyd edilir. Belə ki, kiçik yaĢlı uĢaqların bir qismindən 
ağız  künclərinin  birinin  sallaq  olması,  dilin  kənara  çıxması,  yumĢaq 
damağın bir hissəsinin aĢağı çökməsi halları olur.  
Artikulyasiya  aparatı  üzvlərinin  mütəhərrikliyinin  aĢkarlanması 
ilə 
bərabər, 
bu 
hərəkətlərin 
gücü, 
dəqiqliyi, 
tezliyi 
də 
müəyyənləĢdirilməlidir.  Dil  tonusunun  vəziyyəti  loqopedin  nəzərindən 
qaçmamalıdır.  Çünki  tonusun  yüksək  və  ya  zəif  olması  onun 
gərginliyində, dil ucunun hərəkətlərində öz əksini tapır.  
Göstərmək  lazımdır  ki,  artikulyasiya  aparatı  qüsur-larının 
müayinəsi  zamanı  rinolaliyalı  uĢaqların  fonematik  qavramasının 
vəziyyəti  də  yoxlanılmalıdır.  Fonematik  qavramanı  yoxlamaq  məqsədi 
ilə loqoped adətən aĢağıdakı üsullardan istifadə edə bilər: 
1.VerilmiĢ sözlərin digər söz sırasından eĢitmə ilə fərqləndirilməsi 
və yadda saxlanması (səs tərkibinə görə oxĢar, səs tərkibinə görə fərqli 
sözlər): 
2.Sadə ifadələrin tanınması, fərqləndirilməsi və təhlili; 
3.Səs,  söz  və  ifadələr  sırasından  ayrı-ayrı  səslərin,  hecaların 
fərqləndirilməsi; 
4.Ġki-dörd  elementli  hecalar  sırasının  yadda  saxlanması  (ma-me-
mu; ka-va-ta və s.)  
UĢaqlarda  sözlərin  ritmik  quruluĢunun  qavranılmasını  müəyyən 
etmək üçün sözlərdə müxtəlif quruluĢlu hecaları tapmaq hecalara uyğun 
əl çalmaq kimi tapĢırıqlardan istifadə etmək olar.  
DanıĢıq  səslərinin  eĢitmə  ilə  fərqləndirilməsini  yoxlamaq  üçün 
təcrid  olunmuĢ  səslərin  və  ya  qısa  səslərin  təkrarından  istifadə  etmək 
olar.  OxĢar  səslərin  (b,  p;  s,Ģ;  r,  l  və  s.)  təkrarı  zamanı  rinolaliyalı 
uĢaqlarda  fonematik  qavrama  qüsurlarını  aĢkar  etmək  mümkündür.  Bu 
məqsədlə  uĢağa  həmin  səs  tərkibinə  malik  hecaları  təkrar  etməyi 
tapĢırmaq olar: sa-Ģa; sa-Ģa; sa-Ģa; sa-Ģa-sa; sa-za-sa; za-sa; sa-za-sa və 
s.  
Fonematik  qavramanın  müayinəsi  zamanı  loqoped  uĢağın  fitli, 
fısıltılı,  sonra,  kar  və  cingiltili  səsləri  necə  fərqləndirməsinə  xüsusi 
diqqət  yetirməlidir.  Fonematik  qavramanın  qüsurlu  olmasını  verilmiĢ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə