Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

 
202 
qoji Universitetidir.Bu universitetləri müxtəlif illərdə bitirib res-
publikanın  məktəblərində,  digər  tədris  müəssisələrində  işləyən-
lərin çoxu, eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şüb-
hə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli 
nitqi  ali  məktəb  auditoriyalarında  mühazirələr  oxuyan  müəllim-
lərindən  (professor  və  dosentlərdən)  öyrənir,  bu  söz  ustalarının 
danışığını,  natiqlik  məharətini  –  aydın  tələffüzünü,  parlaq,  qəti, 
kəsərli nitqini, güclü məntiqini, gözəl avazını, fikrin ifadə tərzini 
və sairəni əxz edirlər. Belə müəllimlər mükəmməl elmi hazırlığı 
ilə yanaşı, söz ustası, natiq kimi də yadda qalır. 
 
Mövzu 31: Ġctimai-məiĢət natiqliyi. 
 
Bu  nitqin  geniş  istifadə  olunan  növlərindən  biridir.  Adamlar 
həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, 
ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları 
qarşısında  çıxış  etməli, tost  deməli,  nitq söyləməli olurlar.  Məişət 
zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən 
xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar 
yalnız  təriflənir,  onların  barəsində  xoş  sözlər  söylənilir,  obrazlı 
ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir. 
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən 
zaman istifadə olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır. 
Birincisi,  görkəmli  adamların  –  elm,  maarif  və  mədəniyyət  xa-
dimlərinin, yazıçı,  aktyor,  əmək  və  müharibə veteranları  və baş-
qalarının  yubileyləri,  həmçinin  əlamətdar,  tarixi  günlərin  qeyd 
olunması;  ikincisi  isə,  kiçik  kollektivlərdə,  ailədə  dostlarla, 
yaxınlarla  keçirilən  yubiley  şənlikləri.  Yubileylərin  forması  və 
keçirilmə  şəraiti  fərqli  olduğu  kimi,  orada  söylənilən  nitqlərin, 
çıxışların ifadə tərzi də müxtəlif olur. Birincidə bu tədbir, adətən, 
ciddi planda aparılır. Orada əvvəldə bir nəfərin (müəssisənin rəh-
bəri  və orada çalışan mötəbər adamlardan biri) giriş  nitqi  dinlə-


 
203 
nilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur, 
xatirələr söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək 
fəaliyyətindən  söhbət  açırlar.  Burada  söylənilən  nitq,  işlədilən 
söz  və  ifadələr,  cümlələr  bir  qədər  nizamlı-düzümlü  olur,  atma-
calara, replikalara, zarafata yol verilmir.  
Ailədə, kollektivdə, dostlar arasında keçirilən yubiley şənlik-
lərində yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara mü-
nasibəti,  cəmiyyətdə,  ailədə  mövqeyi  və  s.  haqda  söhbətlər  ön 
planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora 
geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ ürək nəğmə-
lərini xatırladır, yubiley tədbirlərinin təsirini artırır. 
Məişət  nitqinin  çox  geniş  yayılmış  forması  toy  mərasim-
lərində  tamada  –  masabəylərinin  nitqidir.  Müxtəlif  peşə  sahibi 
olur, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini 
məclis əhli maraqla dinləyir, ondan eşitdiklərindən musiqi qədər 
həzz alır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi çı-
xışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl 
şəkildə  ifadə  etməkdə  çətinlik  çəkir,  şablon  ifadələr  işlədir,  ha-
mının dəfələrlə eşitdiyi şeirləri söyləyir, əhvalatları danışır, uzun-
çuluq  edir,  eşidənləri  yorur.  Halbuki,  müasir  zövqlə  bəzədilmiş 
toy  salonlarında  dilimizi  yaxşı  bilən,  onun  ifadə  vasitələrindən 
məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.  
Məişət  nitqinin  digər  forması  hüzn  mərasimində  söylənilən 
vida nitqidir. Bu nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır. 
Monoton  ifadə  tərzi  bu  nitqin  əsas  əlamətidir.  Nitqin  bu  növü  də 
qədimdir.  Vətən,  xalq,  dövlət  qarşısında  öz  borcunu  ləyaqətlə  ye-
rinə  yetirib  həlak  olanların,  vəfat  edənlərin  dəfn  mərasimində  bir 
qaydada olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mər-
humun məziyyətlərindən danışmış, onu yüksək qiymətləndirmişlər. 
Son illərdə erməni işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər 
birinin  dəfn  mərasimində  vida  nitqləri  söylənilmiş,  onların  vətən 
qarşısında  xidmətləri  qeyd  edilmişdir.  Belə  nitqlərin  gənclərə 


 
204 
vətənpərvərlikhisslərinin aşılanmasında təsiri böyükdür. 
Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünya-
görmüşlərin, ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada 
mərhumun fəaliyyətini qiymətləndirmək, onun ideyalarının, işinin, 
əməllərinin,  yaşayacağı  haqda  söz  söyləmək,  yas  sahibini  ovun-
durmaq, ona təsəlli vermək baxımından əhəmiyyətlidir. 
Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən 
olan  adamlar  iştirak  edirlər.  Belə  məclisləri  aparanlar  (daha  çox 
din xadimləri olurlar) söhbət açdıqları mövzular, ifadə tərzi, şərh 
üsulu, nitqi və s. ilə adamları cəlb etməyi bacarmalıdır. ―Burada 
yabançı, əfsanəvi nitqlər deyil, həyati, insanları düşündürən prob-
lemlərdən, qəm və kədəri unutduran məsələlərdən, həyatın doğur-
duğu  problemlərdən,  tərbiyə  məsələlərindən  və  ya  ölümə  səbəb 
olan  xəstəliklərdən,  ondan  qorunma  yollarından  söhbətlər  apar-
maq lazımdır.‖ Azərbaycan dili və nitq mədəniyyəti müstəqil fənn 
kimi bu məsələlərə daha çox yer ayırmağı müəllimdən tələb edir.  
 
Ekran nitqi 
Buna  telenitq  də  deyilir.  Ekran  nitqi  kütləvi  informasiya 
vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi 
nitqin  xüsusiyyətlərini  özündə  birləşdirir.Telenitq  monoloji  və 
dialoji  formada  olur,  məzmun  hərəkət  təsvir  və  səs  ifadəsi  ilə 
dinləyiciyə  çatdırılır.  Televiziya  verilişləri  zamanı  bəzən  təsvir, 
bəzən də sözün rolu ön plana çəkilir.  Şübhəsiz ki,  hər bir  halda 
sözün, nitqin publisistik funksiyası daha geniş olur. 
Çoxmilyonlu  auditoriya  üçün  səsləndirilən  bir  nitqdə  ədəbi 
dilin normalarına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çat-
dırmaq üçün münasib formalar tapmağa, dilin sinonimik vasitələ-
rindən  yerli-yerində  istifadə  etməyə,  cümlələri  düzgün  qurmağa 
çalışır.  Burada  orfoepik  normaları  –  ədəbi  tələffüz  qaydalarını 
gözləmək  daha  vacib  sayılır.  Teleekran  ədəbi  dilin,  xüsusilə  or-
foepik  tələffüzün  təbliğatçısı,  yayıcısı,  tənzimləyicisi  olduğundan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə