Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   69

 
211 
belə  qənaətə  gəlib  ki,  gözəl  nitqə  əsaslanmayan  müdriklik  cə-
miyyətə  bir  o  qədər  də  fayda  verməz.  Müdrikliyə  əsaslanmayan 
gözəl  nitq  isə  əksinə  zərər  gətirər.  Ancaq  müdrik  adam  natiq  ola 
bilər.Yaxşı natiq o adam ola bilər ki, düşünməyi bacarır, kim hə-
yatını  gözəl  danışmaq  sənətinə  həsr  edirsə,  o,  eyni  zamanda  öm-
rünü  müdrikliyə  həsr  edir.  Heydər  Əliyevə  görə,  dövlət  məmuru 
danışmağa hazırlaşarkən hər şeyi  gərək dönə-dönə araşdırsın, mü 
zakirə etsin, ölçüb-biçsin, təcrübədən keçirsin.Onu danışma mən-
tiqinə çevirsin. 
Siseron izah edir ki, danışdığın dildə natiqlik sənətinə yiyə-
lənmək çox çətindir. Çünki o, çoxlu biliklə, səylə bağlıdır.Sözləri 
seçib  cümlə  düzəltməklə  nitqə  gözəllik  verməlisən;  təbiətin  in-
sana  bəxş  etdiyi  ruhun  bütün  hərəkətləri  ilə  hər  şeyi  ən  incəlik-
lərinə qədər öyrənməlisən. Ona görə ki, sənin danışığın dinləyi-
cilərin ruhunu ya sakitləşdirmək, ya da oyatmaq üçündür. 
Heydər Əliyev hər hansı mövzunu nütəxəssisindən daha gö-
zəl  ifadə  etmək  üçün  ciddi  səy  göstərirdi.  Heydər  Əliyevin  ana 
dilində  söhbətləri,  danışıqları,  çıxışları  xalq  kütləsinin  ürəyinə 
yol tapır, onları sanki ovsunlayırdı. 
Siseron  yazır  ki,  ―Natiqlik  sülhün  peykidir,  asudə  vaxtın, 
dincliyin müttəfiqidir‖, elə bil yaxşı qurulmuş cəmiyyətin tərbiy-
yəçisidir.  
Azərbaycan  dilinin  böyüklüyünü,  onun  gözəlliyini  bütün 
dünyaya  tanıdan  şəxs  Heydər  Əliyev  xalqımız  üçün  böyük  iş 
görüb, bizə fayda vermişdi. 


 
212 
Abbas Səhhət. "Vətən" 
Könlümün sevgili məhbubu mən 
Vətənimdir, vətənimdir, vətənim. 
Məni xəlq eyləmiş əvvəlcə Xuda, 
Sonra vermiş vətənim nəşvü-nüma. 
Vətənim verdi mənə nanü-nəmək 
Vətəni məncə unutmaq nə demək?! 
Anadır hər kişiyə öz vətəni,  
Bəsləyib sinəsi üstündə onu. 
Südüdür ki, dolanıb qanım olub,  
O mənim sevgili cananım olub. 
Saxlaram gözlərim üstə onu mən,  
Ölərəm əldən əgər getsə vətən. 
Vətənin neməti nisyan olmaz,  
Naxələflər ona qurban olmaz. 
Vətən əcdadımızın mədfənidir,  
Vətən övladımızın məskənidir. 
Vətənin sevməyən insan olmaz,  
Olsa da ol şəxsdə vicdan olmaz! 
 
Almaz Ġldırım, "Azərbaycan" 
Nərdə məni gül qoynunda doğuran,  
Xəmirimi göz yaşıyla yoğuran,  
Beşiyimdə, lay-lay balam, çağıran,  
Azərbaycan, mənim bəxtsiz anam, oy! 
Neçə ildir həsrətinlə yanam, oy!.. 
Xəbər alsam, Muğanımdan, Milimdən,  
Nazlı Bakım, o neft qoxan gülümdən,  
Kim demiş ki, düşmüş adın dilimdən,  
Azərbaycan, mənim eşsiz yurdum oy,  
Ölməz eşqim, içimdəki dərdim, oy!.. 


 
213 
Salam versəm, rüzgar alıb götürsə,  
Ağrı dağdan Alagözə ötürsə,  
Gur səsimi göy Xəzərə yetirsə,  
Xəzər coşub zəncirini qırsa oy,  
Hökm etsə, bu sərsəm gediş dursa, oy. 
Könlümə tək Kəbə yapdım səni mən,  
Sənsiz neylim qürbət eldə günü mən? 
Sənsiz neylim Allahı mən, dini mən,  
Azərbaycan, mənim taxtım, tacım, oy. 
Oyanmazmı kor olası baxtım oy 
 
Səməd Vurğun, 
"
Azərbaycan
"
 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 
 Mən bir uşaq, sən bir ana, 
 Odur ki, bağlıyam sana,  
 Hankı səmtə, hankı yana 
 Hey uçsam da yuvam sənsən,  
 Elim, günüm, obam sənsən! 
Çox keçmişəm bu dağlardan,  
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı… 
Fəqət səndən gen düşəndə,  
Ayrılıq məndən düşəndə,  
Saçlarıma dən düşəndə. 
Boğar aylar, illər məni,  
Qınamasın ellər məni. 


 
214 
Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin,  
Nələr çəkmiş başın sənin. 
Düşdün uğursuz dillərə,  
Nəs aylara, nəs illərə. 
Nəsillərdən nəsillərə,  
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır… 
Hey baxıram bu düzlərə,  
Ala gözlü gündüzlərə. 
Qara xallı ağ üzlərə,  
Könül istər şeir yaza; 
Gəncləşirəm yaza-yaza… 
Ölməz könül, ölməz əsər,  
Nizamilər, Fizulilər 
Əlin qələm, sinəm dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır. 
 
Bəxtiyar Vahabzadə, 
"
Ana dili
"
 
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,  
«Ana dili» adlanır bizim ilk dərsliyimiz. 
İlk mahnımız-laylanı anamız öz südüylə                                      
İçirir ruhumuza bu dildə gilə-gilə. 
     Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,  
 Bu dil bir-birimizlə əhdi-peymanımızdır. 
  Bu dil tanıtmış bizə bu dünyada hər şeyin                                            
Bu dil əcdadımızın bizə miras verdiyi 
Qiymətli xəzinədir…onu gözlərimiztək 
  Qoruyub, nəsillərə biz də hədiyyə verək. 


 
215 
Bizim uca dağların sonsuz əzəmətindən,  
 Yatağına sığmayan çayların hiddətindən, 
Bu torpaqdan, bu yerdən,  
    Elin bağrından qopan yanıqlı nəğmələrdən 
  Güllərin rənglərindən, çiçəklərin iyindən,  
        Mil düzünün, Muğanın sonsuz genişliyindən,  
 Ağsaçlı babaların əqlindən, kamalından,  
   Düşmən üstünə cuman o Qıratın nalından 
Qopan səsdən yarandın. 
    Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. 
 Ana dilim, səndədir xalqın əqli, hikməti,  
     Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. 
Ürəklərə yol açan Füzulinin sənəti,  
  Ey dilim, qüdrətinlə dünyalara yol açmış. 
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır,  
    Səndə neçə min illik mənim mədəniyyətim, 
Şan- şöhrətim saxlanır. 
Mənim adım-sanımsan,  
Namusum, vicdanımsan! 
    Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,  
Bu dil əcdadımızın bizə qoyub getdiyi 
    Ən qiymətli mirasdır, onu gözlərimiz tək 
   Qoruyub, nəsillərə biz də hədiyyə verək! 
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,  
  Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 
Bunlar qoy mənim olsun,  
Ancaq Vətən çörəyi,  
Sizlərə qənim olsun! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə