30
Bu komponentlərin hər hansı biri olmazsa, o zaman
______________________ Ə.T.Əsgərov, В.Ə.Bilalov, Ç.G.Gülalıyev
ekoturizm haqqında danışmağa dəyməz.
Aşağıdakı cədvəldə ekoturizmin mahiyyətini müəyyən edən
və çatışmayan cəhətləri verilmişdir.
Ekoturizmin mahiyyətini müəyyən etmə və
çatışmazlıqları
E k o tu r iz m in m a h iy y ə tin i m ü ə y y ə n
e tm ə
Ç a tışm a z lıq la r
B itk i, heyvan n övlərin i, h əm çin in yerli
m əd ən iy y ət nüm unələrini m üşahidə et
m ək, zö v q alm aq m əq səd i ilə m illi park
lara v ə digər təbii ob yektlərə b aş çəkm ə
Y erli əhalinin maraqları və
ek o sistem qorunması nəzərə
alınm ır
T əbiət haqqında bilikləri zəngin ləşd irən ,
ek osistem i qorum ağa köm ək ed ən , bu
zam an təbii m ühit sakinlərini toxunul
m am ış saxlayan dərkedici səyah ət
Y erli əhalinin maraqlarım
nəzərə alınm am ası
Yerli əhalinin rifahım yaxşılaşdıran və təbi
ət obyektlərini qoruyan məsuliyyətli turizm
Turistlərin təbiəti dərk
etm əsin i istisna edir
V əh şi heyvanlar v ə yabanı bitkilərdən
həm çin in m əd ən iyyət abidələrindən zövq
alm aq və tədqiq etm ək m əq səd ilə
nisbətən toxunulm am ış yerlərə səyahətin
daxil olduğu turizm
E kosistem qorunur, yerli
əhalinin m araqlan nəzərə
alınmır.
M ühafizə olunan ərazilərin uzunmüddətli
m üdafiəsi və idarə olunmasına köm ək
edən, adekvat m enecm ent rejimində həyata
keçirilən, dağıdıcı olm ayan, nisbətən toxu
nulmamış təbii mühitə əsaslanan turizm
Y erli əhalinin maraqları
n əzərə alınmır.
Ə traf mühitə həssas turizm
Yerli əhalinin maraqlan və
ekosistemin qorunması nəzərə
alınm ır
İqtisadi səm ərə götürülm əsi, eyn i
zam anda ek osistem ə toxunm am aq,
m ədəniyyəti v ə təbiətin tarixini başa
düşm ək m əqsədi ilə səyahət
Y erli icm aların maqaqlarının
n əzərə alınm ası v ə ek osiste
min qorunm ası yaddan çıxır.
Ə.T.Əsgərov, B.Ə.Bilalov, Ç.G.Gülalıyev
31
Bütün yuxarıda araşdırılan mənalar əsas suala cavab vermir:
nə üçün məhz bu gün ekoturizm mövzusuna önəm verilir?
Problem hələ 30 il əvvəl ortaya çıxmışdı və artıq o zaman turizm
ehtiyatlarının
səmərəli
istifadəsinin
vacibliyi
haqqında
danışırdılar. Bu turizm növünün digərlərindən prinsipial fərqi
nədir? Bu suala cavab verməklə biz ekoturizmi necə və harada
inkişaf etdirmək, kimə arxalanmaq, harada maneəni qarşılamaq
lazım olduğunu anlaya bilərik.
Artıq yuxanda qeyd olunduğu kimi «ekoturizm» termini
alimlər, turizm analitikləri tərəfindən yox, marketoloqlar tərəfin
dən təklif edilmişdir, yəni ekoturizm ekotura tələbat göstərən
turistlərin öz istehlakı nəticəsində meydana çıxmışdır. Əgər
əvvəllər dayanıqlı inkişafla turistlərin təklifini formalaşdıran
turizm təşkilatları (turfırmalar, turizm üzrə idarələr) məşğul
olurdusa, lakin ekoturizm təbiətin, mədəni irsin öyrənilməsində
və mühafizəsində yeni qrupların və ictimai istehlakm meydana
çıxması, yəni tələb nəticəsində əmələ gəlmişdir. Beləliklə,
ekoturizm - yeni, turoperatorlarm real təsirə iqtisadi cəhətdən
daha çox malik olduğu niyyət formasıdır. Səyahət turizmi
cəmiyyətinin sədri Ceyms Pirsonun fikri də təsadüfi deyildir:
«Ekoloji məsuliyyətli turizm kimi qeyri-müəyyən terminləri
istifadə edən adamlar praktikada turizmdən çox uzaqdır. Onlar
sadəcə turistlərin təhlükəsizliyini təmin etmək, yerli əhali ilə
gözəl münasibətləri qoruyub saxlamaq, sürücülərə, bələdçilərə
haqq ödəmək, turist qruplarına xidmət etməklə asan olmayan bu
çörəyi
qazanmağın
necə
olduğunu
təsəvvür etmirlər...
Mübahisəsiz demək lazımdır ki, iqtisadiyyat - ekoturizmin
ötürücü qayışıdır».
Beləliklə, bizim fikrimizə görə ekoturizmin mənası aşağıdakı
kimi olmalıdır: «Ekoturizm yerli əhalinin maraqlarına hörmətlə
yanaşaraq ekosistemin qorunmasında vəsaitlərin qoyulması və
təbiətin dərk olunmasında turistlərin istehlakı ilə bağlı olan,
turistlərin tələbatına əsaslanmış turizm növüdür».
32
Bütün bunları ümumiləşdirərək biz görürük ki, ekoturizmin
hərəkətverici gücü - turbiznesdir. Ekoturizmin inkişafının
aparıcı amilinin turizm ehtiyatları olduğu haqda təsəvvürlər
tamamilə yanlışdır. Bu səhv hələ 1975-ci ildə rekreasiya
coğrafiyası üzrə sovet alimlərinin əsərlərində göstərilmişdir.
Ekoturizmi xüsusi mühafizə olunan təbii ərazilərin sistemi,
turizm üzrə milli və regional idarələr vasitəsi ilə dövlət inkişaf
etdirməlidir fikri də doğru deyildir.
Təəssüf ki, bəzi ekspertlər hələ də ekoturizm məsələsində
yanılırlar və bu turizm növünün inkişafı üzrə öz layihələrini
turizm üzrə regional idarələrə ünvanlayırlar. Belə işlərdə daha
çox vəsaitlər, m üxtəlif ekoturizm təşkilatlarının yaradılması
layihələrinin maliyyələşdirilməsi üçün borc xarakteri daşıyır.
Qonşu Rusiyanın regionlarında ekoturizmin inkişafı son
nəticədə tez-tez müstəsna olaraq nəzəri müstəviyə keçir. Bela
vəziyyətə misal olaraq Baykal gölündə ekoturizmin inkişafı üzтэ
birgə konfrans çərçivəsində ekoturizm üzrə almaniyalı va
rusiyalı ekspertlərin görüşü xidmət etdi. Nəzəriyyəçi alimlərin
konkret tətbiqi məsələləri araşdırmaqdan qaçması, «ümumiy
yətlə» ekoturizm haqqında diskussiyaya çalışması tərəflərə
ümumi dil tapmağa imkan vermədi.
Yuxarıda adlan çəkilən mənalan nəzərə alaraq görmək olur
ki, məhz turistlər və turbiznes ekoturizmi inkişaf etdirir.
Təsadüfi deyildir ki, ekoturizm üzrə keniyalı ekspert Tereza
Çerfas deyir ki, «ekoturizm - iqtisadi turizmdir», tələb və təklifə
əsaslanır. Buna görə də ekoturizmin inkişafı heç də inzibati
metodlarla yox, yalnız iqtisadi mexanizmlərin köməyi ilə
mümkündür. Odur ki, söhbət büdcədən vəsait ayrılması haq
qında xahişlərdən yox, turizm fırmalanna, biznesmenlərə
ünvanlanmış investisiya layihələri haqqında getməlidir. Əks
təqdirdə biz bazar şəraitində işləmək qabiliyyətinə malik olan,
güclü turizm sənayesi yerinə, ölkəmizdə turist müəssisələrinin
inkişafını ləngidən, ziyanla işləyən müəssisələr əldə edəcəyik.
Ə.T.Əsgərov, B.Ə.Bilalov, Ç.G.Gülahyev
33
«Ekoturizmin» mənalan ilə məlumatlardan istifadə edərək
ekoturist axınların coğrafiyasını və istiqamətini asanlıqla izah
etmək olar. Çünki indi onların istiqaməti inkişaf etmiş
ölkələrdən (ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya)
inkişaf etməkdə olan (Nepal, Hindistan, Pakistan) ölkələrə
yönəlmişdir. Bu ideyanı işləyib hazırlayarkən ekoturizmin vətə
ni kimi ekoturistlərin ilk qruplarının əmələ gəldiyi, formalaşdığı
yerləri hesab etmək lazımdır.
Buradan həmçinin aydın olur ki, nə üçün bizim ölkəmizdə
daxili turizm növü kimi ekoturizm zəif inkişaf etmişdir. Belə ki,
bizdə hələ həmin turizm növünə tələbat formalaşmamışdır,
ekoturistlər çox azdır. Bizim həmvətənimiz olan turistlərin çox
az bir hissəsi öz vəsaitini, vaxtını və gücünü ətraf mühitin
mühafizəsinə sərf etməyə hazırdır. Bunun nəticəsidir ki, turist
təklifi zəif inkişaf edir, daxili ekoturizmin azsaylı növünü isə
çox vaxt dövlət vəsaiti hesabına maliyyələşən sosial turizmə aid
edirlər.
1.4. Ekoturizmin növləri
Hazırda ekoturizmi və ekoturları dörd növə ayırırlar: 1 .Elmi
turizm, 2. Təbii tarixi tur, 3. Macəra turizmi, 4. Xüsusi qorunan
təbiət ərazilərinə səyahət.
1.
Elmi turizm. Turistlər elmi ekoturlann gedişində təbiətin
müxtəlif növlü tədqiqində iştirak edirlər, sahə müşahidələri
aparırlar. Məsələn, Latın Amerikasında quşların davranışı üzrə
müşahidə ilə bağlı olan, Sakit okeanda balinaların populyasiya-
lannın sayı ilə əlaqədar olan ekoturlar hamıya məlumdur. Adə
tən, belə qruplarda turist yerləri kimi xüsusi mühafizə olunan
ərazilər çıxış edir: qoruqlar, yasaqlıqlar, milli parklar, təbiət abi
dələri. Elmi turizmə həmçinin xarici elmi-tədqiqat ekspedisiya
ları, universitetlərin və institutların təbiət elmləri fakültələrində
təhsil alan tələbələrin çöl praktikaları aid edilir.
Ə.T.Əsgərov, B.Ə.Bilalov, Ç.G.Gülahyev
Dostları ilə paylaş: |