Fərhad Mehdiyev
288
tərəfi olmadan ancaq bəzi işləri görməsini və ya tarif təyin etməsini nəzərdə
tutan müqavilələr də administrativ müqavilə sayılmır.
586
Digər tərəfdən, müqavilə hər hansı məsələ ilə bağlı deyil, ictimai xidmətin
görülməsi ilə bağlı olmalıdır. İctimai (mülki) xidmət dövlə t orqanı və ya onla-
rın nəzarəti altında ümumi və kollektiv ehtiyaçları tətmin etmək,
ictimai mənafe
üçün icra edilən daimi və müntəzəm fəaliyyətdir.
587
İctimai xidmətin orqanik
tərkibi xidmətin dövlət və ya bələdiyyə orqanı və ya onların nəzarəti altında
icra edilməsini ifadə edir.
588
Ancaq ictimai xidməti qeyri-dövlət, kommersiya
təşkilatı icra etsə də, onun üzərində istiqamətləndirmə, müntəzəm nəzarət səla -
hiyyətləri ictimai mənafeyin təmin edilməsinə məsul olan əlaqədar idarəetmə
orqanına aid olur.
589
Maddi baxımdan verilən tərifə görə, ictimai xidmət ictimai mənafeyin tə-
min edilməsindən ibarət ehtiyaçları ödəmək üçün həyata keçirilən fəaliyyətdir.
Müqavilənin administrativ müqavilə sayılması üçün təkcə ictimai xidmətlə az-
çox bağlı olması yetərli deyil. Müqavilə ictimai xidmətin icra edilməsi ilə bir-
başa bağlı olmalıdır.
590
Üçüncüsü, bu şərtlərə əlavə olaraq müqavilə inzibati idarəetmə orqanına
müqavilənin qarşı tərəfinə nisbətən daha
üstün səlahiyyətlər və imtiyazlar ver-
məlidir. Özəl hüquq müqavilələrində tə rəflərin hüquqi statusu bərabərdir. Bir
tərəfin iradəsi qarşı tərəf üçün məcburi deyil. O, qanunda nəzərdə tutulan hallar
istisna olmaqla, birtərəfli qaydada müqaviləni dəyişdirə və ya xitam edə bilməz.
Inzibati müqavilələrdə isə vəziyyət başqadır, inzibati idarəetmə orqanı istədiyi
zaman müqaviləyə xitam verə biləcəyi kimi, ictimai xidmət işini görən müəssi -
səni dövlətləşdirə, satın ala, müqavilə müddəalarında dəyişiklik edə bilər. Bunu
AR Nazirlər Kabinetinin 34 saylı Qərarı ilə təsdiq olunmuş tipik satın alma
müqaviləsi formasının 17-ci maddəsində görmək mümkündür: həmin maddəyə
görə İO müqavilənin icrasına nəzarət etmək mümkündür. Administrasiyanın bu
imtiyazları dövlət hüququ prinsiplərinə (ictimai mənafeyin özəl mənafeden
üstün olması) əsaslanır. Inzibati müqavilələrdə ictimai mənafe ilə xüsusi
mənafe qarşı -qarşıyadır, ictimai mənafeyin üstünlüyü prinsipinə görə, ictimai
586
Belə şərtlər iki şirkətin öz arasında bağladığı müqavilədə göstərilə bilər. Məsələn bi r tərəfin
ödəyəcəyi xidmət haqqı, Tarif Şurasının təyin etdiyi bir qiymətə görə dəyişə bilər. Giritli İsmet,
Akgüner Tayfun,
İdare hukuku dersleri II, Filiz Kitabevi, İstanbul, 1987, s.175.
587
Sıddık Sami Onar,
İdare hukukunun ümumi esasları, I Cild, 3.Bası, İsmail Akgün Matbaası,
İstanbul, 1966, s.13.
588
İsmet Giritli, Pertev Bilgen,
İdare hukuku dersleri I, Filiz Kitabevi, İstanbul, 1979, s.21.
589
Lütfi Duran,
İdare hukuku, Fakülteler Matbaası, İstanbul, 1982, s.304.
590
Odyakmaz Zehra,
Genel olarak idarenin sözleşmeleri, Gazi Üniversitesi Hukuk Fakültesi
Jurnalı, Prof.Dr.İhsan Tarakçıoğluna Armağan, Haziran-Dekabr 1998, II Cild, Sayı: 1-2,
Hazırlayanlar: Oğuz Kürşat Ünal, Zehra Odyakmaz, Kudret Güven; s. 149.