Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə133/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   129   130   131   132   133   134   135   136   ...   140

İnzibati hüquq
287
satınalmaları  haqqında»  Qanun  və Prezidentin  fərmanı  ilə  təsdiq  edilmiş
«Dövlət  müəssisələrinin  idarəetməyə  verilməsi  haqqında»
Əsasnamədə
göstərilib.
İnzibati ədliyyə rejiminin tətbiq edildiyi ölkələrdə inzibati müqavilələr həm
xüsusiyyətləri,  həm  tətbiq  edilən  maddi  hüquq,  həm  də  aidiyyət  baxımından
özəl hüquq müqavilələrindən fərqlidir. Nəhayət, inzibati müqavilələri başqaların-
dan  ayıran ən  vacib  meyar  müqavilə  tərəfı  olan  idarəetmə  orqanlarının  qarşı
tərəfdən daha üstün səlahiyyətlərinin olması və imtiyazlardan istifadə etməsidir.
Bunlar  müqavilədə  göstərilir.  İdarəetmə  orqanlarına  bu  səlahiyyətlərin  tanın -
ması dövlət orqanlarının gördükləri işin üstünlüyü ilə bağlıdır. Bu da idarəetmə
orqanlarının  fəaliyyətini  düzgün  icra  edə  bilməsi  üçün  mütləq şərtdir.  Buna
görə  də ictimai  xidmətin  icra  edilməsi  ilə  bağlı  d övlət  orqanları  xüsusi  hüquq
müqavilələri bağlaya bilməzlər. Belə müqavilə bağlanarsa, mübahisə yarandıq -
da məhkəmələr buna xüsusi hüquq prinsipləri ilə deyil, ümumi (dövlət) hüquq
prinsipləri və qaydalarına uyğun baxmalıdırlar.
Ictimai xidmət  prinsiplərindən  olan  ictimai  marağın  xüsusi  maraqlardan
daha  üstün tutulması,  xüsusi  hüquq  qaydaları  ilə  üst-üstə  düşmür.  Bu, ümumi
hüquq qaydasıdır.
II. İNZİBATİ MÜQAVİLƏ İLƏ XÜSUSİ/ÖZƏL HÜQUQ
MÜQAVİLƏSİNİN FƏRQİ
Terminlər  Azərbaycan  dilinə  dəqiq  tərcümə  edilmədiyindən  bu  fərqi  düz-
gün əks etdirməkdə müəyyən çətinliklər ola bilər. Bu bölgü fransız hüququndan
gəlir. Buna görə də bu müqavilələr fərqli hüquqi rejimə tabe olurlar. İdarəetmə
orqanının tərəf olduğu müqavilənin xüsusi hüquq, yoxsa ümumi (dövlət) hüquq
rejiminə  tabe  olması  müqavilənin  mahiyyətinə  əsasən  təyin  edilir.
584
  İnzibati
idarəetmə orqanının bağl adığı müqavilənin “inzibati” müqavilə sayılması üçün
aşağıdakı kriteriyalara cavab verməlidir.
Birincisi,  tərəflərdən  biri  inzibati  idarəetmə  orqanı,  dövlət  orq anı,  yaxud
bələdiyyə orqanı olmalıdır. Bu şərtə görə, ictimai xidmət funksiyasını icra edən
«Barmek» kimi şirkətin, özəl hüquq şəxsləri ilə bağladığı abobnent müqaviləsi
“administrativ”  müqavilə  sayılmır.
585
  İnzibati  idarəetmə  orqanının  müqavilə
584
Günday, eyni əsər, s. 141.
585
«Barmek»in yerini tutan “Bakıelektrikşəbəkə”, sərmayəsi dövlət mülkiyyətli olduğundan, müqa -
vilənin bir tərəfi kimi inzibati orqan qismində çıxış edə bilər.


Fərhad Mehdiyev
288
tərəfi  olmadan  ancaq  bəzi  işləri  görməsini  və  ya  tarif  təyin  etməsini  nəzərdə
tutan müqavilələr də administrativ müqavilə sayılmır.
586
Digər tərəfdən, müqavilə hər hansı məsələ ilə bağlı deyil, ictimai xidmətin
görülməsi ilə bağlı olmalıdır. İctimai (mülki) xidmət dövlə t orqanı və ya onla-
rın nəzarəti altında ümumi və kollektiv ehtiyaçları tətmin etmək, ictimai mənafe
üçün  icra  edilən  daimi  və  müntəzəm  fəaliyyətdir.
587
  İctimai  xidmətin  orqanik
tərkibi  xidmətin  dövlət  və  ya  bələdiyyə  orqanı  və  ya  onların  nəzarəti  altında
icra  edilməsini  ifadə  edir.
588
  Ancaq ictimai  xidməti  qeyri-dövlət,  kommersiya
təşkilatı icra etsə də, onun üzərində istiqamətləndirmə, müntəzəm nəzarət səla -
hiyyətləri  ictimai  mənafeyin  təmin  edilməsinə  məsul  olan  əlaqədar  idarəetmə
orqanına aid olur.
589
Maddi  baxımdan  verilən  tərifə  görə, ictimai  xidmət ictimai  mənafeyin  tə-
min edilməsindən ibarət ehtiyaçları ödəmək üçün həyata keçirilən fəaliyyətdir.
Müqavilənin administrativ müqavilə sayılması üçün  təkcə ictimai xidmətlə az-
çox bağlı olması  yetərli deyil. Müqavilə ictimai xidmətin icra edilməsi ilə bir-
başa bağlı olmalıdır.
590
Üçüncüsü,  bu  şərtlərə  əlavə  olaraq  müqavilə  inzibati  idarəetmə  orqanına
müqavilənin qarşı tərəfinə nisbətən daha üstün səlahiyyətlər və imtiyazlar ver-
məlidir.  Özəl  hüquq  müqavilələrində  tə rəflərin  hüquqi  statusu  bərabərdir.  Bir
tərəfin iradəsi qarşı tərəf üçün məcburi deyil. O, qanunda nəzərdə tutulan hallar
istisna olmaqla, birtərəfli qaydada müqaviləni dəyişdirə və ya xitam edə bilməz.
Inzibati müqavilələrdə isə vəziyyət başqadır, inzibati idarəetmə orqanı istədiyi
zaman müqaviləyə xitam verə biləcəyi kimi, ictimai xidmət işini görən müəssi -
səni dövlətləşdirə, satın ala, müqavilə müddəalarında dəyişiklik edə bilər. Bunu
AR Nazirlər  Kabinetinin  34  saylı  Qərarı  ilə  təsdiq  olunmuş  tipik  satın alma
müqaviləsi formasının 17-ci maddəsində görmək mümkündür: həmin maddəyə
görə İO müqavilənin icrasına nəzarət etmək mümkündür. Administrasiyanın bu
imtiyazları  dövlət  hüququ  prinsiplərinə  (ictimai  mənafeyin  özəl  mənafeden
üstün  olması) əsaslanır.  Inzibati  müqavilələrdə  ictimai  mənafe  ilə  xüsusi
mənafe  qarşı -qarşıyadır,  ictimai  mənafeyin  üstünlüyü  prinsipinə  görə,  ictimai
586
Belə şərtlər  iki şirkətin  öz  arasında  bağladığı  müqavilədə  göstərilə  bilər.  Məsələn  bi r  tərəfin
ödəyəcəyi xidmət haqqı, Tarif Şurasının təyin etdiyi bir qiymətə görə dəyişə bilər. Giritli İsmet,
Akgüner Tayfun, İdare hukuku dersleri II, Filiz Kitabevi, İstanbul, 1987, s.175.
587
Sıddık Sami Onar, İdare hukukunun  ümumi esasları, I Cild, 3.Bası, İsmail Akgün Matbaası,
İstanbul, 1966, s.13.
588
İsmet Giritli, Pertev Bilgen, İdare hukuku dersleri I, Filiz Kitabevi, İstanbul, 1979, s.21.
589
Lütfi Duran, İdare hukuku, Fakülteler Matbaası, İstanbul, 1982, s.304.
590
Odyakmaz  Zehra, Genel  olarak  idarenin  sözleşmeleri,  Gazi  Üniversitesi  Hukuk  Fakültesi
Jurnalı,  Prof.Dr.İhsan  Tarakçıoğluna  Armağan,  Haziran-Dekabr  1998,  II  Cild,  Sayı:  1-2,
Hazırlayanlar: Oğuz Kürşat Ünal, Zehra Odyakmaz, Kudret Güven; s. 149.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə