Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə134/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   130   131   132   133   134   135   136   137   ...   140

İnzibati hüquq
289
mənafeyi  təmsil  edən  və  qoruyan  dövlət  orqanlarına  üstün  səlahiyyətlər
verilməsi  təbiidir.
591
  Fransa  Dövlət Şurası  müxtəlif  qərarlarında administrativ
müqavilənin  “idarəetmə  orqanına  üstünlük  və  xüsusi  status  tanıyan”  xüsusiy-
yətinin olduğunu qeyd etmişdir.
592
İnzibati  müqavilələrdə  xüsusi  hüquq şəxsinin  mənafeyini  qorumaq  üçün  2
xüsusi institut var; bunlardan biri «Fait du Prens», o biri isə «Imprevision» insti-
tutudur.  Bunlardan  istifadə  yolu  ilə  inzibati  müqavilənin  qeyri-administrasiya
tərəfi  məhkəmə  qaydasında  müqavilənin  dəyişdirilməsi,  xitam  olunması,  kom -
pensasiya  ödənilməsi,  öhdəliklərinin  yüngülləşdirilməsi  kimi  tələblər  irəli  sürə
bilər.
Dilimizdə “fö dü prens” kimi oxunan «Fait du Prens»
593
 qaydası müqavilə
bağlayan inzibati orqanın müqavilə münasibətindən kənar qəbul etdiyi bəzi in -
zibati aktlarla bağlı müqavilə tərəfinin maddi vəziyyətini ağırlaşdırdıqda tətbiq
edilir.  Məsələn,  Nazi rlər  Kabineti  X şırkəti  ilə  inzibati  müqavilə  bağladıqdan
sonra  müqavilənin  icra  prosesində  istifadə  olunan  xammalın  ölkəyə  gətirilmə-
sini çətinləşdirən normativ akt qəbul eləsə və X şirkəti üçün müqavilənin icrası
xeyli  çətinləşsə,  iqtisadi  baxımdan  səmər əsiz  olsa, «Fait  du  Prens»  qaydasın-
dan istifadə oluna bilər.
594
«İmprevision»  nəzəriyyəsi  I  Dünya  Muharibəsindən  sonra  yaranan  iqtsadi
böhran  zamanı  ortaya  çıxmışdı.  İlk  dəfə  onu  Fransada  Dövlət Şurası  1916-ci
ildə  kömür  qiymətlərindəki  aşırı  artımla  bağlı bir  şirkətin  qaldırdığı  iddiada
tətbiq  etmişdi. «İmprevision»  qaydasının  tətbiq  edilməsi  üçün  müqavilənin
bağlandığı vaxt nəzərə alına bilməyən elə bir hal ortaya çıxmalıdır ki, o, iqtisadi
şəraiti kökündən dəyişdirsin və xüsusi hüquq tərəfi üzərinə fövqal adə dərəcədə
ağır öhdəlik qoysun. Bu şərtlə yanaşı nəzərə alına bilməyən hal müqavilə tərəf -
lərinin istəyi və təsiri üzündən  yaranmamalıdır. Qabaqcadan nəzərə alınmayan
bu fövqaladə hal uzunmüddətli olarsa, xüsusi hüquq şəxsi, ümumiyyətlə, müqa -
vilənin  xit am  olunmasını  da  tələb  edə  bilər.  Strasburq İnzibati  Məhkəməsi
1995-ci ildə verdiyi qərarda «ipmrevision» qaydasını tətbiq edib. Bələdiyyənin
içməli  su  təminatı  tenderində  qalib  gələn şirkət ,  suyun  gətirildiyi  mənbənin
kimyəvi  çirklənməsi  nəticəsində  suyu daha  uzaqlardan  gətirmək  məcbutiyyə-
tində qalmışdı. Şirkət müqavilənin dəyişməsi üçün bələdiyyəyə müraciət etmiş,
lakin bələdiyyə bunu qəbul etməmişdi. Şirkət inzibati məhkəməyə müraciət et -
591
Odyakmaz, s. 149.
592
Özay, s. 415.
593
Mənasını “hökmdarın (dövlətin) səhvi” kimi ifadə etmək olar.
594
Richer, Droit des Contrats administratifs, 1995, s.229; nəql edən: Gözübüyük, Tan, I cild, s. 407.


Fərhad Mehdiyev
290
miş,  məhkəmə  isə  müqaviləyə  xitam  verərək şirkətin  xeyrinə  kompens asiya
ödənilməsini qət etmişdi.
595
III. AZƏRBAYCAN HÜQUQUNDA İNZİBATİ
MÜQAVİLƏLƏR
Rusiya və Azərbaycan inzibati hüququnda administrativ müqavilə institutu
yeni yarandığına görə, nəzəriyyədə onunla bağlı fikir birliyi yoxdur.
Bazar  iqtisadiyyatının  olmadığı,  istehsal  vasitələrinin  dövlətin  əlində  cəm-
ləndiyi  SSRİ-də,  administrativ  müqavilə  qurumunun  olmaması  təbii idi.  Lakin
SSRİ-nin  dağılması  və  geniş  özəlləşdirmə  prosesində  dövlət  satınalmaları  və
sifariş metodları məcburi olaraq dəyişdi. Dövlət müəssəsəl ərinin bir qismi müx-
təlif səbəblərdən yararsız vəziyyətdə idi. Bunlardan bəziləri özəlləşdirildi, bəzi -
lərinin  özəlləşdirilməsi  strateji  cəhətdən  məqsədəuyğun  sayılmadığına  görə
uzun  müddətli  idarəetməyə  verildi.  Buna  görə  də ictimai  xidmətin  icrasında
inzibati idarəetmə orqanları xüsusi hüquq şəxslərinin xidmətlərindən istifadə et -
mək məcburiyyətində qaldılar.  Məsələn, hamımız bilirik ki 2006-2008 tarixləri
arasında  Bakıdakı  körpü  tikintilərində  türk  inşaat  şirkətlərindən  sub -podratçı
qismində yararlanıblar.
İdarəetmə  formalarından  biri  kimi idarəetmə  fəaliyyətinin   həyata  keçiril-
məsi vasitələrindən olan inzibati hüquq müqavilələrinin xüsusiyyətləri, onların
mahiyyəti  nəzəriyyədə  ixtilaflara  səbəb  olur. İnzibati  hüquq  münasibətlərinin
şaquli  xarakteri,  üfiqi  xarakterin  xüsusi  hüquq  münasibətərinə  məxsus  olması,
buna görə də inzibati müqavilələrin inzibati funksiya daxilində tədqiq edilməsi -
nin  mübahisəli  olması  fikri  irəli  sürülür.
596
  Fransız  hüququndakı  idarəetmə
orqanlarının  inzibati  müqavilələri  və  özəl  hüquq  müqavilələri  bölgüsü,  post-
sovet  məkanında  hələlik  qəbul  edilmədiyi  üçün  idarəetmə  orqanlarının  bağla -
dığı  müqavilələr  elmi  cəhətdən  sistemləşdirilməyib.   Yəni  hansı  müqavilələr
ümumi hüquqa, hansıları ilə xüsusi hüquqa tabe olmalıdır məsələsi, anlaşılm a-
yıb və aydınlanmayıb.
Rusiya  hüquq  nəzəriyyəsində  də  inzibati  müqavilələr  baxımından ətraflı,
dərin  və  mübahisəsiz  nəzəriyyə  olmadığını  iddia  etmək  mümkündür.  Rusiya
hüququnda  bu  məsələdə  öz  institutlarını  yaratmaq əvəzinə  müqayisəli  hüquq -
dan faydalana bilərldilər; bu yolla daha məntiqli və düzgün nəticələr əldə oluna
bilər. Fransız hüququnda  geniş  və  ətraflı  şəkildə  incələnmiş  inzibati  müqavilə
institutu ümumi cəhətləri ilə həm Rusiya, həm də Azərbaycan hüququnda tətbiq
595
Tribunal Administratif Strasbourg, 9 Février 1995, SOGEST c/commune de Staffelfelden
596
Бельский, Козлов, Колибаба, c. 264.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə