Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə135/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   132   133   134   135   136   137   138   139   140

İnzibati hüquq
291
edilə bilər. Azərbaycan hüququnda  E. Abdullayev  inzibati müqavilələr institu-
tuna müqayisəli hüquq baxımından yanaşaraq bu institutu inkişaf etdirib, lakin
yenə də tam və qaneedici sistemləşdirmə apara bilməyib.
İnzibati məhkəmə  sisteminin olmadığı  Azərbaycanda  administrativ  müqa -
vilə  institutunun  düzgün  tətbiqinin nə  qədər effekt  verəcəyi  sualı  yarana  bilər.
Lakin unudulmamalıdır ki, Rusiyanın özü administrativ ədliyyə sistemini tətbiq
etmək  istəyir  və  bu  dəyişiklik  Azərbaycan  hüququna  da  gec -tez təsirini  göstə-
rəcək. Digər tərəfdən, inzibati müqavilələrə mülki  hüqüq deyil, dövlət hüququ
(public law) prinsiplərinin tətbiq edilməsi zərurəti onun əhəmiyyətini artırır.
İnzibati  müqavilə  institutunun  Azərbaycan  hüququnda  hüquqi  cəhətdən
sistematik  və  məntiqli  əsasa  dayandırılmasına  ehtiyaç  o lduğunu  qeyd  etmək
lazımdır.  İdarəetmə  orqanlarının  müqavilə  tipli  əqdləri  artdığından  bunların
hüquqi  rejimi  müxtəlif  ehtiyaçları  təmin  edən şəkildə  tənzimlənməlidir.  Çünki
ictimai  maraqlarla  bağlı  müqavilələrdə  mülki  qanunvericilik  müddəalarını  tət -
biq  etmək  düzgün  olmazdı. Digər  tərəfdən,  ictimai  xidmətin  icrası  ilə  bağlı
müqavilələr  müəyyən  hallarda  xidmətin  pisləşməsinə  səbəb  ola  biləcəyindən,
bu müqavilələri xüsusi hüquq qaydalarına bağlamaq da düzgün deyil.
Qeyd edilməlidir ki, “inzibati hüquqi müqavilə” adı ilə Rusiya və Azərbay-
can  hüququnda  idarəetmə  orqanlarının  bütün  müqavilələri  tədqiq  edilir  və
müqayisəli hüquqda  olan  bölgü  nəzərdən  qaçırılır.  Başqa  sözlə,  ictimai  xid -
mətlə  bağlı  müqavilələr  müstəqil  kategoriya  kimi  qeyd  olunmur  və  inzibati
müqavilələr –  dövlət  orqanlarının  xüsusi  hüquq  müqavilələri  bölgüsü  yoxdur.
Misal  olaraq  «Barmek»lə  Nazirlər  Kabineti  arasında  bağlanmış  və  Prezident
fərmanı ilə təsdiq edilmiş müqavilədə dövlətə üstün hər hansı səlahiyyət tanın -
mır; bu müqavilə elektrik təminatı kimi mühim ictimai xidmət sahəsini tənzim-
ləyir. Adı çəkilən bölgünün olmaması nəzəriyyədə bir çox suallara və mübahi -
sələrə səbəb olur. Yanlış fikirlərin yaranmasının ən böyük səbəbi isə hansı mü -
qavilələrə ümumi (dövlət) hüququ, hansı müqavilələrə xüsusi hüquq qaydaları-
nın  tətbiq  edilməli  olduğunun  bilinməməsidir.  Rusiya  hüquq  nəzəriyyəsində
olan haqlı bir fikrə görə,  müqaviləni, sadəcə, administrasiyanın bağlaması ona
administrativ  müqavilə  statusu  qazandırmır.  Bu  zaman  alqı-satqı  tipli  müqa-
vilələrin adi xüsusi hüquq müqaviləsi olması fikri irəli sürülür.
597
Bəlli  olduğu  kimi,  özəl  hüquq  müqavilələrində  tərəflər  bərabər  statusda
olurlar.  İnzibati  hüquq  müqavilələrində  isə  tərəflərdən  biri  hakimiyyəti  təmsil
edən dövlət, qarşı tərəf isə ona tabe ola n şəxslərdir. Bəzi müqavilələrdə dövlət
hakimiyyəti  ilə  hüquq  bərabərliyi  müxtəlif  formalarda  özünü  göstərə  bilər.
597
Бельский, Козлов, Колибаба, c. 264.


Fərhad Mehdiyev
292
Əslində,  administrativ  müqavilə  olan  bu  cür  müqavilələrin  nəzəriyyədə  admi-
nistrativ müqavilə,  yoxsa mülki hüquq müqaviləsi olduğuna dair anlaşılmazlıq
administrativ müqavilə institutunun düzgün başa düşülmədiyini göstərir. Misal
olaraq  sərnişin  daşıma  müqaviləsi  göstərilir:  xüsusi  hüquq  müqaviləsi  olduğu
halda,  bir  tərəfin  dövlət  avtobuslarında  biletsiz  getməsi  səlahiyyətli  orqana
inzibati  qaydada  cərimə  tətbiq etmək  hüququ  verir.
598
  Ancaq  dövlət  orqanları-
nın biletsiz sərnişini cərimə etməsini müqavilə ilə əsaslandırmaq, bilet almayan
sərnişinin hər hansı müqavilə bağladığını da iddia etmək mümkün deyil.
İnzibati müqavilələrdə tərəflərin hüquq bərabərliyinin olmadığı iddia edilir,
lakin  nəzərdən  qaçırılır  ki,  bunu  bütün  müqavilələr  baxımından  iddia  etmək
imkansızdır.  Məsələn,  27  Dekabr  2001-ci  il  tarixli  qanunla  qüvvədən  düşmüş
“Tender  haqqında”  Qanuna  görə  bağlanan  müqavilələr  üçün  Nazirlər
Kabinetinin 12 May 2000-ci il tarixli qərarına əsasən “tipik müqavilələr” nəzər -
də  tutulmuşdu.  “Tipik  müqavilə”  müddəalarında  idarəetmə  orqanlarına  müqa -
vilə müddəti və qiymətini dəyişməyən dəyişikliklər etmək səlahiyyəti tanındığı
kimi (16-cı bənd), idarəyə “məqsədəuyğun” (24-cü bənd) saydığı hallarda mü-
qaviləyə birtərəfli qaydada xitam vermək səlahiyyəti tanınırdı. 15 Yanvar 1992 -
ci  il  tarixli  «Xarici  invenstisiyaların  qorunması  haqqında»  Qanununun  5-ci
maddəsi  icra  hakimiyyətinə  (Nazirlər  Kabinetinə)  bu  mövzuda  bağladığı  mü-
qavilələrdə  müqavilə şərtlərinə  əməl  edilib-edilmədiyinə  nəzarət etmə  səlahiy-
yəti  verir.  Lakin  qanunvericiliyimizdə  bütün  müqavilələr  baxımından  bu  cür
tənzimləmə mövcud deyil.
Inzibati  müqavilələr  ictimai  mənafe  məqsədi  ilə  bağlanır. Lakin  Azərbay-
can  hüququnda  ictimai  xidmətlə  bağlı  olan  müqavilələr  də  səhv  olaraq  xüsusi
hüquq rejiminə tabe edilir. Yəni müqavilədə idarəetmə orqanı özünə imtiyazlar
verməsə, mübahisə yarandıqda birtərəfli qərar qəbul edə bilməz və məhkəməyə
müraciət  etməli  olacaq.  Müqavilənin  əsasında  ictimai  mənafe  dayandığından,
bu  prinsiplər  əsasında  həll  edilməsi  lazım  olan  belə  müqavilələrdən  yaranan
mübahisələrə iqtisad məhkəməsində mülki hüququn öhdəlik hüququ qaydaları-
na əsasən baxılır.
Digər  tərəfdən,  inzibati  müqavilələr  müəyyən  məsələlərin  həll  edilməsində
özünü  administrativ  qurumun  fəaliyyətinin  hüquqi  forması  kimi  göstərərək  an -
caq qanunvericilikdə nəzərdə tutulmuş hallarda bağlana bilər. Yuxarıda deyildi -
yi  kimi,  bunun əsası  «Dövlət  satınalmaları  haqqında »  Qanunda  ümumi  şəkildə
müəyyən  edilib.  Qanunun  2-ci  maddəsinə  görə,  tenderə  çıxarılan  işlər arasında
istehsalat,  malların  satın  alınması,  işlərin  və  xidmətlərin  görülməsi  kimi  məsə-
lələr var. Mallar hər növ malı, işlər əsasən inşaat, layihələndirmə, təmir  işlərini,
598
Abdullayev E., İnzibati Hüquq, “Təhsil” nəşriyyatı, Bakı, 2001, s. 185.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə