Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə136/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   132   133   134   135   136   137   138   139   140

İnzibati hüquq
293
xidmətlər  isə  hər  hansı  alqı -satqı  predmetini  təşkil  edə  bilər.  Göründüyü  kimi,
əslində  hər  hansı ictimai  xidmətin  göstərilməsini  də  bu  qanuna  uygun  olaraq
həyata  keçirmək  mümkündür.  Amma  tenderə,  əsasən,  alqı-satqı  və  inşaat
işlərində müraciət edilir.
599
  Bununla  belə,  ictimai  xidmətlə  bağlı  müqavilələr
«Dövlət  satınalmaları  haqqında»  Qanunla  deyil,  9  Fevral  1996 -cı  il  tarixli Fər-
manla  təsdiq  edilmiş  “Dövlət  müəssisələrinin  müqavilə  əsasında  idarəetməyə
verilməsi  haqqında” Əsasnamənin  qaydalarına uyğun  bağlanır.  İctimai  xidmət
işinin xüsusi (mülki) hüquq şəxslərinə gördürülməsinin örnəklərindən biri kimi
də  Bakı  şəhəri  və  Sumqayıtda  elektrik  paylama  işlərinin  qapalı  tender  yolu  ilə
Türkiyənin  «Barmek  Holdinq» şirkətinə  verilməsi ni  göstərmək  olardı.  Lakin
ictimai  xidmət  inhisarı  meydana  gətirən  və  25  illiyə  bağlanmış  bu  müqavilədə
dövlətə  üstün  səlahiyyətlərin  tanınmaması  diqqət  çəkən  məqamdır.
600
Yenə
Nazirlər  Kabinetinin  5  Avgust  1999-cu  il  tarixli  qərarı  ilə  təsdiq  edilmiş
Zaqatala  və  Qax  rayonların ın  elektrik  şəbəkələrinin  istismarı  üzrə  bağlanmış
müqavilələrdə  dövləti  təmsil  edən  “Azərenerji”  SC-yə  də  hər  hansı  imtiyaz
verilmir.
601
  Başqa  normativ  aktlarla  da  müqavilə  bağlamaq  səlahiyyəti  tanınır.
Məsələn, «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin  26-cı maddəsinin 5-ci
bəndini də buna misal göstərmək olar.
Qanunvericiliyimizdə  belə  bir  fikir  irəli  sürülür  ki, inzibati  müqavilələrin
tabe  olduğu  hüquqi  rejim  xüsusi  hüquq  müqavilələri  kimi  məhkəmə  təminatı
vermir  və tərəflərə  məhkəmə  yolu  ilə  maddi  sanksiyalar  tətbiq  edilməsini
imkansız  edir.
602
  Bu  fikirlə  razılaşmaq  mümkün  deyil.  Yuxarıda  misal
göstərilən  Zaqatala  və  Qax  rayonlarının  elektrik  şəbəkəsinin  uzun  müddətli
idarəetməyə  verilməsi  ilə  bağlı  müqavilələrin  “arbitraj”  başlıqlı
4-cü
maddəsində  mübahisələrə  iqtisad  məhkəmələrində  baxılacağı  göstərilir.
Tərəflərdən biri müəyyən zərərə məruz qalarsa, zərərçəkmiş tərəfin məhkəməyə
müraciət  edib  Mülki  Məcəllə  müddəalarına  görə  kompensasiya  tələb  etməsi
mümkündür.  İnzibati ədliyyə  rejiminin  olduğu  ölkələ rdə  isə ictimai  xidmət
barədə  inzibati  müqavilələrin  icrası  ilə  bağlı  mübahisələrə  inzibati
599
«Respublika» qəzeti, 16 Yanvar 2002 -ci il, s. 6
600
«Azərbaycan» qəzeti, 8 Noyabr 2001-ci il, s. 2. Nazirlər Kabinetinin tender nəticəsində bağlanan
müqavilələr  üçün  idarəetmə  orqanına  müəyyən  üstünlüklər  tanımasına  dair  qərarı  «Barmek»lə
bağlanan müqavilədə həyata keçirilməmişdi; bununla belə, bu müqavilə Prezidentin 7.11.2001 -ci
il tarixli Fərmanı ilə təsdiq edi lib. Fərmanların isə Nazirlər Kabinetinin qərarlarından daha yüksək
qüvvəsi var.
601
Bununla belə, müqavilə tərəfi AZMEK şirkətinin nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsinə
görə,  NK  7  Mart  2001-ci  il  tarixli  qərarı  ilə  bu  müqaviləni  təsdiq  edən  05.0 8.1999-cu  il  tarixli
qərarını  qüvvədən  saldı.  Müqavilədə  belə  bir  imkan  nəzərdə  tutulmasa  da,  ümumi  hüquq
qaydaları ictimai marağın qorunması üçün bunu mümkün sayır.
602
Abdullayev, s. 187.


Fərhad Mehdiyev
294
məhkəmələrdə 
baxılır
603

İnzibati
ədliyyənin 
olmadığı 
Azərbaycanda
mübahisələrin  bu şəkildə həlli mümkün  deyil,  bununla  yanaşı,  inzibati
müqavilə praktikasının artması şəraitində zaman keçdikçə bununla bağlı hüqüqi
bazanın, prosessual prinsip və qaydaların inkişaf edəcəyi labüddur.
Burada  yenə  “Dövlət  satınalmaları  haqqında”  Qanuna  istinad  etməliyik.
Çünki  İO  bir  ictimai  xidməti  xüsusi  hüquq şəxsinə  gördürmək  istəsə,  b unu
işlərin  satınalması ”ndan  istifadə  etməklə  həyata  keçirəcək  və  bununla  bağlı
müqavilə bağlayacaq. Müqavilənin forması daha əvvəl adını çəkdiyimiz NK 34
saylı  Qərarı  ilə  təsdiq  edilmiş  nümunəvi  müqavilə  formasında  (orada
müqavilənin  ümumi şərtləri  göstə rilir)  olmalıdır,  oraya  İO  müqavilənin xüsusi
şərtlərində (MXŞ) əlavə lazımi müddəalar qoymalıdır.
Inzibati müqavilələrlə mülki hüquq müqavilələri arasında əsas fərq odur ki,
inzibati  müqavilələrin  qanuni  əsasını  xüsusi  hüquq  qayda ları  deyil,  inzibati
hüququ,  yəni  dövlət  hüququ
604
(public law) qaydaları  təşkil  edir.  İnzibati
idarəetmə  orqanı  müqavilə  növündə  əqdləri  ancaq  qanunvericilikdə  nəzərdə
tutulmuş  predmetlərə  aid  bağlaya  bilər.  Bəzən  inzibati  orqanların  fəaliyyətinə
geniş yanaşılır, müəyyən məsələ ilə bağlı həm akt, həm də müqavilə bağlamaq
səlahiyyəti  nəzərdə  tutulur.  Məsələn,  15  Mart  2002 -ci  il  tarixli  «Bələdiyyə
torpaqlarının  ayrılmasına  dair  sənədlərin  hazırlanması  və  razılaşdırılması
qaydaları  haqqında
Əsasnamə»nin  9-cu  bəndi  ümumi  istifadədə  olan
torpaqlarda mövsümi obyektlərin qurula bilməsini, bunun bələdiyyə aktı və ya
müqavilə  əsasında  həyata  keçiriləcəyini  nəzərdə  tutur.  Lakin  bizdə  inzibati
müqavilələrin  hamısına  aid  edilə  biləcək  ümumi  qanunvericilik  normaları
yoxdur,  özəl  qaydalar  vardır və  bunlar  da həm  qanunlarda,  həm  də  başqa
normativ aktlarda əksini tapıb.
Qanunvericilik  normaları bəzi müqavilə  növlərini,  onların  məqsədlərini  və
formasını  tənzimləyir.  Dövlət  hakimiyyətini  həyata  keçirən  idarələr  arasında
bağlanan müqavilələr “müqavilə” və ya “saziş” adlandırılır. Məsələn, «Nəqliy -
yat  haqqında»  11  İyun  1999-cu  il  tarixli  Qanunun  10-cu  maddəsi  “saziş”  tipli
müqavilə növünü nəzərdə tutur; bu müqavilələr yüklərin, sərnişinlərin, ba qajın
və  poçtun  daşınması  üçün  xüsusi  nəqliyyat şirkətləri ilə  idarəetmə  orqanı  ara -
sında bağlanır. Lakin “saziş” tipli müqavilələrin həm də xarici hüquqi şəxslərlə
(məsələn,  neft şirkətləri  ilə)  bağlandığını  görürük.  “Saziş”in  başqa  müqavilə -
lərdən  fərqini  təyin  etmək  mümkün  deyil.  Örnək  olaraq  Bakı  və  ətrafında
“Azərənerji” ilə «Barmek Holdinq» arasında müqavilə “müqavilə” adı ilə bağla -
603
Ведель Джордж., Административное право Франции, Москва 1973, с. 183.
604
“Public  law”  anlayışının  tam  tərcüməsi  “ictimai  hüquq”  olmaqla  bərabər,  mənanı  yaxşı əks
edtdirmədiyi üçün onun əvəzinə “dövlət hüququ” anlayışından istifadə etdik.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə