Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə139/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   132   133   134   135   136   137   138   139   140

Fərhad Mehdiyev
300
Kiməsə e tibar elə səndə, onu yoxlamağı unutma (Rus atasözü)
§ 11. İNZİBATİ FƏALİYYƏTƏ NƏZARƏT
Nəzarətdən  heç  kəs  xoşlanmır.  O,  həm  vaxt  və  iş  tələb  edir,  həm  də
müstəqilliyi  ümumiyyətlə  azaltdığı  üçün,  yoxlama  obyekti  tərəfindən
bəyənilmir.  Lakin  dövlət  və  ictimai  idarəetmədə,  yoxlama  olmasa,  bu  hal
özbaşınalığa  gətirib  çıxarar;  bu  məsələlər  haqqında  bu  kitabın  “Hüquqi  dövlət
prinsipləri” bölməsində geniş geniş danışdıq, inanırıq ki, oxucuları bu məsələdə
inandıra bilmişik.
Dövlət  hegemonluğunun  ifadəsi  olan  inzibati  hüquq i  aktlar  hüquqa  uyğun-
luq preyüdisiyasından faydalandığı üçün və birtərəfli olaraq vətəndaşların hüquq
və  azadlıqlarına  təsir  göstərə  bildiklərindən,  onların  hüquqiliyinin  yoxlanması
və  nəzarət  olunması  danılmaz əhəmiyyət  kəsb  edir.  Bu,  hüquqi  dövlətnin sine
qua non şərtlərinə daxildir. Lakin inzibati qərarların hüquqa uyğun olması  təkcə
idarə olunanlar  baxımından  deyil,  inzibati  orqanların  normal  daxili  fəaliyyətin -
dən  başlayaraq  ictimai  asayiş  və  qaydanın  təmin  edilməsinə  qәdәr  əhəmiyyət
kəsb  edən  haldır.   Ona  görə  də  inzibati  orqanlarda  daim  daxili  nəzarət  sistemi
var, beləliklə, aparılan hüquqa uyğunluq nәzarәti ilə inzibati hüquqi aktların yu -
xarı aktlara uyğunluğu təmin edilir.
İnzibati  hüquqi  aktlarda  hüquqa  ziddiyyət  məsələsinin  yaranmasında
hüququ  tətbiq  edən (inzibati  akt  qəbul  edən) şəxslərin/məmurların  hüququ
bilməmələri  və  ya  yanlış  tətbiq  etmələrinin  böyük  payı  var.  Hüququ  tətbiq
edənlər həmişə hüquqşünaslar olmur, ictimai idarəetmənin müxtəlif pillələrində
olan  bürokratlar,  məmurlar  və  texniki işçilər  onunla  məşğul  olurlar.
Xidmətdaxili  təhsil  metodları  ilə  inzibati qulluqçuları  müxtəlif  baxımdan
yetişdirmək  mümkündür,  lakin  onların  çoxu  icra  etdikləri  xidməti  fəaliyyətin
hüquqi rejimi haqqında yetərincə məlumatlı olmurlar.
İnzibati hüquqi aktların hüquqa zidd qəbul edilməsində başqa bir səbəb də,
inzibati  qulluqçuların  subyektiv  davranışlarıdır.  Bu  halda  inzibati  akt əsasən
ictimai  maraq üçün qəbul edilmədiyinə  görə qanunsuz sayılmalıdır.  Ölkəmizdə
bu  vəziyyət,  yayğın  və  qəbul  olunmuş  hal  kimi   hesab  edilə  bilər.  Bunun  isbatı
bu atasözüdür: el üçün ağlayanın gözü kor olar.
İnzibati  hüquqi  aktlar  üzərində,  bunların  hüquqa  zidd  olub  olmadığını
müəyyən  etmək  üçün,  nәzarәti  aparacaq  orqan  baxımından  iki əsas  nәzarәt
metodu  mövcuddur.  Bunlardan  ilki,  idarəetmə  orqanlarının  özünün  apardığı
nəzarətdir  ki,  sadəcə  hüquqa  uyğunluq  deyil,  ayrıca  mәqsәdә  uyğunluq
nәzarәtini də əhatə edir. Bu nәzarәt nəticəsində inzibati aktın ləğv edilməsi, geri


İnzibati hüquq
301
alınması  və  dəyişdirilməsi  mümkün  ola  bilәr.
615
  Aktların  hüquqa  uyğunluq
nәzarәtinin  mümkün  olan  digər  bir  nəticəsi,  inzibati  qəyyumluq  nәzarәti
sonunda  tətbiq  oluna  biləcək  “aktın  qüvvəyə  minməməsi”  və  ya  “aktın
natamam qalmasıdır”. Habelə ölkəmizdə olduğu kimi, nəzarət orqanının aktın
etibarsız sayılması üçün məhkəməyə müraciət etmə məxanizmi nəzərdə tutulur.
İnzibati  aktlar  üzərində digər  nəzarət  növü,  əslində ən  əhəmiyyətli olan
məhkəmə  nəzarətidir.  Burada  akt  üzərində  nәzarәt  ancaq  hüquqa  uyğunluq
nәzarәti  ilə  məhdudlaşır,  nәzarәti  inzibati  orqanlardan  müstəqil  olan
məhkəmələr  aparır.  Nәzarәti  aparan  orqanın  administrasiyadan  kənar  orqan
olması  çox  vacibdir.  Çünki  inzibati  qərarın  hüquqa  ziddiyyəti  idarəetmə
orqanlarının  mənafeyinin  aşırı  şəkildə  qorunmasından  və  başqa  mənafelərin
pozulmasından  irəli  gəlirsə,  inzibati  nәzarәtin  təsirli  ola  biləcəyini  düşünmək
sadəlövhlük  olar.  Məhkəmə  nəzarəti  idarəetmə  orqanlarının  hüquqa  uyğun
davranmasını  təmin  edəcək  yeganə  və  ən  təsirli  yoldur.  Bunun  səbəbi  təkcə
mәhkәmә qərarlarının məcburiliyindən irəli gəlmir. Bu şəkildə apar ılan nәzarәt
yalnız  hüquq  qaydalarına  dayandığı  üçün ən  az  siyasi  təsirə  məruz  qalan
nәzarәt  metodudur. İdarə  olunanların  hüquqlarını  özbaşına  və  hüquqa  zidd
inzibati  davranışlardan  qorumaq  üçün  tətbiq  edilən  bu  metod  administrasiyanı
haqsız və ictimai marağa zidd davranışlardan çəkinməyə, hüquqa uyğun hərəkət
etməyə məcbur edir.
İnzibati aktlar üzərində başqa nəzarət növü ombudsman nәzarәtidir. Hüqu -
qa  uyğunluq  və  mәqsәdә  uyğunluq  nәzarәtini  də  həyata  keçirən  ombudsman
nәzarәti, məhkəmə nәzarәtinin yetərli olmadığı, məhkəmə nəzarətindən kənarda
qalan  məsələləri  əhatə  edir.  Bununla  belə  inzibati  aktlar  üzərində  ombudsman
nәzarәtinin təsirli sanksiyası olmadığından, məhkəmə nəzarətini əvəz etməsi də
mümkün deyil. Azərbaycanda 28 Dekabr 2001-ci ildə “İnsan hü quqları müvək-
kili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qәbul edilib,
616
 2002-ci ilin
iyulundan  ombudsman  vəzifəsini  icra  etməyə  başlayıb.  Qeyd  etməliyik  ki,
ombudsmanın Azərbaycan şəraitində fəaliyyəti təqdirə layiqdir.
I. İNZİBATİ NƏZARƏT METODLARI
Inzibati nəzarətin növlәri olan ierarxiya nәzarәti və inzibati qəyyumluq nə -
zarəti  idarəetmə  orqanlarının  daxili,  öz  orqanları, metodları  və  nәticәlәri  baxı -
mından  aparılan  nәzarәti  ifadә  edir.
617
  Rusiya  hüququnda  bu, daxili nәzarәt
615
 Duran, s.421.
616
Ölkəmizin hüquq sistemində “konstitusiya qanunları” qanunlardan daha yüksək (83) səsçoxluğu
ilə qәbul edilən, qüvvəsi başqa qanunlardan üstün olan qanunları ifadə edir.
617
Atay, s. 77.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə