Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə2/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   2   3   4   5   6   7   8   9   ...   140

vi
yetirmələrini  xahiş  edirik. Ədəbiyyat  saysına  baxıldıqda,  yazılma  sırasında
xarici dildən bir çox kitab və məqalədən istifadə olunduğu, müvafiq beynəlxalq
qurumlarının qərarlarına birbaşa istinad edildiyi görülə bilər. Bu kitabda verilən
fikir  və  tezislərin  hamısı  elmi  istinadla  verildiyi  üçün  onların  mötəbərliyinə
təminat veririk.
Elm  adamlarının  məhsulu,  əlbəttə  ki birinci  dərəcədə  elmi  fikirlər  və
tədqiqatlardır.  O,  şəraitdən  asılı  olmadan,  elmi  öyrənib  yaymaqla  yaşadığı
cəmiyyətə tövhə verməlidir. Əslində verilən tövhə, sadəcə cəmiyyətə aid olmur,
bundan  ümumiyyətlə  bütün  bəşəriyyət  istifadə  edir.  Bunun  sayəsindədi r  ki,
insan ilk yaradıldığı gündən bu yana, ona məqsəd qoyulan mükəməlliyə doğru
addım addım ilərləyir. Bu ilərləyişin ən mühüm faktorlarından birisi də, əlbəttə
ki elmdir.
Bu  mülahizə  ilə,  kitabı  sadəcə  bir  dərs  vəsaiti  deyil,  eyni  zamanda  elmi
əsər kimi yazmayı hədəflədik. Gənclərimiz, dəqiq elm sahələrində olduğu kimi,
humanitar,  o  cümlədən  hüquq  elmi  sahəsində  də,  bəşəriyyətin  ən  son
nailiyyətlərini  öyrənməli  və  tətbiq  etməlidir.  Hər  nə  qədər  bu  kitabda  bir  çox
problemli  məsələ  ortaya  qoyulubsa  da,  bu  məcburiyyətdən  irəli  gəlir  və  bu
promlemlərin  həlli  məqsədini  güdür.  Əsasən,  qərb  təhsil  sistemi  “problem
həllinə  əsaslanan  tədris”  üzərində  qurulduğuna  görə,  bu  əsərdə  problemlərin
müzakirə olunması da məqsədə uyğun görülməlidir. Ali təhsilə yiyələnən insa n,
fərqli düşünməyi öyrənməlidir.
Bu kitabda elə məqamlar görəcəksiniz ki, bizim ölkəmizdə bunların bəlkə
də imkansız  olduğunu  düşünəcəksiniz.  Məsələn  ağlınıza  gələ  bilər  ki,
Azərbaycanda  avtomobil  yollarında  açıq  qalan  kanalizasiya  deşiyinə  düşmüş
bir  sürücü,  çətin  ki  müvafiq  inzibati  orqanı  məhkəməyə  verib  ondan
kompensasiya  ala  bilər.  Ən  azından  indiyə  kimi  buna şahid  olmamışıq.  Şahid
olmasaq  da,  bu  demək  deyil  ki,  bunun  olması  imkansızdır.  Tam  tərsinə,  bu
mümkündür.  Lakin  sistemimiz  ümumilikdə  bu  mexanizmləri  işlətmir.  Bu
kitabın  məqsədi  də,  məhz  bu  mexanizmlərin  varlığını  və  necə  işlədiklərini
göstərməkdir.  Avropa  ölkələrində  inzibati
hüququn  bu  mexanizmləri
olmasaydı, əlbəttə  ki  orada  bu  cür  yüksək  səviyyəli  sosial  rifah  dövləti  də
qurula bilməzdi.
Bu  bir  həqiqətdir  ki,  qarşımızdakı  illərdə  ölkəmiz,  xüsusən  enerji
ehtiyatları  ve  geo-siyasi  mövgeyi  səbəbilə,  getdikçə  ilərləyəcək  və  inkişaf
edəcək.  Bizim  üçün  bu,  sosial  hüquqi  dövləti  qurabilmək  üçün  qaçırılmaz  bir
fürsətdir. Uyğun idarəetmə siyasəti və vasitələri, bu məqsədə nail olmada əsas
faktorlardır.  İnzibati hüquq  da  bu  prosessin əsas  hüquq  sahəsi  olub,  hüquqi
dövlətin “künc daşını” təşkil edir. Mədəni millətlər arasın da yerimizin bərqərar
olması üçün, lazimı inzibati hüquq institutlarını da öyrənib tətbiq etməliyik.


vii
M Ü N D Ə R İ C A T
§1. İDARƏETMƏ, İNZİBATİ ORQANLAR VƏ İNZİBATİ HÜQUQ........... 5
I. İdarəetmə (Administrasiya) Anlayışı .......................................................... 5
A. ORQANİK MƏNADA İDARƏ. İNZİBATİ ORQAN ANLAYIŞI ............................ 6
1. Qanunvericilik orqanı və inzibati orqanlar ..................................................................7
2. Məhkəmə və inzibati orqanlar .....................................................................................8
3. İcra Hakimiyyəti və inzibati orqanlar ........................................................................11
4. Ümumi hüquq şəxsləri ..............................................................................................15
B. İDARƏETMƏ FUNKSİYASI (İNZİBATİ FƏALİYYƏT) ...................................... 19
1. Qanunvericilik fəaliyyəti və inzibati fəaliyyət ..........................................................20
2. Məhkəmə fəaliyyəti və inzibati fəaliyyət ..................................................................21
3. İcra hakimiyyəti və inzibati fəaliyyət ........................................................................22
II. İnzibati Fəaliyyətin Predmeti, Məqsədi və Xüsusiyyətləri ................... 24
A. İNZİBATİ FƏALİYYƏTİN PREDMETİ .................................................................. 24
B. İNZİBATİ FƏALİYYƏTİN MƏQSƏDİ ..................................................................... 25
C. İNZIBATİ FƏALİYYƏTİN XÜSUSİYYƏTLƏRİ ....................................................25
1. İnzibati fəaliyyətin inzibati hüquqi aktlarla həyata keçirilməsi ................................25
2. İnzibati fəaliyyətin üstün və imtiyazli səlahiyyətlər (hakimiyyət gücü) tətbiq
olunaraq yerinə yetirilməsi .......................................................................................26
3. İnzibati fəaliyyətin daimi dövlət funksiyası  olması ..................................................26
III.
İnzibati Hüququn Tənzimləmə Sahəsi ............................................. 28
A. DÖVLƏT HEGEMONLUĞU (HAKİMİYYƏT GÜCÜ) MEYARI .............................28
B. İCTİMAİ XİDMƏT MEYARI ......................................................................................29
C. YENİ DÖVLƏT HEGEMONLUĞU MEYARI .........................................................30
§ 2. İNZİBATİ HÜQUQUN MƏNBƏLƏRİ VƏ XÜSUSİYYƏT LƏRİ .......... 31
I. Mənbələr...................................................................................................... 31
A. KONSTİTUSİYA ............................................................................................................. 31
B. BAŞQA YAZILI MƏNBƏLƏR.....................................................................................31
C. MƏHKƏMƏ QƏRARLARI ..........................................................................................31
D. İNZİBATİ ADƏTLƏR VƏ İNZİBATİ PRAKTİKA.................................................32
E. NƏZƏRİYYƏ ...................................................................................................................32
II. İnzibati Hüququn Xüsusiyyətləri............................................................. 32
A.  İNZİBATİ İDARƏETMƏ HÜQUQU YENİ HÜQUQ SAHƏSİDİR ..................32


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə