Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə14/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   10   11   12   13   14   15   16   17   ...   140

Fərhad Mehdiyev
10
vətəndaş ların törətdiyi inzibati xətaların icraatını aparmağa davam etdilər. Başqa
bir  sözlə,  Rusiyadakı  inzibati  məhkəmələr,  Avropadakı  inzibati  məhkəmələrə
ancaq adı ilə bənzəyirlər, yoxsa fəaliyyətlərində hər hansı bir bənzərlik yoxdur.
Ölkəmizdə 2009-cu  ildə İPM-nin  qəbulu  ilə, 2011-ci ildə inzibati  məh-
kəmələr fəaliyyətə  başlayacaq.  Lakin  ayrı  bir  ixtisaslaşmış  məhkəmə  yaratmaq
əvəzinə,  ola  bilsin  texniki  çətinliklər  səbəbilə,  bu  məhkəmələr  mövcud  iqtisad
məhkəmələrinin bazasında, onlarla birləşdirilərək yara dılmışdır. Bunun bir başqa
səbəbi də o ola bilər ki, iqtisad məhkəmələri bizdə inzibati işlərin bir hissəsinə də
baxırdılar,  xüsusilə  maraqlı  şəxs  hüquqi şəxs  olduğu  hallarda,  yaxud  da  vergi
mübahisələrində olduğu kimi. Halbuki bu nu çox da uğurlu addım saymaq olmaz:
burada  yatan  problem  ondan  ibarətdir  ki,  iqtisadi  mübahisələrdə  əsasən  ictimai
maraq  aspekti  olmur və  onlara  ümumi  hüquq  (public law)  qaydaları  tətbiq
olunmur.  Iqtisadi  mübahisələrdə  biznes, şəxsi  maraqlar  var. İ nzibati  müba-
hisələrdə  isə  tam  tərsinə, ictimai  maraq  mövcuddur  və  bu  işlərə  buna görə
baxılmalıdır. İnzibati  işlərdə tətbiq  edilən  prosessual  hüquq  prinsipləri  də
fərqlənir.  Ümid  edirik  ki,  zamanla  inzibati  məhkəmələr tamamilə ayrılacaq,
iqtisad məhkəmələri isə sırf iqtisadi ixtilaflara baxacaqdır.
c) Konstitusiya Məhkəməsi
Konstitusiya  Məhkəməsinin  nə  olduğunu  dərk  etmək  üçün, Washington
DC-də  yerləşən  Ali  Məhkəmənin  qabağına  gedib  onun  üstündəki  yazıları
oxumalısınız.  Konstitusiya  Məhkəməsi  mistik  bir  qurumdur,  hesab  olunur  ki,
siyasi ve hüquqi sistemin son qoruyucusu məhz bu Məhkəmədir. Dövlət icraatı
qanunlarla  həyata  keçirildiyi  üçün,  bu  qanunların –  ki  bunlar  bir  vasitədir –
leqitimliyinə KM nəzarət edir (etməlidir).
Ölkəmizdə qanunların, fərmanların, NK qərarlarının, mərkəzi icra h akimiy-
yəti orqanlarının, ümumiyyətlə, Konstitusiyanın 130 -cu maddəsində göstərilmiş
normativ  hüquqi  aktların  üstün  qüvvəli  normalara  uyğunluğunu  Konstitusiya
Məhkəməsi  yoxlayır. Konstitusiya Məhkəməsi impiçment, seçkilərə aid məsə -
lələr barədə də qərar verir.
Konstitusiya  Məhkəməsi  2002-ci  il  Konstitusiya  dəyişikliyindən  sonra
məhkəmədə  baxılan  mübahisələrdə  tətbiq  olunmuş  normaların  da  üstün  qüvvəli
normalara  (qanunlar  və    Konstitusiyada  göstərilən  hüquq  və  azadlıqları  pozub -
pozmaması baxımından) uyğunluğunu yoxlayır.
Bəzi  ölkələrdə  Konstitusiya  Məhkəməsi  siyasi  partiyaların  bağlanması,  ləğv
edilməsi məsələsinə də baxır. Bu da mahiyyətçə inzibati ixtilafdır.
Xülasə, müxtəlif  məhkəmələrdən  ibarət  orqanlar  toplusu  olan  məhkəmə
sistemini, orqanik mənada administrasiyadan ayırmaq çətinlik yaratmır.  Lakin


İnzibati hüquq
11
funksional  mənada,  daha  əvvəl  qeyd  etdiyimiz  kimi, bəzi  nadir  halarda məh-
kəmə orqanları da idarəetmə fəaliyyətini həyata keçirə bilər.
3. İcra Hakimiyyəti və inzibati orqanlar
Qanunvericilik  və  məhkəmə  hakimiyyətindən  kənarda  qalan  inzibati  orqanla-
rın, icra hakimiyyəti (İH) daxilində yerini necə müəyyən etmək olar? Sualı tərsinə
də  qoya  bilərik –  icra  hakimiyyətinin  idarəetmə  (inzibati  orqanlar) arasında  yeri
nədir?
Onu qeyd etmək istəyirik ki, bəzi qanunlarda “icra hakimiyyəti” və “idarəetmə
orqanları”  eyni  mənada  işlənir.  Məsələn,  «Antiinhisar  fəaliyyəti  haqqında»
Qanunun  4-cü  maddəsində  olduğu  kimi ,  orada  “idarəetmə  orqanı”  anlayışından
istifadə  olunur.  Lakin  aşağıda  görüləcəyi  kimi,  “idarəetmə  orqanları”  termini
ölkəmiz  baxımından  “icra  hakimiyyəti”  terminindən  daha  genişdir.  Çünki bu
anlayışa, mərkəzi İH orqanları ilə yanaşı, bələdiyyələr, universitetlər, bəzi Şuralar,
kollegiyalar, hətta xüsusi hüquq şəxsləri belə
15
 daxil ola bilər.
Burada  “siyasi  orqan”  ilə  “inzibati  orqan”  anlayışları  arasındakı  fərqə  toxun-
malıyıq. Siyasi orqan siyasi fəaliyyət icra edir, siyasi fəaliyyət mahiyyəti etibarı ilə
inzibati  hüquqa  aid  deyildir.  Məsələn  xarici  siyasət  fəaliyyəti  kimi. İcra
hakimiyyəti orqanları bəzən siyas i orqan qismində çıxış edir və siyasi fəaliyyət icra
edir.  Belə  hallar  olduqda  bunlar  inzibati  hüququn  predmetinə  aid  olmur.  Lakin
mümkündür ki, bir orqan həm siyasi fəaliyyət, həm də inzibati fəaliyyət icra etsin:
bunlardan ancaq inzibati fəaliyyət bizim üçün maraq doğuracaq.
Ali  icra  hakimiyyəti  ölkəmizdə  Prezidentin  əlində  toplanır. Əslində, Konsti-
tusiyanın  özü,  icra  hakimiyyətinin  Prezidentə  mənsub  olduğunu  müəyyən  edir.
Xatırlatmaq  lazımdır  ki,  sovet  hüququnda  olan  “dövlət  idarəetmə  orqanı”  ter -
minini  1995-ci  il  Konstitusiyası  qəbul  etməyib.  Onun  yerinə  “icra  hakimiyyəti
orqanı” işlədilir, lakin bu terminlərin eyni olmadığını vurğulamaq lazımdır; ikinci
daha dar məna ifadə edir.
16
 Nazirlər Kabineti Prezidentin icra funksiyasını həyata
keçirən köməkçi orqandır. Administrasiyanı Prezidentdən və NK-dan ayrı şəkildə
düşünmək  olarmı? Demək  olarmı  ki,  o rqanik  mənada  “administrasiya/idarə”
Prezident  və  NK-nın  tam  xaricində  olub,  icra  hakimiyyətinin  ayrı  bir  qanadını
təşkil edir?
Məsələyə  müxtəlif  yönlərdən  yan aşmaq lazımdır. Məsələn,  yerli icra haki-
miyyətlərini  tənzimləyən  Konstitusiyanın  124 -cü  maddəsi  “yerlərdə  icra  haki-
miyyəti  (idarəetmə)  yerli  icra  hakimiyyətləri  tərəfindən  həyata  keçirilir”  de -
15
Əgər ictimai xidmətin inhisarçı qaydada icra edilməsi xüsusi hüquq şəxsinə tapşırılıbs a.
16
Abdullayev Elşad. AR-in 12 noyabr 1995-ci il Konstitusiyasının qəbulundan sonra inzibati hüquq
elminin inkişafı, “Dövlət və hüquq” jurnalı, 1999, № 1 -3.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə