Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə22/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   18   19   20   21   22   23   24   25   ...   140

İnzibati hüquq
27
an  icra  edilir.  Qanunvericilik  və  məhkəmə  funksiyalarının  icrası  üçün  vəsa -
tət/ərizə (məsələn, qanun layihəsi və ya təklifinin, hüquqa ziddiyət ya da hüquq
pozuntusuna dair iddia) olmalıdır, lakin inzibati fəaliyyətinin icra edilməsi üçün
buna  ehtiyac  yoxdur. Administrasiya  özü  hərəkətə  keçir  və  funksiyanı  yerinə
yetirir. Nəhayət, idarəetmə fəaliyyəti şəxslərlə birbaşa və hər an işləyən dövlət
funksiyasıdır.  İnsanlar  təqsirləndirilən  şəxs,  iddiaçı,  cavabdeh  və  ya şahid
olmadıqca,  ola  bilər  ki,  həyatları  boyunca  məhkəməyə  çıxmasınlar. Halbuki
inzibati  orqanların səyi  (icraatı) olmasa,  çox  vaxt  qanunvericilik  orqanının
fəaliyyət  və  aktları  şəxslərə  təsir  göstərmir. Əslində şəxslər  həyatlarının hər
anında inzibati  orqanlar  ilə
birbaşa  münasibətdədirlər. İnzibati  orqanlar
vətəndaşların  şəxsi  və  əmlak  təhlükəsizliyini  təmin  edir,  səhiyyə,  təhsil  qurum -
larını  təşkil  edir  və  işlədir,  yol,  su,  elektrik  enerjisi,  mavi  yanacaq  xətləri  çəkir.
Xülasə,  vətəndaşlar  həyatlarının  hər  anında  idarəetmə  orqanları  ilə  münasibətdə
olurlar. Məsələn axşamlar evdə oturub online qazet oxuduğunuzda belə, inzibati
orqan  ilə  münasibətdə  olursunuz:  internet  xidmətinin  təqdimində  Rabitə
Nazirliyinə bağlı qurumlar var.
Ancaq  vətəndaşlar  qanunvericilik  və  məhkəmə  orqanları  ilə  münasibətə
girdikdə, bu münasibət daha qabarıq siyasi və hüquqi münasibət kimi çıxış edir.
Məsələn,  parlament  sədrinə  yaxud  üzvlərinə  vətəndaşlar ərizə  ilə  müraciət  edə
bilər. Məhkəmədə isə vətəndaşlar bir qayda olaraq tərəf kimi çıxış edirlər.


Fərhad Mehdiyev
28
III. İNZİBATİ HÜQUQUN TƏNZİMLƏMƏ SAHƏSİ
İnzibati  hüququ,  inzibati  xətalar  hüququndan  ayırdıqdan  sonra,  onu
“inzibati idarəetmə  orqanlarının səlahiyyət  və  öhdəliklərinin” hüququ  kimi
qısaca  tərif  edə  bilərik.  Bununla  belə,  inzibati  hüquq,  administrasiyanı
tənzimləyən yeganə hüquq sahəsi deyildir. İnzibati orqanların elə fəaliyyəti ola
bilər  ki,  onlar  mülki  hüquqla  tənzimlənsin. Yuxarıdakı  izahatlarımızdan
anlaşıldığı  kimi,  inzibati ədliyyə  rejimini  mənimsəmiş  ölkələrdə belə, inzibati
orqanların  bəzi  fəaliyyətləri  xüsusi  (mülki)  hüquqa  tabe  edilə  bilər. Məsələn
bələdiyyənin  öz  yeməkxanasına  tərəvəz  alması  ilə  bağlı  alqı -satqı  müqaviləsi,
əsasən Mülki hüquqa tabedir.
Belə olan halda İnzibati hüquq ilə xüsusi (mülki) hüququn administrasiya
üzərində  tətbiqi  necə  müəyyən  ediləcək? Başqa  bir  sözlə, inzibati  orqanların
tərəf  olduğu  hadisələrdə, hansı  hallarda  inzibati  (ümumi)  hüquq  qaydalarını,
hansı  hallarda  isə  xüsusi  (özəl)  hüquq  qaydalarının  tətbiq  ediləcəyini
müəyyənləşdirməliyik. Bu  məsələnin  araşdırılmasında  müxtəlif  meyarlardan
istifadə olunur.
A. DÖVLƏT HEGEMONLUĞU (HAKİMİYYƏT GÜCÜ) MEYARI
Qərbi  Avropada  XIX  əsrin  sonuna  qədər  istifadə  olunan  bu  meyara  görə,
idarəetmə  orqanlarının  dövlət  hegemonluğundan  (hakimiyyət  gücündən)
istifadə edərək icra etdiyi işlər inzibati hüququn predmetini təşkil edir. Bundan
fərqli  olaraq,  idarəetmə  orqanlarının  özəl
şəxslərlə  bərabər  hüquqlu
münasibətlərdə olduğu işlər ümumi hüquqa yox, özəl/xüsusi hüquqa tabedir. Bu
meyar  dövlətin  ictimai  həyata  çox  müdaxilə  etmədiyi  zamanlarda  ortaya
qoyulan və istifadə edilən meyardır.
“Hakimiyyət gücü” meyarı dövlətin (inzibati orqanların) iqtisadi və ictimai
həyata  qarışmağa  başlaması  ilə inzibati idarəetmə  hüququnun  predmetini
açıqlamaqda  yetərli  olmadı.  İqtisadi  və  ictimai  həyata  müdaxilə  edən  dövlət,
sadəcə  əmr  edən,  qadağan  edən  və  mədudlaşdıran  güc  olmaqdan  çıxıb  və
cəmiyyət  üçün  bəzi  xidmətlər  göstərməyə  başlayıb.  Beləliklə,  dövlət  gücünün
əmrediciliyi  xaricində  qalan,  amma  yenə  də xüsusi  hüququ  aşan  bəzi  hüquqi
münasibətlər  yaranıb.  Bu  səbəbdən  indi  genişləndirilmiş  yeni  dövlət
hegemonluğu meyarından istifadə olunur.
42
42
Gözübüyük, Tan, 1 Cild, s.23.


İnzibati hüquq
29
B. İCTİMAİ XİDMƏT MEYARI
Dövlətin iqtisadi və ictimai həyata müdaxilə etməyə başlaması ilə "ictimai
xidmət"  termini İnzibati  idarəetmə  hüququnun  tənzimləmə  sahəsini  müəyyən
edən  meyar  kimi  istifadə  edilməyə  başlanıb.  Bu  meyara  görə, inzibati  orqan-
larının  ictimai  ehtiyacları ödəmək  üçün  girişdiyi  bütün  fəaliyyətlər  ictimai
xidmət  sayılır  və İnzibati  idarəetmə  hüququnun  predmetini  təşkil  etdiyi  qəbul
edilir.  Bu  meyardan  Avropada  XX əsrin  əvvəlindən  istifadə  olunur.  Ictimai
xidmətlər  əvəllər  ümumi  hüquq  qaydalarına  aparıldığı  üçün,  inzibati  hüququn
predmetini müəyyən etmədə ictimai xidmətlərin rejimi əlverişli idi.
Özəl  sektorun  ekonomik  güclərinin  zəifliyi,  ya  da  sərfəli  saymadığı  üçün
icra  etmədiyi  fəaliyyətləri, administrasiyanın  özü ictimai  xidmət şəklində  icra
etməyə başlayıb. Misal olaraq poçt, dəmir yolları, dəniz yolları və s. göstərmək
olar. Məsələn  əhalini  içməli  su  ilə  təmin  edilməsi  zərurətdir,  lakin  bunu  xeyir
əldə etmək məqsədi ilə həyata keçirmək olmur – yüksək investisiya tələb etdiyi
halda vətəndaşlardan alınan pul məbləği xeyli düşük olmalıdır. Buna görə belə
xidmətləri  təşkil  edən  fəaliyyətin  xüsusiyyətlə ri  onların xüsusi  (mülki)
hüquqdan  daha  fərqli  qaydalara  tabe  olmasını  tələb  edir. İnziba ti  hüquqa  da,
xüsusi hüquqdan  fərqli  qaydalara  tabe  olan “ictimai  xidmətlər  hüququ”  kimi
tərif verilib.
Lakin dövlətin iqtisadi və ictimai həyata daha çox müdaxilə etməsi , habelə
özəl şəxslərin icra etdiyi ticarət, sənaye və ya iqtisadi fəaliyyəti də dövlətin icra
etməyə  başlamasından  sonra,  ictimai  xidmət  termini  get -gedə  qeyri-müəyyən
hala  gəlib  və inzibati  hüququn  tənzimləmə  sahəsini  ortaya  qoyan  meyar
olmaqdan çıxıb. Çünki bəzi ictimai xidmətlər artıq ümumi hüquq rejiminə tabe
olmurdu. Administrasiyanın  icra etdiyi  bu  yeni  ictimai  xidmətlər  özəl  sektorla
rəqabət şəraitində və müəyyən mənfəət prinsipləri ilə icra edildiyi üçün , onların
(xidmətlərin)  quruluşu  və  bəzi prinsipləri İnzibati  idarəetmə  hüququ  sahəsinə
daxil  olur.  Bununla belə,  onların  fəaliyyəti,  xüsusilə  ayrı -ayrı  şəxslərlə  olan
münasibətləri  özəl  hüquq  qaydaları  ilə  tənzimlənir. Üstəlik,  Avropada  GATS
müqaviləsinin  və  AB  Təsis  müqaviləsinin  təsiri  ilə,  sərbəst  rəqabət  qaydaları
getdikçə ictimai xidmət növlərinə də tətbiq edilməyə başlanıb.
43
Avropanın bir
çox  ölkələrində,  enerji  və  rabitə  xidmətləri  özəlləşdirilib,  inhisarçı  qaydada
aparılmır  və  xüsusi  hüquqa  uyğun  icra  edilir. Belə  olan  halda,  ictmai
43
Avropa  Parlamentinin  13.01.2004  tarixli  Rezolusiyasına  görə,  ancaq  səhiyyə,  təhsil  və  mənzil
təminatı kimi ictimai xidmətlər rəqabət qaydaları xaricində icra oluna bilən ictimai xidmətlər kimi
saxlanılıb.    GATS  müqaviləsinə  görə  160-a  yaxın  xidmət  növləri,  təhsil  və  uşaqların  qayğısı
sektoru daxil olmaqla, bu müqavilə ilə tənzimlənib. Azərbaycan hələ ki GATS`a tərəf olmayıb.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə