Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə19/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   15   16   17   18   19   20   21   22   ...   140

Fərhad Mehdiyev
20
müəyyən  olunur,  bu  fəaliyyətin  icrasından  yaranır.   Bu  səbəblə  bir  fəaliyyət
inzibati olaraq müəyyən edildikdə, ona inzibati (ümumi) hüquq qaydaları tətbiq
edilir və belə mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır.
29
Funksional  mənada  idarəetmə,  inzibati  fəaliyyəti  ifadə  edir. Bu  kitabda
“idarəetmə funskiyası  (fəaliyyəti)”  ilə  “inzibati  fəaliyyət”  eyni  mənalarda
işlədilir. İndi isə qanunvericilik, məhkəmə və inzibati fəaliyyət arasındakı fə rqə
toxunaq.
1. Qanunvericilik fəaliyyəti və inzibati fəaliyyət
Qanunvericilik funksiyasının nə olduğunu müəyyən etmək və idarəetmə fəaliy-
yətindən (inzibati fəaliyyətdən) fərqləndirmək üçün maddi (funksional) və orqanik
meyarlardan istifadə olunur.
Maddi (funksional) mənada qanunvericilik ümumi  qayda qoyma, dəyişdir -
mə  və  ləğv  etmə  fəaliyyətidir. İ darəetmə  funksiyası   isə  ümumi  və  mücərrəd
normaların müəyyən şəxs və hadisələrə tətbiq edilməsidir. Ancaq maddi meyar -
dan  istifadə  edərək  qanunvericilik  funksiyasını idarəetmə  fəaliyyətindən  ayır-
maq hər zaman mümkün olmur. Çünki qanunvericiliyin fərdi aktları və fəaliy -
yəti olduğu kimi, idarəetmə orqanları da ümumi qayda (norma) yaratma fəaliy -
yətini həyata keçirir.
Konstitusiyanın  Milli  Məclisin  səlahiyyətlərini  tənzimləyən  94  və  95-ci
maddələrini incələsək görərik ki, Milli Məclisin funksiyası təkcə ümumi qayda
qoyma,  dəyişdirmə  və  ləğv  etmə  fəaliyyətlərindən  ibarət  deyil.  Misal  olaraq,
etimadsızlıq mexanizmi ilə NK-ya nəzarət etmək, fövqaladə və hərbi vəziyyətin
elan  edilməsi  qərarını  təsdiqləmək,  hakimlərin,  yaxud  millət  vəkillərinin  toxu -
nulmazlığına son vermək, şuralara üzv təyin etmək kimi qərarları ümumi qayda
qoyma  fəaliyyəti  deyil. Digər  tərəfdən ,  Konstitusiya  həm  Prezidentin,  həm  də
NK-nın    fərman  və qərar şəklində  ümumi  qaydaqoyma  səlahiyyətini  tanıyır.
Lakin  burada  qarşımızda  olan  ümumi  qaydaqoyma  funksiyasının  (fərman  və
NK qərarları vasitəsilə) qanunların icrasını təmin etmək üçün həyata keçirildi -
yini unutmaq olmaz. Belə halda, Konstitusiyaya görə, qanunvericilik və idarə-
etmə orqanlarını bir -birindən rahatlıqla ayırd etmək mümkün olsa da, bu orqan -
ların fəaliyyətinin mahiyyətindən çıxış edərək qanunvericilik və idarə funksiya -
larını bir-birindən fərqləndirmək mümkün olmur.
Qanunvericilik  və  idarəetmə  funksiyalarının  ayırd  edilməsində  maddi  me -
yar yetərsiz və əlverişsiz olduğundan, bu fərqləndirmədə orqanik meyardan da
istifadə etmək  lazımdır.  Ona  görə  də parlamentin ümumi  qayda  qoyma  və  qa -
29
Qanunvericilik  buna  istisna  gətirə  bilər.  Məsələn İİHQ -a  görə,  inzibati  xətaların  icraatına  həmin
qanun tətbiq olunmur.


İnzibati hüquq
21
nunvericilik  siyasəti,  habelə  siyasi  fəaliyyəti, idarəetmə   fəaliyyəti  daxilində
götürülə bilməz,  bu  fəaliyyətlər  qanunvericilik  funksiyası  içində  tədqiq  edilmə -
lidir; idarəetmə  orqanlarının  da  siyasi  fəaliyyətinə  daxil  olmayan  bütün  fəaliy -
yətlərinə idarəetmə funksiyası daxilində baxılmalıdır.
Məsələn,  Konstitusiyanın  95.11-ci  maddəsi  parlamentin  həll  etdiyi  ümumi
qaydalar arasında ərazi quruluşunu  göstərir.  Halbuki  ərazi quruluşunu (rayonların
sayını,  sərhədlərini)  müəyyən  etmək  tipik  administrativ  fəaliyyətdir.
30
  96-cı  mad-
dədə göstərilən “NK-nın etimad məsələsi” isə siyasi fəaliyyətdir.
2. Məhkəmə fəaliyyəti və inzibati fəaliyyət
Maddi mənada məhkəmə funksiyası hüquqi mübahisələrə və hüquq pozun-
tularına dair iddialara baxan və qərar çıxaran dövlət funksiyasıdır. Bu  mənada
məhkəmə  funksiyasının  icra  edilə  bilməsi   üçün  hüququn  pozulduğuna  dair
iddia,  bu  iddianın  araşdırılması  və  hüququn  pozulduğu  halda  hüquq  nizamını
yenidən bərpa etmək üçün sanksiya tətbiq edilməlidir. Məhkəmə funksiyası və
bu funksiyanı yerinə yetirən məhkəmə aktı bu üç mərhələdən keçir.
Ancaq  qeyd  olunmalıdır  ki,  maddi  meyar  həmişə  məhkəmə  funksiyasını
idarəetmə  fəaliyyətindən fərqləndirməyə  kifayət  eləmir.  Çünki  bəzən  adminis -
trasiya  orqanları  da  hüquqi  mübahisələri  və başqa iddiaları  həll  edir.  Məsələn,
idarəetmə orqanının bir şəxsə inzibati cə za verməsi üçün bundan əvvəl o şəxsin
inzibati  xəta  törətməsi,  sonra  isə  bunun  həlli  və  qərar  çıxarılması  zəruridir.
Dövlət  Qulluğunu  İdarəetməsi Şurası  dövlət  qulluqçularına  verilən  intizam
tənbeh tədbirlərini araşdırmalı, onları ləğv etməli, ya da qüvvəd ə saxlamalıdır.
Dolayısıyla,  administrasiya  da  inzibati  cəza  verəndə  maddi  mənada  məhkəmə
fəaliyyətini  həyata  keçirir.
31
  Belə  olan  halda  administrasiya  da  ədalət  mühaki-
məsini həyata keçirirmi?
Təkcə  maddi  meyardan  istifadə  etsək  görərik  ki,  administrasiya da  hüquqi
mübahisələri və hüquq pozuntularına dair işləri həll edərkən mühakimə fəaliy-
yətini həyata keçirir. Amma Konstitusiya müddəalarından hərəkət etsək, yuxa -
rıdakı suala “yox” cavabını verməliyik. Çünki Konstitusiyanın 7-ci  maddəsinə
görə,  məhkəmə  ha kimiyyətini  müstəqil  məhkəmələr  həyata  keçirir.  Müstəqil
məhkəmənin  nə  olduğunu  Konstitusiyanın  127 -ci  maddəsi  göstərir:  hakimlər
ancaq  qanunlara  tabedirlər,  məhkəmə  icraatına  müdaxilə  edilməsi  qadağandır,
heç bir orqan və şəxs məhkəməyə və hakimlərə təsir  edə bilməz. Konstitusiyanın
128-ci maddəsi də hakimlərin toxunulmazlığı ilə bu müstəqilliyi qoruyur. Konsti -
tusiyanın bu müddəalarına əsasən demək olar ki, məhkəmə hakimiyyəti səlahiy -
30
Akyılmaz , Sezginer, s.34.
31
Günday Metin, İdare hukuku, İmaj Yayıncılık, Ankara, 1997, s.11.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə