Fərhad Mehdiyev
40
C. İNZİBATİ HÜQUQ VƏ ÜMUMI HÜQUQUN BAŞQA
SAHƏLƏRİ
Ümumi hüquq sahəsi olan İnzibati (idarəetmə) hüququ dövlət idarəçi-
liyinin hüquqiliyini araşdırdığından ümumi hüququn başqa sahələri ilə qarşılıqlı
əlaqədədir.
66
İnzibati hüquq, səpələnmiş qanunvericilik sahəsidir, i nzibati
hüququn vahid qanunu
(məcəlləsi)
yoxdur,
inzibati hüquq normaları
qanunvericiliyin müxtəlif sahələrində toplanıb.
İnzibati hüquqa ən yaxın hüquq sahəsi Konstitusiya hüququ-dur.
Dövlətin əsas təşkilatını, hakimiyyət qollarının yaradılması və fəaliyyətinin
əsas prinsiplərini, siyasi iqtidarın dəyişmə mexanizmini göstərən, insan hüquq -
larının təminatçısı olan Konstitusiya hüququnun İnzibati idarəetmə hüququ ilə
bağlı olması təbiidir. Unudulmamalıdır ki, İnzibati hüquqa hakim olan
prinsiplər və mənbələrin bir hissəsi Konstitusiyada əksini tapır.
İnzibati hüququn yaxın olduğu başqa hüquq sahəsi Cinayət prosessual
hüququdur.
67
Bir tərəfdə dövlətin, qarşı tərəfdə isə vətəndaşın olduğu hüquq
münasibətlərinin inzibati hüquqa da daxil olacağı aydındır.
68
Lakin ölkəmizdə
«İnzibati icraat haqqında» Qanunun 3-cü maddəsinə görə, cinayət-prosessual
fəaliyyətə inzibati icraat qaydaları şamil olunmur.
İnzibati hüququn Cinayət hüququ ilə münasibəti cinayət qanunlarının
dövlət idarəsi əleyhinə törədilən cinayətləri ehtiva etməsi və bəzi hallarda
blanket dispozisiyadan istifadə edərək cinayətin obyektiv cəhətinin təyini üçün
İnzibati hüquqa istinad etməsində ortaya çıxır.
69
Digər tərəfdən, cinayət
qanununda dövlət idarəçiliyi ilə bağlı normaların əksinə davrananlar üçün
66
Beynəlxalq ümumi hüququn, İnzibati idarəetmə hüququ ilə əlaqəsi olmadığı zamanlar da olub.
İnzibati idarəetmə hüququ administrasiyanın ölkəiçi idarəetməsinin hüquqiliyini incələyirdi. Lakin
insan hüquqları sahəsindəki inkişaf və əsas hüquqlara beynəlxalq müqavilələrlə garantiya
verilməsi, üstəlik, Avropa Şurası kimi beynəlxalq/regional qurumların bu sahədə səlahiyyət sahibi
olmaları, dövlətlərin məsuliyyətinə təsir göstərmələri, bu mövzuların həm İnzibati idarəetmə hüqu-
qu, həm də dövlətlərin ümumi hüququ ilə bağlı olması bu iki hüquq sahələri arasındakı müna-
sibətləri xeyli artırıb.
67
Polis hüququnun ayrıca hüquq fənni olmasını söyləmək hələ tezdir. Polis hüququ ilə bağlı tənzim-
ləmə Cinayət prosessual hüququna daxildir.
68
Bununla belə, burada bəzi incəliklərə diqqət yetirilməlidir. İstintaq orqanlarının hərəkətlərindən
administrativ məhkəmlərə yox, ə dliyyə məhkəmələrinə müraciət olunur. İstintaq orqanlarının
hüquqa zidd fəaliyyəti nəticəsində yaranan dövlətin maddi məsuliyyəti və buna müraciət yolları da
Azərbaycanda olduğu kimi, cinayət prosessual, ya da başqa qanunda tənzimlənə bilər.
69
Məsələn, “vəzifə səlahiyyətlərindən sui-istifadə” cinayətinin yaranmasını müəyyən etmək üçün,
“vəzifənin” nədən ibarət olduğu, yəni tərkibini müəyyən etmək lazımdır, lakin məmurun vəzifəsini
cinayət hüququ deyil, inzibati hüquq müəyyən edir.
İnzibati hüquq
41
sanksiyalar qoyulur, bu sanksiyalar hüquqi məsuliyyət formasında çıxış edir.
İnzibati xəta cinayət qanunu çərçivəsində cinayət də sayıla bilər.
Sonda vurğulanmalıdır ki, insan hüquqları İnzibati hüquq ilə sıx bağlıdır.
İnsan hüquqlarını, əslində, xüsusi hüquq şəxsi də (non-state actors) poza bilər,
lakin insan hüquqları baxımından əhəmiyyət kəsb edən pozuntular, daha çox
dövlət məmurlarının törətdiyi pozuntulardır. Bu cür ixtilafların böyük bir
hissəsi inzibati hüququn əhatə sahəsinə daxildir. Bunlara səyahət hüququ,
mülkiyyət hüququ (dövlətləşdirmə və memarlıq/şəhərsalma işlərində), təhsil
hüququ, vicdan azadlığı və s.-lə bağlı pozuntular misal ola bilər.
D. HÜQUQİ DÖVLƏT PRİNSİPLƏRİNİN TƏMİN EDİLMƏ SİNDƏ
İNZİBATİ HÜQUQUN YERİ
Qanunvericilik orqanı üzərində konstitusiya nəzarəti prinsipi xaricində
hüquqi dövlətin bütün prinsipləri ya birbaşa, ya da dolayı olaraq icra hakimiy -
yəti və onun davamı olan administrasiya ilə sıx bağlıdır.
70
Məhz buna görə
«İnzibati icraat haqqında» Qanunun məqsədi “inzibati orqanlar tərəfindən insan
hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə
nail olmaqdan ibarətdir”.
Hüquqi dövlət, sadə desək, idarə edənlərin hüquqla bağlılığını ifadə etdiyi -
nə görə onun təmin edilməsində İnzibati hüququn əhəmiyyəti ortaya çıxır.
71
Hüquqi dövlət prinsiplərindən bəziləri - administrasiyada qanunçuluq prinsipi,
administrativ fəaliyyət üzərində məhkəmə nəzarəti, dövlətin maddi məsuliyyəti
kimi prinsiplər inzibati hüquq fənninin tədqiqat və əhatə dairəsindədir. Başqa
prinsiplərin gerçəkləşdirilməsi baxımından isə administrativ hüquq tamamlayıcı
funksiya daşıyır. Misal olaraq administrasiya üzərində məhkəmə nəzarəti
olmadan,
insan hüquqlarına hörmət prinsipinin mümkünsüz olacağını
göstərmək olar.
Zənnimcə, hüquqi dövlət prinsiplərindən ən əsası administrasiya üzərində
məhkəmə nəzarətidir. Təsirli məhkəmə nəzarəti hakimiyyətlər bölgüsünün ol -
duğu sistemlərdə hüququn üstünlüyünü təmin etmək üçün önəmli faktordur.
Hərçənd bu ifadə məhkəmələrin müstəqilliyini və demokratik idarəetməni də
nəzərdə tutur və bu faktorların yoxluğu məhkəmə nəzarətini formal bir şeyə
70
Məsələn, məhkəmələrin müstəqilliyi prinsipi hakimlərin xüsusilə icra hakimiyyətindən müstəqil
olmalarını tələb edir. Hakimiyyətlərin bölgüsü prinsipinin administrasiyanın səlahiyyətlərini
məhdudlaşdırıcı xüsusiyyəti var.
71
Lakin bu, hər hansı formal inzibati hüquq deyil, zəngin, sistemli, administrasiya üzərində təsirli
hüquqi kontrolu təmin eden, pozitiv mənada qəbul edilməsi lazım olan inzibati idaəetmə hüququ
olmalıdır.
Dostları ilə paylaş: |