Fərhad Mehdiyev
38
tanışdır.
58
Analizlər, aşağıda görünəcəyi kimi, müasir mənada inzibati hüquq və
hüquqi dövlət prinsipinin həm inkişaf, həm də formalaşma baxımın -dan yaxın
olduğunu göstərir.
İnzibati (idarəetmə) hüququnun bu qədər gec ortaya çıxması bəlkə də
qəribə görünə bilər. Tarixin qədim zamanlarından bəri dövlət deyilən varlıq
olduğuna və dövlətdə ictimai idarəetmə münasibətləri mövcud olduğuna görə,
bunların xaotik deyil, müəyyən qaydalarla aparıldığı və ya buna cəhd edildiyi
danılmazdır.
59
Belə olan halda nəyə görə idarəetməni tənzimləyən hüquq sahəsi
bu qədər gec yaranıb?
Əzəldən dövlət idarəçiliyinin siyasi motivlər və qaydalarla aparıldığını bi-
lirik. Siyasət isə çox vaxt hüquqi qaydalara söykənmir.
60
Hüquq elmi müəyyən
fənlər kimi ortaya çıxır və bu fənlər özlərinə məxsus anlayışlar yaradır. İnzibati
idarəetmə hüququ idarəetmə orqanlarının hüquqiliyini qəbul etdiyi anlayışlara
uyğunluq baxımından araşdırır. Lakin orta əsrlərin dövlət idarəetməsinin adət-
ənənəyə (idarəçilərin özlərini qaydalarla məhdudlaşdırmaq istəməməsi) əsas -
lanması inzibati hüququn gərəkliyini göstərməklə bərabər, onun ortaya
çıxmasını əngəlləyib. Çünki inzibati hüququn siyasət elmini məhdudlaşdırmaq
özəlliyi var: dövlət idarəsi müəyyə n qaydalara əsaslanmalıdır.
61
İnzibati hüququn müstəqil fənnə çevrilməsindən əvvəl, bu hüquq sahəsinin
araşdırdığı sahələrdən bəziləri ümumi hüquq və ya konstitusiya hüququna daxil
idi. Fransız konstitusiya hüquqçusu Esmeinin, 1895-ci ildə yayımladığı
“Konstitusiya hüququnun ümumi əsasları” kitabında i nzibati hüquq sahələrini
58
«Common law»a əsaslanan ingilis hüquq sistemi məhkəmələrin (hakimlərin) tarixi dövr içində
inkişaf etdirdikləri prinsipləri/ə sasları ehtiva edir. Kontinental hüquq sistemimizdə bunlardan
bəziləri “hüququn ümumi prinsipləri” adlandırılır. Bunlar eyni olmasa da, bənzərlikləri var.
Məsələn, “haqq-ədalət” prinsipi, “müdafiə hüququ (audi alteram partem)” kökləri çox qədimə
uzanan prinsiplərdir.
59
Avtoritar idarə tərzi və ya mütləqiyyət rejimi olsa da, idarəetmə müə yyən qaydalara ə saslan-
malıdır, çünki bunu etmək rasionaldır. Qaydalara ə saslanan idarəçilik nizam-intizam gətirir, bu da
öz növbəsində sağlam dövlət idarəçiliyi yaradır. «Administrativ personal» və ya «dövlət
məmurları» adlandırdığımız təbəqə hər zaman olub, orta əsr dövlətlərində bunlara ə n gözəl misal
vəzirlər, valilər, inzibatçılar və ya vergi məmurlarıdır.
60
Politologiya kitablarında uğurlu siyasətçiyə əxlaqi və ya şə xsi xüsusiyyətlər nəzərə alınmadan,
siyasətdə və dövlət idarəsində qalmağı bacaran siyasətçi kimi tərif verilir. Lakin demək olar ki,
hüquq elmi, təbii hüquq məktəbinə əsaslanır. Dolayısıyla, klassik mənada siyasət elmi çağdaş
duruma çatmazdan qabaq makiavelist fikirlərə əsaslanırdı və hüquqilikdən xeyli uzaq idi.
61
Козырин, Штатина, Зеленцов, с. 7.
İnzibati hüquq
39
tədqiq etməsi buna sübutdur.
62
Onsuz da çağdaş anlamda inzibati hüquq ilə
konstitusiya hüququ bir-biri ilə bağlı hüquq sahələridır.
63
İnzibati (idarəetmə) hüququn ayrıca fənn kimi inkişa fındakı ehtiyacları bu
şəkildə sadalamaq olar:
1. Azadlıq anlayışının və tələblərinin artması; Fransız inqilabından sonra
bunların inkişafı idarə edənlərin fəaliyyətinin müəyyən qaydalarla məhdudlaş -
dırılmasını zərurətə çevirmişdi. Mövzudan kənar məsələyə diqqətinizi çəkmək
istəyirəm: fransızlar məşhur Bastiliya qalasını, işgəncə qarşı olan hiddətlərin -
dən dolayı söküblər, Fransız inqilabının bu rəmzini Parisdə axtarsanız artıq tapa
bilməyəcəksiniz.
2. Dövlətin fəaliyyətinin genişlənməsi; bu mənada dövləti n ictimai xidmət
sahəsindəki fəaliyyətinin artması və dövlətin ekonomik həyata müdaxiləsini
göstərmək olar. Bu, müəyyən qaydalar qoyulmasını tələb edirdi. İnzibati idarə -
etmə hüququ bəzən bu qaydalarla yarandığı kimi, bəzən də məhkəmə qərarları
əsasında özü qaydalar yaradıb.
İnzibati idarəetmə hüququ, ümumi hüquq sahəsi kimi başqa hüquq sahələ -
rindən daha ideolojikdir. İnzibati hüquq qurumlarının bir hissəsi müəyyən
prinsiplərə xidmət edir. Bu prinsiplərin çoxu təsirli, lakin eyni zamanda hüquqa
hörmət göstərən idarəetmə orqanlarının yaranması və fəaliyyət göstərməsi
məqsədlərinə xidmət edir. Bununla belə, bunlar tədricən inkişaf edib və inzibati
hüququn əsas prinsipləri, məsələn, “səlahiyyət ancaq qanunla verilir”, bu hüquq
sahəsinin inkişafı prosesində meydana gəlib.
64
Beləliklə Qərbdə İnzibati hüququn son əsrdəki inkişafı hüquqi dövlət
siyasətini ortaya çıxardı.
65
Çünki bu siyasətin praktik tətbiqi hüquqi dövlət
prinsiplərinin reallaşdırılmasıdır. Müasir inzibati hüquq kitablarında hüquqi
dövlət prinsipinə ilk mövzular arasında yer ayrılması buna sübutdur.
62
Abdullayev, Fransanın.., s.38.
63
Bunun birinci dərəcəli səbəbləri «İnzibati idarəetmə hüququ»nun mənbələri arasında Konstitu-
siyanın olması və «İnzibati idarəetmə hüququ»nun icra hakimiyyəti orqanı kimi konstitusion bir
qurumu və onun davamı olan maddi mənada “administrasiyanı” incələməsidir.
64
Buradakı “qanun” sözünün normalar ierarxiyasına zidd olmayan normativ aktlarla yanaşı, nor-
mativ tənzimləməni də əhatə etdiyini unutmaq lazım deyil. Eyni prinsipi «İnzibati icraat haqqında»
Qanununun 11.2-ci maddəsi də təkrarlayır.
65
Bu mənada “politika” sözü, İnzibati idarəetmə hüququ baxımından nəzəriyyədə çox da tətbiq
edilmir. Cinayət hüququnda “cinayətkarlıqlı mübarizə” siyasəti olduğu kimi, İnzibati idarəetmə
hüququnda da “idarəetmə hüququ siyasəti” olmadığı irəli sürülə bilər. Lakin idarəetmə hüququ
prinsipləri nəzərə alınsa, bunların eyni zamanda, İnzibati idarəetmə hüququna bir yön verdiyi də
görünər. İnzibati idarəetmə hüququ prinsipləri üçün baxın: Gözübüyük , Tan, 1 Cild, s.427.
Dostları ilə paylaş: |