İnzibati hüquq
45
Mülkiyyət haqqının bu qədər geniş şərh edilməsi dövləti təmsil edən mər -kəzi
hökümət, dərəbəyi və kilsənin verdiyi qərarların qanuniliyi barədə müba-hisə
edilməsinə imkan vermirdi. Onsuz da zəif mərkəzi dövlət və feodal quruluş ölkə
səviyyəsində hər hansı hüquq qaydasının vahid tətbiqini imkansızlaşdı -rırdı.
Bununla belə, feodal dövlətdə kralın hegemonluğu simvolik olaraq bütü n ölkə
üzərindəki hegemonluq demək idi. Faktiki olaraq kral öz hegemonluğunu kilsə və
dərəbəyləri ilə bölüşürdü.
78
Dərəbəylərə əsgər yetişdirmə, vergi ödəmə və bəzi
ictimai xidmətləri icra etmələrinə əvəz olaraq verilən torpaq parçaları üzərində
onların mülkiyyət hüququ sayılan hegemonluq səlahiyyəti hədd tanı -mırdı. Xalqa
torpaq vermə, məcburi əməyə cəlb etmə, vergi ödəmə məsələlə-rində dərəbəylər
tam sərbəst idilər. Bu halda dövləti məhdudlaşdıran heç bir qayda -qanun yox idi.
Digər tərəfdən, mərkəzi dövlətin güclənməsi ilə müha-kimə səlahiyyəti hökmdara
keçdi. Mühakimə fəaliyyətinə “Kral canlı qanun-dur”, “Kralın istədiyini qanun
istəyir” kimi prinsiplər hakim idi. Beləliklə, feodallıqların yerinə keçən mütləq
mərkəzi hakimiyyət müəyyən müddət mülk-dövlət anlayışını davam etdirdilər.
79
Nəzərinizə maraqlı bir faktı çatdırım: MDB məkanında “mülk -dövlət” anlayışı
qismi də olsa davam edir. Belə ki Dövlət Başçıları, dövlət mülkiyyətində olan
əmlak üzərində xeyli geniş sərəncam vermə səlahiyyətinə sahibdir və onların bu
səlahiyyətləri qanuni istinada ehtiyac duymur. Bunu ən çox daimi istifadə üçün
torpaq ayırma işlərində rastlamaq mümkündür. Məsələ qanunçuluq prinsipi və
səlahiyyətlərin deleqasiyası mövzuları ilə bağlı olduğundan, oxucular bu iddianın
əsasını önümüzdəki səhifələrdə tapacaqlar.
B. POLİS DÖVLƏTİ
Polis dövləti (Polizeistaat) anlayışı ilk dəfə Almaniyada ortaya atılıb, XVII
və XVIII əsrin mütləqiyyət rejimlərini ifadə etmək üçün istifadə olunmuşdu.
80
Rus ədəbiyyatı Almaniyada “polis dövləti” termininin or taya çıxmasını Alma-
niyada inzibati hüququn başlanğıcı və mənbəyinin polis hüququ olması ilə izah
edir.
81
Polis dövləti cəmiyyətin rifahı və asayişi üçün gərəkli saydığı hər cür
tədbiri qəbul edən, şəxslərin hüquq və azadlıqlarını hədd tanımadan və hüquqa
tabe olmadan istədiyi kimi məhdudlaşdıra bilən dövləti ifadə edir. Dövlət
idarəsinə geniş və nəzarətsiz səlahiyyətlərin verilməsi polis dövlətini izah
edir.
82
78
Poggi Gianfranco, Çağdaş devletin gelişimi, Hürriyet Vakfı Yayınları, İstanbul, 1991, s.39.
79
Aulard, s..XIV.
80
Günday Metin, İdare hukuku, 2.Bası, İmaj Yayıncılık, Ankara 1997, s.24.
81
Бельский, Козлов, Колибаба, с. 98., Aslanov M.S. İnzibati ədliyyə qurumunun bəzi məsələləri,
Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual
problemləri, hazırlayan: M.N.Əliyev, "Digesta" Yayınları, Bakı, 2003, s.78.
82
Günday, s.25.
Fərhad Mehdiyev
46
Bu gün də insan hüquq və azadlıqlarına hörmətlə yanaşmayan dövlət üçün
“polis dövləti” terminindən istifadə olunur.
83
Lakin müasir Almaniyada sosial
rifah dövlətinin iqtisadiyyata və sosial həyata aşırı müdaxiləsi bu dövlətin bir
yönünün polis dövləti olması fikri səslənir.
84
Mərkəzi dövlətin güclənməsi feodalizmin axırına və mütləq monarxiyaların
qurulmasına yol açmışdı. Cəmiyyəti idarəetmə haqqı mülkiyyət hüququ anlayışı
olmaqdan çıxmağa başlamışdı, legitimlik axtarışlarının daha sağlam əsasa dayan-
dırılmasına cəhd olunurdu. İdarəetmə haqqının mənbəyi ilahiləşdirilirdi.
“Tanrıdan gəlməyən iqtidar yoxdur” kimi anlayış yaranmışdı. İdarəetmə haq-
qının ilahi kökü, katolik kilsəsinin gətirdiyi anlayış idi.
85
O zamanlar Papada
cəmlənən kilsənin səlahiyyət və imtiyazları siyasi iqtidarəetməni həyata keçirən-
lərdən daha qüvvətli idi.
Polis dövlətində məsuliyyət baxımından kral özünü ancaq Tanrı qarşısında
məsul görürdü. Onun bütün fəaliyyəti dövlət adından həyata keçiril diyi iddia
olunurdu.
86
Beləliklə, iqtidara mübahisəsiz itaət edilməliydi. Krala qarşı çıxmaq
dövlətə və ya Tanrıya qarşı çıxmaq sayılırdı.
Mülk-dövlət anlayışında idarəetmə hüququ mülkiyyət hüququ olduğu üçün
hədd tanımadan tətbiq edilirdi. Polis dövlətində isə mərkəzi dövlətin güclənməsi
ölkə səviyyəsində tətbiq oluna bilən məcburi qaydaların qəbul edilməsinə imkan
yaratmışdı; beləliklə, idarəetmə hüququ ilahi qaydalar və kralın özünün qoyduğu
qaydalar xaricində heç bir hüdud tanımırdı. Yəni qoyulan qaydalar ancaq riayyət
üçün idi. Kral özünü qoyduğu qaydalara tabe saymırdı; nə özündən əvvəl olan
qanunlarla, nə də özü qoyduğu qaydalara tabe deyildi. Jean Bodinin də ifadə etdiyi
kimi, hegemon “istəsə də, əl-qolunu bağlaya bilməzdi”.
87
Bəzi monarxiyalarda,
məsələn, Fransada XIV Luidovikə qədər kralların özlərinin qoyduqları qaydalara
əməl etdikləri ifadə edilir. Bununla belə, orta əsrlərdə XIV Ludovik zamanı kralın
ümumi dövlət hüququna olan kimi özəl hüquqa da hakim olduğu və “Krallığın
Əsas Qanunları”na tabe olmadığı nəzərə alınsa, bu dövlət polis dövlətindən çox
mülk-dövlətini yada salır.
88
Bodinə görə, kral öz təbəəsinin mülkiyyət və azadlıq
83
Bununla belə, “polis dövləti” termini “hüquqi dövlət” kimi Avropa qitəsinə xas termindir və anglo -
sakson hüququnda mövcud deyildir. Polis dövləti üçün ingiliscə “authoritarian state” istifadə
olunur.
84
Baxın: http://www.uni-siegen.de/~ifan/ungewu/heft4/node16.html,
Grundthese: Der Wohlfahrtsstaat als Polizeistaat.
85
Qeyd etməliyik ki, islam dövlətlərində də ilk xəlifələr dövründən başlayaraq belə bir anlayış irəli
sürülürdü. Lakin islam tarixində olan biət hadisəsi iqtidarın mənbəyinin Tanrıda deyil, xalqın
razılığında olduğunu göstərir.
86
Akyılmaz, Sezginer, s.37
87
Göze Ayferi, Siyasi düşünceler ve yönetimler, Beta Basım, İstanbul, 1995, s.122.
88
Aulard, s.XIV.
Dostları ilə paylaş: |