İnzibati hüquq
51
əmlakın inzibati orqanların qərarları ilə dövlətləşdirilməsidir. Liberal dövlətdə
toxunulmaz sayılan mülkiyyət hüququ anlayışı sosial dövlətdə qəbul edilmir.
Sosial dövlətdə mülkiyyət hüququ mütləq deyil, nisbi hüquqdur və ictimai
maraqlara zidd şəkildə istifadə olunmamalıdır. Digər tərəfdən, sosial dövlət liberal
dövlətdən fərqli olaraq, sadəcə fərdə deyil, müxtəlif sosial, eko-nomik, siyasi
qruplara və qurumlara əhəmiyyət verib onlara bəzi hüquqlar tanı -yır. Bununla belə,
sosial dövlətin məqsədi yenə də insandır.
101
Dövlətin (idarəetmə orqanlarının) bu vəzifələri sosial və iqtisadi azadlıq -ların
təmin edilməsi üçün artırılıb. Bu vəziyyətə paralel olaraq idarəetmə orqan-larının
fəaliyyətinə qarşı qanuni qorumanın və hüquqa uyğunluq nəzarətinin əhəmiyyəti
də artıb. Sosial dövlət prinsipinin hüquqi dövlət prinsipi ilə eyni zamanda ortaya
çıxmasının səbəbi, hər halda, budur.
102
Sosial dövlətdə dövlətin vəzifə və
səlahiyyətləri artıb, ancaq dövlət bunları hüquq çərçivəsində yerinə yetirir. Sosial
dövlətin eyni zamanda hüquqa bağlı dövlət olması zərurəti bu -radan irəli gəlir.
Hüquqi dövlətin sosial dövlətin bir xüsusiyyəti olduğu irəli sürü lə bilərmi?
Bizə görə, bu, mümkün deyil. Dar mənada sosial dövləti insanlara sosial-ekonomik
hüquqların tanındığı və təmin edildiyi dövlət kimi ifadə etsək, köhnə Sovet İttifaqı
kimi ölkələrin sosial dövlət olduğu qəbul edilməlidir. Lakin SSRİ-nin hüquqi
dövlət olduğu fikri əsla irəli sürülə bilməz. Aşağıda tədqiq olunan hüquqi dövlətin
ünsürlərinin bir çoxunun SSRİ-də olmadığını bilirik.
Digər tərəfdən, sosial dövlətin hüquqi dövlətin bir xüsusiyyəti olduğunu irəli
sürmək mümkündürmü? Sosial dövlətin məqsədi sosial ədaləti, sosial rifahı, sosial
təhlükəsizliyi təmin etmək və sosial hüquqları həyata keçirməkdir. Yuxarıda
vurğulandığı kimi, belə vəziyyət dövlətin vəzifə və səlahiyyətlərini, bu arada sosial
ictimai xidmətləri yerinə yetirəndə idarəetmə orqanlarının mülahizə səlahiyyətini
artıracaq və bu sahədə məhkəmə nəzarətinin təsiri azalacaq. Yəni sosial dövlət
ehtiyacları idarəetmə orqanlarının hərəkət sahəsini və sərbəstliyini genişləndirib
hüquqi dövlət sahəsini az da olsa daraldır. Lakin unudulmamalıdır ki, hüquqi
dövlətin əsas məqsədi insan hüquq və azadlıqlarını qorumaq və yaşatmaqdır. Bu
məqsədə nail olunması sosial dövlətin şərtləri reallaşmadan çətindir. Uyğun misal
kimi qonşu ölkələrdən qardaş Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin
bir qərarını göstərmək olar: “Konstitusiyanın 2-ci maddəsi, Türkiyə
Respublikasının sadəcə hüquqi dövlət deyil, eyni zamanda, sosial dövlət olduğunu
göstərib. Hüquqi dövlətin irəli mərhələsi, bu prinsiplə təmin edilir”.
103
“Hüquqi
dövlətin məqsəd güddüyü “şəxsi təhl ükəsizlik” prinsipi cəmiyyətdə sosial
101
Göze, Liberal.., s.155.
102
Bununla belə, hüququn üstünlüyü prinsipinin artıq XIX əsirdən bəri bəzi kontinental Avropa
ölkələrində, məsələn, Fransada qәbul edildiyini iddia etmək yanlış olmayacaq.
103
AYM. E. 89/6, K. 89/42, T. 7 Kasım 1989, RG. 6 Nisan 1990, - 20484.
Fərhad Mehdiyev
52
təhlükəsizliyin və sosial ədalətin təmin edilməsi yoluyla reallaşa bilər”.
104
Bir
qərarında da Türkiyə Konstitusiya Məhkəməsi sosial dövləti hüquqi dövlətin irəli
bir mərhələsi sayıb: “Sosial dövlət Konstitusiyanın Başla nğıc qisminin səkkizinci
paraqrafında açıqlanan, insanların doğuşdan sahib olduqları ləyaqətli həyat
sürdürmə, maddi və mənəvi varlığını bu istiqamətdə inkişaf etdirmə, hüquq və
səlahiyyətinin istifadəsinə dövlətin sosial ədalət ehtiyaclarına imkan təmin e tmə
öhdəliyini anlatdığı nəzərə alınsa, sosial dövlətin hüquqi dövlətin irəli bir mərhələsi
olduğu aydın olar”.
105
III. HÜQUQİ DÖVLƏT PRİNSİP LƏRİ
Siyasi cəmiyyətdə hüquqi dövlətin varlığı üçün bəzi qurumlar olmalıdır. Bu
qurumlar məsələsində doktrinada fikir birliyi olmasa da, hüquqi dövlətin müəy-
yən sine qua non şərtlərinin olduğunu demək mümkündür. Çünki hüquqi dövlə -
tin bəzi “bünövrə daşları” var ki, bunlar olmadan hüququn üstünlüyündən da -
nışmaq mümkün deyil. Bunlar aşağıda incələnib, bununla bərabər, q eyd etmək
lazımdır ki, hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar
bəzi qurumların da olmasını tələb edə bilər. İndi isə qısaca hüquqi dövlət
prinsipinin ehtiyaclarından danışaq.
A. HAKİMİYYƏTLƏR BÖLGÜSÜ
Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azad-
lığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də
aktual məsələdir və məcburi şərtdir.
106
Monteskye bu prinsipi “Qanunların
ruhu” adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə “İngilis
Konstitusiyası” adlı əsərində “məhkəmə hakimiyyəti, qanunvericilik və icra
hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir”
şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye
belə açıqlayır: ins anın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu
hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui -istifadəsinın
qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.
107
Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan
ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti
orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə
orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.
104
AYM. E. 88/19, K. 88/33, T. 26 Ekim 1988, RG, 11 Aralık 1998-20016
105
AYM. E. 87/16, K. 88/8, T. 19 Nisan 1988, RG. 23 Avgust 1988 - 19908
106
Göze, Siyasi.., s.183.
107
Баскин Марк, Монтескью, Шарл Льюи, о нём, 2стереотип, Москва, Мысль, 1975, s.133.
Dostları ilə paylaş: |