İnzibati hüquq
53
Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib.
Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
108
Dövlət gücünün bölün-
məzliyi, dövlət orqanları arasında isə mütləq mənada funksiya ayrılığının ol -
ması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürül üb. Lakin bu nəzəriyyə-
nin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz. Bu səbəbə
görə günümüzdə “hakimiyyətlər bölgüsünü” belə izah etmək olar: “Hegemon -
luq və ya dövlət gücü təkdir. Bu qüvvə dövlətin orqanları vasitəsi ilə cəmiyyət
adından öz iradəsini fərdlər üzərində hakim etmək iqtidarıdır. Dövlət iqtidarının
istifadəsində tətbiq edilən aktların forması və tərkibi bir -birindən
nə qədər fərqli
olsa da, bütün bu aktlar nəticədə dövlət iradəsinin təzahüründən başqa bir şey
deyil. Dövlət gücü isə tək və bölünməzdir. Ancaq bu gücün birdən çox olan
funksiyaları və yenə birdən çox olan orqanlarını ayırmaq gərəkdir. Hakimiyyətin
funksiyaları bu iqtidarın müxtəlif təzahür şəkilləri, müxtəlif istifadə növləridir.
Məsələn, qanun qəbul etmək dövlət gücünün istifadə formalarından biridir, haki-
miyyət funksiyasıdır. Hakimiyyət orqanları isə hakimiyyətin müxtəlif funksiyala -
rını yerinə yetirməyə səlahiyyəti olan vəzifəli şəxslər və ya qurumlardır.”
109
Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan
səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parla -
ment icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün
təhqiqat komissiyaları qurur; məhkəmə orqanları plenum qərarları ilə qayda
qoyur; yenə icra hakimiyyəti orqanı da normativ aktlarla qayda qoyduqları
kimi, inzibati cəza verməklə sanki mühakimə işini aparırlar.
110
Başqa tənqidi fikir
ondan ibarətdir ki, hakimiyyətlər
bölgüsü plüralist rejim -
lərdəki bəzi hadisələrlə uyğun gəlmir. Həq iqətən də bu nəzəriyyə irəli
sürüləndə siyasi partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə -
riyyənin məqsədi hakimiyyətlər arasında balans quraraq liberal rejimin bərqərar
olmasını təmin etmək idi. Halbuki partiya sistemi hakimiyyətlər bölgüsünün
səviyyəsinə ciddi təsir göstərir. Günümüzdə isə sistemin liberallığı icra/
qanunvericilik bölgüsünə görə deyil, iqtidar/müxalifət bölgüsünə görə aparılır.
Partiyaların hakimiyyətlər bölgüsü üzərindəki təsiri isə təkcə sayları deyil, eyni
zamanda daxili quruluşları və qarşılıqlı gücləri ilə də ortaya çıxır. Bu səbəbə
görə modern haki miyyətlər bölgüsü konstitusion müddəalardan yaranan
hakimiyyətlər bölgüsü ilə partiya sistemindən yaranan hakimiyyətlər bölgüsünün
108
Teziç, s.393., Güneş, Turan.
Devlet Başkanı-Meclis Çatışması, AÜSBF Dergisi,c.19,No.2, İyun
1964, s.175 - 192., Özbudun Ergun.
Türk Anayasa Hukuku, 2.Bası, Yetkin Yayınları, Ankara,
1992, s.142.
109
Özbudun, s.143.
110
Ranney Austin.
Governing; An Introduction to Political Science, Prebtice-Hall Inc, New
Jersey, 1993, s.243.