İnzibati hüquq
49
edib.
94
Fransa Dövlət Şurası 1873-cü ildə məşhur Blanco qərarını verərkən hələ ki,
Fransada hüquqi dövlət qurulmamışdı, o dövr kapitalist iqtisadiyyatının ideoloji
əsasını qoyan liberal dövlət zamanı idi.
95
Əslində, sosial hüquqi dövlət liberal
dövlətin əsaslarını, xüsusən, ideoloji əsaslarını mühafizə etməkdə davam edir.
Sosial hüquqi dövlət prinsipinin yaranması liberal dövlətin güddüyü məqsədin -
liberal rejimin tətbiq etdiyi vasitələrin yararsızlığına bağlıdır.
Liberal dövlət mərhələsi inzibati idarəetmə hüququnun inkişafında və hü -quqi
dövlət prinsipinin yaranmasında böyük əhəmiyyət daşıyıb. Hüquqi dövlə -tin bir
çox prinsipləri liberal dövlət mərhələsində yaranıb. Hüquqi dövlətin əsa-sən XX
əsrin II yarısında yaranmağa başladığını qəbul etmək olar. Lakin inzi -bati hüquqi
aktlar üzərində məhkəmə nəzarəti, inzibati orqanların qanuniliyi, maddi
məsuliyyəti prinsipləri pozitiv hüquqa daha əvvəl, liberal dövlət vaxtında daxil
olub. Liberal dövlət prinsipinin tərk edilməsinin səbəbi isə əsas hüquqları təminat
altına almaqdakı yetərsizliyidir. Klassik liberal dövlət sistemi əsas hüquq və
azadlıqları tanıyır, amma onların gerçəkləşdirilməsi üçün lazımi şərait təmin
etməyi özünə vəzifə saymırdı.
96
Guya dövlət azadlıqlara müdaxilə etmə-sə,
bunların gerçəkləşdirilməsi üçün lazımi şəraitin özü -özündən yaranacağı qənaəti
hakim idi.
Sinfi mübarizənin, sosializmin güclənməsi, SSRİ-dən ixrac edilən “proleta-
riatın dünya inqilabı” hədəsi liberal demokratiya ideyasının yenidən nəzərdən
keçirilməsi fikrinə gətirib çıxarmışdı. Məhz bu amil sosial demokratiya və sosial
hüquqi dövlət prinsipinin yaranmasına səbəb olmuşdu. Çünki klassik liberal
dövlət idarəetmə formaları vasitəsilə burjuazi yanın bütün cəmiyyət üzərində
sinfi hegemonluğunu bərpa etmək və qorumaq üçün qurulduğu qəbul edilir.
97
Liberal dövlətdə idarəetmə orqanlarının passiv davranışı, inzibati hüquq
münasibətlərinə də məhdud yanaşırdı; bunların artması ancaq hüquqi dövlətin
qurulması sırasında müşahidə olunur. Liberal dövlətdə inzibati hüqu q, daha çox
fərdin azadlıqlarını inzibati orqanın müdaxiləsindən qoruyurdu. Liberal
dövlətdə idarəetmə orqanlarının belə passiv davranması sosial hüquqi dövlətdə
dəyişir. Artıq idarəetmə orqanlarına tapşırıqlar verilir, sosial-ekonomik
səviyyənin yaxşılaşdırılması gözlənilir.
98
Bu da məcburi olaraq administrativ
94
Bilgen Pertev. İdare Hüququ Ders Notları, İ.Ü.Siyasi Bilgiler Fakültesi Yayını, İstanbul, 1995, s.43.
95
Blanko qərarı üçün baxın: Delcros. Fransa ve İngiltere’de idarenin sorumluluğu, tərcümə:
Turgut Candan, Danıştay Yayınları:39, Ankara, 1984, s.1 və d.
96
Burada liberal dövlətin burjuaziyanın mübarizəsinin nəticəsi olduğu unudulmamalıdır. Burjuaziya
polis dövləti mərhələsində olan dövlət müdaxiləsini minimuma endirməyə cəhd edirdi.
97
Poggi, s.116.
98
Gözübüyük, Tan, 1 Cild, s.429.
Fərhad Mehdiyev
50
səlahiyyətlərin artmasına yol açır, lakin bu səlahiyyət artımının məqsədi insan
hüquqlarının təminatı olduğu üçün administrativ fəaliyyə t üzərində qanuni
nəzarətin güclənməsi inzibati hüquq üçün yeni vəzifələr yaradır.
99
Bununla belə, liberal dövləti təkcə mühafizə vəzifəsini gücləndirən dövlət kimi
səciyyələndirmək səhvdir. İctimai xidmət liberal dövlətdə də inzibati or -qanların
vəzifələri sırasındadır. Sadəcə, sosial hüquqların bərqərar olmadığı bu sistemdə,
məsələn, işsizliyin həll edilməsinə yönəlmiş sosial -ekonomik ictimai xidmətlər yox
idi.
Hüquqi dövlətin hələ də qurulmadığı ölkələr var. Lakin siyasi rejimlər və
bunların xüsusiyyətləri baxımından pozitiv hüquqda vahid anlayış yoxdur.
Beləliklə, inzibati idarəetmə hüququ baxımından hüquqi dövlətin gərçəkləşmə -
diyi dövlətlərdə liberal rejim, avtoritar rejim, demokratik rejim analizini apar -
maq çətindir. Bu səbəbdən “liberal dövlət” inzi bati idarəetmə hüququ institut-
ları üzərində təsirini itirib və yerini artıq “hüquqi dövlət” prinsiplərinə verib.
B. SOSİAL HÜQUQİ DÖVLƏT
Liberal dövlət ideyası əsas azadlıqların təmin edilməsində yetərsizdir.
Pozitiv hüquq normaları ilə sosial hüquqlar tanındığı kimi, klassik və ekonomik
hüquqlarla yanaşı bunların yaşana bilməsi üçün lazımi şəraitin təmin edilməsi
də dövlətin öhdəliyinə çevrildi. Ölkə konstitusiyalarında nəzərdə tutulmuş bu
prinsiplər vətəndaş hüquqlarının reallaşmasını əngəlləyən şərtlər in aradan
qaldırılması baxımından dövlətə müxtəlif vəzifələr yükləyir.
100
Sosial dövlət prinsipi idarəetmə orqanlarına yeni öhdəliklər yükləməklə
onun fəaliyyət sahəsini genişləndirdiyi kimi, səlahiyyətlərini də artırır. Əslində,
azadlıqların qorunması və insanların təhlükəsizliyinin təmin edilməsi liberal
dövlət üçün də öhdəlikdir. Lakin bu öhdəlik özünü daha çox hüquq və azad -
lıqlara qarışmamaq kimi qarşıya çıxırdı.
Sosial dövlətdə administrasiya, sadəcə, ictimai xidmət sahəsində deyil,
mühafizə sahəsində da yeni vəzifələr və səlahiyyətləri üzərinə götürüb. Məsə-lən,
təhsil sahəsində dövlətin üzərinə qoyulan vəzifələr ictimai xidməti maraq-landırdığı
halda, insanların sağlam mühitdə yaşamalarını təmin etmək üçün ekoloji hüquqi
tənzimləmələr daha çox idarəetmə orqanlarının mühafizə fəaliy-yətinə aiddir.
İnzibati orqanın səlahiyyət artımına ən gözəl misal, ictimai maraq olduqda, xüsusi
99
İnzibati idarəetmə hüququ məhkəmə qərarlarının təsiri ilə inkişaf etmiş hüquq kimi tanınır.
Müqayisəli hüquqa baxıldıqda, məhkəmə qərarlarının hüquq dövləti prinsipinin tələblərinə istinad
etməsi yuxarıdaki tezisi isbat edir.
100
Göze Ayferi. Liberal, Marxist, Faşist ve Sosial Devlet Sistemleri, Fakülteler Matbaası,
İstanbul, 1977, s.158.
Dostları ilə paylaş: |