Fərhad Mehdiyev
42
çevirir. Lakin inzibati idarəetmə hüququ qurumlarının olmadığı sistemdə hüqu-
qi dövlətin reallaşması imkansızdır. İnzibati hüququn prinsiplərinə uyğun
olaraq çalışmayan administrasiya və onun yaratdığı idarəetmə qaydası, həm
ictimai xidmətlərin ləngiməsi və düzənsizliyi, həm mühafizə səlahiyyətlərindəki
despotluğu və qeyri-müəyyənliyi ilə sosial rifah və insan hüquqlarının təmin
edilməsi bir yana, heç dövlət içindəki asayişi də təmin edə bilməz.
72
Müasir
dövlət idarəçiliyi, eyni zamanda professionallığı da tələb edir. Çünkü qeyri -
professionalca aparılan işlər, xidmətin daim axsamasına səbəb olduğu kimi,
maliyətlərin artması, dövlətə etibarın azalması kimi mənfi təsirlərə səbəb olur.
§ 4. HÜQUQİ DÖVLƏT PRİNSİPİNİN İNKİŞAFI
Hüquqi dövlət («
Rechtsstaat») termini də, «polis dövləti» termini kimi,
Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və
Fransa bu
məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub.
Çağdaş ictimai həyatda və siyasi sistemdə “hüquqi dövlət” çox önəmli prin-
sipdir. Konstitusiya qurumu olan “hüquqi dövlət” prinsipi xüsusilə kontinental
Avropa ölkələrində yayğın anlayış dır. Anglo-sakson ölkələrində “hüquqi dövlət”
isə “hüququn hegemonluğu” mənasına gələn “
rule of law” termini ilə ifadə olunur.
Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq
qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət
hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir.
73
Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik
zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi
qaydalara bağlıdır. Totalitar-avtoritar sistemlər, diktaturalar hələ də mövcud
olsa da, bunların fəaliyyəti geniş ölçüdə hüququn xaricindədir. Ancaq bunlar da
legitimlik axtarışları səbəbindən hər zaman hüquqa dayanıqlı fəaliyyət göstər -
diklərini iddia edirlər. Hüquqi dövlət olduqlarını onlar avtorita r dövlətin əhali-
sinə KİV-lər vasitəsi ilə təlqin etməyə çalışırlar. Lakin hüquqi dövlətdə siyasi
iqtidarın akt və hərəkətləri hüquqla məhdudlaşdırılır, Konstitusiya və qanunlara
72
Hüquqların təmin edilməsi baxımından modern cəmiyyətlərdə «İ nzibati idarəetmə hüququ»nun
əhəmiyyəti daha da artır. Qədim dövrlərdə maddi və prosessual cinayət hüququ ilə hüquq və
azadlıqları məhdudlaşdıran dövlət, indi sistemin liberallaşması və eyni zamanda dövlətin iqtisadi
həyata daha aktiv qatılması səbəblərindən müdaxilə və tənzimləmə “qılıncını” daha çox
administrativ sahədə göstərir.
73
Özay İl Han.
Günışığında yönetim, Alfa Basımevi, İstanbul, 1996, s.104.