Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə20/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   16   17   18   19   20   21   22   23   ...   140

Fərhad Mehdiyev
22
yətlərinin  icrası  və  məhkəmə  funksiyasının  yerinə  yetirilməsini  mübahis ə  tərəfi
olmayan  və  mübahisə  tərəflərindən  tamamilə  müstəqil  olan  orqanlar  həyata  ke-
çirməlidir.  Bu  cəhətdən  idarəetmə  orqanlarının  hüquqi  mübahisələri  həll  etmə
fəaliyyəti  bu  fəaliyyətin  sırf  mahiyyətlərinə  baxaraq  məhkəmə  funksiyası  kimi
qiymətləndirilə bilməz. Çünki idarəetmə orqanları Konstitusiyanın müstəqil məh-
kəmələr  üçün  nəzərdə  tutduğu  xüsusiyyətlərin  heç  birinə  sahib  deyillər,  üstəlik,
özləri həll etdikləri mübahisələrin tərəfi olurlar. Yaxarıdakı misalımıza  qayıtsaq
görərik ki, inzibati cəza təyin edən idarəetmə orqanı mübahisənin tərəfidir.
Məhkəmə funksiyasının müəyyən edilməsi və idarəetmə fəaliyyətindən fərq-
ləndirilməsində  maddi  meyar  təkbaşına  yetərli  olmadığına  görə,  burada  da
orqanik-formal meyarı tətbiq etməliyik. Orqanik meyara görə, məhkəmə fəaliy-
yəti müstəqil məhkəmələrin hüquqi mübahisələri və başqa iddiaları tərəf tutma -
dan  və  qərəzsiz  həll  etmə  fəaliyyətidir.  Müstəqillik  və  tərəfsizlik  məhkəmə
funksiyasını  həyata  keçirən  orqanının əsas  xüsusiyyətlərindən  biridir,  bunu  tə -
min etmək üçün xüsusi prosessual qaydalar (mühakimə üsulları) nəzərdə tutulur
(forma meyarı). Məhkəmə hüquqi mübahisələri və başqa iddiaları qəti şəkildə,
yəni əksi iddia oluna bilməyən şəkildə həll edən dövlət funksiyasıdır. İdarəetmə
orqanlarının hüquqi mübahisələri həll edən qərarları isə qəti olmur və onlardan
məhkəməyə şikayət vermək olar. İdarəetmə orqanları qərarlarını həm geri götü -
rə bilər, həm də ləğv edə bilərlər. Məhkəmə isə mahiyyətcə işi həll edən qərar -
larını ləğv edə bilməz, yuxarı məhkəməyə şikayət və ya protest müddəti keçibsə
də, əlavə kassasiya şikayəti xaricində məhkəmə qərarı ləğv edilmir.
Məhkəmə funksiyasını müstəqil məhkəmələrin hüquqi mübahisələri və başqa
iddiaları prosessual qaydada, qəti olaraq həll etmə fəaliyyəti kimi götürsək, belə
sual  yaranacaq -  çəkişməsiz  məhkəmə  prosesi  ilə  bağlı  işlərin  vəziyyəti  necə
olacaq?  Həqiqətən  çəkişməsiz  işlərdə  mübahisə  olmur.  Məsələn,  bəzi  ölkəl ərdə
(Türkiyə  kimi)  vətəndaşın  soyadı  yaşadığı  yer  üzrə  məhkəmə  qərarı  ilə
dəyişdirilir.
32
 Yaxud da məhkəmənin qəyyum təyin etməsi kimi fəaliyyəti müba-
hisənin həll edilməsi kimi qiymətləndirilə bilməz. O halda bu fəaliyyət məhkəmə
fəaliyyəti sayılmamalıdırmı? Funksional mənada bu cür fəaliyyət, əslində, inzibati
fəaliyyətdir.
33
Lakin bu cür işlər də məhkəmə prosesi qaydasında həll olunduğuna
görə, bu işlərin həllinin mühakimə fəaliyyəti sayılması daha düzgündür.
34
3. İcra hakimiyyəti və inzibati fəaliyyət
Nəzəri  fikrə  görə, idarəetmə fəaliyyəti  (inzibati  fəaliyyət)  dövlətin  qanunveri-
32
Ad və soyadların dəyişdirilməsi administrativ fəaliyyət olduğu  üçün,  ölkəmizdə bunu VVADQ
orqanları həyata keçirir. Lakin onların qərarlarından məhkəməyə ş ikayət verilə bilər.
33
Gözübüyük, Tan, Cilt 1, s.8.
34
Günday, s.12.


İnzibati hüquq
23
cilik və məhkəmə funksiyaları  xaricində qalan funksiyadır, dövlətin qanunvericilik
və  məhkəmə  fəaliyyətlərindən  ayrı,  cəmiyyət  üçün  icra  edilən  bütün  fəaliyyətlər
idarəetmə fəaliyyəti sayılır.
35
 Göründüyü kimi, bu fikir icra hakimiyyəti funksiyası
ilə inzibati fəaliyyət  arasında  fərq  qoymur.  Bu  fikir əsasən  düzdür,  lakin  ali  icra
hakimiyyəti  orqanlarının  siyasi  fəaliyyəti  də  var. Halbuki  siyasi  fəaliyyət
idarəetmə fəaliyyəti (inzibati fəaliyyət) sayılmır.
36
Belə  olan  halda, idarəetmə/inzibati  fəaliyyətə  qanunvericilik  və  məhkəmə
fəaliyyəti  ilə  icra  hakimiyyəti  orqanlarının  sırf  siyasi  növlü  fəaliy-yətləri
xaricində,  dövlətin  və  cəmiyyətin  daimi  ehtiyaclarını  ödəmək  məqsədi  ilə  icra
edilən  fəaliyyət  kimi  tərif  vermək  mümkündür. İ nzibati  fəaliyyəti təkcə  idarə-
etmə  orqanları  həyata  keçirm ir;  qanunvericilik  və  məhkəmə  orqanlarının  da
maddi/funksional mənada administrativ fəaliyyəti icra etdikləri hallar ola bilər.
İİHQ-un 2-ci  maddəsində  bəzi  anlayışların  tərifi  verilib.  Orada  “inzibati
icraat”  anlayışı  vardır,  onu  hardasa  “inzibati  fəaliyyət”  ilə  bənzər  mənalarda
işlədiblər. Lakin bu Qanunda olan inzibati icraat, nisbətən daha dar məna kəsb
edir.  Qanunun  2-ci  maddəsinə  görə, inzibati icraat -  maraqlı  şəxslərin  müraciəti
əsasında  və  ya İO-ların öz  təşəbbüsü  ilə  inzibati  aktın  qəbul u - icrası -
dəyişdirilməsi - ləğv  edilməsi,  habelə  inzibati şikayətlər lə  bağlı həyata  keçirilən
fəaliyyətdir.  Tərif  məhdudlaşdırıcı  deyildir  və  əsasən  də  tərkib  hissələrini  ortaya
qoymur.  Bununla  belə,  inzibati  fəaliyyətin,  yəni  idarəetmə  funksiyasının,
aşağıdakı xüsusiyyətlərini göstərmək olar:
1) inzibati fəaliyyəti, bir qayda olaraq, dövlət idarəetmə orqanları həyata keçirir;
2) inzibati  fəaliyyətin  predmeti  daimi  və  nizamlı  olaraq  icra  edilən  “ictimai
xidmət”dir;
37
3) inzibati  fəaliyyətin  məqsədi  həmişə  “ictim ai  maraq  və  mənfəətdir  («public
interest»);
4) inzibati fəaliyyətin vasitələri inzibati hüquqi aktlar və hərəkətlərdir;
5) inzibati fəaliyyət idarəetmə orqanlarının (administrasiyanın) “dövlət hegemon -
luğu və gücündən” istifadə etmək səlahiyyətini tanıyır ;
6) inzibati  fəaliyyətə,  bir  qayda  olaraq,  ümumi  hüququn  sahəsi  olan  inzibati
idarəetmə hüququnun qaydaları tətbiq edilməlidir.
38
35
Jellinek  W. Verwaltungsrecht.  3  Aufl.  1931,  s.6.  Müəllif  administrativ  fәaliyyәtə  “Dövlәt  və  ya
hakimiyyət gücünü tətbiq edən hər hansı qurumun qanunvericilik vә ədalət məhkəməsi xaricindəki
fәaliyyәti” kimi tərif verir.
36
Козырин, Штатина, Зеленцов, с. 29.
37
Mühafizə fəaliyyəti də inzibati fəaliyyətin predmetinin ayrılmaz hissəsidi r.
38
Akyılmaz, Sezginer, s.35.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə