Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə17/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   13   14   15   16   17   18   19   20   ...   140

Fərhad Mehdiyev
16
Başqa  tərəfdən,  dövlətin  fəaliyyət  qabiliyyəti başqa  ümumi  hüquq  şəxslərində
olduğu  kimi  məhdud  deyil.  Bununla  belə,  Konstitusiya  dövlətin  statusunu
müəyyən  edir  və  onun  səlahiyyətlərini  çərçivəyə  salır.  Qeyd  edək  ki,  dövlətin
hüquqi şəxs olması ən azı onun davamlı olması üçün zəruridir.
Mülki  Məcəllənin  ümumi  hüquq  şəxslərini  tənzimləməməsi  belə  başa  dü -
şülə  bilər  ki,  guya  buna  ehtiyac  hiss  edilməyib.  Belə  fikir  irəli  sürülə  bilər  ki,
Mülki  Məcəllənin  IV  fəslindəki  müddəalar  olduğu  kimi  ümumi  hüquq  şəxslə -
rinə  tətbiq  edilə  bilər.  Lakin  aşağıdakı  anali z  nəticəsində  bunun  mümkün-
süzlüyü aydın olacaq. Üstəlik, Mülki Məcəllənin 54.5-ci maddəsindən də anla-
maq  olar  ki,  ümumi  hüquq  şəxslərinin  statusunun  ayrı  bir  qanunvericiliklə
tənzimlənməsinə işarə edilir.
Ümumi hüquq şəxsləri ümumi hüquqa əsasən  yaradıl an, ona tabe olan hü-
quqi şəxslərdir. Amma xüsusi hüquq şəxsləri mülki hüquq münasibətləri sahə -
sində fəaliyyət göstərmək üçün yaradılır. Məsələn, Mülki Məcəllə hüquqi şəxs -
ləri  mənfəət  götürmək  üçün  yaradılan  kommersiya  hüquqi  şəxsləri  ilə  maddi
mənfəət güdməyən qeyri-kommersiya təşkilatlarına ayırır. Ümumi hüquq şəxs -
lərinə gəldikdə, onları bu təsnifata tabe etmək  mümkün deyil. Məsələn, Mülki
Məcəllənin  50-ci  maddəsi  nəzərdə  tutur  ki,  qeyri-kommersiya  hüquqi  şəxsləri
öz  adlarında  fəaliyyət  xarakterini  nəzərdə  tutsun;
22
  bundan  başqa,  Mülki
Məcəllənin  47-ci  maddəsi  hüquqi şəxslər  üçün  nizamnamə şərtini  nəzərdə  tu -
tur.
23
 Mülki qanunvericiliyin ümumi hüquq şəxsi statusuna uyğun gəlmədiyinə
dair bu cür misallar çoxdur. Ümumi və xüsusi hüquq şəxsləri arasında olan əsas
fərqləri belə sadalamaq olar:
a) xüsusi hüquq şəxslərinin statusu və fəaliyyəti əsasən mülki qanunverici-
liklə tənzimləndiyi halda, ümumi hüquq şəxslərinin statusu və fəaliyyəti ümumi
hüquqla (public law) tənzimlənir;
b) xüsusi  hüquq  şəxsləri  hüquqi  münasibətlərində  bərabər  səviyyəli  tərəf
olduqları  halda,  ümumi  hüquq  şəxsləri  fəaliyyətlərində  hakimiyyət  səlahiyyət -
lərindən istifadə edirlər;
c) xüsusi  hüquq  şəxslərinin  fəaliyyət  qabiliyyəti  nizamnamələrinə  uyğun
olaraq  geniş  ola  bilər.  Hakimiyyət/məcburetmə  imkanlarından  istifadə  edən
ümumi  hüquq  şəxslərinin  fəaliyyət  qabiliyyətinin  həcmi  səlahiyyət şəklində
ortaya  çıxır  və  qanunçuluq  prinsipinə  tabedir.  Başqa  cür  desək,  xüsusi  hüquq
22
Belə  bir  gülünc sual  yarana bilər  ki,  dövlət  də  hüquqi şəxs  olduğuna  görə,  onun  adında  fəaliyyət
xarakteri əks olunmalıdırmı?
23
Amma ümumi hüquq şəxsləri normativ hüquqi aktla yaradılır, onla rın statusu da “nizamnamə” ilə
deyil, “əsasnamə” ilə tənzimlənir.


İnzibati hüquq
17
şəxslərinin  fəaliyyət  qabiliyyətində  “sərbəstlik”  hakim  olduğu  halda,  ümumi
hüquq şəxslərində sərbəstlik yox, qanunçuluq prinsipi hakimdir;
24
d) xüsusi  hüquq  şəxslərinin  yaradılmasında  və  onların  ləğvində  yenə  sər -
bəstlik  prinsipi  hakim  olduğu  halda,  ümumi  hüquq  şəxslərinin  yaradılması  və
ləğv  edilməsində  belə  sərbəstlik  yoxdur.  Ümumi  h üquq  şəxslərini  hər  hansı
hakimiyyət orqanı da yarada bilməz. Qanunvericilikdə göstərilməlidir ki, hansı
dövlət hakimiyyəti orqanları ümumi hüquq şəxslərini yarada bilər;
e) ümumi  hüquq  şəxslərinin  fəaliyyətində  sərbəstlik  hakim  olmadığı  üçün
onlar müstəqil olmaqla bərabər, onların üzərində “xarici administrtativ nəzarət”
institutu  tətbiq  edilir.  Fransada  buna  inzibati  qəyyumluq  deyilir,  Kanadada  və
İngiltərədə isə  inzibati nəzarət institutu kimi ifadə olunur.
25
Bunların üzərində,
İngiltərədə olduğu kimi, parlament nəzarəti də mümkündür;
f) ümumi hüquq şəxsləri ayrı bir hüquq subyekti olduqlarına görə, hakimiy -
yət orqanı olmaqla bərabər, mərkəzi icra hakimiyyəti orqanları ierarxiyası için -
də  yer  tutmurlar.  Qurucu normativ  aktın  müddəalarına  görə  onlar  müstəqildir -
lər, tabeçilik qaydasında heç bir yuxarı orqana bağlı deyillər. Bütün bunlara görə,
ümumi hüquq şəxslərinin, bir qayda olaraq, dövləti təmsil etmək səlahiyyəti olmur.
Xüsusi  və  ümumi  hüquq şəxsləri  arasında  bu  fərqlərə  toxunduqdan  sonra
Azərbaycandakı faktiki vəziyyətə nəzər salmaq gərəklidir.
Mərkəzi  icra  hakimiyyəti  aparatının əsas  orqanları olan  nazirliklərin  statu -
suna  baxsaq,  görərik  ki,  bəzi  nazirliklərin  (Vergilər  Nazirliyi,  Maliyyə  Nazir -
liyi) əsasnamələrinə uyğun olaraq hüquqi şəxs statusu vardır.  Nazirliklərin qə-
rarı və ya Prezident fərmanı ilə başqa inzibati orqanlara da hüquqi şəxs statusu
verildiyini görmək  mümkündür. Məsələn, BŞİH  Nəqliyyat Departamenti (son -
radan  bu  qurum  Prezidentin  fərmanı  ilə  ləğv  edildi)  hüquqi  şəxs  idi.  Orqanik
olaraq  mərkəzi  icra  hakimiyyətinə  daxil  olan  strukturlara  hüquqi şəxs  statusu
verilməsi 3 əhəmiyyətli problemin yaranmasına gətirib çıxarır:
1. Bütöv  və  vahid  idarəetmə.  Xüsusən  unitar  dövlətlərdə  dövlət  idarəetmə
orqanları  bütöv  bir  orqan  kimi  işləməlidir,  onlara  “bütövlük”  prinsipi  hakim
olmalıdır.  Tabeçilik,  başqa  adlar  ilə  “ierarxiya/subordinasiya”  institutu  məhz
idarəetmədə  bütövlüyü  təmin  etmək  üçündür.  Çünki  dövlət  idarəetməsini  bir -
birindən müstəqil olan vahidlər həyata keçirsə, ölkədə vahid siyasətin və idarə -
etmənin tətbiqi çətinliklərə məruz qalacaqdır. Mərkəzi icra hakimiyyəti içindəki
tabeçilik  prinsipi –  aşağı  orqanın  yuxarı  orqana  tabe  olması –  məhz  vahid  və
24
Bunu “İnzibati icraat haqqında” Qanunun 4-cü və 11 -ci maddələri də təsdiqləyir.
25
Козырин, Штатина, Зеленцов, с. 71.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə