Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə13/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   9   10   11   12   13   14   15   16   ...   140

Fərhad Mehdiyev
8
vəzifəli şəxslərə də şamil olunmalıdır.
2. Məhkəmə və inzibati orqanlar
Məhkəmə və inzibati orqanları bir birindən ayırmaq hər hansı çətinlik yaratmır.
Konstitusiyanın  125-ci  maddəsinə  görə,  məhkəmə  səlahiyyətini  müstəqil
məhkəmələr  həyata  keçirir.  Belə  olan  halda,  məhkəmə  hakimiyyəti  orqanları
qanunvericilik  orqanından  fərqli  olaraq  bir  orqandan ibarət  deyil,  orqanlar
toplusudur.  Orqanlar  toplusu  olaraq  məhkəmə  hakimiyyətinin özəlliyi odur  ki,  o
müstəqil  məhkəmələrdən  ibarətdir.  Müstəqil  məhkəmələrin  nə  mənaya  gəldiyini
Konstitusiya  göstərib.  Konstitusiyanın  127 -ci  maddəsinə  əsasən  deyə  bilərik  ki,
müstəqillik - vəzifələrini yerinə yetirərkən məhkəmələrə (hakimlərə) heç bir orqan
və ya şəxsin təsir göstərməməsini və bu imkanın olmamasını ifadə edir. Məhkəmə
qərarlarının  icrası  qanunvericilik  və  icra  orqanları  üçün  məcburidir;  məhkəmə
qərarlarını b u orqanlar dəyişdirə bilməz və onların icrası gecikdirilməməlidir.
İndi  isə,  inzibati  mübahisələrin  hansı  məhkəmələrin  yurisdiksiyasına  aid  ola
biləcəyi  məsələsinə  toxunaq.  Əlbətdə  ki  bu  məsələ  hər  ölkənin  daxili
qanunvericilyi  ilə  tənzimlənir.  Bununla  belə,  inzibati  mübahisələrə  ümumiyyətlə
aşağıda  göstərilən  üç  növ  məhkəmələrdə  baxıla  bilər –  1-)  ümumi  yurisdiksiyalı
məhkəmələrdə,  2-)  inzibati  məhkəmələrdə,  mübahisələrin  bir  qismi  3-)
ixtisaslaşdırılmış  (vergi  kimi)  məhkəmələrdə,  4-)  Konstitusiya  Məhkəməsində
baxıla bilər.
a) Ümumi məhkəmələr
Ümumi  məhkəmələr şəxslər  arasında  xüsusi  hüquq  mübahisələrinə  (mülki)
12
və  cinayət  işlərinə  baxan  məhkəmələrdir.  Müqayisəli  hüquqda  onlara  bəzən
ədliyyə  məhkəmələri deyilir. Bu termin - ədliyyə  məhkəmələri -  fransız hüqu-
qunda istifadə  olunur,  amma  ölkəmizin  məhkəmə  quruluşu  üçün  istifadə  oluna
bilməz.  «Ədliyyə  məhkəmələri»  termini  ilə  «ədalət  mühakiməsi»  terminini  qarış-
dırmaq olmaz. Çünki “ədalət mühakiməsi” fəaliyyəti ifadə edir və Konstitusiyanın
125-ci  maddəsinə  görə,  onu  ixtisaslaşmış  məhkəmələr  də  daxil  olmaqla  bütün
məhkəmələr  həyata  keçirir.  Ümumi  məhkəmələr  dedikdə,  əsasən  rayon  məhkə-
mələri nəzərdə tutulur. Bununla belə, mümkündür ki, ümumi məhkəmələrlə yanaşı
iqtisad,  ticarət,  vergi,  yuvenal  ədliyyə  kimi  ixtisaslaşmış  məhkəmələr  mövcud
olsun. Bu orqanlarda baxılan işlərdə ümumi hüquq («public law») qaydaları tətbiq
olunmursa, bunlar inzibati hüquq baxımından önəmli deyil.
12
 İPM-nin qüvvəyə minməsindən əvvəl də ölkəmizdə idarəetmə orqanlarına qarşı qaldırılan iddialar
MPM  görə  baxılır  və  mülki  iş  sa yılırdı.  Rusiyanın  Mülki  Prosessual  Məcəlləsi  də  bu  cür
mübahisələri  ayrı  bir  fəsildə,  “ümumi  hüquq  münasibətlərindən  yaranan  mübahisələr”  fəslində
incələyir. Kontinental hüquqda bunlara “inzibati mübahisə/iddia” deyilir.


İnzibati hüquq
9
Rayon  məhkəmələri  həm  mülki,  həm  də  cinayət  işlərinə  baxsalar  da,  ağır
cinayət  işlərinə  a yrı  məhkəmədə  baxılır;  amma  apellyasiya  və  kassasiya  instan -
siyaları bütün işlər üçün eynidir. Cinayət məhkəmələri öz növbəsində mülki şəxs -
lərin  və  hərbçilərin  törətdikləri  cinayətlərə  görə  ayrılır.  İnzibati ədliyyə  sistemi
olmayan ölkələrdə isə ümumi məhkəmələr inzibati idarəetmə hüququna aid işlərə
də  baxır.  Ölkəmizdə  indi  inzibati  mübahisələrə  əsasən  rayon  məhkəmələrində
baxıldığı  halda,  İnzibati  Prosessual  Məcəllənin güvvəyə  minməsi  ilə  bu işlərə
İqtisadi və İnzibati mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılacaq (İPM, 3-
cü  maddə).  Ümumi  məhkəmə  sistemi  tətbiq  edilən  ölkələrdə,  idarəetmə  orqan-
larına  qarşı  məhkəmələrdə  qaldırılan  iddialar subyektiv  mahiyyətdədir –  məhkə-
məyə ancaq konket hüququ pozulmuş vətəndaş müraciət edir və qətnamədən də o
yararlanır.  Halbuki  inzibati ədliyyə  sistemində  bu  cür  məhkəmə  işləri  obyektiv
mahiyyətdə olmalıdır, çünki inzibati hüquq münasibətləri obyektiv statuslu
13
 olur;
bunlarda  məqsəd inzibati  (ümumi) hüquqa  uyqunluğu  və  bərabərliyi  təmin
etməkdir.
b) İnzibati  məhkəmələr
Ölkəmizdə  2011-ci  ildə qurulması  planlaşdırılan  bu  məhkəmə  növünə,
kontinental  Avropa  ölkələrinin  çoxunda -  Fransa,  İtaliya,  Belçika,  Çexiya,
Almaniyada  rastlaşmaq  mümkündür.  Lakin  qeyd  etməliyik  ki,  ölkədə  inzibati
məhkəmələrin  olması,  hələ  ki, o  ölkədə  inzibati  ədliyyə  sisteminin  olduğunu
göstərmir.  Yuxarıda  toxunduğumuz  kimi,  Avropada  idarəetmə  orqanları  üzərində
məhkəmə  nəzarəti  sistemi  2  qrupa  bölünüb:  Almaniyada  hakim  olan  subyektiv
sistem və Fransada hakim olan obyektiv sistem.
14
İnzibati ədliyyəni  bəzi  alimlər  hüquqi  dövlətin  əsas şərtlərindən  biri  kimi
qəbul edirlər. Həqiqətən də inzibati ədliyyə sisteminin mövcud olduğu ölkələrdə
inzibati  idarəetmə  hüququ  daha  güclü  inkişaf  edib.  Bunun əsas  səbəbi  inzibati
məhkəmələrin inkişaf etdirdiklə ri, ümumi hüququn prinsiplərinə əsaslanan məh-
kəmə praktikasıdır. Fransız Dövlət Şurasının ( Conseil d’Etat) bu sahədəki fəaliy-
yəti ən gözəl misaldır. İnzibati məhkəmələr idarəetmə orqanlarının hüquqi nəticə
yaradan  fəaliyyətinin  hüquqa  uyğunluğuna  nəzarət i  həyata  keçirir. İnzibati
məhkəmə  sisteminin  olduğu  ölkələrdə  apellyasiya  və  kassasiya  nəzarəti  funksi -
yasını  xüsusi  məhkəmələr  həyata  keçirir.  Rusiyada  da inzibati  məhkəmələr
quruldu,  lakin  bunlar  dövlət  idarəetmə  orqanlarının  qərarlarını  deyil,
13
 İnzibati hüquq münasibətinin obyektiv statusda olmasının mənası budur ki, eyni qanun norması ilə
tənzimlənən münasibət yenilənsə və tərəfi dəyişsə belə, məsələn başqa vətəndaşa sürücülük vəsiqəsi
verilsə, status eyni qalır. Halbuki mülki hüquqdaki kredit münasibətində, status müqavilə şə rtlərinə
görə dəyişəcəkdir.
14
Jean-Marie Woehrling, Judicial Control of the Administration in Europe: Progressive Construction
of a Common Model, SIGMA publications.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə