Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə12/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   8   9   10   11   12   13   14   15   ...   140

Fərhad Mehdiyev
4


İnzibati hüquq
5
Qəmgin olduğun anlarda belə gülümsə,
ola bilər ki, kimsə təbəssümünə məftun olsu n.
Gabriel Garcia Markes
§1.
İDARƏETMƏ, İNZİBATİ ORQANLAR VƏ
İNZİBATİ HÜQUQ
I. İDARƏETMƏ (ADMİNİSTRASİYA) ANLAYIŞI
“İnzibati hüquq”  geniş  mənada  ictimai  idarəetmənin  və  onu  həyata  keçirən
orqanların hüququnu ifadə edir. Oxucular üçün qeyd edək ki, ilk çapda kitabın adı
“İnzibati idarəetmə hüququ” olaraq verilmişdi. Bunun iki səbəbi vardı: birincisi, o
illərdə inzibati hüququn predmeti haqqında ölkəmizdə tam uzlaşma yox idi, digər
tərəfdən  “inzibati”  sözü  bu  hüquq  sahənin  predmetini  tam  aydınlatmadığı  üçün,
“idarəetmə” sözündən də istifadə olunmuşdu. Lakin İİHQ və İPM-nin qəbulu ilə,
İnzibati hüququn predmeti artıq açıq şəkildə müəyyən olundu. Buna görə bu nəşrdə
“İnzibati hüquq” başlığından istifadə etdik.
Bununla  belə,  “ictimai  idarəetmə”  anlayışına  dö nmək  yerinə  düşər,  çünki
İnzibati hüququn predmetini ən qısa şəkildə bu məfhum izah edir. Belə olan halda,
“idarəetmə”  anlayışının  məzmununu  açmalıyıq.  Vurğulanmalıdır  ki,  bu  hüquq
sahəsinin predmetini hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə bağlı ictimai idarəetmə
və  onun  hüquqi  rejimi  təşkil  edir.  Başqa  sözlə,  xüsusi  hüquqa  (private  law)  tabe
olan  idarəetmələr,  məsələn, şirkət,  QHT,  müəssisə  və  ya  fond  inzibati  idarəetmə
hüququnun predmetinə daxil olmur.
İngilis  dilində  «administration»,  rus  dilində  «администрация»  kimi  ifadə
olunan,  Azərbaycan  dilində  də    ümumi  mənada  «idarə» kimi  tərcümə  edilən
anlayışdan
9
  dövlət  və  cəmiyyət  idarəetməsi  kimi  iki  mənada  istifadə  olunur.
Administrasiya (idarə) öncə dövlətin müəyyən növ  orqan və qurumlarını ifadə
edir,  bunlar  haqqında  qanunvericilik  («İnzibati  icraat  haqqında»  Qanun)
“inzibati orqanlar” terminindən istifadə edir.
Beləliklə  orqanik  mənada; “administrasiya”,  “inzibati  orqan”  və  ya
idarəetmə orqanı” terminləri ilə eyni mənaya gəlir , eyni şeyi ifadə edir.
“Administrasiya”  ikinci  mənada  isə  funksiyanı, hakimiyyət  orqanlarının
müəyyən növ fəaliyyətini (inzibati fəaliyyəti) ifadə etmək üçün istifadə olunur.
Halbuki  birinci  mənada  “administrasiya”,  dövlətin  müəyyən  növ  orqanlarını
ifadə  etmək  üçün  istifadə  ediləndə,  “orqanik”,  ya  da  "struktural"  məna  ifadə
9
«İnzibati icraat haqqında» Qanun “inzibati orqanlar” terminindən istifadə edir.


Fərhad Mehdiyev
6
edir, məsələn “Prezident Administrasiyası”, “Baş Polis İdarəsi” kimi .
Halbuki “administrasiya”  (idarə)  anlayışını,  eyni  zamanda,  funksional
mənada  da  istifadə  edə  bilərik;  dilimiz  üçün  bəlkə  aydın  olmayan  bu  ha l,  rus,
fransız  və  ingilis  dillərində  rahat  başa  düşülür.  Beləliklə,  administrasiya,
dövlətin  müəyyən  növ  fəaliyyətlərini  ifadə  etmək  üçün  istifadə  ediləndə
"funksional"  mənada  idarəetmədən,  yəni  fəaliyyətdən  danışa  bilərik.  Bunu
“inzibati  fəaliyət”  kimi  d ə  ifadə  etmək  mümkündür.
10
  Misal  versək,
“nəqliyyatın  idarə  olunması”  ifadəsində,  “idarə”  funksional  mənada  istifadə
olunur. İngiliz  dilində  isə  “administration  of  education”  (təhsilin  idarə
olunması) misalını göstərə bilərik.
Dövlət  əsasən  üç  funksiyanı  yerinə  yetirir:  qanunvericilik  funksiyası,  icra
(idarəetmə)  funksiyası  və  ədalət  mühakiməsi  funksiyası.  Dövlət  bu  üç  funksiyanı
yerinə  yetirmək  üçün  üç  növ  səlahiyyətə  sahibdir:  hegemonluqdan  irəli  gələn  bu
səlahiyyətlər  qanunverici  səlahiyyət,  icra  səlahiyyəti  və  mühakimə  səlahiyyətidir.
Buna  görə,  dövlətin  üç  ayrı  funksiyanı  icra  etməsi  üçün  sahib  olduğu  üç  ayrı
səlahiyyətlər  üçün  xüsusi  orqanlara  ehtiyac  var.  Bu  orqanlar  isə  parlament,  icra
hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarıdır.
1995-ci  il  tarixli  Konstitusiyamıza  da  baxsaq,  orada  hakimiyyətin  Azərbay-
can xalqına məxsus olduğunu, onun hakimiyyətlər bölgüsü prinsipi əsasında,  yu-
xarıda  saydığımız  orqanlar  vasitəsilə  həyata  keçiriləcəyinin  bəyan  edildiyini
görərik.
İndi  isə  “inzibati  orqan”  anlayı şının xüsusiyyətlərini  ortaya  qoymalıyıq, onun
dövlətin digər orqan və fəaliyyətləri arasında yerini göstərmək lazımdır.  Bu fərqin
ortaya  qoyulmasının əhəmiyyəti  ondan  ibarətdir  ki,  inzibati  hüquq  münasibətinin
var olması üçün, tərəflərdən birisi mütləq İO qismində çıxış etməlidir.
A. ORQANİK MƏNADA İDARƏ . İNZİBATİ ORQAN ANLAYIŞI
Gündəlik həyatda, dövlət gücünü təmsil edən məmurlar, sizə dövlətin özü kimi
gələ bilər, zehninizdə bunları uyğunlaşdıra bilərsiniz. Lakin hüquqda etibar görən
məmurun  özü  yox,  onun  təmsil  etdiyi  orqandır.  Bu  orqana inzibati  orqan  (İO)
demək  olar. İnzibati  orqanı  müəyyən  etmək  vacibdir –  onun  gördüyü  fəaliyyətin
böyük  hissəsi  inzibati  fəaliyyət  sayıldığı  kimi,  bu  fəaliyyətə  inzibati  hüquq
qaydaları tətbiq olunmalıdır.
İO kimdir ya da nədir, onu necə və harada tapmaq olar? Hakimiyyətlər bölgüsü
işığında, hansı hakimiyyət qolunda yer alır?
Konstitusiyanın  7-ci  maddəsinə  görə,  icra  hakimiyyəti  AR  Prezidentinə
10
Günday Metin, İdare hukuku, Imaj Yayıncılık, Ankara, 1993, s.13.


İnzibati hüquq
7
mənsubdur.  Konstitusiyanın  eyni  maddəsinə  görə,  qanunvericilik  hakimiyyətini
AR Milli Məclisi həyata keçirir. Yenə bu maddəyə görə, məhkəmə hakimiyyətini
Azərbaycan Respublikası məhkəmələri həyata keçirirlər.
Konstitusiyanın  V  fəslində  qanunvericilik  hakimiyyəti,  VI  fəslində  icra  haki-
miyyəti  (99-124-cü  maddələr),  VII  fəslində  isə (125-133-cü  maddələr)  məhkəmə
hakimiyyətinin  fəaliyyəti  ayrıca  tənzimlənir.  Qanunvericilik,  məhkəmə  və  icra
hakimiyyəti  orqanları dövlət  hakimiyyəti  orqanlarını  təşkil  edir.  Bu  baxımdan
“dövlət  hakimiyyəti  orqanları”  ilə  “icra  hakimiyyəti  orqanları”  eyni  m ənaya  gəl-
mir.
11
 Demək olar ki, qanunvericilik və məhkəmə orqanlarına daxil olmayan bütün
dövlət  qurumları  orqanik  mənada  administrasiyanı  təşkil  edir.  Orqanik  mənada
administrasiyanı  “inzibati  orqanlar”  da  adlandırmaq  olar,  bu  termindən  istifadə
etmək İİHQ-yə  uyğunluq  baxımından  da  düzgün  sayıla  bilər. İİHQ  2.0.1. -ci
maddəsində  inzibati  orqanlar  adı  altında  hansı  orqanları  nəzərdə  tutduğunu
açıqlayır; həmin qanunda inzibati orqanın tərifi belə verilir:
“inzibati  orqan — Azərbaycan  Respublikasının  müvafiq  ic ra  hakimiyyəti
orqanları,  onların  yerli  (struktur)  və  digər  qurumları,  bələdiyyələr,  habelə  qanuna
əsasən inzibati  akt  qəbul  etmək  səlahiyyəti  verilmiş  hər  hansı  fiziki  və  ya  hüquqi
şəxs”.  Buradan  aydın  olur  ki,  inzibati  akt  qəbul  etmə  səlahiyyəti  olan  hər   hansı
hüquq subyekti inzibati orqan sayılacaq.
1. Qanunvericilik orqanı və inzibati orqanlar
Qanunvericilik  və  idarəetmə  (inzibati)  orqanların  fərqləndirilməsi  problem
yaratmır.  Çünki  qanunvericilik  orqanı  Konstitusiyada  açıq  şəkildə  göstərilir;
Konstitusiyanın  81-ci  maddəsinə  görə  bu  orqan  Milli  Məclisdir.  125  nəfərdən
ibarət  olan  Milli  Məclisin  səlahiyyətləri  93-95-ci  maddələrdə  göstərilib.  Bununla
belə,  qanunvericilik  orqanının  da  funksional  mənada  administrativ  fəaliyyət  icra
etməsi  mümkündür.  Məsələn,  Milli  Məclis  sədrinin  parlamentdə  işləyən  işçilər
barəsində gördüyü tədbirlər administrativ fəaliyyətdir. Çünki parlamentin xadimə,
elektrik,  təsərrüfat  müdiri  kimi  işçiləri  var  və  onlarla  görülən  işin  (məsələn,
ezamiyyətə  göndərmək)  qanun  qəbul  etmə  işi ilə  əlaqəsi  olmadığına  görə,  bu
fəaliyyət qanunvericilik fəaliyyəti sayılmır və mahiyyətçə inzibati fəaliyyətdir.
İPM-nin  8.1.3-cü  maddəsinə  görə,  məhkəmə  sədrlərinin  inzibati  orqan
qismində  çıxış  edə  biləcəyi  nəzərdə  tutulub.  Həmin  maddədə  habelə  dövlət  v ə
hərbi  qulluqçulardan  bəhs  edilir.  Qeyd  etmək  istəyirik  ki,  maddədə  parlamentin
vəzifəli şəxsləri  açıqca  zikr  olunmasa  da,  eyni  yanaşma  qanunvericilik  orqanında
11
Bununla belə, qanunvericilikdə bəzən bu terminlər qarışdırılır. Məsələn, 29.12.1998 -ci il tarixli 52
saylı  Fərmanla  təsdiq  edilmiş  “Qaydalar”ın  8-ci  bəndində  “dövlət  hakimiyyət  orqanları”  sözü
işlədilib, lakin bu ifadə ancaq icra hakimiyyəti orqanları üçün istifadə oluna bilər, çünki Fərmanla
qanunvericilik və məhkəmə orqanlarının fəaliyyəti tənzimlənməməlidir.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə